Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə31/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   27   28   29   30   31   32   33   34   ...   164

Aristotelə görə hər bir ayrı, tək şey - materiya ilə formanın 

vəhdətidir. Forma qeyri-maddidir, lakin o kənardan, o dünyadan 

materiyaya daxil olmuş bir mahiyyətdir. 

Aristotel  qədim  yunan  filosofları  içərisində  birinci  olaraq 

məntiqi görüşləri sistemləşdirib yeni bilik sahəsi yaratmışdı. O, 

məntiqi - sübutlar, həmçinin təfəkkürün formalan haqqında elm 

hesab edirdi. O, tək məntiq elminin deyil, həm də psixi fəaliyyət 

haqqında elmin də yaradıcısıdır. 

Aristotel etikanı fəlsəfənin xüsusi, həm də ən vacib problemi 

kimi  aynca  tədqiq  edirdi.  Onun  fikrinə  görə  etikanın  əsas 

anlayışı - ortalıq fikridir. Burada o, ən uyğun, düzgün hərəkət 

qaydasını seçmək üçün düzgün istiqamət götürmək qabiliyyətini 

nəzərdə tuturdu. Xeyirxahlıq israfçılıq ilə çatışmazlıq arasında 

orta mövqeni seçir. 

«Politika»  («Siyasət»)  əsərində  Aristotel  mahiyyətcə 

cəmiyyət və dövlət anlayışlanni bir-birindən fərqləndirmirdi. O, 

insanı  «siyasi  heyvan»  hesab  edirdi.  Aristotelin  əsərlərində 

dövlət insanlann təbii və zəruri yaşayış üsulu kimi çıxış edir. 

«İnsan-cəmiyyət-dövlət» sisteminin təhlilini Aristotel hər bir 

canlı  varlığın,  o  cümlədən  insanın  əsas  hissələrini 

aydınlaşdırmaqdan  başlayır.  O,  deyirdi:  «Canlı  varlıq  hər 

şeydən  əvvəl  ruh  və  bədəndən  ibarətdİD>.”  Elə  buradaca  bu 

hissələrin  funksional  xüsusiyyətlərini  göstərir:  «Onlardan  biri 

öz təbiətinə görə hakimiyyətdə olan başlanğıc, o birisi tabe olan 

başlanğıcdır».'* Onun fikrincə, tabe olmaq iki formada həyata 

keçirilir:  hökmranlıq  və  siyasi  idarəçilik.  Aristotel  yazırdı: 

«Bizim  fıkri-  mizcə,  hər  bir  canlı  varlıqda  hər  şeydən  əvvəl 

hökmdarlıq  və  siyasi  hakimiyyət  olduğunu  görmək  olar.  Ruh 

bədən  üzərində  ağa  kimi  bizim  hərəkətlərimiz  üzərində 

hökmranlıq edir».'’ 

Platon  və  Aristotel  fəlsəfədə  unikal  mövqeyə  malikdirlər. 

«...Onların  fəlsəfəni  zənginləşdirməsi  əvvəl  və  sonra  gələn 

mütəfəkkirlərdən  ola  bilsin  ki,  daha  əhəmiyyətlidir.  Elə  bir 

fəlsəfi problem tapılmaz ki, onlar bu barədə nəsə qiymətli fikir 

söyləməsinlər və bizim dövrdə də kim özünü orijinal göstərmək 

” Аристотель. Сочинения. В 4-,\ тт.. Т.4, M.. 1983. с.382. '* Yenə 

orada, s.383. 

” Yenə orada. 

91 



üçün  Afina  fəlsəfəsinə  etinasızlıq  göstərirsə  o,  özünü  təhlükə 

qarşısında qoyan risqə gedİD>.^® 

12. Epikurun fəlsəfəsi 

Epikumn  (b.e.ə.  341-270)  fəlsəfəsi  qədim  )ninan  atomiz- 

minin  ən  yüksək  mərhələsidir.  O,  Demokritin  atomlar 

nəzəriyyəsini  yenidən  işləmişdir.  Əgər  Demokritə  görə 

atomların  boşluqda  hərəkəti  mexaniki  xarici  zərurətdən 

yaranırsa, Epikurun fikrincə isə atomların hərəkəti onlann daxili 

xassələri ilə şərtləndirilir. Bu fikir atomistikada  yeni  nailiyyət 

kimi qəbul edilir. 

Epikura  görə  fəlsəfənin  əsas  vəzifəsi  xoşbəxtliyə  aparan 

davranış  haqqında  təlim  -  etika  yaratmaqdır.  O,  göstərirdi  ki, 

xoşbəxtlik  heç  nə  ilə  pozulmayan  zövqdür.  Xoşbəxtlik  ruhun 

soyuqqanlı  və  təmkinli  olmasıdır  (yun.  «ataraxia»  -  təmkinli 

olmaq).  Belə  vəziyyətə  uzun  sürən  təlim  və  məşq  (yun. 

«askesis»  -  məşq)  yolu  ilə  çatmaq  olar.  Lakin  Epikurun 

«askesa»sı  ağıllı,  əxlaqlı  və  xoş  həyat  keçirən  insanın 

tərbiyəsidir. Ataraksiyaya nail olmaq isə ölüm qarşısında qorxu 

hissindən azad olmağı  tələb edir. Epikur inanırdı ki,  ruh ölür, 

çünki o atomlardan ibarətdir. Ona görə xoşbəxtliyə burada, bu 

dünyada  çatmaq  olar.  Epikura  görə  fəlsəfə  xoşbəxtlik  yolunu 

axtanb tapmaqdır. 

Epikurun atomist təliminin ən böyük təhlilçisi Qədim Roma 

filosofu Lukresi Kar (b.e.ə. təxm. 99-55) olmuşdur. 

13.

 

Neoplatonizm 

Neoplatonizm (yeni platonçuluq) Roma imperiyasının süqut 

etdiyi  dövrdə  (b.e.  III-VI  əsrlər)  geniş  yayılmış  fəlsəfi 

cərəyandır. Bu fəlsəfə Şərq və Qərb dinlərinin mövcud olduğu 

İs-  gəndərij^ədə  meydana  gəlmişdir.  Yeni  platonçuluğun 

yaradıcısı  sayılan  Plotin  (təxm.  204-270)  Misirdə  anadan 

olmuş,  İsgəndəriyyədə  təhsil  almış  və  243-cü  ilə  qədər  orada 

yaşamışdır. İmperator III Qordlanı İrana qarşı yürüşdə müşayiət 



Б. Рассел. Мудрость Запада, c.94-95. 

92 


etmişdir.  Gənc  imperator  öldürüldükdən  sonra  Plotin  244-cü 

ildə  Mesopotamiyam  tərk  edir  və  Romaya  gəlir  və  ömrünün 

axınna  qədər  orada  fəlsəfəni  tədris  edir.  Platonun  ideyalar 

haqqındakı  fəlsəfi  təlimi  neoplatonizmdə  maddi  dünyanın  ilk 

mənəvi  başlanğıcdan  mistik  emanasiyası  (lat.  «emanatio»  - 

şüalanma, axma) haqqında təlim formasını alır. 

Plotin  göstərirdi  ki,  dünya  prosesi  ağlasığmayan,  dərk 

edilməyən, sözlə deyilə bilməyən tək və ilkin ilahi başlanğıcdan 

qaynaqlanır - əvvəlcə dünya şüuru kimi, sonra dünya ruhu kimi, 

daha  sonra  ayrı-ayrı  tək  ruhlar  kimi  qeyri-varlığa,  yəni 

materiyaya qədər davam edir. Həyatın məqsədi insan ruhunun 

əzəli və vahid Allaha qədər yüksəlməsindən ibarətdir, yəni ruh 

Allaha  qovuşmalıdır.  Yalnız  ən  yüksək  mərhələdə,  ekstaz 

vəziyyətində (vəcdə gəlmə, cuşa gəlmə) ruh Allahla birləşir. 

Plotinin fikrincə ruh hissələrə parçalanmır və bölünməz tam 

kimi yaşayır, o xüsusi məna daşıyan substansiyadır. Ruhu psixi 

vəziyyətin çoxluğu kimi təsəvvür etmək olmaz. Heç bir fərdi ruh 

bütün başqa ruhlardan ayrı müstəqil mövcud ola bilməz. Bütün 

fərdi ruhlar «Dünya ruhu»nda birləşirlər. Aristoteli tənqid edən 

Plotin  deyirdi  ki,  ruh  nəyinsə  forması  olduğu  üçün  deyil, 

bilavasitə varlıqdır və öz varlığını hansısa bədəndə olduğu üçün 

qazanmır. Ruh hələ bədənə daxil olmadan mövcuddur. 

Neoplatonizmi  panteizm  ilə  eyniləşdirənləri  haqlı  olaraq 

tənqid  edən  B.Rassel  demişdir:  «Allahı  ətraf  dünya  ilə 

eyniləşdirən stoiklərdən fərqli olaraq Plotinin təlimi panteizmi 

inkar edİD>.^' 



Б.Рассел. Мудрость Запада, с. 187. 

93 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə