Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


IIL II-XİV əsrlərdə Qərbi Avropada fəlsəfə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə32/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   28   29   30   31   32   33   34   35   ...   164

IIL II-XİV əsrlərdə Qərbi Avropada fəlsəfə 

1.

 

Xristian fəlsəfəsinin formalaşması. 

Avqustin 

Xristianlığın büdpərəst politeizm (yun. «theos» - çox allahlı- 

lıq) ilə mübarizə apardığı dövrdə apologet (yun. «apologemai» - 

müdafiə 


edən) 

ədəbiyyat 

meydana 

gəlir. 


Apologet 

ədəbiyyatından  sonra  patristika  (lat.  «patres»  -  atalar,  yəni 

dini-ruhani  atalar)  yaranır.  Patristika  dedikdə  kilsə  atası 

adlananlann,  yazıçıla-  nn  əsərləri  nəzərdə  tutulur.  Bu  əsərlər 

xristian fəlsəfəsinin əsasını qoymuşlar. 

Qərbi Avropada  «kilsə atalan» sırasında xristian fəlsəfəsinin 

inkişafına  ən  çox  təsir  göstərən  Avqustin  (354-430)  olmuşdur. 

Skeptisizmin, Platonun, neoplatonizmin, həmçinin mani dininin 

(zərdüştlük  ilə  xristianlığın  sintezi)  Avqustinin  dünyagörüşünə 

təsiri  olmuşdur.  O,  yetkinlik  yaşlannda  xristianlığı  qəbul 

etmişdir. Avqustin ilahiyyata aid bir çox əsərlərin müəllifidir. Bu 

əsərlərdə  o,  Allahın  ali  varlıq  olduğunu  sübut  edirdi.  Onun 

fikrincə  insan  subyektiv  olaraq  sərbəst  hərəkət  edir,  lakin  nə 

edirsə, bunları onun vasitəsilə Allah edir. Özünün əzəli qəran ilə 

Allah  bəzi  adamlara  gələcək  əbədi  həyatda  xoşbəxt  yaşamaq 

səadəti bəxş edib, başqalanni isə daimi işgəncəyə məhkum edib. 

Xristianlıq  tarixində  məşhur  olan  Allah  tərəfindən  hər  kəsin 

taleyinin  əvvəlcədən müəyyən  edilməsi təliminin mahiyyəti elə 

bu  idi.  Avqustin  yerdəki  dünyanı  ikinci  kitab  adlandırır  və 

göstərirdi ki, onu Müqəddəs Kitabdan sonra oxumaq lazımdır. 

Başqa  xristian  alimləri  kimi  Avqustin  də  dünyada  şər 

qüvvələrin rolunu şişirdirdi. O, göstərirdi ki, dünyada şər və xeyir 

dualizmi yoxdur. Zərdüştün öyrətdiyi kimi iki müstəqil başlanğıc 

(şər  və  xeyir)  ola  bilməz.  İnsan  şəri  seçdi  və  Allahın  iradəsi 

əleyhinə çıxdı. 

Avqustin göstərirdi ki, bəşəriyyət tarixi iki barışmaz səltənətin 

mübarizə tarixidir. İşıq səltənəti ilə zülmət səltənəti, AI- 

94 



lah ilə şeytan arasında daim mübarizə gedir. Şeytan səltənətini 

Avqustin dövlət ilə, Allah səltənətini isə kilsə ilə bağlayırdı. 

Avqustin hesab edirdi ki, yalnız Allaha məhəbbət insanı əsl 

insan  edir,  onu  bütün  dünyadan  yüksəyə  qaldınr.  Hər  cür 

zorakılıq  —  istər  rəsmi  (dövlət  tərəfindən),  istər  qeyri-rəsmi 

(hiddətlənən  kütlə  tərəfindən)  -  Yer  üzündəki  çatışmazlığın 

təzahürüdür.  Avqustinin  fikrincə,  kilsə  simasında  özünü 

göstərən  mənəvi  hakimiyyət  Yerdə  olan  hakimiyyət  növüdür, 

hamı, həm sadə insanlar, həm də hökmdarlar ona tabe olmalıdır. 

Siyasət və sosial tərəqqi Avqustində sırf teoloji mahiyyət kəsb 

edir. 

Avqustinə  görə  zaman  indi  mövcuddur  və  onun  üç  aspekti 



var.  İndiki  zaman  öz-özlüyündə  həqiqi  mövcud  olan  yeganə 

vaxtdır.  Keçmiş  yaddaşda  yaşayan  indiki  vaxtdır,  gələcək  isə 

indi  gözlənilən  zamandır.  Bu  nəzəriyyədə  əsas  məsələ  Allah 

tərəfindən  yaradılan  varlıq  kimi  insanın  əqli  təcrübəsinin  bir 

hissəsi  olan  vaxtın  subyektiv  xarakter  daşıdığını  xüsusi  qeyd 

etməkdir. 



2.

 

Sxolastika fəlsəfəsinin meydana gəlməsi və inkişafı 

Orta  əsr  Avropasında  fəlsəfənin  inkişafında  əsas  cərəyan 

sxolastika  (lat.  «schola»  -  məktəb)  olmuşdur.  Sonralar 

«sxolastika» sözü həyatdan ayrılan, praktiki cəhətdən məhsuldar 

olmayan elmin sinonimi kimi işlədilmişdir. 

Sxolastikanın məşğul olduğu əsas məsələ biliyin inama olan 

münasibətidir. Bu cərəyanın tərəfdarları belə bir tezisdən çıxış 

edirdilər ki, inam ağıldan üstündür. Sxolastikada başqa mühüm 

məsələ  ümuminin  təkə  olan  münasibətidir.  Sxolastlar  bu 

məsələnin  bir  sıra  həlli  yollarını  göstərmişdilər.  Lakin  onların 

içərisində  ikisi  daha  əsas  yer  tutur.  Birincidə  deyilirdi  ki, 

«universalis»  (lat.  «universalis»  -  ümumi)  -  ümumi  anlayışlar 

insan şüurundan və dilindən asılı olmayaraq müstəqil yaşayırlar. 

Bu  görüş  realizm  adlanırdı.  İkinci  yol  tərəfdarları  isə  təsdiq 

edirdilər ki, «universalis» real olaraq, insandan asılı olmayaraq 

mövcud  deyil.  Onlar  yalnız  ümumi  adlardır.  Bu  təlimə  görə 

ümumi qəbilə birliyi k i m i  «ümumiyyətlə insan» yoxdur. 

95 



real olaraq yalnız ayrı-ayn adamlar mövcuddur. «İnsan» yalnız 

ümumi addır və hər bir ayn adam bu adla adlanır. Belə görüşə 



nominalizm deyirdilər (lat. «nomina» - ad deməkdir). 

XII


 

əsr  Avropa  fəlsəfəsində  mistika  müəyyən  yer  tutur. 

Mistika  insanın  Allah  ilə  bilavasitə  ünsiyyətə  girmək,  öz 

şəxsiyyətini  Allahın  şəxsiyyətində  «əritmək»  qabiliyyətinə 

deyilir. 

3.

 

Sxolastika fəlsəfəsinin çiçəklənməsi və süqutu 

XIII


 

əsr  Qərb  sxolastika  fəlsəfəsinin  inkişafında  zirvə  və 

yetkinlik  dövrü  hesab  edilir.  Fəlsəfi  və  elmi  ədəbiyyatın 

genişlənməsi  sxolastikanın  inkişafına  təkan  verdi.  Aristotelin 

elmi  əsərlərinin  mənimsənilməsinin  də  bu  dövr  üçün  olduqca 

böyük əhəmiyyəti oldu. 

XIII  əsrin  əvvəllərində  Aristotelin  və  onun  ərəbdilli  da- 

vamçılanmn  əsərləri  kilsə  tərəfindən  düşməncəsinə  qarşılandı. 

Lakin  çox  keçmədi  ki,  Aristotel  təlimi  katolik  dininin  dayağı 

hesab  edilməyə  başladı.  Aristotel  təliminin  kilsə  ehkamlarına 

(doqmalarma)  uyğunlaşdıniması  prosesində  sxolastlann  böyük 

rolu olmuşdur. 

XIII  əsrdə  sxolastikanın  ən  görkəmli  nümayəndələri  alman 

filosofu Albert Bolştedt, Tomas Akvinat, Duns Skot olmuşlar. 



Albert  Bolştedt  (təxm.  1193-1280)  təbiət  elmlərində 

eksperimental  tədqiqatlar  aparırdı.  Öz  fəlsəfi  təlimində  o,  hələ 

köhnə  sxolastika  ənənələrini  davam  etdirir,  Aristoteli  öyrənir, 

əsərlərindən  istifadə  edərək  onları  izah  edir  və  sxolastikaya 

uyğunlaşdırırdı. O, İbn Sinadan da çox şey mənimsəmişdir. 

A.Bolştedtin şagirdi Tomas Akvinat (Foma Akvinski) (1225- 

1274) averroizmi^^ ardıcıl katolisizm mövqeyindən tənqid edir 

və göstərirdi ki, inam və ağıl nəinki bir-birindən fərqlənir, onlar 

həm də birlik təşkil edirlər. Həqiqətə doğru hərəkət edən ağıl dini 

ehkamlarda  ziddiyyətə  girə  bilər.  Averroistlərin  ikili  həqiqət 

təliminə rəğmən T.Akvinat təsdiq edirdi ki, iki fikir arasındakı 

ziddiyyət bütün hallarda onlardan birinin yanlış olduğunu 



" Averroizm - İspaniyada yaşamış böyük ərəb fılosofiı İbn Rüşdün təliminə deyilir. Averroes - 

İbn Rüşdün latmiaşdınimış adıdır. 

96 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə