Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə33/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   29   30   31   32   33   34   35   36   ...   164

göstərir. Bir halda ki, ilahi sözdə heç bir yanlışlıq ola bilməz, 

ziddiyyətlərin aşkarlanmasından nəticə çıxır ki, din yox - ağıl, 

ilahiyyat yox - fəlsəfə yanılır. 

Akvinatm  dediyinə  görə  varlıq  beş  yolla  dərk  edilə  bilər. 



Birinci yol hərəkət anlayışıdır. Burada özü heç nə ilə hərəkətə 

gətirilməyən  ilk  təkana  (Allaha)  müraciət  etmək  zəruridir. 



İkinci yol yaradıcı səbəb anlayışıdır (Allah). Üçüncü yol imkan 

və zərurət anlayışlandır. Bu da Allahdır. Dördüncü yol şeylərdə 

özünü  göstərən  müxtəlif  mərhələlərdən  başlayır.  Şeylərin 

arasında  bu  və  ya  digər  dərəcədə  mükəmməl  olanını  və 

həqiqilərini tapmaq olar. Lakin elə mahiyyət (əsas) var ki, bütün 

başqa əsaslar üçün xoşbəxtliyin və hər cür kamilliyin səbəbidir. 

Bu  da  Allahdır.  Beşinci  yol  təbiətdə  baş  verənlərin  hamısını 

müəyyənləşdirən  şüurlu  varlıqdır.  Bu  da  Allahdır.  Deməli, 

T.Akvinata görə, varlığın mövcudluğunu sübut edən beş yolun 

hamısı Allah tərəfindən müəyyənləşdirilir.^^ 

T.Akvinat  «Teologiyanın  cəmi»  əsərində  yazırdı:  «...Bir 

halda  ki,  Allahda  öz  varlığından  əlavə  heç  nə  yoxdur...,  özgə 

mahiyyət  yoxdur,  deməli.  Onun  mahiyyəti  (lat.  «essentia») 

Onun varlığıdır (lat. «esse»)».^'* 

T.Akvinat  hesab  edirdi  ki,  ictimai  nizam  İlahi  nizamın 

təzahürüdür. O, hüququn ilk növü kimi daimi hüqüq anlayışını 

irəli sürür. Daimi hüquq dedikdə o, dünyanın Allah tərəfindən 

idarə  edilməsi  üsullarının  tam  cəmini  nəzərdə  tuturdu.  Daimi 

hüququn  xüsusi  təzahürü  kimi  təbii  hüquq  mövcuddur.  Təbii 

hüququn konkretləşmiş formasına insan hüququ deyilir. 

Sxolastikanın nümayəndələrindən biri də Duns Skot (təxm. 

1265-1308)  olmuşdur.  Öz  sələfləri  kimi  o  da  daha  çox 

ilahiyyatın fəlsəfəyə münasibəti məsələsi ilə məşğul olmuşdur. 

O, deyirdi ki, ilahiyyatın predmeti - Allah, fəlsəfəninki (meta- 

fızikanınkı)  -  varlıqdır.  Allahı  dərk  etmək  üçün  fəlsəfənin 

imkanları məhduddur. 



Bax: Антология мировой философии. В 4-х тт.. Т. I, 4.2. М., 1969, с.828-831. Вах: Жури. 

«Вопросы философии». № 1. 2001. с.16.5. 

97 


XIII

 

əsrdə Avropada sxolastikanın görkəmli sistemçilərin- 



dən  başqa  həm  də  böyük  alimlər  yetişmişdir.  Onlardan  ən 

görkəmlisi 



Rocer Bekondur {iQxm. 1214-1292). 

Elmdə,  elmin  məntiqində  R.Bekon  yenilikçi  olsa  da, 

fəlsəfədə başqalarından irəli getməmişdir. 

Özünün  siyasi  proqramını  hazırlayarkən  R.Bekon  həmin 

dövrdəki  kilsənin  vəziyyətini,  onun  ilkin  xristianlığın  kasıblıq 

və sadəlik ideallarından uzaqlaşmasını kəskin tənqid edirdi. O, 

deyirdi  ki,  Roma  papası  öz  simasında  ruhani  və  dünyəvi 

hakimiyyəti  birləşdirir  (teokratiya).  Xristian  monarxiyasına 

(irsən  keçən  təkhakimiyyətlilik)  başçılıq  edən  papa  eyni 

zamanda bütün bəşəriyyətə rəhbərlik etməlidir. 

XIV

 

əsrdə  Avropada  fəlsəfə  və  elm  sahəsində  nominaliz- 



min  yüksəlişi  müşahidə  edilir.  Bu  cərəyanın  ən  görkəmli 

nümayəndəsi  ingilis  sxolast-fılosofu  Uilyam  Okkam  (təxm. 

1300-1350)  idi.  U.Okkam  təkcə  siyasətə  deyil  ilahiyyata  və 

fəlsəfəyə aid xeyli tədqiqat işləri aparmış, Aristotelin məntiqinə 

və fizikasına xüsusi əsərlər həsr etmişdir. O, öz sələflərinin işini 

davam  etdirərək  Allahın  varlığını  fəlsəfi  yolla  sübut  etmək 

cəhdinin  tənqidini  vermişdir.  U.Okkam  göstərirdi  ki,  Allahın 

varlığı  dini  inamın  predmetidir,  fəlsəfə  isə  məntiqi 

mühakimələrə əsaslanır. 

U.Okkam  hesab  edirdi  ki,  şüurdan  və  ruhdan  kənarda  olan 

hər  bir  şey  təkdir.  «Universalis»  əşyalann  özünə  aid  deyil,  o 

həmişə əşyadan sonra və yalnız şüurda mövcuddur. 



98 


IV. Orta əsrlərdə Yaxın və Orta Şərq 

ölkələrində fəlsəfə 

X-XIV  əsrlərdə  Şərq  və  qədim  yunan  fəlsəfəsini  öyrənmək 

əsasında ərəbdilli fəlsəfə özünün yüksək mərhələsinə çatır. Bu 

dövrdə İlahiyyata bağlı islam din fəlsəfəsi, vəhdəti-vücud təlimi, 

xüsusən sufizm (təsəvvüf), yunan fılosoflannm, birinci növbədə 

Platon  və  Aristotelin  fəlsəfəsi  zəminində  yaranan,  sonralar 

orijinal  təlimə  çevrilən  Şərq  peripatetizmi  daha  geniş 

yayılmışdı. 

Panteizm (yun. «pan» - hər şey, «theos» - Allah, yəni hər şey 

Allahdır)  Allahı  təbiətdə  yerləşdirir,  dünya  ilə  eyniləşdirir. 

Vəhdəti-vücud  və  təsəvvüf  fəlsəfəsinə  görə  isə,  Allah  təbiətə 

yerləşə bilməz, o məkana və zamana sığışa bilməz, bütün maddi 

dünya Allah atributlarının (aynimaz özəlliklərinin) təzahürüdür 

və  Allahın  hər  bir  əlaməti  özünü  ayn-ayn  əşyalarda  göstərir. 

Allah, vahid və mütləq Varlıq kimi bütün mövcudatın əsasıdır. 

İslam  təliminə  görə  dünyanın  mahiyyəti  qətiyyən  Allahın 

mahiyyətinə daxil edilə bilməz, əksinə onun mövcudluğu Allah 

sayəsində mümkündür. 

1.

 

Müsəlman din fəlsəfəsi 



Qədərilər  insanın  iradə  azadlığının  tərəfdarları  olmuşlar. 

«Qədər» Allahın böyüklüyü, hər şeyi öncədən müəyyənləşdir- 

məsi  deməkdir.  İslamın  ilk  illərində  insan  taleyini  öncədən 

müəyyənləşdirmək (alın yazısı) fikrinin tərəfdarlanna qədərilər 

deyirdilər.  Bir  tərəfdən  Allahın  hər  şeyə  qadir  olduğu  təsdiq 

edilir, 


0 biri tərəfdən elan edilir ki, insan İlahi göstərişlərə əməl 

edib etməməkdə tamamilə sərbəstdir və hər kəs əməllərinə görə 

şəxsən məsuliyyət daşıyır. 

Alın  yazısı  fikrini  müdafiə  edən  və  iradə  azadlığını  rədd 

edənləri  cəbrilər  adlandırırdılar.  Onların  dediyinə  görə  Allah 

insanları öz imkanları və gələcək əməlləri ilə birgə yaradıb, ona 

görə də onlar öz əməllərinin sahibi deyil, insanı bu hərəkətləri 

etməyə Allah məcbur (cəbr) edir. Ona görə də bu fikir cərəyanı 

cəbrilik adlanır. 

99 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə