Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə34/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   30   31   32   33   34   35   36   37   ...   164

Cəbr  mahiyyətcə  görülən  işləri  insandan  uzaqlaşdırmaq  və 

onları hər şeydən uca Yaradana aid etməkdir. Cəbrilər qruplara 

bölünür:  «həqiqi cəbrilər»  insanın sərbəst  fəaliyyət  göstərmək 

qabiliyyətini  tamamilə  inkar  edənlərə  deyilir.  «Mötədil 

cəbrilər»  insanın  qabiliyyəti  olduğunu  qəbul  edir,  lakin  bu 

qabiliyyət heç nə yarada bilmir».^^ 



Mötdzildr  (ərəbcə  -  «itazala»  -  uzaqlaşma,  kənarlaşma 

deməkdir) islam tarixində birinci olaraq ilahiyyatda rasionalist 

(ağıla  əsaslanan)  cərəyanın  yaradıcdan  hesab  edilir.  Bu 

məktəbin baniləri Vasil ibn Əta (öl. 749) və Əmir ibn Übeyd (öl. 

762) sayılırlar. 

Mötəzilər  göstərirdilər  ki,  din  məntiqi  mühakimələrin 

cəminə əsaslanır.  İlahiyyatçılar isə, əksinə, təsdiq edirdilər ki, 

belə fikir din  üçün deyil, fəlsəfə üçün məqbuldur. Din vicdan 

işidir, o elmi nəzəriyyəyə oxşamır, buna heç ehtiyac da yoxdur. 

İlahiyyatçılar  hesab  edirlər  ki,  mötəzilərin  fəlsəfəsi  təfəkkürü 

yüksəldir, ruhu isə zəiflədir. 

Mötəzilərin sufilərdən fərqi odur ki,  onlar ağılın qüdrətinə, 

sufilər isə hissiyyata və inama istinad edirlər. 

Əş-Şəhristaninin  (1075/86-1153)  yazdığına  görə,  mötəzilər 

arasında bəzi fikir ayrılıqları olubdur. Lakin «onlar bir məsələdə 

həmrəy  idilər;  insan  müstəqil  hərəkət  etməyə  qabildir,  öz 

əməllərinin - həm yaxşı, həm də pisinin yaradıcısıdır, gördüyü 

işlərə  uyğun  olaraq  axirət  dünyasında  mükafat  və  ya  cəzaya 

layiqdir».^* 

Batinilik  (ərəbcə  «batin»  -  sirli,  bağlı,  gizli)  tərəfdarlannm 

fikrincə  Quranın  özünəməxsus  gizli  mənalan  var.  Bu  cərəyan 



zahirlik  (ərəbcə  -  aşkar,  görünən),  yəni  hərfi  dəqiqlik 

cərəyanına qarşı qoyulurdu. 

Batinilik təliminə görə həqiqi dindarlar günahdan azaddırlar; 

şeylərin  görünən  tərəfi  əsas  deyil,  ona  görə  ki,  həqiqət 

görünməz  və  gizlidir,  hiss  üzvləri  vasitəsilə  qavranıla  bilməz; 

ağıl  biliyin  qaynağı  ola  bilməz,  çünki  məntiqi  mühakimələr 

bir-birinə  ziddir;  ağıllı  adamların  fikirləri  çox  hallarda  bir- 

birinə uyğun gəlmir. 



Аш-Шахрнстани. Книга о религиях и сектах. М., 1984. с.83. 

Yenə 

orada, s.55.

 

100 


 


2. Əl-Qəzalinin fəlsəfəsi 

Əl-Qəzali  ibn  Həmid  (1058-1111)  məşhur  müsəlman 

ilahiyyat alimi, sufi-fılosof olmuşdur. O, Şərq peripatetizminin 

(aristotelçiliyin)  görkəmli  nümayəndələri  olan  əl-Fərabi,  İbn 

Sina və başqalan ilə dünyanın əbədiliyi, səbəbiyyət nəzəriyyəsi 

və  b.  problemlər  ətrafında  mükalimə  (polemika)  apanr  və  on- 

lan tənqid edirdi. ƏI-Qəzali ənənəvi  islam  ehkamlannı  sufizm 

ideallan ilə birləşdirməyə çalışırdı. 

Əl-Qəzaliyə  görə  filosoflar  dünyanın  əbədiliyini  üç 

fundamental  aksioma ilə əsaslandırmağa cəhd  göstərirdilər:  1) 

heç  nədən  heç  nə  yaranmır  və  yarana  da  bilməz;  2)  müəyyən 

səbəb yarananda zəruri olaraq dərhal nəticə də meydana gəlir

3)

 

səbəbin təbiəti tamam başqadır və nəticəyə münasibətdə xarici 



qüvvədir. 

Əl-Qəzali  kəskin  şəkildə  inamı  elmə  və  fəlsəfəyə  qarşı 

qoyurdu.  «Filosoflann  təkzibi»  əsərində  o,  göstərirdi  ki, 

aristotelçiliyin  elmə  və  fəlsəfəyə  təsiri  çox  ziyanlı  və  gərəksiz 

işdir.  Fəlsəfə  dinə  kömək  etməlidir.  Əl-Qəzali  skeptik  olmuş, 

bütün  elmi  nəticələrə  şübhə  ilə  yanaşmışdı.  Onun  fikrincə, 

yalnız intuitiv bilik həqiqət hesab edilə bilər. 

Əl-Qəzalinin  dediyinə  görə  «həqiqət  axtaranlan>  dörd 

kateqoriyaya  bölünür:  mütəkəlamlar,  batinilər,  filosoflar, 

sufilər.  O,  bu  kateqoriyaların  təhlilini  kəlam  elmindən 

başlayaraq  yazır:  «Mütəkəlamların  təlimini  başa  çatdırandan 

sonra mən fəlsəfə elmini öyrənməyə başladım».^^ O, göstərirdi: 

«Fəlsəfə  elmləri  də  altı  hissəyə  bölünür:  riyaziyyat,  məntiq, 

fizika,  me-  xanika,  siyasət  və  etika».^*  «Fəlsəfə  elmini 

tamamlayandan  sonra  onu  yekunlaşdırdım,  izah  etdim, 

uydurmanın  üstünü  açdım,  ifşa  etdim  və  mənə  aydın  oldu  ki, 

məqsədə tamamilə çatmaq üçün bu kifayət deyil, yalnız ağılın 

köməkliyi ilə həlli tələb olunan məsələləri əhatə etmək mümkün 

deyil, ağıl bütün 

' Ал-Газали. Избавляющий от заблуждения. Приложение к кн. 

Опровержение опровержения. Киев-СПб, 1999. с..‘>38. 

'* Yenə orada, s. 541. 

Аверроэс. 

101 



problemlərin üstündən pərdəni götürməyə qadir deyil».^’ Sonra 

əl-Qəzali  təlimçilərin  fikirlərini  öyrənir.  «Təlimçiləri  də 

öyrənəndən  sonra  onlan  da  kənara  atdım».^®  «Bu  elmləri 

tamamlayandan  sonra  mən  öz  diqqətimi  sufilərin  yoluna 

yönəltdim»  və  «sufilərin  nəzəriyyəsi  mənim  üçün  onun 

praktikasından  daha  asan  oldu».^'  «Mənə  aydın  oldu  ki,  axirət 

həyatında xoşbəxtliyə yalnız o adam ümid edə bilər ki, o mömin 

həyat  tərzi  keçirir  və  maddi  dünyanın  şimikdirici  cazibəsindən 

kənara çəkilir...».^^ 

İlahiyyatı,  batiniliyi,  fəlsəfəni,  məntiqi  əvvəlcə  mükəmməl 

öyrənib  sonra  onlann  hamısını  atan  əl-Qəzali,  özünün  dediyi 

kimi,  axırıncı  ümidini  sufizmə  bağlayır.  O,  belə  bir  fikri  əsas- 

landınrdı ki, Allahı insan təfəkkürü vasitəsilə dərk etmək olmaz, 

çünki  Allah  insan  zəkasından  kənarda  mövcud  olan  ali 

Həqiqətdir. Allaha yalnız inam və sufi məhəbbəti ilə qovuşmaq 

olar. O, yazırdı: «...İnsanın digər yaradılanlardan üstün olmasını 

saxlayan  şərəf,  fəzilət  və  Allahü  Tealanı  mərifətlə  anlamaq 

istedadıdır.  Dünyadakı  zinət,  kamal  və  şərəfi  bu  mərifət 

sayəsində olduğu kimi.  Axirət üçün azuqəsi də həmin mərifətə 

bağlıdır. Ən yüksək mərtəbə olan bu mərifətə digər bədən üzvləri 

ilə  deyil,  ancaq  qəlb  ilə  sahib  ola  bilir.  Allahı  tanıyan,  Allaha 

yaxınlaşan, Allah üçün çalışan, Allaha doğru can atan və nəhayət 

Allah tərəfdə olanlan kəşf edən yenə həmin qəlbdir. Başqa üzvlər 

qəlbə tabe və onun xidmətindədir. Onlar qəlbin işlətdiyi alət və 

vasitələrdir».'^^ 

Əl-Qəzalinin  dünyagörüşü  təkcə  orta  əsr  müsəlman  fikrinin 

deyil, həm də orta əsr Avropa fəlsəfəsinin inkişafına böyük təsir 

göstərmişdi. 



Yenə orada, s.552. 

Yenə orada, s.561. 

Yenə orada, s.562. 

” Yenə orada, s.563. 

” İmam Qazaİi. İhyau Ulumid-Din. Cilt 3, İstanbul, 1974, s.7. 

102 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə