Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə36/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   32   33   34   35   36   37   38   39   ...   164

başqalan ilə əməkdaşlığı zəruridir, əməkdaşlıq üçün isə qanun və 

ədalətin olması lazımdır; qanun və ədalət üçün onlan yaradan və 

təmin edən adam lazımdır. Belə adam isə yalnız peyğəmbər ola 

bilə^/ 


İbn  Sinanın  siyasi  görüşləri  insanlann  təbii  bərabərsizliyi 

ideyası üzərində qurulub. Bu bərabərsizliyi o, belə əsaslandu*- 

mağa çalışırdı ki, bütün mövcudat öz təbii varlığını necə var, elə 

də saxlamağa can atır. 

İspaniyalı  böyük  ərəb  filosofu,  hüquqşünası  və  həkimi  İbn 

Rüşd  (lat.  Averroes)  (1126-1198)  Şərq  peripatetizminin  son 

təmsilçisi  hesab  edilir.  O,  Avropada  və  Şərqdə  çox  geniş 

yayılmış  həqiqətin  ikiliyi  təliminin  banisidir.  Bu  təlimə  görə, 

fəlsəfi həqiqət ilə dini həqiqət bir-birinə zidd deyil, çünki onlar 

müxtəlif məzmuna malikdirlər: din insana necə hərəkət etməyi, 

yaşamağı öyrədir, fəlsəfə isə mütləq həqiqəti dərk edir. 

İbn Rüşd ağılı aktiv və passiv kimi iki qismə bölürdü. Passiv 

ağıl  insanın  fərdi  hissi  təsəvvürləri  ilə  bağlıdır,  aktiv  ağıl  isə 

əbədi olan ümumi intellekt xarakteri daşıyır. Yalnız bəşəriyyətin 

ümumi ağılı əbədidir. 

Platonun  «Dövlət»  əsərinə  yazdığı  təfsirdə  İbn  Rüşd 

göstərirdi  ki,  ən  yaxşı  quruluş  elə  dövlət  hesab  edilməlidir  ki, 

onun əsasında etik dəyərlər ilə praktiki fəaliyyətin təbii əlaqəsi 

dayanır.  Praktiki  fəaliyyət  və  əxlaqi  dəyərlər  ali  xeyirxahlığın 

(fədail) əsasıdır. İbn Rüşd hər şeydən əvvəl ictimai sferanın şəxsi 

həyat qarşısında üstünlüyünü xüsusi qeyd edir. 

İbn  Rüşd  özünün  «Təkzibin  təkzibi»  əsərində  dini  «zəruri 

siyasi  sənət»  kimi  dəyərləndirirdi.  Ruhanilərin  tiraniyasını  o, 

pozulmaqda olan dövlətlərin zəruri variantı hesab edirdi. Onun 

sosial-siyasi  görüşləri  Platonun  «Dövlət»  kitabına  yazdığı 

təfsirdə və başqa əsərlərində ifadə olunur. 

İbn  Rüşd  yaxşı  işləyən  qanunçuluğa  əsaslanan  hökmdar 

haqqında  düşünürdü.  Qanunlar  müdrik  adamlar  tərəfindən 

yaradılarsa, onlar həqiqətə uyğun olarlar. O,  yazırdı:  «Nəyinsə 

həqiqi  olması  şərti  onun  hamı  tərəfindən  qəbul  edilməsi  deyil. 

Ümumi  tərəfindən  qəbul  edilmək  hamıya  məlum  olmaq 

deməkdir. Məlumdur ki, nəyinsə ümumi tərəfindən qəbul edil- 

106 



məsi heç də onun öz-özlüyündə həqiqi olması demək deyil».^’ 

Son  nəticədə  həqiqilik  elə  həmin  müdriklər  tərəfindən 

müəyyənləşdirilir. 

İbn Rüşd belə nəticəyə gəlir ki, bir adamın və yaxud bir neçə 

adamın  hakimiyyəti  çoxluğun  hakimiyyətindən  daha  yaxşıdır. 

Başqa sözlə, monarxiya və yaxud aristokratiya demokratiyadan 

yaxşıdır. 

4.

 

«Saflıq qardaşları»nın təlimi 

IX əsrin ikinci yarısında Bəsrə şəhərində «Saflıq qardaşla- n» 

adlı dini-fəlsəfi cəmiyyət yaranmışdı. Bu cəmiyyət 890-cı ildə 

din  və  müxtəlif  bilik  sahələrinə  həsr  edilmiş  52  traktat  çap 

olunandan sonra çox məşhurlaşmışdı. 

Bu təlim sinkretik^® xarakter daşıyırdı. Məntiq və fizikada 

«Saflıq qardaşlan» əsasən Aristotelə, təbabət və psixologiyada 

Qalenə, ümumi fəlsəfi  məsələlərdə isə sufizmə əsaslanaraq bu 

mövqedən çıxış edirdilər. 

«Saflıq qardaşlan» göstərirdilər ki, idrakın üç mərhələsi var: 

hissi, rasional və intuitiv idrak. 

Bu təlimin tərəfdarları hesab edirdilər ki, din və şəriət öz ilkin 

təmizliyini itirib. Odur ki, dini çirkabdan təmizləmək lazımdır. 

Cəmiyyət  pis  işlərlə  dolub,  əxlaq  pozulub.  Yalnız  fəlsəfə 

cəmiyyəti dağılmaqdan xilas edə bilər. 

5.

 

Sufizm (təsəvvüf) 

VIII-IX əsrlərdə meydana gələn sufizm müsəlman Şərqində 

ən  çox  yayılmış  dini-fəlsəfi,  mistik  dünyagörüşüdür.  Tə- 

səvvüfün  həm  Şərq,  həm  də  Qərb  tədqiqatçılarının  çoxu  bu 

fikirdədir ki,  bu təlim islam  dini zəminində meydana gəlib və 

onun  iki  əsas  mənbəyi  var:  Quran  və  sünnət.  Başqa  kənar 

təsirlərin o qədər də əhəmiyyəti yoxdur. 

Аверроэс. Опровержение опровержения, с. 13. 

Sinkretizm (yun. «synkretismos» - qovuşma) ■ 

fikirlərin, təlimlərin birləşdirilməsi deməkdir. 

müxtəlif elementlərin, 

107 



Sufizm  təmsilçiləri  hesab  edirdilər  ki,  şəxsi  ruhi-psixoloji 

təcrübə vasitəsilə insanın Allah ilə bilavasitə mənəvi ünsiyyəti, 

heç  olmasa  hələlik  kənardan  seyr  etməsi,  sonra  isə  tamamilə 

qovuşması  mümkündür.  Bu  ünsiyyət  ürəyində  dərin  ilahi 

məhəbbət  olan  insanın  ehtiraslı  vəcd  (ekstaz)  və  mənəvi 

işıqlanma vasitəsilə yaranır. Orta əsrlərdə belə cərəyanlar nadir 

hadisə deyildi. Mistika bəşəriyyətdə mövcud olan bütün böyük 

dini  sistemlərdə  (buddizmdə,  hinduizmdə,  iudaizmdə, 

xristianlıqda)  müəyyən  yer  tutur.  Lakin  təsəwüf  özəllikləri  ilə 

onlardan  kəskin  surətdə  fərqlənir.  Amerika  tədqiqatçısı 

Annemari Şimmel  yazır:  «Mistisizmə Mütləqə məhəbbət kimi 

tərif  vermək  olar,  belə  ki,  əsl  mistisizmi  asketizmdən 

fərqləndirən qüvvə məhəbbətdir. İlahi məhəbbət sınaq və qəlbin 

təmizlənməsi üçün göndərilən çətinliklərə dözmək və hətta buna 

sevinmək qabiliyyətini axtaranlara güc verir».“*' 

Sufilərə  görə  həqiqi  bilik  ilahi  nurlanma  yolu  ilə,  mistik 

məhəbbətlə, Allaha  yaxınlaşmaq və nəhayət.  Ona qovuşmaqla 

əldə edilir. Ona görə də sufilər intuitiv idraka can atırlar. Onlar 

hesab  edirlər  ki,  Allah  yeganə  substansiyadır  və  dünya  bu 

yeganə,  bütöv  substansiyanın  təzahürləridir;  bütün  cisimlər, 

təbiət hadisələri müvəqqəti olaraq öz başlanğıcından aynlırlar, 

danxır-  lar,  qayıtmaq  istəyirlər  və  nəhayət,  qayıdırlar 

(vəhdəti-vücud). 

Dünyanın 

vəhdəti, 

insanın 


Allaha 

qovuşmasının  yalnız  bir  yolu  var  -  məhəbbət.  Burada  ağıl 

gücsüzdür. 

Sufizmin üç mərhələdən keçdiyini daha çox qeyd edirlər: 1) 



şə-riət - islamın bütün hüquq qaydalanmn yerinə yetirilməsi; 2) 

təriqət  -  hörmətli,  tanınmış  şeyxin,  pirin  yanında  şagirdlik 

(müridlik) dövrü; arası kəsilməyən dualar və gərgin düşüncələr

rəqslə müşayiət edilən dini ayinlər vasitəsilə şəxsi iradəni məhv 

etmək; 3) mərifət - Allahı ağılla yox, qəlblə dərk etmək; həqiqət 



- m\sX\\a üsullarla mərifətlə həqiqəti Allahda tapmaq. 

Yeni  platonçuluq  ilə  təsəwüf  arasındakı  əsas  fərq  ondan 

ibarətdir  ki,  təsəwüf  hər  şeydən  əvvəl  dini  mistisizmdir,  yeni 

platonçuluq isə fəlsəfi mistisizmdir; yeni platonçuluğun əsa- 



А.Шиммель. Мир исламского мистицизма. M., «Алетейя», «Энигма», 1999. с. 14. 

108 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə