Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə38/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   34   35   36   37   38   39   40   41   ...   164

V.

 

Orta əsrlərdə Azərbaycan fəisəfəsi^^ 

1.

 

Peripatetizm 

Aristotelçiliyin və başqa antik fəlsəfi görüşlərin davamı olan 

peripatetizm  Yaxın  və  Orta  Şərq  ölkələrində,  o  cümlədən 

Azərbaycanda  fəlsəfi  fikrin  əsas  sahələrindən  biri  olmuşdur. 

XI-XIII  əsrlərdə  Azərbaycanda  peripatetizmin  ən  görkəmli 

nümayəndələri  Bəhmənyar  əl-Azərbaycam  (öl.  1066),  Si- 

racəddin  Urməvi  (1198-1283),  Nəsirəddin  Tusi  (1201-1274) 

olmuşdur. 



Bəhmənyar  öz  yaradıcılığında  müəllimi  İbn  Sinanın 

əsərlərindən iqtibaslar gətirmiş, onun ideyalanm təbliğ etmişdir. 

Çoxsaylı əsərləri arasında onun «Təhsil» əsəri xüsusi yer tutur. 

Bu  əsər  orta  əsrlərdə  məntiq,  metafizika,  təbiətşünaslığı 

öyrənmək üçün mühüm mənbələrdən biri olmuşdur. 

Bəhmənyar  deyirdi  ki,  varlığın  nə  cinsi,  nə  də  başqa 

fərqləndirici  əlamətləri  yoxdur,  ona  görə  də  ona  tərif  vermək 

olmur.  Varlığın  zəruri  və  mümkün  növlərini  göstərən  filosof 

deyirdi  ki,  zəruri  varlıq  mövcuddur,  onun  mövcud  olmağını 

təsəvvür  etmək  boş  xülyadır;  o  vahid,  qeyri-maddi,  substansial 

mahiyyətdən  məhrumdur.  Əks  halda  mahiyyət  mövcudluqdan 

əvvəl  gəlməli,  özünün  mövcud  olması  üçün  səbəbə  ehtiyacı 

olardı.  Bu  isə  mümkün  deyil.  Mümkün  varlığa  bütün  maddi 

dünya,  insan,  onların  ruhları  daxildir.  «Öz  müəllimi  İbn  Sina 

kimi Bəhmənyar da ilk səbəb ilə nəticə arasındakı, başqa sözlə, 

vacib varlıq ilə maddi aləm arasındakı münasibəti əsla zamanca, 

yaxud 

məkanca 


qabaq 

və 


sonra 

olmaya 


görə 

müəyyənləşdirməmişdi.  Əksinə  filosof  dəfələrlə  qeyd  etmişdir 

ki, səbəb ilə nəticə zamanca birgədir».'*^ 

İbn  Sina  kimi  Bəhmənyar  da  idrak  prosesinin  hissi  və  əqli 

olmaqla iki mərhələdən keçdiyini göstərmişdi. O, yazırdı: «Hər 

bir bilik ya təsəvvür, ya da təsdiqdir. Təsəvvür və yaxud bir növ 

ona oxşar vasitə, məsələn, təsvirin köməkliyi ilə əldə 

■'^Burada əsasən Z.Məmmədovun «Azərbaycan fəlsəfəsi tarixi» (Bakı, 1994) kitabından istifadə 

edilib. 

Göstərilən əsər, 

S.85.


 

112 


edilən ilkin bilikdir; bizim insan varlığının mahiyyəti haqqında 

təsəvvürlərimiz  bu  qəbildəndir.  Təsdiq  isə  sillogizm'**  və 

yaxud  bir  növ  ona  oxşar  vasitə,  məsələn,  analogiya“*’  və 

induksi-  yanın^®  köməkliyi  ilə  əldə  edilir;  məsələn  hər  şeyin 

başlanğıcı olması haqqında bizim təsdiqimiz bu qəbildəndiı^.®' 

Bəhmənyar göstərirdi ki, insana ən ali zövqə və xoşbəxtliyə 

çatmaq  üçün  lazım  olan  əsas  keyfiyyətlərdən  biri  onun  əxlaqi 

davranışının əsasını təşkil edən ağıldır. O, ağıl və biliyə yüksək 

qiymət verir və onlan insan ləyaqəti üçün zəruri  hesab edirdi. 

Bəhmənyar deyirdi ki,  sərvət  saxlanılan şeydir,  ağıl isə insanı 

saxlayan ən yaxın dostdur. 

Bəhmənyar Aristotel və İbn Sinanın davamçısı kimi məntiqi 

- düzgün təfəkkür haqqında elm hesab etmişdi. Onun ən böyük 

əsəri olan «Ət-Təhsil» əsərinin birinci kitabı tamamilə məntiqə 

həsr edilib. Bəhmənyar məntiqin öyrənilməsinin dörd formasını 

göstərmişdir:  «Məntiqi  öyrənmək  aşağıdakı  şəkillərdə  həyata 

keçirilir:  birinci  halda  yada  salmaq  formasında,  ikinci  halda 

diqqəti  cəlb  etmək  formasında,  üçüncü  halda  səhvə  yol 

verməyən  sistematik  elmi  izah  formasında,  dördüncü  halda 

ideyaları elə formada yerləşdirmək lazımdır ki, bunsuz onların 

faydasını anlamaq olmur».^^ 

Şərq  peripatetizminin  böyük  təmsilçilərindən  biri  də 

Azərbaycan filosofu Siracəddin Urməvidir, O, «varlığı» onun 

ziddi olan «yoxluq» anlayışı ilə qarşılıqlı götürmüş və onlan üç 

hissə halında qruplaşdırmışdır: 1) vacib varlıq - qeyri-mümkün 

yoxluq; 2) vacib yoxluq - qeyri-mümkün varlıq və 3) mümkün 

varlıq - mümkün yoxluq. Urrnəvi vacib varlığı mümkün varlığın 

ilk  səbəbi  timsalında  götürürdü.  O,  səbəb  və  nəticəni  əzəli  və 

əbədi hesab edirdi. Başqa peripatetiklər kimi Urrnəvi 

Ч 

Sillogizm (yun. «syllogismos» - düşünçə, fikir) elə əqli nəticəyə deyilir ki, iki və 

daha çox fikirdən yeni bir fikir çıxarılır. 

Analogiya (yun. «analogia» - uyğun gəlmə, oxşama) - predmet, hadisə, 

fikirlərin bəzi cəhətlərinə görə oxşar olması deməkdir. 

İnduksiya (lat. «inductio» - düzəltmə, yönəltmə) - xüsusi, tək-tək faktlardan 

ümumi nəticə çıxartma metodudur. 

Бахманнар ал-Азербанджаин. Ат-Тахснл (Познание). Кн. 1, Баку. «Элм», 198.^. с. 19. 

Yenə orada, s.21. 

113 



də idrak prosesinin hissi və əqli olaraq iki mərhələdən keçdiyini 

göstərirdi. 

Urməvi özünün məntiq sahəsində tədqiqatlarında Aristotelin 

və onun Şərq davamçılarının araşdırmalarına əsaslanırdı. O da 

məntiqi elmi tədqiqatın silahı (metodu) hesab edirdi. 

S.Urməvi  Aristotel  kimi  özünün  sosial-siyasi  baxışlarında 

mötədillik  prinsipini  əsas  götürür,  ifrata  varmağı  orta  həddə  - 

ədalətə  qarşı  qoyurdu.  O,  hesab  edirdi  ki,  haqq-ədalət  işi  hər 

şeydən üstündür. Ədalət bolluq və firavanlıq rəhni olduğu kimi, 

onun yoxluğu da fəsadlığm səbəbidir. 

Azərbaycanda  peripatetizmin  məşhur  nümayəndələrindən 

biri  də  Nəsirəddin  Tusidir.^^  O,  dünya  şöhrətli  Marağa 

rəsədxanasının  əsasını  qoymuş  astronom,  riyaziyyatçı, 

coğrafiyaçı,  filosof-şair  olmuşdur.  N.Tusinin  fəlsəfi  fikirləri 

Bəhmənyar yaradıcılığının təsiri altında formalaşmışdı. O, İbn 

Sinanın  fəlsəfəsini  geniş  təfsir  etmiş,  orijinal  fikirlər  irəli 

sürmüş,  mükəmməl  əxlaqi-etik  sistem  yaratmış,  məntiqə  həsr 

edilmiş bir sıra əsərlər yazmışdır. 

N.Tusi  varlıqları  iki  qismə  bölürdü:  insanların  şəxsi 

iradəsindən  asılı  olmayanlar  və  insanlann  iradəsindən  asılı 

olanlar.  O,  müvafiq  olaraq  elmləri  də  iki  qrupa  bölürdü:  1) 

insanın  iradəsindən  asılı  olmayanlan  alim  nəzəri  hikmət 

adlandınrdı.  Buraya  Tusi  aşağıdakı  elmləri  daxil  edirdi: 

ilahiyyat və ilkin fəlsəfə, riyaziyyat, təbiət elmləri. 2) insanlann 

iradəsindən asılı olanlan Tusi əməli hikmət adlandırırdı. Əməli 

hikməti o, üç qismə bölürdü:  əxlaqın saflaşdınlması, evqurma 

qaydaları, şəhərsalma siyasəti. 

N.Tusi  geniş  elmi-təbii,  fəlsəfi  görüşlərlə  yanaşı  ictimai- 

siyasi  məsələlərə  aid  qiymətli  fikirlər  də  söyləmişdir.  Onun 

siyasət,  hüquq  və  dövlət  haqqında  yazdıqlan  əsasən  «Əxlaqi- 

Nasiri»  əsərində  toplanmışdı.  N.Tusinin  dediyinə  görə 

insanların əməlləri iki yerə - xeyir və şərə bölündüyü kimi insan 

icmaları  da  buna  uyğun  olaraq  iki  yerə  bölünür:  səbəbi  xeyir 

olanlar və səbəbi şər olanlar. 



”Bax: A.Rzaycv. Nosirəddin Tusi. Bakı, 1996; Z.Mommədov. Göstərilən əsər. 

114 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə