Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə39/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   35   36   37   38   39   40   41   42   ...   164

N.Tusinin  dövlətin  yaranması  haqqındakı  fikirləri  də 

maraqlıdır.  O,  yazırdı:  «Dövlətin  bünövrəsi  ittifaqdır.  Bunun 

səbəbi odur ki, hər adamın gücü təklikdə az olur. Hamısı ittifaq 

bağlayıb  çoxaldıqca  onlann  qüvvələri  ən  azı  hər  adamın  gücü 

qədər  artiD>.®^  Bir  qrup  adam  qələbə  çalıb  hakimiyyəti  ələ 

alsa, nizam-intizam yaradıb əhali ilə xoş rəftar etsə, ədalətli olsa, 

etibar  qazansa  onların  dövləti  nisbətən  çox  yaşaya  bilər,  əks 

halda dağılar. N.Tusi ilahi ədaləti ən yüksək ədalət hesab edir, 

insana ədalət ruhunun Allah tərəfindən verildiyini göstərirdi. 

2.

 

Sufizm (təsəvvüf) 

Təsəwüf  (sufizm)  müsəlman  Şərqi  ölkələrinin,  o  cümlədən 

Azərbaycanın fəlsəfə tarixində böyük yer tutur. 

Azərbaycanda  Eynəlgüzat  Miyanəci  (öl.  1132)  sufizm 

fəlsəfəsinin özünəməxsus  sistemini işləyib  hazırlamışdı. Onun 

sistemində  sufi  ideyalan  ilə  ərəbdilli  peripatetizmin  təbii-elmi 

görüşləri arasında sıx əlaqə yaradılmışdı. 

Azərbaycanda  sufizmin  görkəmli  nümayəndələri  həmçinin 

Baba Kuhi Bakuvi (öl. 1051) və Mahmud Şəbüstari (öl. 1320) 

olmuşdur. 

Bakuvi  dünyada  vahid  varlığın  mövcud  olduğunu  və  bu 

varlıqdan kənarda heç nəyin olmadığını təsdiq edirdi. Vahidliyi 

Bakuvi  vəhdəti-vücud  kimi  başa  düşürdü.  Bu  vəhdəti  yalnız 

Allah  təmin  edir.  Yalnız  Allah  mövcuddur,  onun  varlığından 

başqa  heç  bir  varlıq  yoxdur,  bu  birlikdən  kənarda  heç  nə 

mövcud ola bilməz. \ 

M.Şəbüstərinin  təfəkkür  tərzinin  çıxış  nöqtəsini  və  əsas 

istiqamətini bütün mövcudatın təsəvvüf baxımından izahı təşkil 

edir.  O,  müstəqil  varlıq  kimi  insanın  Allaha  qovuşmasının 

mümkün olmadığını deyirdi. O, sübut edirdi ki, insanın müstəqil 

varlıq  olması  fikri  varlığın  vəhdəti  təliminə  ziddir.  Onun 

fikrincə yuxarıdakı konsepsiya ilə razılaşsaq, onda varlığın iki 

forması  olduğunu  qəbul  etməliyik,  yəni  Allahın  varlığı  və 

insanın  varlığı.  Bu  isə  yolverilməzdir.  Allahda  yaradan  və 

yaradılan  birləşib,  ona  görə  də  insanı  yalnız  Allahla  vəhdətdə 

şərh etməliyik. 



Nəsirəddin Tusi. Əxlaqi-Nasiri. Bakı, 1980, s.210. 

115 


3.

 

Hürufılik^^ 

Hürufilik fəlsəfəsinin əsasında islam mistisizmi — təsəvvüf 

dayanır. Hürufilik öyrədir ki, hərflərin sirrini, bu yolla dünyada 

təzahür  edənlərin  ad  və  mahiyyətinin  sirrini  öyrənərək  insan 

Yaradanın  sirlərini  anlayır,  onun  təzahürlərini  yaradılanlarda, 

ilk növbədə özündə tapır. Lakin Allah yalnız elə insanda özünü 

göstərir ki, o insan ən yüksək kamillik dərəcəsinə çatmış olsun, 

yəni öz varlığını Onun varlığında yox etməyin zəruriliyini dərk 

etsin. 

Hürufızmin banisi Azərbaycan şairi və mütəfəkkiri  Fəzlul- 



lah  Nəimidir  (1339-1394).  Onun  təliminin  xüsusiyyəti  ondan 

ibarətdir  ki,  mistik  dünyagörüşü  sisteminə  yeni  tərkib  hissə 

daxil etmişdi. 

Hürufiliyin  görkəmli  təmsilçilərindən  biri  də  böyük 

Azərbaycan  şairi  İmadəddin  Nəsimidir  (1369-1417).  Onun 

dünyagörüşü hürufilik ilə məhdudlaşmır və bütövlükdə təsəvvüf 

fəlsəfəsini əhatə edir. 

Rəsmi  dini  təlimin  əsas  tələblərindən  kənara  çıxan  fikir 

təbliğ  etdiyinə  görə  Nəsimi  Suriyanın  Hələb  şəhərində  edam 

edilmişdi.  O,  əslində  qatı  dindar  olub.  Nəsimi  Allahı  nəinki 

inkar  etməyib,  əksinə  öz  varlığını  Allaha  qovuşduraraq  yox 

etməyə  çalışıb.  Onun  dünyagörüşünə  məşhur  İlahi  eşq  şairi 

Mənsur  əl-Həllacm  (859-912)  Ənəlhaq  (Mən  Həqiqətəm) 

təliminin həlledici təsiri olmuşdu. Nəsimi göstərirdi ki, insan öz 

mənliyindən  imtina  edib  Allahla  birləşəndən  sonra  yalnız  bir 

Mən - Allah qalır. Onun əsərlərində «Haqq» (Allah) ilə «cümlə 

aləm»  arasındakı  vəhdət  üçün  «İnsan»  (Mən)  anlayışı  vasitə 

olur.  İnsan  ən  geniş  mənada  Allah,  həm  də  «cümlə  aləm»dir. 

Lakin  hər  insan  yox,  ən  kamil,  təmiz  mənəviyyata  nail  olub 

ilahiyyata  qovuşan  insan  belə  çıxış  edə  bilər.  Belə  «Mən» 

«Haqq» (Allah) ilə eyniləşdirilir: 

Ətraflı bax: З.Кули-заде. Хуруфизм и его представители в Азербайджане. 

Баку, «Элм», 1970. 

116 



Mənsur ənəlhəq ayidər, yəniki, Həq mənəm Həq

Surəti Rəhman buldum, surəti-Rəhman mənəm. 

Mən həm də bütün dünyanı əhatə edir: 

Mən mülki-cahan, cahan mənəm, mən! 

Mən Həqqa məkan, məkan mənəm, mən! 

Mən cümlə cahanü kainətəm. 

Mən dövrü zaman, zaman mənəm, mən! 

«Mən»  (Allah)  kainata  yerləşmir,  əksinə,  bütün  kainatı 

özündə  yerləşdirir.  «Sığmazam»  rədifli  qəzəl  bu  münasibətlə 

deyilmişdi: 

Məndə sığar iki cahan, mən bu cahana sığmazam. 

Gövhəri laməkan mənəm, kövnü məkana sığmazam. 

Əlbəttə  «Gövhəri  laməkan»  (məkansız  substansiya),  yəni 

Allah  öz  yaratdığı  iki  dünyaya  (bu  dünya  və  o  dünyaya)  və 

«kövnü məkana» (var olan məkana) sığa bilməz. 

4.

 

İşrakilik 

/İşrakiyyə  fəlsəfəsi  müsəlman  xalqlannm  fəlsəfə  tarixində 

xüsusi yer tutur. Bu təlimin yaradıcısı Azərbaycan filosofu Ş/- 

habəddin  Siihrəvardi  (1154-1191)  olmuşdur^'Bu  fəlsəfi  təlim 

Qədim Şərq, Qədim Yunan fəlsəfəsi (xüsusən neoplatonizm) və 

təsəvvüf  (sufizm)  əsasında  yaranmış  və  formalaşmışdı./«İş- 

rak» (ərəbcə «əl-işrak» - aydınlaşdırma, işıqlandırma) sözü öz 

mənasına  görə  latın  termini  «emanasiya»  sözünə  uyğun  gəlir. 

Burada  işıq  və  zülmət  haqqında  zərdüştlüyün  açıq  təsiri 

görünür.  İşrakizmə  görə  Günəş  əşyaları  işıqlandırdığı  yə 

görünən  etdiyi  kimi,  mənəvi  şüalanma  və  yaxud  intuisiya  da 

insana  həqiqət  yolunu  göstərir.  Burada  əl-Qəzalinin  də 

Sührəvərdiyə təsiri hiss olunur. / 



117 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə