Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə41/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   37   38   39   40   41   42   43   44   ...   164

Sxolastikadan  fərqli  olaraq  İntibah  fəlsəfəsi  real  həyat 

hadisələri  və  humanist  mədəniyyətin  çox  tərəfləri  ilə  sıx 

qarşılıqlı təsir halında idi. 

2.

 

Nikolay Kuzanlının fəlsəfəsi 

İntibah dövrünün istedadlı filosoflanndan biri N.Kuzanlıdır 

(1401-1464).  Onun  fəlsəfi  fikirlərini  ilahiyyat  təlimlərindən 

ayırmaq  çətindir.  Bu  mənada  o  hələ  orta  əsr  ənənələrini  ifadə 

edir və fəlsəfə ilə ilahiyyatı bir-birindən ayırmırdı. 

Allahı təbiətə  yaxınlaşdıran N.Kuzanlı, təbiətə ilahi sifətlər 

verir,  birinci  növbədə  onun  məkanda  sonsuz  olduğunu 

göstərirdi.  İlahiyyatçı-sxolastik  dünyagörüşündə  isə  kainatın 

sonlu olduğu göstərilirdi. 

N.Kuzanlının  fikrincə  idrak  prosesi  insan  biliyinin  sonsuz 

olaraq  təkmilləşdirilməsi  deməkdir.  O,  idrakın  müxtəlif 

mərhələlərini  fərqləndirirdi.  Birinci  mərhələ  duyğulardır; 

burada  əşyaların  duyulan  obrazı  yaranır.  Yüksək  mərhələ  isə 

düşüncədir. 

Sokratm  «özünü  dərk  et!»  kəlamı  ilə  razılaşan  N.Kuzanlı 

yazırdı:  «Hər  şey  ilə  ən  çox  maraqlanan  insan  üçün  ən 

mükəmməl idrak öz biliksizliyi haqqında ən yüksək biliyə malik 

olmasıdır; öz biliksizliyini görən hər kəs daha bilikli 

O

1

UD



>.^® 

Onun  fikrincə  insan  ağılı  həqiqəti  tamamilə  dərk  edə  bilməz: 

«Beləliklə, həqiqət haqqında biz dəqiq  yalnız onu bilirik ki, o 

əlçatmazdır: bizim ağlımız həqiqətə necə olduğundan nə çox, nə 

də  az  ola  bilməyən  mütləq  zərurətə  çatmaq  imkanı  kimi 

yanaşır».^' 



3.

 

İntibah dövründə 

sosial-siyasi və fəlsəfi 

fikir 

Yeni  dövr  cəmiyyətin  mahiyyəti,  insanın  təbiəti  haqqında 

yeni təsəvvürlər yaratdı. 

Н.Кузаиский. Сочинения. В 2-х тт.. T.I. М.. «Мысль». 1979, с.51. 

Yeno orada, s.53. 

121 



>/XV  əsrin  birinci  rübündə  humanistcəsinə  fikirləşən  Avropa 

ziyalıları  arasında  Niderland  mütəfəkkiri  Eraztn  Rotterdamlı 

(1469-1536)  xüsusi  yer  tutur.  O,  əsaslandırmağa  çalışırdı  ki, 

Müqəddəs  kitab  -  Bibliya  -  tarixi  mənşəyə  malikdir,  yəni  sadə 

deyimlə  insan  tərəfindən  yaradılıbdır.  Erazm  hesab  edirdi  ki, 

insanın günahdan azad edilməsi ümumiyyətlə Allahdan asılıdır, 

lakin onun bu dünyadakı əməlləri özünə məxsusdur və bu işlərə 

görə insan şəxsən məsuliyyət daşıyır. 

Rotterdamlı  göstərirdi  ki,  əsl  alicənablıq  insana  ailədən, 

ictimai mənşədən gəlmir. Alicənablıq mənəvi kateqoriya olsa da 

anadangəlmə  hadisə  deyil,  çox  gərgin  əxlaqi  və  intellektual 

zəhmət hesabına qazanılır. Müəyyən səbəblərə  görə pis  tərbiyə 

olunmuş və nəfsin qulu olan insan heyvandan da aşağıdır. Erazm 

yazırdı:  «Beləliklə,  insan  qəribə  heyvan  kimi  iki  və  yaxud  üç 

olduqca  müxtəlif  hissələrdən  ibarətdir:  nə  isə  ilahi  (numen) 

mənşəli ruh (anima) və dilsiz heyvan kimi bədən. Bədənimiz ilə 

biz başqa növdən olan heyvanlardan nəinki üstün deyilik, hətta 

bütün cəhətlərdən onlardan xeyli aşağıyıq. Ruhumuz isə İlahiyə o 

qədər  yaxındır  ki,  biz  mələklərin  yaxınlığından  uçub  keçərək 

Allaha qovuşa bilərik».^^ 

İntibah  dövründə  siyasi  ideoloqların  ən  görkəmlisi  floren- 

siyalı  Nikkolo  Makiavellidir  (1469-1527).  O,  öz  əsərlərində 

sübut  etməyə  çalışırdı  ki,  insan  fəaliyyətinin  əsas  sövqedici 

motivi  eqoizm  və  maddi  maraqdır.  O,  deyirdi  ki,  insanlar  Öz 

atasının  ölümünü  daha  tez  unudur,  nəinki  əmlakdan  məhrum 

olmağı. 


• Makiavelli dünyəvi dövlətin zəruriliyini əsaslandırır, dövlət 

hakimiyyətinin  teoloji  olmasına  qarşı  hüquqi  dünyagörüşünü 

qoyur, hüquq qaydalarını dinin tələblərindən ayırır, axırıncılara 

əsasən əxlaqi məna verirdi. 

Makiavelli  təsdiq  edirdi  ki,  dövlət  öz  məqsədlərini  həyata 

keçirmək üçün hər cür vasitədən istifadə edə bilər. Məsələn, din 

və  yaxud  əxlaq  yalnız  o  zaman  dəyərli  olur  ki,  onlar  dövlət 

hakimiyyətinə kömək edir. Əks halda onlar ümumiyyətlə lazım 

deyil. Öz hakimiyyətini qurmaq və möhkəmləndirmək 

*’■ Э.Роттердамский. Философские произведения. M.. «Наука», 1986, c.l 11. 

122 



üçün hökmdar hətta zidd vasitələrdən də istifadə edə bilər 

(immoralizm). Çünki məqsəd vasitəyə haqq qazandırır. 

Vasitəyə  haqq  qazandıran  məqsədlər  Makiavelliyə  görə 

bunlardır: xaricilərin hökmranlığından azad olmaq, sabitlik və 

yaxud qanunun hakimiyyəti, tərəqqi, şöhrət. Xeyirxahlıq sözün 

həqiqi  mənasında  həmin  məqsədə  çatmaq  üçün  zəruri  və 

əlverişli olan adətlərin cəmidir. Məhz həmin məqsədlər, bizim 

hərəkətlərimizi  xeyirxah  edir.  Bu  məqsədlərə  çatmağa  kömək 

edən nə varsa, hamısı insan üçün gözəl nemətdir. Belə məqsəd 

bütün  vasitələri  məqbul  sayır.  Xeyirxahlıq  vətəndaş 

ləyaqətindən,  vətənpərvərlikdən,  hamının  birgə  eqoizmindən 

başqa bir şey deyil. 

Göstərmək  lazımdır  ki,  Makiavellidə  ziddiyyətli  fikirlər 

çoxdur.  Məsələn,  o  deyirdi:  «...Xeyirxah  olmaq  və  dönmədən 

ona  əməl  etmək  zəruridir,  lakin  xeyirxah  kimi  görünmək 

faydalıdır.  Başqa sözlə,  özgələrinin  gözündə müstəqil, sözünə 

düz,  şəfqətli,  səmimi,  imanlı  kimi  görünmək  lazımdır  və 

həqiqətən belə olmalısan».^^ Başqa yerdə isə o qətiyyətlə deyir 

ki, hökmdar üçün xeyirxah olmaq zərərlidir. 

Avropa ölkələrinin xalq kütlələri - kəndlilər və sənətkarlar da 

öz  ideoloqlannı  irəli  sürmüşlər.  Onlardan  biri  və  ən  məşhuru 

Almaniyada  «xalq  reformasiyası»nın  böyük  təmsilçisi  Tomas 



Miintserdir  (1490-1525).  Onun  siyasi  proqramı  xüsusi 

mülkiyyətin  ləğvini,  əmlakın  ümumiləşdirilməsini,  zümrə 

fərqlərinin,  xalqa  yad  dövlət  hakimiyyətinin  dəyişdirilməsini, 

ümumi bərabərliyin tətbiq edilməsini nəzərdə tuturdu. 

Cəmiyyətin  yenidən  qurulmasının  daha  dərin  prinsiplərini 

ingilis humanisti Tomas Mor (1478-1535) «Utopiya» kitabında 

əsaslandırmışdır. O, utopik sosializmin ilk təmsilçisi idi. Krala 

qarşı çıxdığı üçün onu edam etmişlər. 

T.Mor  xüsusi  mülkiyyəti  xalqın  bütün  bəlalarının  və 

ümumiyyətlə bütün şər işlərin səbəbi hesab edirdi. «Utopiya»da 

təsvir edilən ictimai quruluşun əsas əlaməti xüsusi mülkiyyətin 

olmamasıdır. Bu xəyali adada cəmiyyətin bütün üzvlərinin hər 

birinin öz vəzifəsi var. Dövlət istehsal olunan bütün məh- 

H.MaKiıaBenj'iıı. H36paKiibic coHHKcmtH. M.. 1982. c.352. 

123 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə