Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə42/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   38   39   40   41   42   43   44   45   ...   164

sulun insanlar arasında bölünməsinin hesabını aparır, istehsalın 

təşkili ilə yerli icmalar məşğul olurlar. 

Nəzəri  utopik  sosializmin  başqa  görkəmli  nümayəndəsi 

Tomazo  Kompanella  (1568-1639)  olmuşdur.  O,  1605-ci  ildə 

özünün  əsas  əsərini  -  «Günəş  şəhəri»  kitabını  yazır.  «Utopi- 

ya»da olduğu kimi burada da xüsusi mülkiyyət yoxdur, insanlar 

icmalar şəklində yaşayır; əmək icma üzvlərinin nəinki vəzifəsi, 

həm  də  tələbatıdır,  çünki  əməyə  hörmət  uşaq  vaxtından 

öyrədilir. 

B.Rassel  haqlı  olaraq  deyirdi:  «İtaliya  İntibahı  fəlsəfə 

sahəsində bütövlükdə əhəmiyyətli əsərlər yaratmadı. Bu böyük 

fəlsəfi düşüncələrdən daha çox qədim qaynaqları  yenidən üzə 

çıxarmaq dövrü idi. O cümlədən katolik məktəblərində Aristotel 

davamçılarına cavab vermək üçün Platonu yenidən öyrənməyə 

başlayırlar».^  Onun  fikrincə  təbii-elmi  biliklər,  incəsənət  və 

arxitektura sahəsində nailiyyətlər daha çox olmuşdur. 

4.

 

İntibah dövrü fəlsəfəsində təbii-elmi fikir 

İntibah  dövründə  təbii-elmi  biliklərin  böyük  artımı  bir  sıra 

kəşflərdə öz ifadəsini tapmışdır. Riyaziyyat və mexanika daha 

çox  uğur  qazanmış,  eksperimental  təbiətşünaslığın  meydana 

gəlməsinin  fövqəladə  əhəmiyyəti  olmuşdur.  Bu  dövrdə 

astronomiyada 

da 

böyük 


kəşflər 

edilmişdir. 

Elmi 

astronomiyanın  əsasını  qoymuş  böyük  polyak  alimi  Nikolay 



Kopernikm  (1473-  1543)  heliosentrik  sistem  nəzəriyyəsinin 

elmin inkişafında olduqca böyük əhəmiyyəti olmuşdur. 

intibah  dövrünün  mütəfəkkirləri  arasında  böyük  italiyalı 

filosof  və  şair  Cordano  Bruno  (1548-1600)  şərəfli  yer  tutur. 

Özünün  dünyagörüşü  ilə  o,  katolik  kilsəsi  ilə  münaqişəyə 

girdiyi  üçün  nəticədə  Romada  kilsə  tərəfindən  tonqalda 

yandınlmışdır. 

Brunonun dünyagörüşü formaca panteizmə uyğun gəlir. O, 

daha  ardıcıl  olaraq  Allahı  təbiət  ilə  eyniləşdirirdi.  Dəyişən  və 

inkişaf edən dünyanın başqa izahını tapmayan Bruno Platonun 

dünya ruhu haqqında təliminə qoşulur. Kainatdakı dünya ruhu 

B.Pacce;ı. My/ıpocTu 3ana;ia. c.268. 

124 



və onun hissələri olan ayrı-ayrı planetlərin ruhu, Brunoya görə, 

bu hərəkəti tamamilə izah edir. 

Dahi  rəssamlar,  heykəltəraşlar  və  alimlər  arasında  özünün 

çoxtərəfliliyi  və  dərin  biliyi  ilə  seçilən  italyan  Leonardo  da 



Vinçi  (1452-1519)  olmuşdur.  O,  müasir  təbiətşünaslığın 

yaradıcılarından  biridir,  təbiətin  eksperimental-riyazi  metodla 

tədqiq  edilməsini  qabaqcadan  görmüşdür.  Elmi  fəaliyyətin 

mənasını  dahi  alim  bu  fəaliyyətin  insana  gətirdiyi  praktiki 

faydada görürdü. 

İntibah dövrünün bədii estetik fikrinin inkişafında Leonardo 

da  Vinçinin  xidməti  əvəzsizdir.  Bədii  dilin  yeni  üsullannm 

hazırlanmasını  nəzəri  ümumiləşdirmələrlə  uzlaşdıran  rəssam 

dövrün  humanist  ideallarına  cavab  verən  insan  obrazı 

yaratmışdır  (Qadın  gözəlliyinin  humanist  idealı  olan  Mona 

Lizanın portreti və yaxud «Cokonda» və b. buna bir misaldır.). 

Təbiətin tədqiq edilməsinin eksperimental-riyazi metodunun 

yaradıcısı  böyük  italyan  alimi  Qalileo  Qaliley  (1564-1642) 

olmuşdur  (Leonardo  da  Vinçi  bu  metodun  yalnız  layihəsini 

hazırlamışdı).  O,  eyni  zamanda  dinamikanın  -  cisimlərin 

hərəkəti haqqında təlimin də yaradıcısıdır. 

İbn Rüşdün həqiqətin ikiliyi haqqında təlimininə əsaslanaraq 

Qaliley elm və dini bir-birindən ayırırdı. 



125 


VII. XVII-XVIII əsrlərdə Avropa fəlsəfəsi 

1. Frensis Bekonun fəlsəfəsi 

İngiltərədə  gərgin  fəlsəfi  inkişaf  Frensis  Bekonun  (1561- 

1626) yaradıcılığı ilə başlanır. 

Bekonun öz fəlsəfi sistemi qarşısına qoyduğu vəzifə mənasına 

görə 0 dövrdə məlum bilik dairəsini dəyişdirməkdən ibarətdir. Bu 

yolda  əsas  məqsədlərdən  biri  bu  biliklərin  təsnifatı  idi.  Bu 

təsnifatın əsasını, o dövrdə hesab edildiyi kimi, insan ruhunun üç 

əsas qabiliyyəti tutmalı idi: yaddaş, təxəyyül (fantaziya) və ağıl. 

Yaddaşa tarix, təxəyyülə poeziya, ağıla isə fəlsəfə uyğun gəlir. 

Bekon göstərirdi ki, o vaxt istifadə edilən üsullarla idrak təbiət 

sahəsində  çox  şeyə  nail  ola  bilməzdi.  O,  özünün  induktiv 

metodunu işləyib hazırladı. Bekona görə induksiyanın mahiyyəti 

xüsusi  faktlardan  daha  ümumi  müddəalara  keçmək  yolu  ilə 

fasiləsiz və tədrici ümumiləşdirmədən ibarətdir. 

2.

 

Rene Dekartın fəlsəfəsi 



Yeni dövr Avropa fəlsəfəsinin əsasını qoyanlardan biri fransız 

alimi Rene Dekart (1596-1650) olmuşdur. O, böyük riyaziyyatçı, 

mexanikanın  yaradıcılanndan  biri,  fizioloq,  psixoloq  idi.  Fizik 

kimi  Dekart  yeni  dövrdə  birinci  dəfə  kosmoqoniya  (yun. 

«kosmogonia»  -  astronomiyanın  kosmik  cisimləri  öyrənən 

hissəsi) problemini qaldırmışdı. Elmlərin vəhdətini o, fəlsəfə ilə 

eyniləşdirirdi. Təcrübə və riyaziyyatı biliyin, xüsusən elmi-təbii 

biliyin əsas hərəkətvericiləri sayırdı. 

Dekarta görə, yalnız o şeyi həqiqət kimi qəbul etmək olar ki, o 

tamamilə  şübhəsiz  və  aydın  dərk  edilir.  Bu  fikir  Dekart  rasio- 

nalizminin  əsas  prinsipidir.  O  skeptisizmə  (şübhəçiliyə)  qarşı 

geniş  mübarizə  aparırdı.  Hər  şeyə  şübhələnmək  olar,  yalnız  bu 

şübhənin  mövcudluğundan  başqa.  Dekarta  görə  şübhə  edən 

həmişə,  hətta  yuxuda  da  fikirləşir;  əgər  fikirləşirsə,  deməli 

mövcuddur.  Buradan  da  onun  məşhur  sözləri  yaranıb:  «Mən 

düşünürəm, deməli, mən mövcudam» («Cogito ergo sum»). 



126 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə