Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə45/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   41   42   43   44   45   46   47   48   ...   164

Son nəticədə Leybnis hər şeyi Allahdan asılı edir: «Allahda 

hər  şeyin  mənbəyi  olan  qüdrət,  sonra  ideyaların  bütün 

müxtəlifliyini  özündə  birləşdirən  bilik,  və  nəhayət,  dəyişdirən 

və  yaxud  ən  yaxşı  başlanğıca  uyğun  olaraq  yaradan  iradə 

(volya) var».*® 

Leybnis  Nyütondan asılı  olmayaraq, demək olar ki,  onunla 

eyni vaxtda differensial və inteqral hesablamaları kəşf etmişdir. 

O, analitik-riyazi tədqiqat metodunun yaradıcılarından biridir. 



Yeno orada, s.421. 

133 





!j

 VIII. XVIII əsrdə fransız fəlsəfəsi 

1.

 

Maarifçiliyin əsas xüsusiyyətləri. 

P.Beyl, J.Melye, Ş.L.Monteskye 

Avropada  maarifçilik  elmi  idrakın  inkişafı  ilə  əlaqədar 

meydana gəlmişdir. Əvvəllər çox şeylər Aristotelin və kilsənin 

nüfuzuna istinad edilərək sübutsuz doğru hesab edilirdi. 

Böyük fransız inqilabının ideya mənbəyi XVIII əsrin ikinci 

yansmda yüksək inkişaf etmiş maarifçilik cərəyanı olmuşdur. 

Fransız  maarifçiliyi  dövrünün  xarakter  xüsusiyyətləri 

bunlardır; 1) bərabərlik ideyası; 2) ağılın  qələbəsi  və 3) tarixi 

optimizm.  Maarifçilik  geniş  və  qüdrətli  hərəkat  kimi  fransız 

ziya-  lılannın  müstəqil  fikirləşən  bütün  nümayəndələrini 

birləşdirirdi.  Bu  cərəyanın  tərəfdarları  ağılın  rolunu  yüksək 

qiymətləndirir,  sərbəst  elmi,  fəlsəfi,  bədii  yaradıcılığın 

zəruriliyini  göstərirdilər;  materialistlər  isə  eyni  zamanda  dinə 

qarşı çıxır və ateizmi müdafiə edirdilər. 

Fransız  burjuaziyasının  məşhur  ideoloqlarından  biri  filosof 

və publisist ^er Beyl {}6A1 Al06) olmuşdur. Din və inam Beylin 

diqqət  mərkəzində  olmuşdu.  O,  dini  dözümlülüyün  tə-  rəfdan 

idi, əxlaqı dindən ayınrdı, inam ilə ağılın uyğunlaşa bilməsini 

göstərirdi.  Beyl  axırda  inamın  ağıldan  üstün  olmasını  qəbul 

edirdi. 


Dinə  və  kilsəyə  münasibətdə  daha  radikal  mövqe  tutan  və 

fikirlər  söyləyən  Jan  Melye  (1664-1729)  olmuşdur.  O,  dini 

inamı  inkar  edir  və  ağılın  gücünə  inanırdı.  Onun  əsas  yeganə 

əsəri «Mənim vəsiyyətim» külliyyatıdır. 

XVIII  əsrin  birinci  yansmda  Fransada  sosial  fəlsəfi 

təfəkkürün görkəmli nümayəndəsi ^arl Lui Monteskye (1689- 

1755)  olmuşdur.  O,  cəmiyyətin  yaranması  və  inkişafını  təbii 

faktorlann  əsasında  izah  etməyə  çalışırdı.  Onun  əsas  əsəri 

«Qanunun ruhu haqqında» (1748) adlanır. Monteskye qanunları 

insanın  təbii  mahiyyətindən  doğan  təbii  və  qanunvericilər 

tərəfindən qurulan pozitiv qanunlar kimi iki qrupa bölürdü. 

Monteskyenin  fikrincə  ictimai  harmoniya  (ahəngdarlıq)  və 

ağıllı qayda o zaman yaranır ki, dövlət tərəfindən formalaşdırı- 

134 



lan  qanunlar  xalqın  ruhu,  davranış  qaydaları  və  adətləri  ilə 

uzlaşır.  O,  yazırdı:  «Qanunvericilər  xalqın  ruhu  ilə 

uyğunlaşmalıdır, çünki bu ruh idarəçilik prinsiplərinə zidd deyil. 

Belə ki, biz azad və özümüzün təbii zəkamıza uyğun gələn işləri 

daha yaxşı həyata keçiririk».*' 

Mövcud  dövlət  idarə  formalarını  Monteskye  üç  qrupa 

bölürdü:  respublika,  monarxiya,  despotiya.  Başqa  idarə 

formalan ilə müqayisədə demokratik respublika millətin böyük 

əksəriyyəti üçün azadlıq və bərabərliyi daha çox təmin edir. 

Monteskyenin  bütün  siyasi-hüquqi  nəzəriyyəsinin  baş 

mövzusu  və  burada  əsaslandırılan  başlıca  dəyər  azadlıqdır. 

Ədalətli  qanunlar  və  dövlətçiliyin  düzgün  təşkil  edilməsi  bu 

azadlığı təmin edən ilkin şərtlərdəndir. Monteskye söz, mətbuat 

və  vicdan  azadlığını  müdafiə  edirdi.  O,  deyirdi:  «Azadlıq 

qanunun icazə verdiyi dairədə hərəkət etmək hüququdur». / 

İdarəçiliyin  əsası  Monteskyeyə  görə  qanun  olmalıdır.  O, 

qanunverici,  icraedici  və  məhkəmə  hakimiyyətinin  bölünməsi 

nəzəriyyəsini  əsaslandırırdı.  Onun  fikrincə  hakimiyyət 

bölgüsünün  əsas  məqsədi  hakimiyyətdən  sui-istifadə  etməyin 

qarşısını almaqdır. 



2.

 

Maarifçilər: Voiter, Jan Jak Russo 

Fransız maarifçiliyinin ən görkəmli nümayəndələrindən biri 

də Volter (1694-1778) olmuşdur. Ruhanilər əleyhinə çıxış onun 

bütün yaradıcılığına xas olan xüsusiyyətdir. Lakin o, dini inkar 

etmirdi, yalnız dini azadlıq tələb edirdi. 

Volter təcrübənin idrak prosesində əhəmiyyəti və təcrübənin 

nəzəri təfəkkürə münasibəti problemlərini həll etməyə çalışırdı. 

Özünün  fəlsəfi  əsərlərində  Volter  yüksəlməkdə  olan 

burjuaziyanın əsas tələblərindən biri olan insanların bərabərliyi 

məsələsini irəli sürürdü. Lakin o, bərabərlik deyəndə adamların 

siyasi  bərabərliyini,  qanun  və  hüquq  qarşısında  bərabərliyini 

nəzərdə tuturdu. O, hesab edirdi ki, sosial və əmlak bəra- 

LU.MoHTecKbe. HsöpaHHwe npoHseefleHHH. M.. 1955, c.412. 

135 



bərsizliyi  ictimai  tarazlıq  və  cəmiyyətin  normal  inkişafı  üçün 

əsas şərtdir. Volterin yaradıcılığında insan, onun siyasi azadlığı, 

iradə  azadlığı,  cəmiyyətin  sosial-siyasi  cəhətdƏn  təşkili  və  s. 

məsələlər geniş müzakirə edilirdi. 



J,J,Russonun  (1712-1778)  yaradıcılığı  çox  zəngin  olmuş, 

elm  və  sivilizasiya,  sosial-siyasi  problemlər,  dövlət  və  hüquq 

məsələləri, bədii yaradıcılıq kimi sahələri əhatə etmişdir. . 

Russo belə bir müddəanı müdafiə edirdi ki, elmin inkişafı heç 

vaxt  əxlaqın  təkmilləşdirilməsinə  xidmət  etmir.  Elm  və 

mədəniyyət  bəşəriyyətə  yaxşı  heç  nə  gətirməyib.  Lakin  bu 

fikirlər  o  demək  deyil  ki,  Russo  elm  və  mədəniyyəti 

ümumiyyətlə rədd edirdi. O, deyirdi ki, «elmə hücum etmirəm, 

ancaq xeyirxahlığı müdafiə edirəm». 

İnsan cəmiyyətinin təbii vəziyyəti Russoya görə o deməkdir 

ki, insan həm istehsalçı, həm də istehlakçı kimi başqalarından 

asılı olmur. Belə cəmiyyəti mütəfəkkir ideal hesab edirdi. Russo 

demişdir:  «Cəmiyyətin  əsasını  tədqiq  edən  filosofların  hamısı 

təbii  vəziyyətə  3diksəlmək  zərurətini  hiss  edirdilər;  lakin 

onların heç biri buna nail ola bilmədilər».*^ Ona görə ki, insan 

Russoya görə təbii vəziyyətdə hələ insan deyil, onun insanlığı 

və  rasionallığı  uzun  proses  gedişində  əldə  edilib,  onlar  təbiət 

tərəfindən deyil, tarixi proses ilə şərtlənir. 

«İctimai  müqavilə»  əsasında  meydana  gələn  cəmiyyətin 

suvereni  və  yeganə  idarə  edəni,  Russonun  fikrincə  «birləşmiş 

xalq» olmalıdır. «Birləşmiş xalq»ın ali hakimiyyətinin heç bir 

təminata (qaranta) ehtiyacı yoxdur. Çünki xalqın yüksək iradəsi 

heç vaxt yanılmır, hər zaman doğru yoldadır. Elə buna görə də 

qanun çoxluğun səsi ilə qəbul edilir. 

Ümumi  iradənin  ifadəsi  kimi  qanun  və  qanunverici  haki- 

5^ətin xalq suverenliyinin müstəsna hüququ olması haqqında 

təlimi,  ictimai  müqavilə  və  dövlət  quruculuğunun  prinsipləri 

haqqında konsepsiyası ilə Russo siyasi-hüquqi fikrin və siyasi 

praktikanın sonrakı inkişafına böyük təsir göstərmişdi. 

Ж.Ж.Руссо.  Об  общественном  договоре.  Трактаты.  М.,  КАНОН- 

Пресс-Ц, 1999, с.71. 

136 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə