Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə46/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   42   43   44   45   46   47   48   49   ...   164

3.

 

Materialistlər: J.O.Lametri, D.Didro, 

K.A.Helvesi, P.A.Holbax 

XVIII


 

əsr  fransız  materialistlərinin  görüşləri  materializm 

tarixində  yeni  mərhələ  hesab  olunur;  çünki  bu  materializm 

əvvəlki materialist təlimlərdən mahiyyətcə fərqlənir. 

Filosof  və  həkim  Lametrinin  (1709-1751)  fikrincə  əbədi, 

məhvedilməz,  daim  hərəkətdə  olan  materiya  dünyadakı  bütün 

müxtəlifliyi yaratmaq qabiliyyətinə malikdir. 

Lametriyə  görə  duyğular  idrakın  qaynağıdır.  Lakin  yalnız 

təfəkkür  duyğuların  məlumatını  ümumiləşdirərək  əşyaların, 

təzahürlərin  bütün  mənzərəsini  yenidən  canlandıra  bilir  və 

onların mahiyyətinə nüfuz edir. 

İnsan orqanizminə orijinal maşın kimi baxan və mexanika- 

nın prinsiplərini bu işə cəlb edən Lametri təsdiq edirdi ki, insan 

orqanizminin  həyat 

fəaliyyətini  tənzimləyən  mexanika 

prinsiplərinin  •  pozulması,  bu  pozulmanın  bərpa  olunmazlığı 

maşını  sıradan  çıxarır.  Bu  isə  maşını  bütövlükdə  əhatə  edən 

ölüm deməkdir,  yəni insanın həm bədəninin, həm də ruhunun 

ölməsidir. 

Didro  (1713-1784)  filosof,  yazıçı  və  ideoloq  olaraq  iyirmi 

ildən çox vaxtını «Elm, incəsənət və peşə ensiklopediyası»nın 

yaradılmasına  sərf  etmişdir.  «Ensiklopediya»nın  yazılmasında 

XVIII  əsr  fransız  maarifçiliyinin  ən  görkəmli  nümayəndələri 

iştirak  etmişdir.  Didro 

«Ensiklopediya»nı 

yaratmağa 

başlayanda  artıq  materialist  və  ateist  mövqedən  çıxış  edirdi. 

Onun materializmi mexanist xarakter daşıyırdı. 

Didroya  görə  materiya  şüurdan  kənarda  və  ondan  asılı 

olmayaraq  mövcuddur.  Bizim  duyğularımız,  təsəvvür  və 

anlayışlarımız  obyektiv  mövcud  olan  predmet  və  hadisələrin 

əks olunmasıdır. O, sensualist idi, yəni duyğulan idrakın yeganə 

qaynağı hesab edirdi. 

Didro  dinə  qarşı  çıxır,  ona  barışmaz  münasibət  bəsləyir, 

həqiqətin ikiliyi təlimini inkar edirdi. Onun fikrincə, dini inam 

nəinki ağılın əksinədir, o ağılı tamamilə sıxışdırıb məhv etmək 

istəyir. 



137 


Ensiklopedist  filosof  Helvesi  (1715-1771)  hissi  başlanğıcın 

fəal müdafiəçisi idi. O, duyğulan yeni, həyati, realist fəlsəfənin 

yaradılması  üçün  əsas  şərt  hesab  edirdi.  XVIII  əsrin  bütün 

materialistləri kimi Helvesi də biliyin meydana gəlməsi faktının 

təcrübədən, hissi idrakdan yaranmasını qəbul edirdi. 

Hər  bir  «əsl,  həqiqi  fəlsəfənin»  başlanğıc  prinsipi  kimi 

Helvesi təbiətin yaradılması, sonsuzluğu və əbədiliyi fikrini əsas 

götürürdü. İnsan da həmin təbiətin bir hissəsidir. 

Didro  təsdiq  edirdi  ki,  materiya  heç  vaxt  yaradılmır,  məhv 

edilmir, yalnız özünün mövcudluq formasını dəyişir. Materiyanı 

yeganə substansiya hesab edən Didrodan fərqli olaraq Helvesi 

təbiəti konkret hiss edilən cisimlərin birliyi hesab edirdi. 

Helvesi  ateist  görüşlərin  tərəfdan  idi.  O,  dini  əxlaqı  tənqid 

edir və hesab edirdi ki, bu əxlaq insanın yaxşı həyata can atmaq 

cəhdlərini məhv edir. 

XVIII 


əsr 

fransız 


materializminin 

görkəmli 

nümayəndələrindən  biri  də  Holbaxdır  (1723-1789).  Bütün 

dünya  hadisələrinin  əsasında  duran  ümumi  başlanğıcları  tapıb 

müəyyənləşdirməyi  filosof  öz  tədqiqatlannın  məqsədi  sayırdı. 

Bütöv  halda,  dünya,  onun  mövcudluğunun  və  dəyişməsinin 

qanunlan  onun  fikrincə  fəlsəfənin  predmetini  təşkil  edir. 

Holbaxa  görə  materiya  və  onun  ən  ümumi  xassələri  tam  və 

vahiddir.  Materiya  yeganə  substansiyadır.  Əşyalann  xassələri 

onların  özlərindən  əvvəl  gələ  bilməz,  deməli,  şüur  da 

materiyadan əvvəl mövcud ola bilməz. 

Holbaxın fikrincə materiya zaman etibarilə daimi, məkanda 

isə sonsuzdur. Məkan və zaman materiyanın varlıq formasıdır. 

Materiya  və  hərəkət  aynimazdır.  O,  hesab  edirdi  ki,  hərəkət 

əsasən  mexanikidir,  yəni  cisimlərin  məkan  daxilində 

dəyişməsidir. 

Başqa fransız materialistləri kimi Holbax da ateist idi. Dinə 

qarşı mübarizədə, filosof maarifçiliyin geniş yayılmasını zəruri 

hesab edirdi. 



138 



IX. XVin əsrdə alman klassik fəlsəfəsi 

1. İmmanuil Kantın fəlsəfəsi 

İ.Kant  (1724-1804)  alman  klassik  fəlsəfəsinin  banisidir. 

Fəlsəfi və təbii-elmi fənlərin geniş kompleksindən yaradıcılıqla 

istifadə edən Kant ensiklopedik bilikli orijinal mütəfəkkirdir. 

Kantın  fəlsəfi  inkişafı  iki  dövrə  bölünür.  Birinci  dövr  - 

«tənqidə  qədərki  dövn>  adlanır  (l770-ci  illərin  əvvəllərinə 

qədərj^Kant fəlsəfi problemləri həll etmək üçün belə bir inama 

əsaslanırdı  ki,  fəlsəfə  nəzəri,  mücərrəd  elm  kimi,  yəni 

təcrübənin  məlumatına  müraciət  etmədən  araşdınla  və  əsas- 

landınla biləij^ Bu dövrdə Kantın əsərlərində fəlsəfi məsələlər 

ilə  yanaşı  təbiətşünaslığa  həsr  edilmiş  tədqiqatlar  da  əsas  yer 

tuturdu (məsələn. Günəş sisteminin qurulma prinsipləri və b.). 

Dünyanın  inkişaf  prosesinin  sonsuzluğunu  qəbul  edən  Kant 

bununla  yanaşı  hesab  edirdi  ki,  bu  prosesin  başlanğıcı  var. 

Dünyanın səbəbi filosofa görə Allahdır. 

Kant  fəlsəfəsinin  ikinci  -  «tənqidi  dövrü»  1770-ci  illərin 

əvvəllərində formalaşdı. Bu təlim onun «Təmiz ağılın tənqidi», 

«Praktik ağılın tənqidi» və «Mühakimə qabiliyyətinin tənqidi» 

əsərlərində  şərh  edilir.  Bu  əsərlərin  birincisində  Kant  özünün 

idrak, ikincidə etika, üçüncüdə estetika haqqında görüşlərini və 

təbiətdə məqsədəuyğunluq təlimini izah edirdy 

Kant təzahürü öz-özünə mövcud olan əşyadan - «şey~ozün- 

də»dən  ayırmağa  çalışırdı;  axırıncı  təcrübədə  verilə  bilməz. 

Əşyalar  özlüyündə  dərkedilməzdir,  biz  yalnız  təzahürləri  dərk 

edirik (aqnostisizm). Son nəticədə  «şey özündə» transsendent, 

yəni zaman və məkandan kənarda, o dünyada mövcud olur. 

Kantın fikrincə ümumi və zəruri əhəmiyyət kəsb edən biliyin 

qaynağı nə təcrübə, nə də ağıl ola bilər. Kantın fəlsəfəsinə görə 

belə  həqiqi  bilik  mövcuddur,  onun  qaynağı  təcrübədən  asılı 

olmayan  və  ondan  əvvəl  mövcud  olan  (apriori)  hissiyyat  və 

düşüncə formalarıdır. 

Kant  üç  əsas  idrak  qabiliyyəti  haqqında  danışır:  hissiyyat, 

düşüncə və ağıl. Hissiyyat - duymaq, düşüncə - anlayış və 



139 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə