Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə47/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   43   44   45   46   47   48   49   50   ...   164

mühakimə,  ağıl  -  ideyalara  gedib  çatan  əqli  nəticə  çıxarmaq 

qabiliyyətidir.  İdeya  bütün  təzahürlərin  qeyd-şərtsiz  birliyi 

haqqında ağıldır. 

(Kantın fikrincə reallığın iki səviyyəsi var: elmə uyğun gələn 

fenomenal“  və  etikaya  uyğun  gələn  noumenal“  səviyyələr. 

Fenomenal  qayda  insan  ağılı  ilə  yaradılır.  Noumenal  qayda 

insan ağılına münasibətdə transsendentaldır; o mənəvi reallığa 

uyğun  gəlir,  insanın  etika  və  dini  həyatı  məhz  bu  reallığa 

söykənij/ 

Davranış  qanununu  Kant  şərtsiz  göstəriş  (qəti  imperativ) 

kimi  başa  düşürdü.  Bu  qanun  tələb  edir  ki,  hər  bir  fərd  elə 

hərəkət etməlidir ki, onun şəxsi rəftarı hamı üçün ümumi qayda 

ola bilsin. 

Kant özünün «Praktik əqlin tənqidi» əsərində əxlaq ilə insan 

əməllərinin leqallığı (qanuniliyi) arasındakı fərqi müəyyən edir. 

Əgər  şəxsin  davranışı  obyektiv  olaraq  əxlaq  qanununun 

tələblərini pozmursa, hər hansı bir niyyət (cəza almaq qorxusu, 

acgözlük,  şöhrətpərəstlik,  xoşbəxtliyə  can  atmaq  və  s.)  ilə 

həyata keçirilirsə bu halda davranış leqal hesab edilir. 

Kant hesab edirdi ki, hüququn vəzifəsi ayrı-ayrı şəxslərin elə 

hərəkətlərinə icazə verməkdir ki, bu hərəkətlər zahirən obyektiv 

olaraq  əxlaq  qanununun  tələbləri  ilə  birgə  olsun.  Hüquq  öz 

tələblərini  həyata  keçirmək,  onların  pozulmasının  qarşısını 

almaq,  pozulmuşsa  bərpa  etmək  üçün  məcburetmə  qüvvəsinə 

malik olmalıdır. 

Kant 


sosial-siyasi 

görüşlərində 

ictimai 

müqavilə 

nəzəriyyəsinə də xüsusi yer verir. İctimai müqavilə Kanta görə 

hazırda  mövcud  olan  siyasi  rejimləri  əxlaqi  cəhətdən  tanımaq 

şərtləri  haqqında  sazişdir.  Yalnız  «hüquqi  dövlət»  idealına 

doğru istiqamət götürmüş siyasi rejimlər fərdlər tərəfindən açıq 

müdafiə edilirlər. 

Fenomen  (yun.  «phainomenon»  -  təzahür  edən)  təcrübədə  bizə  verilən  və 

hissiyyat  ilə  dərk  edilən  təzahürlər  haqqında  anlayışdır.  Kant  bu  anlayışı 

özünəməxsus izah edir. 

Noumcn (yun. «noimcnon»; «nou.s»-ağıl) fenomenin əksinə olan və mahiyyətin yalnız ağılla 

dərk edilə bilməsini göstərən termindir. Burada da Kant özünəməxsus izahat verir. 

140 



Bəşəriyyətin  gələcəyi  məsələsi  də  Kantı  narahat  edirdi.  0, 

«əbədi  sülh»  layihəsini  irəli  sürürdü.  Kant  inanırdı  ki,  «əbədi 

sülh»ə 

respublika 



formasında 

yaradılan 

müstəqil, 

bərabərhüquqlu dövlətlərin geniş federasiyasını qurmaq yolu ilə 

uzaq gələcəkdə nail olmaq olar. Filosofun əqidəsinə görə belə 

kosmopolit*^  ittifaqın  yaranması  mütləq  baş  verəcək.  Bu  isə 

xalqların maariflənməsi və tərbiyəsi yolu ilə mümkündür. 

2.

 

İohan Qotlib Fixtenin fəlsəfəsi 

(Alman  klassik  idealizminin  görkəmli  nümayəndəsi  Fixte 

(1762-1814)  özünün  nəzəri  fəlsəfəsini  «elm  təlimi»  adlandı- 

nrdı. Onun fikrinə görə hər bir xüsusi elm elə prinsipə söykənir 

ki, bu prinsip həmin elmin daxilində əsaslandırılmır; bu vəzifəni 

elm haqqında fəlsəfi təlim yerinə yetirə bilər. 

Fixtenin  fəlsəfəsini  Kantın  dualizminə  qarşı  irəli  sürülən 

«Mən» haqqında təlim təşkil edir.  «Mən» fəal və müstəqildir. 

Duyğular  dünyası  isə  «Mən»in  şüursuz  proyeksiyasıdır.  Fixte 

onu  «qeyri-Mən»  adlandırır.  'Proyeksiyanın  şüursuz  olduğunu 

nəzərə alaraq deyirik ki, biz onu xarici aləm kimi qəbul edərək 

yanlışlığa düçar oluruq. 

Fəlsəfənin praktiki və nəzəri tərəfləri arasında əlaqələndirici 

vasitə Fixteyə görə azadlıq prinsipi olur. O, belə bir fikrə gəlir 

ki,  xarici  aləmdə  mövcud  olan  əşyaların  obyektivliyini  qəbul 

etmək insan azadlığı ilə bir araya sığışmır. 

/Fixte  də  Kant  kimi  Russonun  təbii  hüquq  təliminə  qarşı 

çıxırdı.  O,  Russodan  fərqli  olaraq  «təbii  hüquq»  və  «təbii 

vəziyyət»  anlayışlarını  eyniləşdirmir.'Digər  tərəfdən,  hüquqi 

qanun  əxlaq  qanunundan  da  çıxarıla  bilməz;  hüquqi  qanun 

təbiət qanunları ilə azadlıq qanunları arasında xüsusi yer tutur. 

Fixte qanun və əxlaqı bir-birindən ayırmağa cəhd göstərirdi. O, 

hesab  edirdi  ki,  hüququn  təbiət  və  əxlaqdan  fərqli  öz  xüsusi 

sahəsi var. 



Kosmopolitizm  (yun.  «kosmopolitcs»  -  -dünya  vətondaşı)  bütün  insan  nəslinin  birliyi 

naminə milli ənənələrdən imtina etməyə çağıran nəzəriyyədir. 

141 


Fixte  ideal  quruluşa  çatmaq  üçün  dövləti  bir  vasitə  hesab 

edirdi. Bu ideal cəmiyyətdə insanlar elmi nailiyyətlərə yiyələnir 

və  texnikadan  maksimum  istifadə  edərək  çox  qüvvə  və  vaxt 

itirmədən  həyat  üçün  lazım  olan  praktiki  məsələləri  həll  edir; 

onlar  öz  mənəviyyatları  ilə  məşğul  olmaq  üçün  kifayət  qədər 

imkan qazanırlar. 



3.

 

Fridrix Vilhelm Şellinqin fəlsəfəsi ir-‘ 

Alman  klassik  idealizminin  digər  nümayəndəsi  Şellinqin 

(1775-1854) fəlsəfi fikri elm fəlsəfəsindən naturfəlsəfəyə doğru 

hərəkət  etmişdi.  Şellinqin  naturfəlsəfəsi  təbiətin  ideal,  mənəvi 

mahiyyəti olduğunu təsdiq edir^ 

Təbiəti  başa  düşmək  üçün  Şellinq  dialektikanı  aşkarlämağa 

cəhd  göstərirdi.  Şellinqə  görə  təbiətin  inkişafı  əksliklərin  mü- 

b^izəsi nəticəsində baş verir. 

(  Şellinqin  «transsendental  idealizm  sistemi»  adlanan  təlimi 

(nəzəri  fəlsəfə,  praktiki  fəlsəfə,  təbii  məqsədlər  fəlsəfəsi, 

incəsənət  fəlsəfəsi)  Kantın  «tənqidi  fəlsəfə»sinin  strukturuna 

uyğun gəlir. 

Şellinq  dərk  edən  subyekt  ilə  dərk  olunan  obyekti 

eyniləşdirirdi.  O,  yazırdı:  «Hər  bir  bilik  obyekt  ilə  subyektin 

uyğun  olmasına  əsaslanır.  Belə  ki,  yalnız  həqiqət  bilikdir; 

həqiqət  isə  təsəvvürlərin  müvafiq  predmetlərə  uyğun  olması 

deməkdİD>.“  Şellinqin  fəlsəfi  fikri  həmçinin  «eynilik 

fəlsəfəsi»'ndən «ilahi kəlam fəlsəfəsi»nə doğru hərəkət etmişdi. 

«Eynilik  fəl-  səfəsi»nin  mahiyyəti  ondan  ibarətdir  ki,  burada 

mövcud  əksliklər  və  fərqlər  mütləq  (absolyut)  varlıqda  son 

dərəcə  sıx  birləşdiyi  üçün  aradan  götürülür  və  tamamilə 

eyniləşir.  Dünyanın  yaradıcı  fəaliyyətinin  daxili  hərəkətverici 

qüvvəsini  Allahda  axtaran  Şellinq  Onu  heç  nə  ilə 

eyniləşdirmirdi.  O,  İlahi  yaradıcılıq  konsepsiyasını  yaratmağa 

çalışmışdı. 

86 

Ф.Шеллинг. Сочинения. В 2-х тт.. T.I, М., «Мысль», 1987, с.232. 

142 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə