Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Georq Vilhelm Fridrix Hegeiin fəlsəfəsi



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə48/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   44   45   46   47   48   49   50   51   ...   164

4. Georq Vilhelm Fridrix Hegeiin fəlsəfəsi 

^Älman  klassik  fəlsəfəsinin  böyük  nümayəndələrindən  biri 

də  Hegel  (1770-1831)  olmuşdur.  Onun  fəlsəfəsində  dialektik 

dünyagörüşü və buna müvafiq olaraq dialektik tədqiqat metodu 

sistemli şəkildə şərh edilir. 

Hegeiin fəlsəfi sisteminin çıxış nöqtəsi varlıq və təfəkkürün 

eyniləşdirilməsidir. Önun fəlsəfi  sistemi  üç hissədən ibarətdir: 

məntiq, təbiətin fəlsəfəsi və ruhun fəlsəfəsi. Hüququn fəlsəfəsi

tarixin fəlsəfəsi, estetika, dinin fəlsəfəsi, fəlsəfə tarixi bilavasitə 

ruhun fəlsəfəsinə aiddir, 

Məntiq  Hegel  fəlsəfəsinin  əhəmiyyətli  hissəsini  təşkil  edir. 

Düzgün  təfəkkür  haqqında  elm  kimi  formal  məntiqin 

zəruriliyini inkar etməyən Hegel, məntiq elmi qarşısında idrakın 

inkişafının ən ümumi qanunauyğunluğunu tədqiq etmək vəzifəsi 

qoyur.  O,  elmi  təfəkkürün  əsas,  ən  ümumi  anlayışlan, 

kateqoriyalan  arasında  qarşılıqlı  əlaqə  olduğunu  xüsusi  qeyd 

edir.  İnkişafın  məntiqi  prosesi  Hegel  fəlsəfəsində  «mütləq 

ideya» anlayışı ilə nəticələnir. Mütləq ideya özünü dərk edərək 

dünyanı  yaradır  (praktika).  Hegelə  görə  materiya  mütləq 

ideyanın  hissi  qavrayışla  qəbul  edilən  təzahürün  aşkar 

edilməsidir. 

Hegeiin  təbiət  fəlsəfəsi  kosmik  miqyasa  malikdir.  Onun 

sistemində  mürəkkəblik  dərəcəsinin  getdikcə  artması 

əvvəlcədən  nəzərə  alınıb;  təbiətin  məqsədi  özünün  mənəvi 

başlanğıcını nəticədə özü tərəfindən realizə etməsidir. Təbiətin 

tarixi  əvvəlcədən  müəyyən  edilmiş  vəzifəni  -  insanın,  yəni 

özü-özünü dərk edən Ruhun yaranmasını həyata keçirir. 

Hegeiin fəlsəfə sisteminin üçüncü hissəsi - ruhun fəlsəfəsi - 

mütləq ideyanın inkişafının yekun mərhələsinə həsr edilib. 

Hegel özünün fəlsəfə sistemini insan biliyinin zirvəsi hesab 

edirdi. Mütləq ideya məntiq fəlsəfəsi, təbiətin fəlsəfəsi və ruhun 

fəlsəfəsi  mərhələlərini  keçərək  özünün  intellektual  gücünü 

tamamilə, axıra qədər sərf edir. Beləliklə, onun yalnız bir imkanı 

qalır  -  əvvəlki  inkişaf  mərhələlərində  zənginləşərək  özünün 

başlanğıc nöqtəsinə, yəni məntiqə qayıtmaq. 

143 



özünün  fəlsəfi  və  siyasi-hüquqi  tədqiqatlarının  sintezi  olan 

"Hüquq fəlsəfəsi" əsərində Hegel azadlıq anlayışının izahından 

başlayır, çünki,  onun fikrincə, hüquq və  mülkiyyət  "mücərrəd 

hüquq"un əsas kateqoriyaları kimi azadlığın həyata keçirilməsi 

üçün zəruridir. O, hesab edirdi ki, azadlıq mücərrəd kateqoriya 

olaraq  birinci  növbədə  hüquqda  təzahür  edir.  Deməli,  hüquq 

azadlığın varlığını şərtləndirir. 

/Hegelin  dediyinə  görə  azadlıq  özbaşınalıq  deyil,  o  məlum 

şəVtlərlə  məhdudlaşdırılır.  Azad  olmaq  insan  üçün  öz 

elədiklərinin  sərhəddini  və  zəruriliyini  anlamaq  deməkdiıy 

Yalnız  fikirləşən  intellekt  (zəka)  əsl  azad  iradəyə  malikdif. 

İnsanın öz azadlığını dərk etməsi xüsusilə əhəmiyyətlidir. Qul 

ona görə quldur ki, o, öz azadlığı haqqında fikirləşmir, onu dərk 

etmir, əgər dərk etsə azad ola bilər. 

Hegelin  dediyinə  görə  "hüquq  ideyası  azadlıq  deməkdir, 

onun əsl mahiyyəti o zaman başa düşülür ki, o öz anlayışında və 

bu anlayışın  hazırda mövcud olan varlığında dərk edilir".* *^ 

"Hüquq ümumiyyətlə ideya kimi azadlıqdır".** 

"Hüquq fəlsəfəsi" əsərinin “Əxlaq" adlanan ikinci hissəsində 

Hegel göstərirdi ki, əxlaq insanın daxili inamıdır, ona görə əxlaq 

sahəsində zorakılıq olmamalıdır/ 

Hegelin  fikrincə  ruhun  mahiyyəti  -  fəaliyyətdir;  ruh  həm 

subyekt,  həm  də  obyektdir;  subyekt  kimi  o  özünə  obyekt 

yaradır, obyekt kimi özü-özünü dərk edir. Özünü dərk edən vaxt 

o özünə qayıdır, özündə olan vaxt o azad ruhdur. Deməli, tarix 

azadlıq anlayışının inkişafı deməkdir. 

Göründüyü kimi Hegelin fəlsəfəsini sadələşdirmək, hamının 

anlayacağı  tərzdə  izah  etmək  mümkün  deyil.  İngilis  filosofu 



B.Rassel haqlı olaraq yazmışdı: "Hegelin fəlsəfəsi çox çətindir. 

Mən  deməliyəm  ki,  o,  bütün  böyük  filosofların  ən  çətin  başa 

düşülənidir".*’ 

Гегель. Философия права. M., 1990, 

c.59. 

*1“ Yenə orada, s.89. 

Б.Рассел. История западной философии, 

с.671. 

144 



5. Lüdviq Feyerbaxın fəlsəfəsi 

LSeyerbax  (1804-1872)  alman  klassik  fəlsəfəsinin  son 

nümayəndəsi hesab olunur. O, Hegelin tələbəsi kimi fəaliyyətə 

başlamış, lakin az sonra onun görüşlərində köklü dəyişikliklər 

baş vermiş və filosof tamamilə materialist mövqeyə keçmişdir. 

Feyerbaxın «Hegel fəlsəfəsinin tənqidinə dain> məqaləsi (1839) 

idealizm  ilə  bütün  əlaqələrin  kəsilməsi  deməkdi.  Göstərmək 

lazımdır  ki,  Hegelin  idealizmini  tənqid  edən  Fe-  yerbax,  eyni 

zamanda onun dialektik təlimini də inkar etmişdi. 

«Xristianlığın  mahiyyəti»  (1841),  «Gələcəyin  fəlsəfəsi» 

(1843)  və  başqa  əsərləri  Feyerbaxa  böyük  şöhrət 

qazandırmışdı/O, göstərirdi ki, təbiət və insandan kənarda heç 

nə  yoxdur,  bizim  dini  fantaziyamızın  yaratdığı  ali  varlıqlar 

yalnız  bizim  öz  mahiyyətimizin  fantastik  əks  olunmasıdır. 

Antropoloji  materializm  mövqeyindən  çıxış  edən  Feyerbax 

hesab edirdi ki, Hegelin Mütləq ideyası yerinə insan mahiyyəti 

qoyulmalıdır.  Onun  fikrincə  insan  öz  mahiyyətini  özündən 

kənarda  axtanr  və  onu  başqa  mahiyyət  sifətində 

obyektivləşdirir.  Feyerbaxa  görə  dinlər  insan  nəslinin 

mahiyyətini  izah  etməyə  cəhd  göstərirlər.  O,  qeyd  edirdi  ki, 

«insanın  mahiyyəti...  dinin  nəinki  əsasım,  həm  də  predmetini 

təşkil edir».**® O, belə nəticəyə gəlirdi ki, «insan özündə inkar 

etdiyi  şeyi  Allaha  aid  edir».  Transsendent  Allaha  inanmağı 

Feyerbax ziyan gətirən qüvvə sayırdı. 

Feyerbax xristian dinini «yeni fəlsəfə» ilə əvəz etməyi tələb 

edirdi. Bu fəlsəfə «...dinin mahiyyətini özünə daxil edir, onun 

özü  həqiqətən  dindir».®'  Feyerbaxın  «yeni  fəlsəfəsi»  praktiki 

səpkidə  «məhəbbət  etikası»  kimi  çıxış  edirdi.  «İnsan  insanın 

allahıdır»,  «insana  məhəbbət  insanın  ali  və  ilkin  qanunu 

olmalıdır».’^ 

^ Л.Фсйербах. Избранные философские 

произведения. T.l. M. ” Yenə orada, s.204. 

Yenə orada, T.2, s.308-309. 

1965, C.31. 



145 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə