Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə49/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   45   46   47   48   49   50   51   52   ...   164

X. XIX əsrdə Azərbaycan fəlsəfəsi 

1.

 



Abbasqulu ağa Bakıxanovun dünyagörüşü 

A.Bakıxanov  (1794-1847)  görkəmli  tarixçi,  filoloq,  şair, 

filosof, kosmoqraf olmuşdur.' Ədəbi fəaliyyətinin başlanğıcında 



0,  əsasən  bədii  yaradıcılıq  və  fıloloji  araşdırmalar  ilə  məşğul 

olmuşdur. 1830-cu illərin əvvəllərindən başlayaraq Bakıxanov 

daha çox e1mi və fəlsəfi əsərlər yazır^ 

Tarixi  və  siyasi  görüşləriıjdinx  sahəsində  uzun  illər 

araşdırmanın  nəticəsi  olan,  Şirvan  və  Dağıstan  tarixinə  həsr 

olunmuş əsər - «Gülüstan-e İrem» Bakıxanovun yaradıcılığında 

xüsusi  yer  tutı^  O,  tarixi  prosesin  əsas  məzmununu,  tarix 

elminin  predmetinı  siyasi  hadisələrdə  -  hökmdarlann, 

sərkərdələrin, inqilabçılann əməllərində görürdü. Bakıxanovun 

tarixi  görüşlərinin  əsasını  cəmiyyət  haqqında  idealist  anlayış 

təşkil  edin  Bakıxanov  maariflənmiş  monarxiya  tərəfdarı  idi. 

Onun  fikrincə  irsən  keçən  sülalə  hakimiyyəti  tamamilə 

qanunidir və ona hörmət  edilməlidir. Təbəələr hökmdara itaət 

etməlidir, çünki hökmdar qayda və qanunlann qoruyucusudur. 

Bakıxanov  hesab  edirdi  ki,  Rus  imperiyası  yerli  xalqlan 

itaətdə saxlamaq üçün zorakılıq etməməlidir. Cənubi Qafqazı öz 

tərkibində  saxlamaq  üçün  imperiya  buradakı  xalqlan 

maarifləndirməlidir.  O,  çarizmin  bölgədəki  müstəmləkəçilik 

siyasətinin mahiyyətini düzgün qiymətləndirmirdi. 



Fəlsəfi  görüşləri Hələ uşaqlıq yaşlarından dini ədəbiyyatın 

böyük təsiri altında olan Bakıxanov bir sıra dini-fəlsəfi təlimləri 

mənimsəmişdir. Onun fəlsəfi görüşləri islam ehkamçılığı ilə sıx 

əlaqədə idi. Bakıxanov bu ehkamları yalnız Allahın göstərişləri 

kimi izah etməklə kifayətlənməyərək, onlara dərin fəlsəfi məna 

verirdi. 

I  Fəlsəfə  məsələlərində  mütəfəkkir  sufi  konsepsiya  olan 

vbhdəti-vücud  tərəfdarı  idi.  Sufizmə  uyğun  olaraq  Bakıxanov 

təsdiq  edirdi  ki,  İlahi  məhəbbət  dünya  qaydalarının  daxili 

məqsədəuyğunluğunu  müəyyən  edir.  Dünyanın  nizamı  və 

ahəngdarlığı İlahi məhəbbət əsasında qurulur, məhəbbətsiz heç 

bir şey yaşaya bilməz, heç nə baş verə bilməz,/ 



146 


Göstərmək  lazımdır  ki,  islam  ehkamlarını  müdafiə  edən 

Bakıxanov eyni zamanda idrak prosesində elmin roluna böyük 

qiymət  verirdi.  O,  hesab  edirdi  ki,  elm  və  din  bir-biri  ilə 

uyğunlaşa  bilər;  elm  də  son  nəticədə  dinin  dediklərini 

təsdiqləyir. 

Etika, Bakıxanov əxlaqi davranışları təkcə irsən keçən adət 

hesab  etmir,  həm  də  tərbiyənin  və  mühitin  məhsulu  kimi 

qiymətləndirirdi. Onun fikrincə insanların əxlaq və davranışları 

onların  öz  həi'əkətlərini  ağıl  vasitəsilə  tənzimləməsindən 

asılıdır; dünyada hər şey xeyir üçün yaradılıb, şər gerçək varlığa 

malik deyil. / 

[Bakıxanov da müsəlman aristotelçiləri kimi məntiqi 

düzgün  təfəkkür  hesab  edirdi.  O,  yazırdı  ki,  məntiq  idrakın 

silahı, danışıqda mümkün səhvlərdən azad olmaq vasitəsidir. 

2,

 

Mirzə Fətəli Axundovun fəlsəfəsi 

/  Materialist  filosof  və  yazıçı  M.F,Axundovun  (1812-1878) 

fəlsəfi  yaradıcılığı  dünyanın  ictimai  və  fəlsəfi  fikrini 

mənimsəyib,  yenidən  nəzərdən  keçirib  və  inkişaf  etdiribdir. 

Onun fəlsəfi görüşlərinin bilavasitə nəzəri qaynaqlan Şərq, rus, 

Avropa  mədəniyyəti  və  fəlsəfəsi  olmuşdur./Hərtərəfli  biliyə 

malik olan Axundov 1863-1866-cı illərdə «fİindistan şahzadəsi 

Kəmalüddövlə- nin İran şahzadəsi Cəmalüddövləyə yazdığı üç 

məktub  və  Cə-  malüddövlənin  ona  göndərdiyi  cavab»  adlı 

fəlsəfi əsərini yazır. 

Axundovun fəlsəfi irsində dinin tənqidi mərkəzi yer tuturdu. 

O,  elm  və  dini  bir-birinə  qarşı  qoyur,  onların  bir  araya 

sığışmadığını  sübut  etməyə  çalışırdı.  Axundov  dini  tərəqqi 

yolunda ən böyük maneə hesab edirdi./O, yazırdı: «...İslam dini 

meydana  çıxan  gündən  hazırkı  əsrə  qədər,  Şərqdə  elmlərin 

durğunluğu-  nun,  dəhşətli  despolizmin  əmələ  gəlməsinin 

səbəblərini və ümumiyyətlə, asiyalılann mədəniyyət və tərəqqi 

işlərinə  qarşı  laqeydlik  və  etinasızlığının  səbəblərini  heç  kəs 

başa  düşməmiş-  d^Bu  cəhətdən  təkcə  Firdovsi  müstəsnalıq 

təşkil  edir  və  o,  öz  dühası  ilə,  həqiqətən  kəşf  edə  bilmişdi  ki. 

Şərq xalqlarının bu qədər böyük bədbəxtliyinin səbəbi  ərəblər 

və onların insan həyatına uyğunlaşmayan mənfur dinidİD>,®y^' 

9İ 

M.F.Axundov. Əsərləri, II cild, Bakı, 1988, s.310. 

147 



Axundov  öz  sosial-siyasi  idealının  həyata  keçirilməsində 

insan ağlına böyük ümid bəsləyir və göstərirdi ki, elm, maarif 

tərəqqinin əsas amilidir. 

Axundova  görə  dünyanın  əsası  maddidir,  təbiətin  müxtəlif 

predmet  və  prosesləri  vahid  və  hər  şeyi  əhatə  edən  əbədi  və 

sonsuz  maddi  substansiyanın  təzahürü,  öz-özünün  səbəbidir, 

mövcud olması üçün heç bir təbiətüstü varlığa ehtiyacı yoxdur. 

İdrak məsələsində Axundov materialist sensualizm mövqeyində 

dayanır və hissi idrakın rolunu həlledici hesab edirdi. 

Axundov  ədəbiyyat  və  incəsənəti  həyat  həqiqətinin  bədii 

üsullarla  əksedilməsi  kimi  qiymətləndirirdi.  O,  eyni  zamanda 

bədii  yaradıcılıqla  da  məşğul  olmuş,  beş  komediya,  povest, 

şerlər və s. yazmışdı. 

Axundovun  elmi  yaradıcılığında  sosial-siyasi  problemlər 

böyük yer tutur. O, feodal qayda-qanunlarını və despotik dövlət 

quruluşunu tənqid edir, ictimai həyatın ədalət əsasında yenidən 

qurulmasını  tələb  edirdi.;  1850-ci  illərdə  Axundov 

maarifpərvər, ədalətli hökmdara ümid bağlayırdı. 60-cı illərdə 

isə 0, konstitusiyalı monarxiya fikrini irəli sürürdü. 

Axundov  hesab  edirdi  ki,  azadlıq  insanın  təbii  hüququdur, 

insanın inkişaf etməsinin zəruri şərtidir. Odur ki, hər bir fərd öz 

fikirlərini  azad  surətdə  söyləmək,  azad  şəkildə  təbliğ  etmək, 

yaşamaq  hüququna  malikdir.  Axundov  insan  azadlığı 

problemini  insan  hüquqlarının  tam  təmin  edilməsi  ilə 

əlaqələndirir  və  insan  hüququnu  tapdalayan  quruluşun  məhvi 

məsələsini qəti şəkildə qoyurdu. 



3.

 

Cəmaləddin Əfqaninin dünyagörüşü 

XIX


 

əsrin  70-90-cı  illərində  müsəlman  ölkələrində  böyük 

hörmət sahibi olan Azərbaycan mənşəli mütəfəkkir C. Əfqani 

(1839-1897)  islamın  yenidən  dirçəlməsi,  sonralar  ona  əlavə 

edilən  və  onun  mahiyyətini  təhrif  edən,  beləliklə  də 

müsəlmanların geri qalmasına səbəb olan «yeniliklər»dən xilas 

etmək uğrunda mübarizə aparırdı. 

148 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə