Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə51/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   47   48   49   50   51   52   53   54   ...   164

onlara  tabe  olmaq  lazımdır.  İnsan  gərək  mənasız,  iyrənc,  küt, 

ağılsız  zərurətə  qarşı  mübarizə  aparsın  (məsələn,  ölümün  qa- 

çılmazlığına qarşı). İnsan zərurətə, o cümlədən əxlaq qanunlan- 

nın  zəruriliyinə  qarşı  dini  inam  yaranana  qədər  mübarizə 

aparmalıdır.  Beləliklə,  o  inandırmağa  çalışırdı  ki,  biz  etik 

normalardan  daha  çox  dini  prinsiplərlə  yaşamalıyıq.  İnsan 

yalnız  Allah  qarşısında  cavabdehdir.  Heç  bir  insan  varlığı  bu 

münasibətə müdaxilə edərək onu dəyişdirə bilməz. Kyerkeqora 

görə din insan qəlbinin dərinliyindən gəldiyi üçün ekzistensial 

təfəkkür  məsələsidir.  O,  inamı  ağıldan  ayınr  və  göstərirdi  ki, 

Allahın mövcudluğunu ekzistensial yolla anlamaq olar. 

Kyerkeqorun  ümumiyyətlə  bütün  fəlsəfəsi  imkan  uğrunda 

inadkar, dönməz mübarizədir. Əgər Allah varsa, deməli elə bir 

dünyanın yaranması imkanı var ki, orada Sokrat zəhər qədəhini 

içməzdi,  İsanı  çarmıxa  çəkməzdilər,  hər  bir  insan  öz  taleyini 

müəyyənləşdirə bilərdi. 



2.

 

Artur Şopenhauerin fəlsəfəsi 

Alman  filosofu  A.Şopenhauerin  (1788-1860)  əsas  əsəri 

«Dünya iradə (volya) və təsəvvür kimi» adlanır. 

Şopenhauer  hesab  edirdi  ki,  fəlsəfə  praktiki  məsələlər  ilə 

məşğul  ola  bilməz.  «Mənim  fikrimcə  hər  bir  fəlsəfə  həmişə 

nəzəridir,  ona  görə  ki,  onun  bilavasitə  öyrəndiyi  predmetin 

necəliyindən  asılı  olmayaraq,  öz  mahiyyətinə  görə  fəlsəfə 

düşünür  və  tədqiq  edir,  lakin  göstəriş  vermir.  Praktiki  olmaq, 

davranışa rəhbərlik etmək, xarakteri  yenidən tərbiyələndirmək 

onun  köhnə  iddialandır  ki,  öz  görüşlərində  yetkinləşərək  indi 

nəhayət ondan imtina etməlidir».'®“ 

Şopenhauer fəlsəfəsinin spesifik xüsusiyyəti onun volyunta- 

rizmidir.  Volya  (iradə)  varlığın  mütləq  başlanğıcıdır.  Onun 

fikrincə  elm  -  idrak  fəaliyyətindən  daha  çox  iradəyə  qulluq 

etməyə yönəlmiş fəaliyyətdir. Dünya hadisələri yalnız təsəvvür 

edilən dünyadır. Ona görə də dünyada hansısa qeyri-real bir şey 

var. Dünya bizdən əsl mahiyyəti gizlədən bir örtükdür, biz onu 

ÄHTOJiorHfl MHpoBOH ({)HJioco4)HH. 



T.3, M., 1971, 

c.694. 


152 


mahiyyət  kimi  qəbul  edəndə  yamlınq.  Volya  idrakdan 

yüksəkdir, o həmişə nəyi isə istəyir və öz mahiyyətinə görə heç 

vaxt  istəyinə  axıracan  çata  bilmir.  Şopenhauer  inandırmağa 

çalışır ki, volya hətta öz məqsədinə çatan kimi yenidən öz-özünü 

yaradır.  Bizim  başa  düşdüyümüz  volyanın  təzahürü  -  mütləq 

aradan götürülə bilməyən mərhəmət hissi ilə bağlıdır. 

Şopenhauerə görə insan gerçək dünyanın gətirdiyi qayğılar, 

məşğuliyyətlər  və  həyəcanlarla  məhdudlaşmayaraq  özü  üçün 

xəyali dünya yaradır: iblislər, allahlar və müqəddəslər dünyası. 

Həqiqətdə  isə  insan  həmişə  özü  öz  himayəsində  olub.  Şo- 

penhauerin  həyata  baxışlan  çox  bədbindir.  O,  həyatın 

mənasızlığı  fikrini  əsaslandırmağa  çalışmışdır.  Şopenhauer 

inanırdı ki, insan intihar etməklə xilas ola bilməz; həyatın özünü 

və  ölüm  qorxusunu  doğuran,  həyata  can  atan  ölməz  İradəni 

(Vol-  yanı)  məhv  etmək  lazımdır.  «...İntihar  etmək.  Qətiyyən 

vo-  lyanm  (iradənin)  inkarı  olmayan  intihar,  əksinə,  onu 

təsdiqləyən  qüdrətli  fenomendir.  Çünki,  inkarın  mahiyyəti 

ondadır  ki,  insan  həyatın  incəliklərini  deyil,  zövqü  inkar  edir. 

Özünü öldürən adam həyatı istəyir və yalnız ona verilən həyat 

şəraitindən  narazıdır.  Ona  görə  də  o,  heç  də  yaşamaq 

iradəsindən  (volyasmdan)  deyil,  həyatın  ayn-ayrı  təzahürlərini 

dağıdaraq ondan imtina edir».‘“‘ 

Şopenhauerə  görə  bütün  həyat  başdan-başa  ümidsizlik  və 

əzab-əziyyətdir, insan iradənin təsiri altında həmişə nə isə arzu 

edir - rahatlıq, sağlamlıq, uzun ömür. Buna isə gündəlik gərgin 

əmək,  ehtiyac  ilə  daimi  mübarizə  sayəsində  nail  olmaq  olar. 

Lakin arzu heç vaxt təmin olunmur, əgər təmin olunursa, onda 

özü  ilə  biganəlik  və  darıxdırıcı  süstlük  gətirir.  Gələcəkdə 

öləcəyimizi bilsək də, biz həyatı saxlamağa çalışınq. 

Şopenhauer  təsdiq  edirdi  ki,  əzab  volyanın  (iradənin) 

mahiyyətindən  ayrılmazdır,  dünyadakı  bədbəxtlikləri  yalnız  o 

halda məhv etmək olar ki, onların dərin kökləri, yəni volyanın 

özü kəsilsin. Deməli, əzabdan qurtarmağın yalnız bir yolu var - 

heçliyə çəkilmək. Lakin yerdəki həyatı dayandırmaqla qurtu- 



Yenə orada, s.702. 

153 


luşa nail olmaq mümkün deyil, çünki fərdi volya məhvedilməz 

«şey  özündə»dir  və  həmin  an  özünün  yeni  təzahür  formasını 

yaradır. Metempsixoz'®^ intiharı ağılsızlığa çevirir. Məhvetmə 

volyanın  obyektivləşməsinə  yönəldilməlidir,  volya  aradan 

götürülməlidir,  bundan  sonra  zəruri  olaraq  əzab  da  qurtanr. 

Allaha  çatmaq  səadəti  volyanın  hər  cür  yaşayış  formasının 

mütləq  məhv  edilməsidir.  Lakin  volyanın  mütləq  məhvi,  eyni 

zamanda həm də onun ümumi təzahür formasını da məhv edərdi 

ki, bu da dünyanın sonu olardı. Bununla əlaqədar Şopenhauer 

deyirdi  ki,  təzahürlər  dünyasında  belə  məhvetmə  mümkün 

deyil.  Volya  o  qədər  də  axmaq  deyil  ki,  özünü  məhvetmə 

istiqamətində işləsin. Lakin təzahürlər dünyası çərçivəsində də 

Şopenhauer volyanın  bütövlükdə deyil, bəzi  tərəflərinin məhv 

edilməsinin  mümkünlüyünü  göstərir.  Şopenhauerin  fikrincə 

ümumiyyətlə intellekt volyanın təzahürüdür və volya tərəfindən 

müəyyənləşdirilir.  Praktik  ağılın  birinciliyi  prinsipinə  uyğun 

olaraq  təfəkkürə  can  atmağın  əsası  volyadır.  Lakin  intellektin 

volyadan  azad  olmaq  imkanı  var.  Harada  intellekt  məqsədsiz 

olaraq seyr edir və düşünür, orada bir an olsa da bədbəxt, ağılsız 

volya  susur,  orada  sadə  müşahidə  vaxtı  intellektual  zövq  baş 

verir. Şopenhauer hesab edirdi ki, məqsədsiz seyr etmək təbiət 

və incəsənət vasitəsilə estetik zövq yaradır, məqsədsiz təfəkkür 

isə  elmi  meydana  gətirir.  Şeylərə  estetik  və  elmi  münasibət 

vaxtı  intellekt  volyadan  azad  olur.  O,  təsdiq  edirdi  ki, 

intellektual  zövq  -  ağıllı  şüurun  dünyanın  qaranlıq,  ağılsız 

əsasından qopardığı çox qiymətli azadlıqdır. 

«Beləliklə,  Şopenhauer  fəlsəfəsinin  sonunda  dialektik 

ziddiyyət  prinsipi  özünü  aydın  şəkildə  göstərir:  ağılsız  volya 

ağıllı  şüuru  meydana  gətirir,  axırıncının  vəzifəsi  isə  volyanı 

aradan  qaldırmaqdır.  Volya  ilə  intellekt  arasındakı  bu  ixtilaf 

Şopenhauer fəlsəfəsinin əsas məzmununu təşkil edir».*®^ 

'°*  Metempsixoz  (yun.  metempsyohos  -  ruhun  köçməsi)  -  bədənin  ölümündən 

sonra  ruhun  başqa  bir  canlı  varlığın  -  bitkinin,  heyvanın,  insanın  beyninə 

keçməsi haqqında təsəvvürdür. 

В.Видельбанд.  От  Канта  до  Ницше.  М.,  «КАНОН-Пресс»,  «Кучково 

поле», 1998, с.369. 

154 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə