Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə52/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   48   49   50   51   52   53   54   55   ...   164

3.

 

Pozitivizm; Oqüst Kont. Herbert Spenser 

Fransız  alimi  Oqüst  Kont  (1798-1857)  pozitivizmin 

yaradıcılarından  biridir.  O,  hesab  edirdi  ki,  dünyanı  ideyalar 

idarə  edir,  cəmiyyətin  tərəqqisi  birinci  növbədə  ağılın 

tərəqqisidir. 

D.

 



Yum  kimi  O.Kont  da  göstərirdi  ki,  insan  zəkası 

yalnız  təzahürləri  dərk  edə  bilər.  Deməli,  o,  aqnostisizm 

mövqeyində dururdu. Kont səbəbiyyət anlayışını inkar edir və 

onu təzahürlərin daimi ardıcıllığı fikri ilə əvəz edirdi. O.Kontun 

fəlsəfi  sistemi  onun  təfəkkür  və  idrakın  üç  inkişaf  mərhələsi 

haqqında təlimində əsaslandınlmışdı: 1) teoloji mərhələ (burada 

ilk  başlanğıc  Allahdır;  2)  metafizik  mərhələ  (ilk  başlanğıc 

təbiətdir); 3) idrakın və ümumiyyətlə cəmiyyətin ali, axınncı və 

yaxud  elmi,  yəni  pozitiv  mərhələsi.  Bu  mərhələ  üçün 

teologiyadan  və  metafizikadan  imtina  edib  müsbət  (pozitiv) 

bilik  əsasında  ictimai  həyatı  yenidən  dəyişmək  fikri 

xarakterikdir. 

O.Kont  fəlsəfəyə  «altruizm»  (lat.  «alten>-başqa)  terminini 

gətirmişdir.  Bu  elə  əxlaqi  prinsipdir  ki,  insandan  təmənnasız 

olaraq başqasına xidmət göstərməyi, onların rifahı üçün öz şəxsi 

mənafeyini qurban verməyi tələb edir. Altruizm eqoiz- min (lat. 

«ego»-mən), 

hedonizmin 

(yun. 

«hedone»-zövq) 



və 

fərdiyyətçiliyin  əksidir.  O.Kontun  «insanlıq  dini»ndə  başqa 

insanların mənafeyi başlanğıc nöqtəsi kimi götürülür. 

İngilis  filosofu  və  sosioloqu  Herbert  Spenser  (1820-1903) 

fəlsəfəsinin əsas məqsədi aqnostisizm zəminində inam ilə biliyi, 

din ilə elmi birləşdirməkdir. Onun fikrincə nə din, nə də elmin 

varlığın əsas sualına cavab vermək iqtidannda olmadığının başa 

düşülməsi onlar arasındakı münaqişəni aradan götürməyə imkan 

verir. Spenserə görə fəlsəfə elmdən fərqli olaraq birləşmiş bilik

ali nəzəri sintezdir. 

Fəlsəfi  və  elmi  qanunlar  arasında  keçilməz  sədd  yoxdur. 

Həm elm, həm də əsl fəlsəfə, Spenserin fikrincə, dünyanı eyni 

metodlar  -  müşahidə  və  induksiya  vasitəsilə  dərk  etməyə 

çalışırlar, 

ancaq 

fəlsəfə 


özünün 

tədqiqat 

sahəsini 

məhdudlaşdırmır. O, hesab edirdi ki, dünyanın həqiqi mahiyyəti 

həm elm, həm də fəlsəfə üçün dərkedilməzdir. Bizim idrakımız 

həmişə nisbidir, təcrübə ilə məhdudlaşır. 



155 


özünün təkamül qanununa əsaslanan Spenser hesab edirdi ki, 

həyat  özünün  bütün  ali,  daha  mürəkkəb  psixoloji  və  sosial 

təzahürlərində nəticə etibari ilə təbii qanunlar ilə idarə olunur. 

Amerika  sosioloqu  və  filosofu  T.Parsons  (1902-1979) 

yazırdı:  «Spenserin  Allahı,  bəzən  tərəqqi  də  adlandırdığı  tə- 

kamüldÜD).  «...O,  inanırdı  ki,  insan  əsrlərin  dərinliyindən, 

ibtidai  insanın  yarandığı  zamandan  başlayan  xətti  prosesin 

zirvəsinə doğru fasiləsiz və dönmədən yaxınlaşır. Spenser hətta 

inanırdı  ki,  ona  müasir  olan  Qərbi  Avropadakı  industrial 

cəmiyyət  artıq  həmin  ən  yüksək  nöqtəyə  yaxınlaşır.  O  və 

həmfikirləri  əmin  idilər  ki,  bu  proses  sonsuz  olaraq  davam 

edəcəkdİD>.‘°‘* 

Spenserin  bütün  sosial-fəlsəfi  nəticələri  onun  hələ  Çariz 

Darvindən  (1809-1882)  çox  əvvəl  müstəqil  olaraq  işləyib 

hazırladığı  təkamül  nəzəriyyəsinə  əsaslanır.  Cəmiyyətin 

təkamül nəzəriyyəsi  təbiət  fəlsəfəsinin tərkib  hissəsidir, çünki 

sosial təkamül bütün Kainatın tabe olduğu böyük prosesin bir 

hissəsidir. 

4.

 

Fridrix Nitsşenin fəlsəfəsi 

Alman  fiXosofvL  F.Nitsşenin  (1844-1900)  fəlsəfi  təlimi 

qeyri-ardıcıl  və  ziddiyyətlidir.  Lakin  o,  öz  ruhuna,  meyl  və 

məqsədinə görə bütövdür. 

Nitsşe fəlsəfəsinin əsasında skeptisizm və bioloji volyunta- 

rizm  durur.  Lakin  bütövlükdə  Nitsşe  fəlsəfəsinin  mərkəzi 

anlayışı  həyatdır.  Bu  anlayış  filosofon  «həyat  fəlsəfəsi»ndə  o 

qədər  də  aydın  deyil.  Burada  həyat  və  onun  daşıyıcısı  olan 

orqanizm  nə  maddi,  nə  də  ideal  olmayan  hansısa  «üçüncü 

reallıq» hesab edilir. 

Nitsşenin  bütün  əsərlərində  belə  bir  fikir  var  ki,  həyat  və 

fəlsəfənin  yaxın  ittifaqından  hər  iki  tərəf  udmalıdır.  Fəlsəfə 

həyatda öz bədənini, həyat isə fəlsəfədə öz ruhunu tapır. 

Nitsşeyə  görə  həyatın  əsası  iradədir  (volyadır).  Həyat 

iradənin  təzahürüdür,  lakin  Şopenhauerin  fəlsəfəsindəki  kimi 

mücərrəd  deyil,  müəyyən  iradənin  -  hakimiyyətə  can  atmaq 

iradəsinin təzahürüdür. 

Т.Парсонс.  O  структуре  социального  действия.  M.,  «Академический  Проект»  2000, 

C.44. 



156 


Nitsşe təsdiq edirdi ki, elmdə həqiqət adlanan şey yanılma- 

nın sadəcə olaraq bioloji cəhətdən faydalı növüdür, yəni əslində 

həqiqət deyil, yalandır. Yalan zəruridir və həyat şəraitini təşkil 

edir.  O,  bunu  belə  əsaslandırırdı  ki,  insanın  Yerdə  yaşaması, 

Yerin  öz  mövcudluğu  kimi  mənasızdır.  Ona  görə  də 

«həyat^mənasız  dünyada»  təmin  etmək  üçün  illüziya  və  özü- 

nüaldatma lazımdır. 

Nitsşe  «daimi  qayıdış»  ideyasına  müstəsna  əhəmiyyət 

verirdi. İndi baş verənlər əvvəllər dəfələrlə baş verib, gələcəkdə 

də baş verəcək. Nitsşenin fikrincə bu hal həyatın mənasızlığı və 

ümumi  sabitsizlik  fikrindən  xilas  olmağın  yeganə  vasitəsidir. 

Bununla  belə  zəhlətökən  ölüm  fikrindən,  həm  də  fərdlər-  də 

yaşamaq  iradəsini  saxlayan  fikirdən  tamamilə  azad  olmaq 

mümkün  deyil.  Yaşamaq  iradəsi  nə  qədər  güclüdürsə,  ölüm 

qorxusu da o qədər dəhşətlidir. 

Nitsşenin qüvvətli insan haqqında fikirləri də diqqətəlayiqdir. 

Qüvvətli  0  adamdır  ki,  hakimiyyətə  can  atır.  Hətta  qəddar, 

cinayətkar  da  qüvvətli  adamdır,  ona  görə  də  onu  vicdan 

əzabından xilas etmək lazımdır. 

Nitsşe  «Zərdüşt  belə  demişdin>  kitabında  öz  idealını 

«fovqəl-  insan»  obrazında  həyata  keçirmişdi.  Fövqəlinsan 

sifətində  o,  hər  şeydən  əvvəl  Zərdüştün  özünü  təsvir  edirdi. 

Nitsşe  ona  ən  yüksək  qəhrəmanlıq  və  yetkinlik  sifəti  verirdi. 

Zərdüşt obrazında 0, özünün kamil dostunu yaradaraq, onun dili 

ilə  özünün  ali  məqsədini  deyirdi.  Nitsşe  yazırdı:  «Sizin 

aranızdakı ən müdrik adam da bitki ilə kabusun (xəyalın) yalnız 

pozğun qanşiğıdır. Məgər mən imkan verərəm ki, siz kabus və 

yaxud bitki olasınız?». «Fövqəlinsan yerin mənasıdır. Qoy sizin 

iradəniz (volya- nız) desin; fövqəlinsan yerin mənası olsun».“*^ 

Nitsşenin  dediyinə  görə  fövqəlinsan  üçün  gələcək  rifah  və 

xoşbəxtlik  vəd  etməklə  insanı  arxayınlaşdıran  əxlaq  deyil, 

xüsusi  zadəgan  əxlaqı  lazımdır.  İnsan  ümumiyyətlə  xoşbəxt 

olmamalıdır. Nitsşenin dediyinə görə yalnız «inəklər, qadınlar, 

uşaqlar  və  sosial-demokratlar»  xoşbəxtliyə  can  atırlar.  Azad 

insan döyüşçüdür. Dünyada xoşbəxtlik deyil, rahatlıq və volya 

(iradə) var. 

105 

Ф.Ницше. Сочинения. В 2-х тт., Т.2, М., «Мысль», 1990, с.8. 

157 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə