Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə53/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   49   50   51   52   53   54   55   56   ...   164

Nitsşe  hesab  edirdi  ki,  insan  idealsız  yaşaya  bilməz,  lakin 

ideal  praktiki  həyatdan  çıxarılırsa  orada  inkar  ola  bilməz.  O, 

yazırdı: «İdeal fanatiki o vaxta qədər əsl fanatik olur ki, o, hələ 

inkar edir və buna görə də qorxuludur; o inkarı özü qədər yaxşı 

bilir, belə sadə səbəbə görə ki, o, oradan çıxıb, onun evi oradadır 

və o, gizlində bir də oraya qayıtmaqdan daim qorxur; o məhz 

inkar yolu ilə oraya qayıtmağı özü üçün qeyri-mümkün etmək 

istəyir». 

Nitsşe hesab edirdi ki, insana yuxanya, elə bir dünyaya can 

atmaq  lazımdır  ki,  o,  varlıq  əzabından  daha  yüksəyə  qalxa 

bilsin.  Beləliklə,  insan  -  insan  olaraq  qalmamalıdır,  ona 

fovqəlin- san olmaq qisməti verilib. Fövqəlinsan həyatda yalan, 

əzab-  əziyyət,  düşmənçilik  gətirən  nə  varsa  hamısını  məhv 

etməlidir. Avropanın çoxəsrlik ənənəsi kimi xristianlığın tənqid 

edilməsi  və  zərdüştlüyün  tərif  edilməsi  bu  əsas  müddəa  ilə 

bağlıdır.  Nitsşe  hesab  edirdi  ki,  məhz  xristianlıq  əsrlər  boyu 

insanın qəbul etdiyi bütün həqiqəti alt-üst etdi və bu həqiqətin 

yerinə  tamamilə  uydurma  fikirlər  gətirdi:  Allah,  əxlaqa 

əsaslanan  dünya  qaydaları,  ölümsüzlük,  günah,  şəfqət, 

bağışlama.  Həm  xristian, həm  də sosialist  əxlaqı həddən artıq 

ictimai olduğu üçün insanda fərdi başlanğıcı zəiflədir. 

Nitsşe  əsərlərinin  bəzilərini,  o  cümlədən  «Zərdüşt  belə 

demişdir» kitabını şerlə yazdığı üçün onun filosofdan daha çox 

şair olduğunu iddia edənlər də var (məsələn B.Rassel). 

Bir  sıra  görkəmli  filosoflar  Nitsşenin  fövqəlinsan 

konsepsiyasının Hitlerin nasional-sosializmi ilə uyğun gəldiyini 

sübut  etməyə  çalışırlar.  A.Kamyü  yazırdı:  «Nitsşeyə  və 

nasional-  sosializmə  qədər  belə  bir  nümunə  olmamışdır  ki, 

tamamilə  alicənablıq  ilə  işıqlandırılan,  öz-özlüyündə  tək  olan 

ruha  əzab  verən  fikir  dünyaya  yalan  paradı  və  həbs 

düşərgələrindəki  dəhşətli  meyit  yığmı  ilə  təqdim  edilsin. 

İnsanlığa  yad  olanların  müntəzəm  olaraq  istehsalına  gştirən 

fövqəlinsanlığın  təbliğ  edilməsi  bir  faktdır  ki,  onu  ifşa  etmək 

lazımdır, həm də onun izahı da tələb olunur».'®’ 



Ф.Ницшс. Собрание сочинений. В 6-ти тт.. Т.З, 1901. с. 150. 

А.Камю. Бунтующий человек. М., 1990, с. 176. 

158 


XII. XIX əsr - XX əsrin birinci yarısında rus fəlsəfəsi 

1.

 

XIX əsrin 30-50-ci illərində rus fəlsəfəsi 

Slavyanofillər  və  qərbçilər.  XIX  əsrdə  Rusiyada  müstəqil 

fəlsəfi  fikrin  başlanğıcı  slavyanofillər  və  qərbçilərin  adı  ilə 

bağlıdır. 

Xüsusi  konsepsiya  kimi  bu  cərəyanlar  XIX  əsrin  30-cu 

illərinin ikinci yarısında formalaşmışdır. Bu elə bir dövr idi ki, 

rus  zadəgan  gəncliyinin  demək  olar  hamısı  alman  idealist 

fəlsəfəsinə aludə olmuşdular. 

Rus  yazıçı-mütəfəkkirlərindən  olan  P.Y»Çaadayev  (1794- 

1856)  qərbçilik  ideologiyasının  təşəkkül  tapmasına  daha  çox 

təsir  göstərmişdir.  Qərb  dünyasını  Rusiya  üçün  nümunə  elan 

edən  mütəfəkkir  kimi  o,  qərbçiliyin  əsas  istiqamətini 

müəyyənləşdirmişdi. 

Qərbi 

Avropa 


sivilizasiyasının 

nailiyyətlərini Çaadayev katolisizm ilə bağlayırdı. 

Çaadayev üçün fəlsəfi sistem yaratmağın əsas ideyası din və 

fəlsəfənin  vəhdəti  fikri  olmuşdur.  O,  dünyada  İlahi  qanunun 

aliliyini əsaslandırırdı. 

T.N.Qranovski,  K.D.Kavelin,  N.V.Stankeviç,  P.V.Annen- 

kov,  A.İ.Turgenyev,  İ.S.Turgenyev  qərbçiliyin  görkəmli 

nümayəndələri idilər. 

1862-ci  ildə  liberal  və  qərbçi  İ.S.Turgenyev  A.İ.Gertsenə 

yazmışdı:  «Biz  ruslar  həm  dilimizə,  həm  də  soyumuza  görə 

Avropa  ailəsinə  mənsubuq...  və  deməli,  fiziologiyanın  ən 

dəyişməz qanunlarına görə bu yolla getməliyik».'®* 

Slavyanofillər  XIX  əsrin  40-50-ci  illərində  rus  ictimai  və 

fəlsəfi fikrinin əsas nümayəndələri idilər. Onlar hesab edirdilər 

ki, ruslar və başqa slavyan xalqları yalnız özünəməxsus yol ilə 

inkişaf edə bilərlər. 

Slavyanofillərin  fəlsəfi  görüşləri  bu  cərəyanın  əsasını 

qoymuş 


A.S.Xomyakov 

(1804-1860), 

İ.V.Kireyevski 

(1806-1856),  sonralar  Y.F.Samarin  (1819-1876)  tərəfindən 

işlənib  hazırlanmışdı.  Slavyanoçilik  xüsusi  seçilən  dini-fəlsəfi 

təlim idi. 



H.C.TyprcHCB. nCC. B 

30-Tiı 


TT

. fİHCbMa. 



T.5, M., 1988. c. 126. 

159 


Məsələn,  A.S.Xomyakov  deyirdi  ki,  təmiz  qaynaqdan  -  Şərq 

kilsəsindən  Rusiyaya  gələn  əsl  inam  rus  xalqının  xüsusi  tarixi 

vəzifələrini şərtləndirir. 

Aleksandr  İvanoviç  Gertsen  (1812-1870)  bu  dövrün  rus 

fəlsəfi fikrini təmsil edən nümayəndələrindən biridir. Hegel dia- 

lektikasını inqilabın cəbri (aigebrası) hesab edən A.İ.Gertsen bu 

təlimi  mənimsəmiş,  onun  vasitəsilə  inqilabi  mübarizəni  nəzəri 

cəhətdən  əsaslandırmağa  çalışmış,  dialektikanı  Hegelin  özünə 

qarşı çevirmişdi. Gertsen materialist idi. 1844-1845-ci illərdə o, 

özünün  əsas  fəlsəfi  əsərini  -  «Təbiəti  öyrənmək  haqqında 

məktublaD) kitabını yazır. Gertsenə görə əvvəlki materializmin 

əsas  səhvi  inkişaf  ideyasını  qəbul  etməməsi  olmuşdur.  Onun 

fikrincə  bütün  həqiqi  biliklər  idrak  prosesində  hissi  və  məntiqi 

idrakın dialektik vəhdətinin nəticəsidir. 

Ədəbi-tənqidçi  və  filosof-materialist  Vissarion  Qriqoryeviç 



Belinski  (1811-1848)  xalqın  gələcəyi  haqqında  danışarkən 

sosializmi nəzərdə tuturdu. O, sosializmi inam və biliyin alfa və 

ome-  qası'®’  hesab  edirdi.  Sosializm,  Belinskiyə  görə  xüsusi 

mülkiyyətin  və  insanın  insan  tərəfindən  istisman  olmayan 

cəmiyyətdir.  Bu  cəmiyyətdə  insanlar  arasında  əsl  bərabərlik 

olmalıdır. 

Hegel  fəlsəfəsinə  tənqidi  yanaşma  nöqteyi-nəzərindən 

Belinski  belə  nəticəyə  gəlmişdi  ki,  bu  fəlsəfə  bəşəriyyətin  əqli 

inkişafında əhəmiyyətli bir hadisə olsa da, öz-özlüyündə mütləq 

(absolyut) olmaq iddiasında olduğu üçün onun nəticələri heç nəyə 

yaramır.  O,  Hegeli  azadlıq  və  ağılın  cəlladı,  des-  potizmin  və 

cəhalətin müdafiəçisi hesab edirdi. 

Belinski özünü materialist sensualizmin tərəfdan elan etmişdi. 

Onun fikrincə idrak ona görə sonsuzdur ki, təbiət də sonsuzdur. 

Belinski  xüsusi  fəlsəfi  əsərlər  yazmayıb,  özünün  fəlsəfi 

görüşlərini qısa və qırıq-qırıq söyləmişdir. Onun əsl məşğuliyyəti 

ədəbiyyatşünaslıq və estetika idi. Məhz bu sahədə Belinski daha 

aydın,  qüvvətli  və  ardıcıl  olaraq  özünün  fəlsəfi  görüşlərini 

əsaslandırırdı. 

Alfa və omeqa yunan əlifbasının birinci və sonuncu hərfləridir. 

160 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə