Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə54/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   50   51   52   53   54   55   56   57   ...   164

Alim və yazıçı Nikolay Qavriloviç Çermşevski (1828-1889) 

inqilabi  demokratiyanın  ən  yaxın  vəzifəsini  təhkimçilik 

hüququnun ləğv edilməsi və aqrar məsələnin həllində görürdü. 

Onun  son  məqsədi  sosializm  idi.  Çemışevskinin  sosializm 

nəzəriyyəsi  bütövlükdə  utopik  xarakter  daşımışdır.  O  da 

Gertsen kimi kənd icmalarını gələcək sosializm üçün başlanğıc 

hesab edir, sosializm idealının müvəffəqiyyət qazanması üçün 

bütün ümidini kəndlərə bağlayırdı. 

1840-cı  illərin  inqilabçı  demokratlan  üçün  dialektika 

nəzəriyyəsinə diqqət üstünlük təşkil edirdi. Feyerbaxa gəldikdə 

isə, onun sistemindən Hegelin idealizminə qarşı istifadə edilirdi. 

Çermşevski  isə  bu  sahədə  onlardan  xeyli  fərqlənirdi.  O, 

Feyerbaxa daha çox arxalanırdı. Məlumdur ki, Feyerbax insanın 

mahiyyətini və onun şüurunu izah edərkən antropoloji prinsipə 

əsaslanırdı.  Lakin  Çemışevskinin  fəlsəfəsi  Feyerbaxın 

sistemindən  xeyli  fərqlənirdi.  Çemışevski  antropologizmi 

dialektika  ilə  tamamlayırdı.  O,  deyirdi  ki,  materializm  elmi 

məlumat- lann özündən yaranır, materiyanı şüura münasibətdə 

birinci  sayırdı,  dünyanı  göründüyü  kimi  qəbul  edirdi. 

Çemışevski  dünyanın  vəhdətini  bütövlükdə  təbiət  və  onun 

ayn-ayn  hissələri  üçün  universal  əhəmiyyəti  olan  ümumi 

qanunauyğımluğun mövcudluğu ilə izah edirdi. 



2.

 

Rus dini-idealist fəlsəfəsi (XIX 

əsrin ikinci - XX əsrin birinci yarısı) 

2.1.

 

Rus dini fəlsəfəsinin inkişafında əsas dövrlər 

Rus  dini  fəlsəfəsinin  inkişafını  dörd  dövrə  bölmək  olar. 



Birinci dövr XIX yüzilliyin 30-50-ci illərini əhatə edir. Bu dövr 

alman idealizminin ms fikrinə ciddi təsiri ilə xarakterizə olunur 

və  daha  çox  A.Xomyakov  və  İ.Kireyevskinin  adı  ilə  bağlıdır. 

İkinci dövr əsasən XIX əsrin axınncı rübünə təsadüf edir. Dini 

fəlsəfənin əsas nümayəndələri V.Solovyov, F.M.Dostoyevski, 

L.

 

N.Tolstoy, K.Leontyev, N.Fyodorov və başqalan 



olmuşlar. Üçüncü dövr XIX əsrin axın - XX əsrin əvvəllərini 

əhatə edir 



161 


və aşağıdakılann adı ilə bağlıdır: S.N.Trubetskoy və Y.N.Tru- 

betskoy  qardaşları,  V.V.Rozanov,  V.İvanov,  S.N.Bulqakov, 

N.A.Berdyayev,  P.B.Struve,  N.O.Losski,  P.A.Florenski  və  b. 

Dördüncü  dövr  1917-ci  il  inqilabından  sonra  başlayan 

mühacirət  dövrüdür.  Bir  çox  dini  mütəfəkkirlər  vətəndaş 

müharibəsi dövründə və yaxud ondan bir qədər sonra Rusiyanı 

tərk etmişlər: P.B..Struve, S.N.Trubetskoy, L.İ.Şestov, və b. Bir 

hissəsi isə 1922-ci ildə sovet rejiminə ideoloji cəhətdən yabançı 

ünsürlər kimi Rusiyadan sürgün olunmuşlar. Bunların arasında 

N.A.Berdyayev, 

S.L.Frank, 

N.O.Losski, 

S.N.Bulqakov, 

İ.A.İlin, və b. din xadimləri var idi. Beləliklə çox az istisna ilə 

(P.A.Florenski və V.A.Tamavtsev Sovet Rusiyasında repressiya 

qurbanlan  olmuşlar)  rus  dini  fəlsəfəsinin  ən  görkəmli 

nümayəndələri mühacirətdə yaşayıb fəaliyyət göstərmişlər. 

Rus  idealist-dini  fəlsəfəsinin  bir  neçə  ən  görkəmli 

təmsilçiləri haqqında qısa məlumat veririk. 



Fyodor  Mixayloviç  Dostoyevski  (1821-1881)  yaşadığı 

dövrdəki  rus  cəmiyyətinin  fikir  tərzinə  çox  güclü  təsir 

göstərmişdir.  O,  özünün  «Yazıq  adamlan>,  «Karamazov 

qardaşları», «Səfeh» («İdiot») və b. əsərlərində insanın şəxsi və 

ictimai həyatının bir çox ciddi məsələlərini təhlil edirdi. Lakin 

Dostoyevski  hər  şeydən  əvvəl  özünün  bütün  diqqətini  insan 

problemi üzərində cəmləşdirmişdi. 

Dostoyevski  dini  -  xalqın  ən  qədim  dünyagörüşü  hesab 

edirdi,  ona  görə  də  belə  məntiqi  nəticə  çıxanrdı  ki,  insan 

dözümlü və itaətkar olmalıdır. O, hətta işgəncəni də tərənnüm 

edirdi. Bütün sosial bəlalan Dostoyevski Allaha inamın itməsi 

ilə izah edirdi. 

Bir  mütəfəkkir  kimi  Dostoyevskinin  diqqət  mərkəzində 

etika, din, estetika, fəlsəfə, tarix, xüsusən humanizm məsələləri 

dururdu.  O,  hesab  edirdi  ki,  şəxsi  mənəvi  kamilləşmə  yolu 

cəmiyyətin əxlaq qaydalarının dəyişməsinə gətirir və əsas təy- 

inedici qüvvə kimi çıxış edir. Əxlaqın əsası, onun fikrinə görə, 

inam və Allahdan asılıdır. Dostoyevskinin etik proqramının əsas 

tələbi belədir: hər bir insan əsl insan olmalı və başqalarına da 

insan kimi hörmət etməlidir. 



162 


Slavyanofıllər  kimi  Dostoyevski  də  xristianlığın  ən  yaxşı 

ifadəsi kimi pravoslav dinini tanıyırdı, elə buna görə də ruslan 

əsl  dindar  xalq  hesab  edirdi.  Onun  dediyinə  görə  Rusiya  bu 

yolla gedərsə həm özünü, həm də Qərbi sosializm dəhşətindən 

xilas  etmiş  olar.  Rus  xalqının  tarixi  vəzifəsini  yazıçı  bir  də 

bunda görürdü. 

Dostoyevski  belə  bir  fikir  irəli  sürürdü  ki,  insan  heç  də 

xoşbəxtliyə  can  atan  ağıllı  varlıq  deyil,  insan  əzab-əziyyətə 

ehtiyacı  olan  irrasional  varlıqdır,  inkar  şüurun  meydana 

gəlməsinin  yeganə  səbəbidir.  Əzab  çəkmək  günahı  yuyur. 

İnsanın  ən  yüksək  ləyaqəti  sayılan  azadlıq  özbaşınalığa  keçir. 

Bu  halda  azadlıqdan  imtina  etmək  iztirabı  azalda  bilər.  Lakin 

azadlıqdan imtina etmək insana inamsızlıq deməkdir. Azadlığı 

inkar  etmək  Allah  əleyhinə  (antixrist)  ruhdur.  İsanın  çarmıxa 

çəkilməsi sirri - azadlığın sirri deməkdir. Çarmıxa çəkilən Allah 

könüllü  olaraq  məhəbbət  obyekti  seçilir.  Dostoyevskiyə  görə 

azadlıq aristokra- tikdir, milyonlar üçün güc çatmayan yükdür. 

Dostoyevskinin fikrincə şər, pislik lap əzəldən insana xasdır 

və  adi  dünyəvi  vasitələrlə  insanın  təbiətini  dəyişdirmək 

mümkün  deyil.  Nəticə:  dini  dayaq  olmayan  yerdə  əxlaq  da 

yoxdur.  Dünya  ədalətsizlik,  pislik,  işgəncə  ilə  doludur.  Allah 

dünyanın yaradıcısıdır, o ən ali və kamil varlıqdır. Xilas olmağa 

- yalnız itaətə, məhəbbətə, dözümə çağıran dində çatmaq olar. 

Lev Nikolayeviç Tolstoy (1828-1910) böyük yazıçı olmaqla 

yanaşı, həm də böyük mütəfəkkir, dünya, insan, həyatın mənası, 

cəmiyyəti yenidən qurmaq haqqında dini-etik təlimin yaradıcısı 

olmuşdur. 

«Hərb və sülh» və  «Anna Karenina» romanlarını yazandan 

sonra  Tolstoy  bilavasitə  özünün  yeni  dinini  yaratmaq  işinə 

başlayır  və  bu  məqsədlə  çox  böyük  səylə  fəlsəfəni,  elmi, 

müxtəlif dini təlimləri öyrənir. O, daha çox Şərqin dini və fəlsəfi 

sistemlərinə  müraciət  edirdi.  Xristianlığı  isə  xüsusi  olaraq 

özünəməxsus şəkildə təhlil edirdi. 

Tolstoyun fikrincə ictimai tərəqqi din sayəsində mümkündür. 

O, yazırdı: «Əgər bəşəriyyətdə proqress, yəni irəliyə hərəkət 



163 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə