Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə55/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   51   52   53   54   55   56   57   58   ...   164

baş  verirsə,  mütləq  bu  hərəkətin  göstəricisi  olmalıdır.  Belə 

göstərən həmişə din olmuşdun)."® 

Tolstoy  kilsə  xristianlığını  inkar  etsə  də  xristianlıqdakı 

ümumbəşəri  dəyərləri  qəbul  edirdi.  Tolstoy  dini  təşkilatlan, 

ayinləri,  hətta  ümumi  sayılan  ehkamları  (doqmaları)  da  qəbul 

etmirdi, o, xristianlığın yalnız əxlaqi normalanm lazımlı hesab 

edirdi. 

Tolstoy  Qərbi  Avropa  mütəfəkkirlərindən  daha  çox  Rus- 

soya,  Şopenhauerə  və  Berqsona  yaxın  idi.  Lakin  onlann 

yazıçıya böyük təsiri olsa da o, öz yolu ilə gedirdi. 

Tolstoya görə bütün dinlər özündə iki hissəni birləşdirir: in- 

sanlann həyatı haqqında təlim olan etikanı və əsas dini doqma- 

ları  (ehkamları)  əhatə  edən  metafizikanı.  Kilsə  etikanı 

metafizika itə nə qədər əvəz etsə də, insanlar, xüsusən sadə xalq 

dinin əxlaqi mahiyyətini bütün təmizliyi ilə saxlayıb. Ona görə 

də Tolstoy əsl dini sadə xalqdan öyrənməyi məsləhət görürdü. 

Allahın  mahiyyətini  yazıçı  daha  çox  əxlaqi  planda  izah 

edirdi.  Tolstoy  tez-tez  təkrar  edirdi  ki,  «Allah  məhəbbət 

deməkdir»,  insanın  «Mən»liyini  təşkil  edən  «kamil 

xoşbəxtlikdir». O, bəzən Allahı ruh anlayışı ilə eyniləşdirməyə 

meyil  göstərirdi.  İnsanın  ölümündən  sonra  onun  ruhu  ilahi 

varlığa  qovuşur.  Burada  Qərb  neoplatonizminin  və  Şərq 

müsəlman sufizminin təsiri açıq görünür. 

Tolstoyun  fikrincə  cəmiyyəti  daha  yaxşı  təşkil  etmək  üçün 

yalnız  bir  yol  var  -  bütün  insanları  olduqlanndan  daha  yaxşı 

etmək  lazımdır.  Lakin  bundan  ötrü  hər  adam  özü-özünü 

yaxşılaşdırmalıdır. Bu məqsədin həyata keçirilməsi vasitəsini o, 

bir  prinsipdə  görürdü:  «şərə  güclə  müqavimət  göstərməmək». 

Tolstoy deyirdi ki, «od odu söndürə bilmədiyi kimi, yaman da 

yamanı  söndürə  bilməz.  Yalnız  xeyir  şərlə  qarşılaşıb  ona 

yoluxmasa qalib gəlİD)."' 

Tolstoyun inqilabçılara özünəməxsus münasibəti olmuşdur. 

Bu  səbəbdən  də  onlarla  mübarizənin  xüsusi  vasitələrini  təklif 

edirdi. Yazıçı deyirdi ki, inqilabçıları öldürmək, məhv etmək 

11



I I I  



JI.H.T

OJICTOH


.

 

nCC, 

T.60. 

M.. 1949. c.247. 

JI.H.T


OJICTOH

.

 



nCC. T.23. c.334. 

164 


yolu  ilə mübarizə aparmaq olmaz. Onların sayı  deyil,  fikirləri 

əsasdır. Onlarla mübarizə üsulu «mənəvi mübarizə» olmalıdır. 

İnqilabçıların  idealı  ümumi  rifah,  bərabərlik,  azadlıqdır. 

«Onlarla  mübarizə  aparmaq  üçün,  onlara  qarşı  elə  ideal  irəli 

sürmək  lazımdır  ki,  onların  idealından  yüksək  olsun,  onların 

idealını  özündə  birləşdirsin»."^  Belə  ideal  kimi  o,  «məhəbbət 

idealını», «pisliyi bağışlayıb, əvəzinə yaxşılıq etmək» prinsipini 

irəli sürürdü. 



Vladimir  Sergeyeviç  Solovyov  (1853-1900)  «bütöv  bilik» 

adlanan  sistem  yaratmış,  bəşəriyyətin  əqli  inkişafının  ali 

məqsədi və nəticəsi kimi elmin, fəlsəfənin və dinin sintezini irəli 

sürmüşdür.  Bu  sistemdə  ontologiya  (varlıq  haqqında  təlim) 

dünyanın  vəhdətini  ilahi  birlikdə  görür,  qnoseologiya  (idrak 

haqqında  təlim)  irrasional  biliyi  əsaslandırır,  sosiologiya  isə 

cəmiyyətin ali idealını ümumdünya teokratik"^ xristian monar- 

xiyasında""* axtarırdı. 

Solovyov etikanı dini əsasda yaradırdı. İnsan o zaman əxlaqlı 

sayılır ki, o öz iradəsini «mütləq xeyİD>ə,  yəni  Allaha qulluq 

etməyə tabe edir.  «Dini  əxlaq qaydası bizdən tələb edir ki, öz 

iradəmizi  Allahın iradəsi ilə birləşdirək.  Lakin Allahın  iradəsi 

hər şeyi əhatə edir və onunla birləşərək və yaxud onunla həqiqi 

razılığa gələrək, biz bu yolla qəti və ümumi hərəkət qaydası əldə 

edirik»."^ 

Şərtsiz, mütləq, varlıqüstü, yəni Allah — Solovyova görə əsl 

biliyin  predmetini  təşkil  edir.  Buraya  yalnız  mistik  və  ya  dini 

qavrayış  aid  edilə  bilər,  çünki  bu  qavrayışdan  bizim  məntiqi 

təfəkkürümüz  ağıl,  təcrübəmiz  isə  reallıq  alır.  O,  qətiyyətlə 

deyirdi ki, hər şey dini inamda və hansısa mistik görüşdə həll 

edilir. 

"■ Yenə orada, T.63, s.52. 

"^Tcokratiya  (yun.  «theos»-Allah,  «kratos»-hakimiyyət)  elə  idarə  formasıdır  ki,  orada  dövlət 

başçısı eyni zamanda dini rəhbərdir. 

"■*  Monarxiya  (yun.  «mono»  -  bir  və  «kratos»  -  hakimiyyət)  elə  dövlət  formasıdır  ki,  orada 

dövlət başçısı təkbaşına hökmranlıq edən monarxdır (kral, şah, imperator və s.) və hakimiyyət 

irsən keçir. 

Вл.Соловьев. Сочинения. В 2-х n.. T.l. M.. «Мысль». 1990, с.259. 

165 



Solovyova görə iqtisadi qaydalann əsas prinsipi fayda, siyasi 

qaydalannmkı  ədalət,  kilsə  qaydalannınkı  isə  məhəbbətdir. 

Onla-  n  müvafiq  olaraq  «maddi»,  «formal»  və  «mütləq» 

başlanğıc kimi şərh etmək olar. 

Təbiəti Allahın əsəri hesab edən xristian görüşü ilə razılaşan 

Solovyov  eyni  zamanda  bu  dünyanı  kamil  hesab  etmir  və 

göstərirdi ki, məhz insan onu təkmilləşdirməlidir. 

Solovyova  görə  həqiqət  bizim  mühakimə  və  nəticələrimiz 

deyil, ümumi birliyin özünə aid olan mütləq dəyərdir. Həqiqəti 

qəbul etmək - subyektiv təfəkkür çərçivəsindən kənara çıxmaq, 

dünyada  nə  mövcuddursa  onların  hamısının  birliyinə,  yəni 

mütləqə daxil olmaqdır. 

Ümumiyyətlə zorakılıq və inqilaba qarşı çıxan Solovyov eyni 

zamanda  göstərirdi  ki,  müəyyən  şəraitdə  zorakılıq  əxlaqi 

baxımdan sadəcə olaraq zəruridir. 

Nikolay  Aleksandroviç  Berdyayev  (1874-1948)  fılosof- 

ekzistensialist  «yeni  xristianlıq»  təliminin  yaradıcısıdır.  Onun 

fəlsəfi görüşləri xristian personalizmi və yaxud ekzistensializm 

formasında yalnız mühacirət dövründə yaranmışdı. Lakin onun 

fəlsəfi  görüşləri  hələ  mühacirətə  qədər  artıq  Rusiyada 

formalaşmağa 

başlamışdı. 

Berdyayev 

slavyanofilləri, 

F.Dostoyevski-  ni,  V.Solovyovu  özünün  rus  sələfləri  hesab 

edirdi. 

Əgər Berdyayevin dini və sosial-siyasi görüşləri rus idealist 

fəlsəfəsi ilə sıx bağlıdırsa, onun kulturoloji və estetik ideyaları 

tam  məntiqi  olaraq  irrasionalizmin  Qərbi  Avropa  ənənələrinə 

uyğun gəlir. 

Berdyayev  XIX  əsrdə  rus  ictimai  fıkrindəki  inqilabi- 

demokratik  və  materialist  istiqamətləri  tənqid  edirdi.  Filosof 

kommunizmi  inkar  edir,  onu  mənəvi  köləlik,  şəxsiyyəti 

kollektivə  tabe  edən  eybəcərləşdirilmiş  din  hesab  edirdi.  O, 

materializmi insanı mənəvi azadlıqdan məhrum edən kollektivin 

təhrif olunmuş dini kimi ifadə edirdi. 

Berdyayevə görə Allah ruhdur, O real olaraq müqəddəslərin, 

mistiklərin,  yüksək  mənəviyyatlı  adamların  həyatında  və 

insanın  yaradıcılıq fəaliyyətində iştirak  edir. Mənəvi  təcrübəsi 

olan adamın Allahın varlığını məntiqi yolla sübut etməyə eh- 

166 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə