Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə57/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   53   54   55   56   57   58   59   60   ...   164

Göstərmək lazımdır ki, marksizmin yaranmasında Marks ilə 

yanaşı  Fridrix  Engelsin  (1820-1895)  bilavasitə  iştirakı 

olmuşdur.  Onun  «Anti-Dürinq»,  «Təbiətin  dialektikası»  və 

başqa  əsərləri  dialektik  materializm  fəlsəfəsinin  tam 

formalaşmasında böyük rol oynamışdır. 

2.

 

Marksist fəlsəfənin 

əsas əlamətləri və 

strukturu 

Marksistlərə  görə  marksist  fəlsəfənin  əsas  əlamətləri 

aşağıdakılar hesab edilir: (1) .tarixin materialist anlayışı; 2) dia- 

lektika  ilə  vəhdətdə  olan  ardıcıl  materializm;  3)  marksist 

fəlsəfənin inqilabi xarakteri. «Filosoflar dünyanı yalnız müxtəlif 

şəkillərdə izah edirdilər, lakin iş onu dəyişdirməkdir» (K.Marks); 

4) fəlsəfə dini əvəz edərək kütlələrin mənəvi silahına çevrilir; 5) 

fəlsəfənin  partiyalılığı;  6)  marksist  fəlsəfənin  yaradıcı  xarakter 

daşıması. F.Engels deyirdi ki, onların fəlsəfəsi  ehkam (doqma) 

deyil, hərəkət üçün rəhbərlikdir. 



Marksist  fəlsəfənin  strukturu:  1)  obyektiv  dialektika;  2) 

idrak nəzəriyyəsi və yaxud qnoseologiya; 3) dialektik materialist 

məntiq; 4) dialektik materialist metodologiya. 

Marksist  fəlsəfənin  bu  dörd  hissəsi  bir  yerdə  dialektik 

materializm adlanır. 

Az  adam  tapılar  ki,  Marksın  və  Engelsin  yüksək  zehni 

qabiliyyətinə  şübhə  etsinlər.  Onların  fəlsəfəsində  müsbət 

cəhətlər  çoxdur.  Ancaq  məsələ  burasındadır  ki,  yalnız 

marksizmin  təlimatları  ilə  yaşamaq  mümkündürmü?  Əlbəttə 

yox.  Marks  kapitalizmin  sosializmə  çevrilməsinin  universal 

yolunun  zəruri  olaraq  barışmaz  sinfi  mübarizədən,  proletar 

inqilabından və proletariat diktaturasından keçdiyini göstərərkən 

səhv  etmişdi.  Marksın  formasiya  nəzəriyyəsi  də  qüsurlu 

olduğunu  göstərdi.  Başqa  səhvlər  də  olmuşdur.  Bundan  başqa 

marksizmin  bir  çox  müddəaları  onun  davamçıları  tərəfindən 

təhrif edilmişdir. 

Göstənnək lazımdır ki, davamçılarının çoxundan fərqli olaraq 

Marks  həmişə  yeniliyi  nəzərə  alaraq  öz  nəzəriyyəsinə 

dəyişikliklər etməyə hazır olduğunu bildirmişdirj, 

170 



3.

 

Rusiyada marksizm. G.V.Plexanov. V.İ.Lenin 

Filosof və marksizmin təbliğatçısı olan Georgi Valentinoviç 



Plexanov  (1856-1918)  artıq  1880-ci  ildən  mühacirətdə 

olmuşdur.  1883-cü  ildə  G.V.Plexanov  tərəfindən  İsveçrədə 

yaradılan  «Əməyin  azad  edilməsi»  marksist  qrupu  Rusiyada 

marksizmin yayılmasında böyük rol oynamışdır. 

Plexanov  bir  çox  məsələlərdə  V.İ.Lenin  başda  olmaqla 

bolşeviklər  ilə  razılaşmırdı.  1917-ci  il  Oktyabr  inqilabına  o, 

mənfi münasibət bəsləmişdi. Bununla yanaşı Plexanov ömrünün 

axırına  qədər  marksizmə  sadiq  olmuşdur.  O,  marksizmi 

fəlsəfədə  yeni  mərhələ  hesab  etmiş,  onun  əvvəlki  fəlsəfi 

təlimlərdən  fərqini  açmağa  çalışmış,  tarixə  materialist  baxışın 

tərəfdan  olmuşdur.  Plexanov  marksist  estetikanın,  ədəbi 

tənqidin əsasını qoyanlardan biri olmuşdur. 



V.LLenin  (1870-1924)  hələ  özünün  ilk  əsərlərində  rus 

xalqçılanmn idealist görüşünü tənqid edərkən marksizmin sosial 

fəlsəfənin əsas müddəalanm müdafiə edirdi. 

Rusiyada  1905-1907-ci  il  inqilabının  məğlubiyyətindən 

sonra Lenin materialist fəlsəfəni müdafiə edən «Materializm və 

empi- riokritisizm» kitabını yazır. 

Birinci  Dünya  müharibəsi  illərində  Lenin  «Fəlsəfə  dəftər- 

ləri»ni  yazır.  Burada  o,  Heraklitin,  Aristotelin,  Hegelin 

əsərlərini  təhlil  edir,  dialektikanı  və  onun  «nüvəsi»ni 

(əksliklərin  vəhdəti  və  mübarizəsi  qanununu),  dialektikanın 

kateqoriya  və  qanunlarını  şərh  edirdi.  İdrak  prosesinin 

dialektikası,  təfəkkür  məsələsi  Leninin  diqqət  mərkəzində 

olmuşdur. 

Birinci  Dünya  müharibəsi  illərində  Lenin  eyni  zamanda 

sosial  fəlsəfənin  bir  çox  məsələləri  ilə  də  məşğul  olmuşdur; 

imperializmin  inkişafının  son  perspektivləri,  sosialist  inqilabı, 

sinfi  mübarizə  məsələləri,  dövlət  haqqında  təlim  və  s.  Lenin 

sosializmin bir qrup ölkədə, hətta ayrıca götürülmüş bir ölkədə 

qələbəsini mümkün hesab edirdi. 

Oktyabr inqilabından sonra Lenin Sovet İttifaqında sosialist 

quruculuğunun  və  dünyada  inqilabi  prosesin  perspektivi 

problemlərini  tədqiq  etmişdi.  Məhz  həmin  dövrdə  onun 

baxışlarında bir sıra dəyişikliklər baş verir. Bu barədə Leninin 

özü də eti- 



171 


raf  etmişdi.  0,  faktiki  olaraq  özünün  əvvəlki  müddəalarının 

bəzilərindən imtina edir, sosialist quruculuğu, dövlət və inqilab 

haqqında yeni fikirlər söyləyir. Tarix Leninin kapitalizm, «dünya 

inqilabı»,  sosializm  və  kommunizm  haqqında  bir  çox 

mühakimələrinin əsassız olduğunu göstərdi. 

Sonralar  Sovet  İttifaqında  leninizmin  ehkamçı  (doqmatik) 

şərhi  ağır  nəticələrə  -  repressiya  və  özbaşınalığa,  hətta  Leninin 

bəzi fikirlərinin təhrif olunmasına səbəb oldu. 



4.

 

Qərbi Avropada marksizm 

Macar  marksisti,  filosof  və  ədəbi  tənqidçisi  Dyerd  Lukaçın 

(1885-1971)  dünyagörüşünün  formalaşmasında  alman  klassik 

fəlsəfəsinin böyük rolu olmuşdur. Onun fikirləri heç də həmişə 

ardıcıl olmamış, hətta bəzi məsələlərdə sovet marksizminə uyğun 

gəlməmişdir. 

Lukaç  Moskvada  yaşadığı  illərdə  (1930-1945)  daha  çox 

Marks və Engelsin estetik irsini, klassik realizmin araşdırılması 

ilə məşğul olmuşdur. 1945-ci ildə yenidən Macanstana qayıdan 

Lukaç  mədəniyyət  sahəsində  fəaliyyət  göstərir,  marksist 

estetikanı  sistemli  olaraq  şərh  edirdi.  60-cı  illərdə  Lukaç  eyni 

zamanda  insanların  maddi  və  mənəvi  mədəniyyətində  əməyin 

rolu məsələsini tədqiq etmişdi. 

Antonio Qramşi (1891-1937) İtaliya Kommunist partiyasının 

yaradıcısı,  marksist  nəzəriyyəçi  olmuşdur.  Onun  elmi  marağı 

çoxsahəlidir.  Qramşi  fəlsəfə,  tarix,  ədəbiyyatşünaslıq,  estetika, 

sosiologiya,  siyasi  iqtisad  məsələləri  ilə  məşğul  olmuşdur.  Öz 

fəlsəfi əsərlərində o, sosial fəlsəfəyə xüsusi fikir verirdi. 

Qramşi  göstərirdi  ki,  əsl  demokratiya  əmək  adamlannı  fəal 

siyasi və sosial həyata cəlb etmədən mümkün deyil; demokratiya 

həqiqi  demokratik  rejimlərin  ayrılmaz  əlaməti  olan  siyasi  və 

vətəndaş azadlığı ilə birləşmədən, əhalinin əksəriyyətinin sosial 

və  iqtisadi  maraqlarını  nəzərə  almadan  möhkəm  ola  bilməz. 

Qramşi  deyirdi  ki,  modernləşmənin  ağırlığını,  hakimiyyət 

strukturlarının  səhvlərini  əhalinin  böyük  əksəriyyətinin  üstünə 

yükləmək olmaz. 

172 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə