Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə58/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   54   55   56   57   58   59   60   61   ...   164

Qramşi  proletariat  diktaturası  şəraitində  ali  hakimiyyət 

orqanlarının,  0  cümlədən  partiya  bürokratiyasının  təhlilinə 

böyük  diqqət  yetirirdi.  O,  totalitar  rejimin  yaradılması 

təhlükəsini göstərmişdi. 



Lüi  Altüsser  (1918-1990)  Fransada  marksist  fəlsəfənin  ən 

məşhur təmsilçilərindən biri olmuşdur. O, ilk növbədə marksist 

fəlsəfənin  idrak  nəzəriyyəsi  problemlərini  ön  plana  çəkir, 

strukturalizm  ideyalanna  yaxın  mövqedən  Marksın  «Kapital» 

əsərini  təhlil  edirdi.  Altüsser  elm  və  ideologiyanı  bir-biri  ilə 

uzlaşmayan sahələr kimi qarşı-qarşıya qoyurdu. 

Özünün  son  əsərlərində  Altüsser  sinfi  mübarizəni 

marksizmin «əsas hissəsi» hesab edir, kapitalizmdən sosializmə 

keçid dövründə proletariat diktaturasım zəruri sayırdı. 

1967-ci ildən sonra Altüsser idrakın fəlsəfi nəzəriyyəsindən 

imtina  etməyi  təklif  edir.  Onun  fikrincə  əgər  əvvəllər  idrakı 

filosoflar  tədqiq  edirdisə,  indi  bu  işlə  konkret  elmlər  məşğul 

olmalıdır.  Materialist  fəlsəfənin  vəzifəsi  isə  idrak  anlayışında 

idealizm ilə mübarizə aparmaqdır. 

Altüsser  marksizmdə  «humanist»  və  hegelçilik  hərəkatına 

qarşı  çıxış  edərək,  sübut  etməyə  çalışırdı  ki,  Marksın  yetkin 

əsərləri, xüsusən «işçi qüvvəsi», sinfi ziddiyyətləri vurğulayan 

«Kapital» əsəri Qalileyin və yaxud Darvinin nəzəriyyələri kimi 

dəyərləndirilməlidir («Lenin və fəlsəfə»). «Marksizm uğrunda» 

və  E.Balibar  ilə  birgə  yazdığı  «Kapital»!  oxuyarkən» 

əsərlərində  Altüsser  Marksın  yetkin  fəlsəfəsində  Hegelin  ya- 

bançılaşma konsepsiyasının iştirak etməsini təsdiqləyən fikirləri 

rədd  edirdi.  Ö,  Marksın  gənclik  dövründə  yazdığı  fəlsəfi 

(ideoloji)  əsərləri  ilə  onun  sonralar  yaratdığı  elmi  nəzəriyyəsi 

arasında ciddi epistemoloji (qnoseoloji) uyğunsuzluq olduğunu 

əsaslandırmağa çalışırdı. 

XX

 

əsrin  ortalarında  Avropada  antimarksizm  və  sol 



ekstremizmin güclənməsində keçmiş kommunist alman filosofu 

və  sosioloqu  Herbert  Markuzenin  (1898-1979)  rolu  böyük 

olmuşdur.  Onun  maraq  dairəsi  çox  geniş  olmuş  və  dövrünün 

demək  olar  ki,  bütün  əsas  cari  problemlərini  əhatə  etmişdi: 

incəsənət  və  inqilab,  fenomenologiya,  ekzistensializm  və 

klassik 


173 


alman  fəlsəfəsi,  texnoloji  dəyişikliklərin  xarakteri,  kapitalist 

istehsal  üsulunun  keyfiyyətcə  yeniləşməsi,  psixoanaliz,  fərdin 

təbiəti və sosializmin tənqidi. O, göstərirdi ki. Sovet İttifaqında 

marksizm  özünün  inqilabi  ideologiya  funksiyasını  itirib  və 

mövcud vəziyyətin (status-kvo) ideoloji dayağına çevrilib. 

Yeni kommunizm (neokommunizm). XX əsrin 20-ci illərində 

Qərbin  sosial-fəlsəfi  fikrində  yeni  cərəyan  -  neokommunizm 

meydana  gəlir.  1960-cı  illərdə  bu  cərəyan  özünün  yüksək 

zirvəsinə  qalxır  («yeni  sollar»  hərəkatı).  Neokommu-  nizmin 

tərəfdarları  üçün  mənəvi  mədəniyyətə  biganəlik,  siyasi 

ekstremizm,  kapitalist  sivilizasiyasının  fatalizm  konsepsiyası 

daha xarakterikdir. Elə buna görə də neomarksist nəzəriyyəçilər 

(məsələn,  K.Korş)  «Qərb  sivilizasiyası»  tərəfindən  müflis- 

ləşdirilmiş, sosial həyatın dibinə atılmış adamlar arasında sosial 

baza  axtarırdılar.  XX  əsrin  70-ci  illərində  neomarksizmə 

əsaslanan «yeni sollan> hərəkatı iflasa uğrasa da, sol ekstremizm 

və terrorizm zəifləsə də hələ də yaşayır. 

Bir çox görkəmli Avropa alimləri faktiki olaraq marksizmdən 

uzaq  olsalar  da  bəzən  ciddi  şərtlərlə  özlərini  bu  təlimin 

tərəfdarları hesab edirlər. Məsələn, ekzistensialist filosof 

J.P.Sartr  (1905-1980)  yazırdı:  «Marksizmə  rəğmən  deyil, 

onunla yanaşı inkişaf edən eksiztensializm də var. Biz özümüzü 

buna aid  edirik...».’^'  Lakin  onun fikrincə  «marksizm  dayandı, 

məhz ona görə dayandı ki, bu fəlsəfə dünyanı dəyişdirmək istəyir 

və «fəlsəfə dünyasının yaranmasına» doğru yönəlib; ona görə ki, 

praktikidir  və  belə  də  olmaq  istəyir,  onda  əsl  parçalanma  baş 

verdi, bir tərəfdə nəzəriyyə, o biri tərəfdə praktika durdu». 

Sartr  neomarksist  R.Qorodiyə  məktubunda  yazırdı: 

«Marksizm adı altında mən tarixin daxili dialektikası haqqında 

danışan tarixi materializmi nəzərdə tuturam. Yoxsa metafizikanı 

fikirdə  saxlayan  dialektik  materializmi  nəzərdə  tutmuram;  bu 

fəlsəfə guya təbiətin dialektikasını kəşf edibdir. Bu dialektika hə- 



XpecTOMaTHJi no (j)HJioco(j)iın, 

c.210. Yenə orada, s.213. 

174 



qiqətən də mövcud ola bilər, lakin biz etiraf etməliyik ki, bizdə onun 

sübutu qətiyyən yoxdun>.‘^^ 

İnqilabi nəzəriyyə kimi marksizmin əsas çatışmazlığını Sartr 

sərt  determinizmdə,  fəaliyyətdə  olan  əsas  tarixi  qüvvə  kimi 

şəxsiyyəti və onun azadlığını lazımınca qiymətləndir- məməkdə 

görürdü. 



5.

 

Sovet İttifaqında marksist fəlsəfə 

Sovet  İttifaqında  marksist  dünyagörüşü  hökmran  mövqe 

tuturdu  və  hamı  üçün  məcburi  «dövlət  dini»  dərəcəsinə 

qaldırılmışdı. Burada marksistlər bütün fəlsəfə tarixini iki dövrə 

bölürdülər;  Marksa  qədərki  və  marksizm  fəlsəfəsi.  Marksizm 

donmuş, ehkamçı (doqmatik) bir təlimə çevrilmişdi.  Lakin  bu 

təlimin  yaradıcıları  başqa  fikirdə  idilər.  Engels  yazmışdı: 

«Marksın  dünya  haqqında  bütün  anlayışı  doktrin  deyil, 

metoddur.  O  hazır  doqmalar  deyil,  sonrakı  tədqiqat  üçün 

başlanğıc nöqtəsini və bu tədqiqat üçün metod verir». 

Bütövlükdə  fəlsəfə  marksist  biçimdə  Sovet  İttifaqında 

hökmran mövqe qazanmağa başlayır. Tarixən «panfəlsəfəçilik» 

XX  əsrin  30-cu  illərində  sovet  fəlsəfəsində  və  ümumiyyətlə 

Sovet  ideologiyasında  tamamilə  bərqərar  oldu.  Bu  prosesdə 

İosif Stalinin  «Dialektik  və tarixi materializm haqqında» əsəri 

həlledici rol oynamışdı. Lakin məntiqi olaraq «panfəlsəfəçilik» 

G.V.Plexanovun fəlsəfəsindən və 1920-ci illərdə A.M.Debori- 

nin  başçılığı  ilə  onu  daha  da  irəli  aparan  «dialektiklər»in 

(«menşeviklik edən idealistlərin») fəaliyyətindən başlayır. 

Dialektik  materializm  faktiki  olaraq  praqmatik  partiyalılıq 

funksiyasını  yerinə  yetirirdi:  partiyalılıq  (subyektivizm),  doq- 

matizm  (ehkamçılıq),  repressiv  funksiya,  yəni  hər  cür  özgəfı- 

kirliyi,  azad  təfəkkürü,  yaradıcı  təşəbbüsü  məhv  etmək 

funksiyası.  Sovet  filosofları  elm  və  texnikanın  böyük 

nəticələrini,  nəhəng  sosial  dəyişiklikləri  və  XX  əsrdə  fəlsəfi 

fikrin  inkişafının  zəngin  təcrübəsini  əsasən  sözdə  nəzərə 

alırdılar. 

Ж.П.Сартр. Бытне и ничто. M.. «Республика», 2000. с. 17. 

К.Маркс и Ф.Эигельс. Сочиисиия. Т. 1. с.381. 

175 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə