Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə59/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   55   56   57   58   59   60   61   62   ...   164

1947-ci  ildə  fəlsəfə  diskussiyalan  vaxtı  Kommunist 

partiyasının Mərkəzi Komitəsinin katibi A.A.Jdanov fəlsəfənin 

predmeti  haqqında  elə  fikirlər  irəli  sürmüşdü  ki,  onlar  İ.Sta- 

linin  bəzi  müddəaları  ilə  ziddiyyət  təşkil  etmişdi.  Məsələn, 

Jdanov  deyirdi  ki,  fəlsəfə  elmlərin  elmi  deyil,  idrak  alətidir, 

təbiət  və  cəmiyyət  haqqında  elmlərə  nüfuz  etmiş  metoddur, 

dialektik  materializm  başqa  elmlərin  fovqündə  durmamalıdır; 

Engels  və  Leninin  dediyi  kimi  marksist  fəlsəfəyə  əvvəlki 

fəlsəfədən  yalnız  təfəkkür  və  onun  qanunlan  haqqında  təlim  - 

məntiq və dialektika miras qalıbdır. 

Bir çox sovet fılosoflan İ.Stalinin əsərlərini təbliğ etmək adı 

altında ümumiyyətlə marksist fəlsəfəni inkişaf etdirirdilər. 

Rəhbər  partiya  orqanları  fəlsəfəni  sovet  sosial  sisteminin 

tərkib  hissəsinə  çevirmək,  onu  məhz  bu  keyfiyyətdə 

qanuniləşdirmək,  onun  üzərində  çox  ciddi  partiya  və  dövlət 

nəzarəti  yaratmaq,  marksist-leninçi  fəlsəfənin  nəinki  partiya, 

hətta dövlət fəlsəfəsi statusunu möhkəmləndirmək yolunda səy 

göstərirdilər.  Nəticədə,  marksist-leninçi  fəlsəfə  Ölkənin  ali 

məktəblərində  və  aspiranturada,  partiya  təhsili  sistemində 

öyrənilən yeganə fəlsəfə oldu. 

Ədalət naminə demək lazımdır ki, 60-80-ci illərdə marksist 

fəlsəfənin sahəsi — xüsusən elmin fəlsəfi problemlərinin tədqiq 

edilməsi, həmçinin  məntiq,  idrak nəzəriyyəsi, fəlsəfə tarixinin 

bəzi problemlərinin araşdıniması sayəsində xeyli genişlənmişdi. 



6.

 

«Üçüncü dünya» ölkələrində marksizm 

İnkişaf  etməkdə  olan  Asiya,  Afrika  və  Latın  Amerikası 

ölkələrindəki  marksizm  əsasən  aşağıdakıları  tədqiq  etməyə 

çalışırdı: 

metropoliya 

və 


müstəmləkə 

münasibətləri, 

müstəmləkə  olmayan  ölkələrdəki  kapitalizmin  fərqləndirici 

cəhətləri;  milli  müəyyənlik  və  «sosializmin  nailiyyətləri» 

arasındakı münasibət; sosializm qurmaq işində kəndlilərin rolu 

və bu prosesin siyasi nəticələri. 

Problemlərin  diqqətlə  öyrənilməsi  göstərdi  ki,  sosializmin 

müxtəlif Avropa növləri həmin problemləri həll etmək üçün 



176 


yaramır. Buna görə də «Üçüncü dünya» ölkələrində marksizm 

ilə əlaqədar çoxsaylı nəzəri və siyasi tədqiqatlar meydana gəldi. 

Məsələn,  Hindistanda  —  imperializmin  hökmranlığı  altında 

olan ölkələrdə müstəmləkəçiliyin təbiəti və orada kapitalizmin 

xüsusiyyətləri; Çində — maoizmin nəzəriyyə və siyasəti; varlı 

və  güclü  dövlətlərin  hökmranlıq  etdiyi  bir  sıra  ölkələrdə  — 

yoxsulluğun  daha  da  artması;  stabil  şəraitin  olmamasının 

iqtisadi, sosial və siyasi səbəbləri; Latın Amerikasında — uzun 

müddətli 

partizan  müharibəsində 

kəndlilərin 

inqilabi 

fəaliyyətinin  siyasi  praktikası  haqqında  (kastroizm);  Afrikada 

—  50-60-  cı  illərdə  müstəqillik  uğrunda  aparılan  mübarizə 

şəraitində  ənənəvi  kooperativ  və  icmalann  əsasında  sosializm 

qurmağın mümkünlüyü və burada kapitalizmin həddən artıq zəif 

olması  haqqında  çoxsaylı  nəzəri  fikirlər  söylənmişdi.  Onu  da 

qeyd  etmək  lazımdır  ki,  «üçüncü  dünya»da  da  əsasən  öz 

ölkələrində  populyar  olan  və  öz  cəmiyyətlərinə  təsir  göstərən 

marksist nəzəriyyəçilər çoxdur. 



177 


XIV.

 

XIX-XX əsrlərdə dialektika nəzəriyyəsi 



(Hegel. Marksizm) 

1.

 

Dialektika anlayışı, onun mənası haqqında 

Fəlsəfə  tarixində  dialektika  nəzəriyyəsinin  ən  görkəmli 

təmsilçiləri Hegel və Marks olmuşlar. Bütün görkəmli filosoflar 

bu və ya digər dərəcədə dialektika məsələlərinə toxunmuşlar. 

Heraklit dəyişiklik ideyasını əsaslandırırdı («hər şey axır və 

dəyişir»). Sabit, dəyişməyən yeganə şey maddə və substansiya 

deyil, dəyişmə qanunudur. 

Aristotelə görə hər bir mümkün təbii hadisədə zəruri olaraq 

iki  əsas  ünsürü  görmək  lazımdır:  nə  isə  dəyişməyən  və 

həqiqətən dəyişən keyfiyyətlər. 

«Dialektika» sözünün ilkin mənası sərbəst dialoq vasitəsilə 

inandırmaq  metodologiyasıdır,  söhbət  aparmaq  sənətidir. 

Sokrat  sual  verə  bilən  və  ona  cavab  tapan  adamı  dialektik 

adlandınrdı. 

«Dialektika» terminini Hegel Platondan qəbul etmiş, lakin ona 

daha geniş məna vermişdir. Platona görə dialektika məntiq qi 

prosesin bir növüdür, məntiqi terminlərdən istifadə edərək sübut 

etmək metodudur. Bu metod hər hansı başqa tərəfdən informasiya 

almaq üçün istifadə edilir. Əks tərəfdə informasiya olsa da, onun 

bundan xəbəri yoxdur. 

Hegelin  «dialektika»  anlayışı  Platonun  bu  anlayışa  verdiyi 

məna ilə xeyli dərəcədə üst-üstə düşür. Bu elə məntiqi prosesdir 

ki,  tezisdən  başlayır,  antitezisdən  keçir,  hər  iki  tərəfi  özündə 

birləşdirən sintezdə başa çatır. Lakin dialektika deyəndə, Hegel 

verbal  (şifahi)  arqument  (dəlil)  mənasında  sadəcə  məntiqi 

prosesdən  daha  geniş  bir  şeyi  nəzərdə  tuturdu.  Onun  fikrincə 

dialektika  dünya  hadisələrinin  ardıcıl  olaraq  baş  verdiyi 

prosesdir. Bütün dəyişikliklər, xüsusən tarixi hadisələr, dialek- 

tikanın  qanunlarına  uyğun  olaraq  həyata  keçir:  əvvəlcə  tezis 

meydana  gəlir,  sonra  o  öz  əksini  (antitezisi)  yaradır;  bundan 

sonra onlar arasında münaqişə başlayır və bu münaqişə tezis və 

antitezisi  özündə  birləşdirən  sintez  vasitəsilə  həll  edilir.  Belə 

mübarizə nəticəsində daha yüksək səviyyədə olan yeni 

178 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə