Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə61/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   57   58   59   60   61   62   63   64   ...   164

mübarizəsi, çoxlu «xalq düşmənləri» ilə mübarizə fikri dururdu. 

Bu  yalnız  siyasi  vəziyyətin  və  taktikanın  atributu  deyil,  eyni 

zamanda hakim dünyagörüşü, onun prinsipləri və ideallan idi. 

Zarafat  şəklində  tərtib  edilmiş  anketi  doldurarkən,  Marks 

xoşbəxtliyi necə başa düşür sualına qətiyyətlə cavab vermişdi: 

«Mübarizə». Əksliklərin vəhdəti və mübarizəsi qanunu dialek- 

tikanın ən əsas qanunu elan edilmişdi. Stalin isə bunu mübarizə 

qanununa  (yalnız  mübarizə)  çevirmişdi.  Lenin  göstərirdi  ki, 

əksliklərin  mübarizəsi  mütləqdir.  Mübarizə  ifrata  çatdınlıb 

univer- sallaşdınlmışdır. 

Ziddiyyətin  hərəkətin  qaynağı  olması  fikrini  birinci  dəfə 

ümumi  şəkildə  qədim  yunan  filosofu  Heraklit  söyləmiş,  lakin 

bu  fikri  universal  şəkildə  işləyib  idrak  prosesinə  tətbiq  edən 

Hegel  olmuşdur.  O,  yazırdı:  «...Əkslik...  hər  cür  hərəkətin  və 

həyatiliyin köküdün>. Bu müddəa Marks və onun davamçılan 

tərəfindən  materializm  əsasında  yenidən  işlənmişdi.  Lenin 

göstərirdi ki, «inkişaf əksliklərin mübarizəsidir». 

Dialektik  ziddiyyətlərin  mahiyyəti  aşağıdakı  formula  ilə 

ifadə  edilir:  ziddiyyət  öz-özünə  hərəkətin  mahiyyətidir.  Öz- 

özünə  hərəkət  isə  ziddiyyətin  mövcudluq  üsuludur.  Ziddiyyət 

əks dəyişgənlik tendensiyası olan əks tərəflərin və ya cisimlərin 

qarşılıqlı təsiridir. 

Marksist fılosoflann fikrincə əks tərəflərin mübarizəsi zəruri 

olaraq  yeni, daha  yüksək keyfiyyət  vəziyyətinə keçməyi  tələb 

edir, yəni bu mübarizə hərəkətin və inkişafın qaynağıdır. Lenin 

dialektikanı əksliklərin vəhdəti haqqında təlim adlandırmışdı. 



İnkarı  inkar  qanunu.  Dialektik  təlimə  görə  inkar 

qanunauyğun universal proses kimi təbiətdə, sosial həyatda və 

təfəkkürdə  baş  verən  öz-özünə  hərəkətin  momenti  kimi  çıxış 

edir. 


K.Marks  yazmışdı:  «Heç  bir  sahədə  inkişaf  özünün  əvvəlki 

mövcudluq  formasını  inkar  etmədən  baş  verə  bilməz».İnkar 

bütün  hallarda konkretdir və o tamamilə müəyyən bir cismin, 

xassənin  yaxud  vəziyyətin  inkandır.  Ümumiyyətlə  «inkan> 

anlayışı «dialektik inkar» anlayışından daha genişdir. 

K.MapKC H O.ƏHrejibc. CoHHHeHiıa, T.4. c.297. 

182 



Dialektika  nəzəriyyəsinə  görə  inkişaf  prosesində  inkann 

nəticəsi yeni inkara məruz qala bilər. Belə halda inkarın inkan 

haqqında  danışmaq  olar.  İkinci  inkar  yalnız  birincidən  sonra 

gəlməsi və onun inkarı olması ilə xarakterizə olunmur və belə 

bir xüsusiyyətə malik olur ki, inkişafın bir dövrü başa çatır və 

yenisi  başlayır.  Elə  buna  görə  də  ikinci  inkarda  elə  əlamətlər 

yaranır ki, onlar birincidə olmur. İnkarı inkarda ziddiyyətlərin 

həlli prosesi baş verir. Birinci inkar öz-özlüyündə hələ inkişafın 

xüsusiyyətlərini  ifadə  etmir.  Yalnız  inkarı  inkardan  keçərək 

ziddiyyət  həqiqətən  müəyyən  inkişaf  prosesinin  hərəkətverici 

qüvvəsinə çevrilir. 

İnkarı inkar qanununun dialektikanın ümumi qanunu olması 

fikrini  ilk  dəfə  Hegel  nəzəri  cəhətdən  əsaslandırmışdır.  Onun 

idealist  dialektikasına  görə  bu  qanun  ilk  növbədə  təfəkkürün, 

sonra isə maddi dünyanın qanunudur. 

Marksizm  baniləri  inkarı  inkar  qanununu  materialistcəsinə 

yenidən izah edərək öz fəlsəfələrinə daxil etmişlər. Marksistlər 

bu qanunu maddi, obyektiv aləmin qanunu hesab edirlər, yalnız 

bu  əsasda  onun  həm  də  təfəkkürə  və  idraka  aid  olduğunu 

göstərirlər. 

Dialektika  təmsilçilərinin  fikrincə  inkişaf  həmişə  bir 

keyfiyyət  vəziyyətinin  başqası  ilə  əvəz  edilməsi,  tədriciliyin 

fasiləsi  deməkdir.  Eyni  zamanda  inkişafın  sonrakı 

mərhələlərində  əvvəlki  mərhələlərdə  meydana  gələn  müəyyən 

xüsusiyyətlərin və mexanizmlərin irsən qəbul edilməsi inkişafın 

ardıcıllığını və mütərəqqiliyini müəyyən edir. Əks halda tərəqqi 

ümumiyyətlə mümkün olmazdı. 

Dialektik  materializmə  görə  inkarı  inkar  qanunu  öz 

qüvvəsini,  özünün  spesifik  təsirini  dialektik  varislikdə  və 

ardıcıllıqda  tapır.  Burada  ardıcıllıq  prosesin  daxili  birliyinin 

bərpası  kimi  geriqayıtma  vasitəsilə  həyata  keçirilir.  İnkişaf 

yüksələn  proses  kimi  çıxış  edir,  eyni  zamanda  bu  proses  geri 

qayıtmaqdır. Bu qayıdış o mənada başa düşülür ki, bu prosesdə 

keçmiş,  indi  və  gələcək  sadəcə  olaraq  bir  xətt  üzərində 

bir-birindən  sonra  dayanır,  onlar  bir-birini  tamamlayır  və 

şərtləndirir. Gerçək inkişaf prosesində geriyə qayıtmaq mütləq 

mənada deyil, nisbi, 

183 



təsadüfi hal kimi başa düşülür; bu dəqiq təkrarlama deyil, yeni 

səviyyədə baş verən təkrarlamadır. 

Köhnə  ilə  yeninin  dialektik  əlaqəsi  mürəkkəb  xarakter 

daşıyır. Keyfiyyətcə bir vəziyyətdən digərinə keçid vaxtı yalnız 

xassələrin dəyişməsi deyil, həm də onlann saxlanması baş verir. 

Bu  saxlanma  birbaşa  olmaya  da  bilər:  inkişafın  müə3^ən 

mərhələsində  yox  olan  bu  və  ya  başqa  xassələr  yeni  əsasda 

dirçəlməyə  başlayır,  təzə  keyfiyyətin  xüsusiyyətlərini 

qüvvətləndirir. 

Beləliklə,  dialektika  təliminə  görə  inkarı  inkar  qanunu 

inkişafın  hansı  istiqamətdə,  hansı  formada  baş  verdiyini  və 

hansı  nəticəyə  gətirdiyini  göstərir.  Qütbləşən  əksliklərin 

bir-birinə nüfuz etməsi və qarşılıqlı təsir göstərməsi nəticəsində 

başlanan  hərəkətin  hansı  struktur  forma  qazandığını,  bu 

ziddiyyətli  prosesin  məzmunca  açılmasını,  genişlənməsini 

məhz bu qanun göstərir. 

184 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə