Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə63/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   59   60   61   62   63   64   65   66   ...   164

L.

 

Vitgenşteyn  dili  insana  verilən  yeganə  realhq  hesab 



edirdi. Belə halda dilin yaratdığı dünya mənzərəsi dünyanın özü 

ilə  eyniləşdirilir.  Onun  dediyinə  görə  «fəlsəfənin  məqsədi  — 

fikri  məntiqi  cəhətdən  aydınlaşdırmaqdiD>.  O,  «Traktat»da 

yazırdı: «Fəlsəfə fikri gərək aydınlaşdırsın və ona ciddi şəkildə 

hədd qoysun, çünki bunsuz fikir sanki qaranlıq və dumanlıdır» 

(4:112). Bu konsepsiyaya görə insanın onu əhatə edən təbii və 

sosial  mühit  ilə  yeganə  intellektual  əlaqəsi  dil  vasitəsi  ilə  baş 

verir.  İnsan  dünya  ilə  başqa  vasitələrlə  də  bağlıdır:  praktiki 

(yazanda,  əkəndə,  istehsal  edəndə,  istehlak  edəndə  və  s.); 

emosional  (başqa  insanlara,  əşyalara,  hadisələrə  hansısa  hissi 

münasibət); iradi vasitələr və s. Lakin insanın öz ağlında və ya 

təsəvvüründə yaratdığı dünya mənzərəsi dil ilə, onun strukturu, 

quruluşu və xüsusiyyətləri ilə müəyyənləşir. 

L.

 



Vitgenşteyn  tədricən  «Traktat»ın  fundamental 

müddəalarının səhv olduğu fikrinə gəlir və onlardan imtina edir. 

«Fəlsəfi  tədqiqatlar»  adlı  son  əsərində  o,  «Traktat»dan  fərqli 

fikirlər  irəli  sürür.  Lakin  qeyd  etmək  lazımdır  ki, 

L.Vitgenşteynin  əsas  mövqeyi  əvvəlki  kimi  qalır:  fəlsəfə  — 

dilin təhlilinə yönəlmiş fəaliyyət, fəlsəfi problemlər isə  — dil 

problemləri kimi qəbul edilir. 

Lakin  bu  çərçivədə  L.Vitgenşteynin  görüşləri  köklü 

dəyişikliyə məruz qalır. Hər şeydən əvvəl o, «məntiqi atomizm» 

konsepsiyasından imtina edir. Məntiqi atomizmin irəli sürdüyü 

şərtlər: 1. Dünyanın özünəməxsus strukturu olması. 2. Strukturu 

dünyanın strukturunu dəqiq təsvir edən ideal dilin olması. 

Məntiqi atomizmə görə, dünya tamamilə sadə vahidlərdən və 

obyektlərdən  ibarət  atomar  faktların  cəmidir.  «Fəlsəfi 

tədqiqatlar»  əsərində  L.Vitgenşteyn  təsdiq  edirdi  ki,  sadə 

həmişə  nisbidir  və  şəraitdən,  kontekstdən  asılıdır.  Mütləq 

sadədən danışmaq mənasızdır. 

Məsələni  dərindən  öyrənəndən  sonra  L.Vitgenşteyn 

ümumiyyətlə  ideal  dil  anlayışından  imtina  etməli  oldu.  Onun 

fikrincə «ideal dil» gerçək dili o qədər təhrif edir ki, hətta onun 

mücərrəd modeli rolunu da oynaya bilmir. 

188 



«Fəlsəfi  tədqiqatlan>da  Vitgenşteyn  artıq  inkar  etmir  ki, 

Allah, Dünya, həyat, xeyir və şərə aid problemlər nə isə daxildə 

yaşanılan, yəni «mistik» təcrübədə «qavranıla» və yaxud «başa 

düşülə»  bilər.  O,  yalnız  əsl  problemlərin  əsası  ola  biləcək 

şeyləri, yəni cavab ehtimalı yaradan problemləri rədd edirdi. Elə 

buna  görədə  Vitgenşteyn  öz  əsərini  aşağıdakı  sözlərlə 

tamamlayır:  «Nəyin  haqqında  danışmaq  olmazsa,  o  barədə 

susmaq lazımdiD). 



, 

3. XX əsrdə ABŞ-da fəlsəfə 

3.1.


 

Praqmatizm 

Amerika  filosofları  Ç.Pirs  (1839-1914),  U.Ceyms  (1842- 

1910) və C.Dyüi (1859-1952) praqmatizmin əsasını qoymuşlar. 

Sonralar  praqmatizm  amerikalıların  fəlsəfəyə  gətirdikləri 

yenilik hesab edilmişdi. Praqmatizmə maraq indi də zəifləmir. 

Praqmatizm  XX  əsr  Qərb  fəlsəfəsinin  əsas  fərqləndirici 

əlamətlərindən  biri  olan  insan  fəaliyyəti  mövzusunu  bu 

fəlsəfəyə daxil edib və diqqətlə işləməyə çalışmışdır. 

Praqmatizm tərəfdarları elan edirlər ki, ənənəvi fəlsəfə əməli 

əhəmiyyətə  malik  deyil,  insanların  real  fəaliyyəti,  həyatı  ilə 

əlaqəsi  yoxdur, heç bir  yenilik  yaratmağa qadir  deyil. Onların 

fikrincə praktikadan, təcrübədən kənarda heç nə yoxdur və ola 

da bilməz. Deməli, insanın vəzifəsi bu dünyada öz həyatını daha 

yaxşı  qurmaq,  praqmatizmin  vəzifəsi  isə  bu  işdə  ona  yardım 

göstərməkdir. 

Filosofların 

əksəriyyəti 

qeyd-şərtsiz 

elmi 

biliyin 


əsaslandırılması  prinsipini  qəbul  edirlər.  Praqmatistlər  isə 

göstərirlər ki, elmdə heç bir belə əsas yoxdur, bu heç lazım da 

deyil.  Onlar  «hər  cür  əsaslandırmadan  imtina  etməyin 

skeptisizmə  (və  yaxud  relyativizmə)  gətirməsi  əqidəsini  qəbul 

etmirdilər.  Onlar  hər  bir  tədqiqatda  səhv  etmək  imkanının^ 

yanlışlığın olduğunu xüsusi qeyd edirdilər. Ona görə də Pirsdən 

başlayaraq  bütün  praqmatistlər  öz  diqqətlərini  elmi  bilikdə 

cəmləyərək, mütləq (absolyut) əsaslandırmaq iddiasını təftiş və 

tənqid edirdilər. 



189 


Onların hamısı eksperimental elmi yüksəyə qaldırır və fəlsəfə ilə 

dəqiq  elmlər  arasında  hər  çür  sədd  çəkməyə  şübhə  ilə 

yanaşırdılar.  Onlar  təbiət  elmlərinin  tənqidi  və  eksperimental 

ruhunu fəlsəfəyə keçirməyə çalışırdılar».'^* 

Praqmatizmin  yaradıcılarından  biri  U.Ceyms  bu  təlimi  daha 

ətraflı  şərh  etdiyi  «Praqmatizm»  əsərinin  (1907)  «Təfəkkürün 

bəzi köhnə üsulları üçün yeni ad» sərlövhəsində göstərirdi ki, bu 

əsəri  «ağılın  praqmatik  açıqlığını  ilk  dəfə  öyrəndiyim  C.Stüart 

Millə»  həsr  edirəm.  Burada  U.Ceyms  praqmatizmin  Britaniya 

empirizmi ənənəsi ilə əlaqəsini göstərir. Praqmati- stin etdiyi ilk 

iş  odur  ki,  ənənəvi  empirizmdə  olduğu  kimi,  faydalı  anlayışlar 

təcrübəyə  əsaslanmalıdır,  necə  ki,  xeyir  gətirən  hərəkət  onun 

nəticəsi ilə yoxlanılır. U.Ceyms utilitarist kimi çıxış edirdi. 

«Rasionallıq  hissi»  əsərində  (1879)  U.Ceyms  özünün  əsas 

tezisində göstərirdi ki, insan hiss üzvlərinin verdiyi faktiki mə- 

lurnatlardan kənara çıxa bilməz. O, ölümündən sonra çap olunan 

«Radikal empirizm oçerkləri» kitabında (1912) yazırdı: «Mənim 

tezisim belədir ki, əgər biz dünyada guya yalnız bir ilkin maddə 

və yaxud material olması ehtimalından başlasaq, hər şeyin ondan 

ibarət  olduğunu  desək,  əgər  onu  «təmiz  təcrübə»  adlandırsaq, 

onda idrakı təmiz təcrübəni təşkil edən bütün hissələrin daxil ola 

biləcəyi  xüsusi  bir  münasibət  kimi  sadə  izah  etmək  mümkün 

olardı».'” 

Praqmatizm  ilə  absolyutizm  arasında  yalnız  xarici  oxşarlıq 

olmadığını  daha  yaxşı  C.Dyüinin  fəlsəfəsi  göstərdi.  O,  özünün 

keçdiyi  yolu  iki  sözlə  ifadə  etmişdi:  «absolyutizmdən  eksperi- 

mentalizmə». Fəlsəfəyə maraq onda Hekslinin fiziologiyaya aid 

əsərləri ilə tanışlıqdan sonra yaranmışdı. Sonra Hegelin fəlsəfəsi 

ona daha çox təsir göstərmişdi. Onun fikrincə Hegel «Mən» ilə 

dünya,  ruh  ilə  bədən,  Allah  ilə  təbiət  münasibətlərindəki 

arakəsmələri sındırdı. Bu arakəsmələr insan ruhunu yerdə qalan 

təbiətdən təcrid edirdi. C.Dyüinin fəlsəfəsində Hegelin göstərdiyi 

bu vəhdət naturalist terminlər ilə ifadə edilirdi. 

'■* Bax: Журн. «Вопросы философии», № 5,2000, с. 107. 

Sitat götürülüb: Дж.Пасмор. Сто лет философии. М.. «Прогресс-Традиция». 1998, с.79. 

190 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə