Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə64/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   60   61   62   63   64   65   66   67   ...   164

C.Dyüi  universal  filosofdur  və  onun  əsərləri  olduqca  geniş 

fəlsəfi  və  sosial  problemləri  əhatə  edir.  Bəzi  müasir  filosoflar 

Dyüinin  və  Vitgenşteynin  xidmətini  onda  görürlər  ki,  bu 

filosoflar fundamentalizmi dağıtdılar. Müasir Qərb fəlsəfəsində 

fundamentalizm  deyəndə  əvvəlki  fəlsəfə  üçün  xarakterik  olan 

inam nəzərdə tutulur: bütün mənəvi, o cümlədən nəzəri fəlsəfi 

fikirlərin hansısa dayanıqlı əsası, ilk başlanğıcı olmalıdır. Hələ 

Aristotel metafizikanı və yaxud ilk fəlsəfəni məhz «varlığın və 

idrakın  ilk  başlanğıcı  haqqında  elm»  adlandırırdı.  Dyüi  üçün 

əsas  fəlsəfi  anlayış  təcrübədir.  O,  bədii,  sosial  və  mədəni 

fəaliyyəti  təcrübə  anlayışına  daxil  edir.  Dyüiyə  görə  təcrübə 

əslində  bütün  insan  həyatını,  o  cümlədən  insanın  təbiət  ilə 

qarşılıqlı əlaqəsini və həm də təbiətin özünü əhatə edir. 

3.2.


 

XX əsrin Amerika filosofları  128 

Amerika  fılosoflannın  çoxunun  fikrini  daim  məşğul  edən 

məsələ  analitik  fəlsəfə  olmuşdur.  «Bu  termin  Vena  dəməyi 

təmsilçilərinin ideyalarının Amerika zəmininə köçürülməsindən 

sonra meydana gələn neopozitiv cərəyanı ifadə edİD>.'^’ İkinci 

Dünya müharibəsi ərəfəsində alman nasistlərinin irqi və siyasi 

təqiblərindən  xilas  olmaq  istəyən  Orta  Avropanın  əksər 

filosofları  ABŞ-a  mühacirət  etmiş  və  onların  çoxu  orada 

qalmışdı. 

1914-cü  ildə  Ç.Pirsin  ölümündən  sonra  məntiqə,  onun 

riyaziyyatda oynadığı fundamental rola maraq yenidən canlanır. 

Bu  marağın  yaranmasına  B.Rassel  və  A.N.Uaythedin 

(1861-1947)  1910-1913-cü  illərdə  İngiltərədə  yazdıqları 

«Riyaziyyatın  prinsipləri»  əsərinin  böyük  təsiri  oldu.  ABŞ 

postanalitik konsepsiyaların mərkəzinə çevrildi. 

XX əsrin 40-60-cı illərində Avropadan idxal olunan neopo- 

zitivist nəzəriyyələr ABŞ-da praqmatizmi sıxışdırmağa başlayır. 

Mövcud fikir cərəyanlarının əvvəlinə «post» önlüyü qoyulması 

dəbə düşür. Məsələn, praqmatizmə qarşı postpraq- 



Daha  ətraflı  bax:  Дж.Боррадори.  Американский  философ.  M.,  «Дом 

интеллектуальной книги», 1998. 

Yenə orada, s.l4. 

191 


matizm, neopozitivizmə qarşı poslpozitivizm, modemizmə qarşı 

postmodernizm, analitik fəlsəfəyə qarşı postanalitik fəlsəfə irəli 

sürülür. 

Fəlsəfənin  «amerikanlaşması»  mövzusu  həmişə  Amerikanın 

tarixi təcrübəsinin başa düşülməsi arzusu ilə ön plana çəkilib və 

çəkiləcək. 



Uillard  Van  Orman  Kuayn  (1908-2000)  filosof  və 

riyaziyyatçı  olaraq  1934-cü  ildə  Avropadan  qayıdandan  sonra 

uzun  müddət  Vena  dəməyinin  mərkəzi  problemlərindən  biri  - 

riyaziyyatın əsaslandırılmasında məntiqin rolu məsələsi üzərində 

işləmişdir. Onun «Riyazi məntiq üçün yeni əsaslandırma» (1937) 

məqaləsi  və  sonradan  çap  olunan  «Riyazi  məntiq»  kitabında 

(1940)  qoyulan  məsələlər  Avropa  məntiqçilərinin  -  RKamap 

(1891-1970),  B.Rassel  (1872-1970),  A.Tarski  (1902-  1983)  və 

başqalannm diqqətini cəlb etmişdi. 

«Empirizmin  iki  ehkamı»  (1951)  məqaləsindən  başlayaraq 

1960-cı  ildə  çıxan  «Söz  və  obyekt»  kitabına  qədərki  dövrdə 

Kuayn  ontoloji  nəzəriyyə  ilə  məşğul  olur.  Analitik  filosoflann 

başçısı  olmaqla  yanaşı  Kuayn  praqmatik  və  eksperimental 

metodun  tərəfdan  kimi  də  qalır.  O,  postanalitik  mövqedən 

məntiqi pozitivizmi tənqid edirdi. 

Donald  Devidson  (1917)  öz  fəaliyyətində  Kuaynın  tərəfdan 

olmuş, analitik və postanalitik fəlsəfənin davamçısı olmuşdur. O, 

«Siz təfəkkürün xüsusi amerikan xəttini ayınrsınızmı?» sualına 

belə  cavab  verir:  «Yox,  amerikan  təfəkkürünün  yeganə 

xüsusiyyəti  praqmatizmdir.  Lakin  mən  fəlsəfədə  bu 

praqmatizmə, məsələn Rorti qədər bağlı deyiləm. Hərçənd Rorti 

deyir ki, mən praqmatikəm».*^® 

Xilari Pantem hesab edirdi ki, fəlsəfə analitik ənənənin izah 

etdiyi kimi heç də mücərrəd epistemoloji nəzarət metodu deyil. 

Analitik  fəlsəfənin  əksinə  olaraq  o,  yenidən  elmin  humanist 

xarakterinə müraciət edirdi. O, deyirdi:  «Mən hesab edirəm ki, 

filosofun  fəaliyyətini  məntiqi  tapmacalan  həll  etməyə  müncər 

etmək onu çox dar çərçivəyə salmaqdır; fəlsəfəni dünyanı xilas 



Yenə orada, s.55. 

192 


etmək cəhdi ilə eyniləşdirmək isə həddən artıq radikal mövqedə 

durmaq deməkdin>.‘^‘ Onun fikrincə bu iki ifrat tərəf arasında 

orta yol var ki, «praqmatik realizm»in yeni variantını yaratmağa 

apanr. 


Robert  Nozikin  1974-cü  ildə  çap  olunan  «Anarxiya,  dövlət 

və  utopiya»  kitabı  Amerika  və  Avropanın  siyasi  fəlsəfəsində 

əhəmiyyətli hadisə hesab edilir. 

Artur  S,Danto  (1924)  ensiklopedik  təfəkkür  tərzinə  malik 

filosofdur:  əxlaq  və  tarix  fəlsəfəsi,  idrak  nəzəriyyəsi  və 

incəsənətin  fəlsəfəsi  ilə  ciddi  məşğul  olurdu.  O,  postanalitik 

cərəyanın  tərəfdan  kimi  çıxış  edirdi:  «Mən  analitik  filosofam. 

Mən  bunu  fılosofluğun  düzgün  üslubu  hesab  edirəm  və 

praktikada tətbiq etməkdə davam edirəm. Bu üsul məndə fikrin 

strukturu  haqqında  dəqiq  təsəvvür  yaratdı:  bu  strukturda 

elementlər  demək  olar  ki,  orqanizmin  anatomik  quruluşunda 

olduğu  kimi  birləşirlər  və  mənim  üçün  bu  gözəl  təfəkkür 

tərzidir.  Mən  artıq  analitik  fəlsəfənin  inkişafını  stimullaşdıran 

pozitiv və neqativ proqramlara inanmıram; nə fəlsəfədən xilas 

olmaq məqsədi güdən və onu dilin düzgün istifadə edilməsinin 

nəticəsi olduğunu göstərən terapevtik proqramlara, nə də elmi 

özündə  yerləşdirə  bilən  ideal  dillər  yaratmaq  istəyən  pozitiv 

proqramlara inanmıram».‘^^ 

Analitik fəlsəfənin tənqidi Riçard Rortinin (1931) neopraq- 

matizmi  üçün  başlanğıc  nöqtə  oldu.  Lakin  bu  tənqid  əsasən 

məntiqi  pozitivistlərin  ABŞ-a  mühacirətindən  sonra  meydana 

gələn  tənqidin  birinci  variantına  qarşı  çevrilir.  Bu  tənqid 

praktiki  olaraq  analitik  hərəkatın  Kuayn  və  Devidson  kimi 

müəlliflərin  adı  ilə  bağlı  olan  ikinci  mərhələsinə  toxunmur. 

Onlann praqmatizmə yaxınlığını Rortinin özü də etiraf edir. 



Stenli  Keyvlin  (1926)  dediyinə  görə  Vena  dəməyinin  Kar- 

nap,  Reyhenbax,  Gödel  və  başqa  üzvlərinin  təsiri  altında 

yaradılan  elmi  və  epistemoloji  analizin  üstünlüyü  fikri  ingilis 

fəlsəfəsinin,  xüsusən  L.Vitgenşteynin  adi  dil  haqqında 

görüşlərinin  düzgün  başa  düşülməsinə  mane  olmuşdu. 

Ke}rvlinin fikrincə 



Yenə orada, s.70. 

Yenə orada, s.l 10. 

193 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə