Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə65/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   61   62   63   64   65   66   67   68   ...   164

ingilis linqvistik fəlsəfəsi adi elmi meyarlarla təsnif oluna bilməz

çünki belə olduqda onun mənası məhv edilir. 

Analitik 

fəlsəfəyə 

qarşı 

durmaq 


Mak 

İntayrın 

yaradıcılığında əhəmiyyətli iz buraxmışdı. O, yazırdı: «...Şimali 

Amerikanın vacib üstünlüklərindən biri odur ki, bura elə yerdir 

ki, burada müxtəlif mədəniyyətlər görüşür və müxtəlif tarixlər 

bir-birinə  qarşılıqlı  təsir  göstərirlər.  Burada  müxtəlif  Avropa 

keçmişi. Afrika və Asiya keçmişi, əlbəttə köklü amerikalılann 

keçmişi  ilə  himayə  edilən  münaqişənin,  ənənə  ilə  liberal 

müasirlik  arasındakı  münaqişənin  zəruriliyini  başa  düşmək 

lazımdır.  Əlbəttə,  mənim  diqqət  mərkəzimdə  duran  əxlaq 

fəlsəfəsi  problemləri  Şimali  Amerika  mədəniyyəti  üçün  çox 

vacibdir.  Burada  yaşayaraq  və  işləyərək  mən  bu  problemlərin 

vacibliyini başa düşürəm». 



Tomas  S.Kun  (1922)  XX  əsr  Amerika  fəlsəfəsində  xüsusi 

yeri  olan  alimdir.  Onun  konsepsiyasını  pozitivizmdən 

fərqləndirən  cəhət  elmin  böyük  zaman  kəsiyində  inkişafını 

təsvir  etmək  üçün  irəli  sürdüyü  «elmi  paradiqma»  (nəzəri 

nümunə, model) anlayışıdır. Elmi fəaliyyət həqiqətdə bir-birini 

əvəz  edən  iki  mərhələ  çərçivəsində  həyata  keçirilir;  «normal 

elm» və «inqilabi dönüş» mərhələləri. 

Kun sübut edir ki,  elmin inkişafı üçün fasiləsizlikdən daha 

çox  fasiləlilik  xarakterikdir.  Məhz  radikal  fasiləlik  yeni  və 

köhnə  paradiqmalar  arasındakı  rabitəni  pozur.  Müxtəlif  para- 

diqmalarda eyni sözlər müxtəlif şeyləri «ifadə edir», o dərəcədə 

müxtəlif  ki,  paradiqmaları  müqayisə  oluna  bilməyən  hala 

gətirir. Məhz paradiqmaların müqayisə oluna bilməməsi (eyni 

meyarla ölçülə bilməməsi) anlayışı Kunu neopozitivizmə qarşı 

kəskin müxalifətə gətirir. O, sübut edir ki, universal elmi metod 

yoxdur. 


Yenə orada, s.l83. 

194 


4.

 

Fenomenologiya. Edmund Husserl 

Fenomenologiya  (yun.  «phainomen»-təzahür  edən  və  «lo- 

gos»-söz, təlim) elə fəlsəfi cərəyandır ki, fəlsəfi şüuru, subyekt və 

obyekti  kəskin  şəkildə  bir-birindən  ayıran  naturalist  fikirlərdən 

azad  etməyə,  idrakın,  insanın  mövcudluğunun  və  mədəniyyətin 

ilkin  əsasını  tapıb  üzə  çıxarmağa  səy  göstərir.  Əgər  klassik 

fəlsəfədə fenomenologiya məntiq və metafizika sistemlərinə giriş 

olmuşsa, XX əsr Avropa fəlsəfəsində o «təmiz şüurun» və insanın 

mövcudluğunun  aprior  strukturunun  təhlili  metodu  kimi  çıxış 

edir. 


XX  əsrin  əvvəllərində  fenomenologiyanın  fəlsəfədə 

müəyyən  istiqamət  kimi  meydana  gəlməsi  alman  filosofu 



EMusserlin (1859-1938) adı ilə bağlıdır. Onun fikrinə görə təbiət 

və tarix haqqında elmlərin özlərinin də əsaslandınlmağa müəyyən 

ehtiyacı  var.  Belə  əsaslandırmanı  isə  yalnız  şüur  fenomenləri 

haqqında ciddi elm olan fenomenologiya kimi fəlsəfə verə bilər. 

Husserl psixologizmi kəskin tənqid edirdi. Onun çıxardığı nəticə 

birmənalı  idi:  müxtəlif  elmlər  arasındakı  mövcud  əmək 

bölgüsündə psixologiya fəlsəfəni əvəz etməyə qadir deyil. İnsan 

varhğmın mənası yalnız fəlsəfə tərəfindən açıla bilər. 

Husserl hesab edirdi ki. Subyektin - «Mən»in psixi təcrübəsi 

psixi həyəcan keçirməkdən başlayır. Burada predmetin özü, həm 

də onun mahiyyəti verilir. Hər cür psixi həyəcan fenomen kimi 

çıxış  edir.  Husserlin  fəlsəfəsində  fenomen  şüurda  təzahür  edən 

hadisə  kimi  təsvir  edilir.  Onun  «geriyə  -  təcrübə,  müşahidəyə 

doğru» çağırışı fenomenoloji metodun başlanğıcı oldu. 

Husserl inandırmağa çalışırdı ki, intuitiv təcrübədən başlayan 

idrak  doğru  nəticəyə  gətirməlidir.  «...Heç  bir  düşünülən 

nəzəriyyə bizi prinsiplərin prinsipinə şübhə etməyə məcbur edə 

bilməz:  ilk  mənbədən  verilən  hər  bir  seyrçi  düşüncə  idrakın 

qanuni mənbəyidir. İlk mənbənin özündən gələn «intui- siya»da 

bizə  nə  təklif  olunursa  (necə  deyərlər,  əsl  canlı  gerçəklik) 

hamısını olduğu kimi, lakin yalnız təklif olunanın öz çərçivəsində 

qəbul etmək lazımdır». 



''■* Э.Гуссерль. li.'ieıı к чисто» феноменологи» » феноменологической философии. М. «Дом 

интсллектушнлюн книги». 1999, с.60. 

195 


Husserl  sonsuz  kainatın  da  yalnız  təcrübə  vasitəsi  ilə  dərk 

edildiyini  göstərir:  «Mən  dünyanı  məkanda  sonsuz  dərəcədə 

geniş  yayılmış,  zamanda  sonsuz  olaraq  yaranan  və  yerləşən 

halda dərk edirəm. Mən onu hər şeydən əvvəl təcrübə vasitəsi 

ilə dərk edir və bilavasitə əyani olaraq orada tapıram».'^® 

Husserl göstərirdi ki, bütün elmlər, o cümlədən dəqiq elmlər 

də  mükəmməl  deyil.  Elmin  mənasını  axtaran  filosof  məhz 

fəlsəfəyə  müraciət  edir,  lakin  burada  xaosla  rastlaşır.  «Mən 

demirəm  ki,  fəlsəfə  mükəmməl  elm  deyil,  mən  sadəcə  olaraq 

deyirəm ki, fəlsəfə hələ elm deyil, elm kimi hələ başlamayıb...». 

Ona görə də Husserl qətiyyətlə deyirdi: «İnsan mədəniyyətinin 

ali mənafeyi ciddi elmi fəlsəfənin yaranmasını tələb edir».'^*^ 

Belə fəlsəfə onun fikrincə fenomenologiya ola bilər. 

5.

 

Həyat fəlsəfəsi. İntuitivizm. Anri Berqson 

Həyat  fəlsəfəsi  XIX  əsrin  axırı  -  XX  əsrin  əvvəllərində 

Avropada meydana gələn fəlsəfi cərəyandır. Bu fəlsəfə özünün 

başlanğıc  anlayışı  kimi  irəli  sürdü)di  həyat  nə  ruha,  nə  də 

materiyaya uyğun gəlməyən və intuitiv yolla qavranılan nə isə 

bütöv  bir  reallıqdır.  İntuitivizm  elə  fəlsəfi  cərəyandır  ki, 

intuisiyanı idrakın ən həqiqi vasitəsi hesab edir. İntuisiyanı və 

intellekti  (zəkanı)  bir-birinə  qarşı  qoymaq  bu  fəlsəfənin  əsas 

xarakterik xüsusiyyətidir. 

Həyat  fəlsəfəsi  və  intuitivizmin  ən  böyük  nümayəndəsi 

fransız  filosofu  A.Berqsondur  (1859-1941).  Onun  fikrincə 

həyatın mənası  yalnız intuisiyanın  yardımı ilə qavranıla bilər, 

çünki  in-  tuisiya  elə  bil  ki,  birbaşa  əşyaya  daxil  olur  və  onun 

fərdi təbiəti ilə qaynayıb qarışır. 

Berqsonun  dediyinə  görə  insan  yaradıcı  varlıqdır,  çünki 

«həyati  ehtiras»  yolu  ondan  keçir.  Şopenhauerdən  sonra 

Berqson da təsdiq edirdi ki, insanın yaradıcılıq qabiliyyəti Allah 

vergisi kimi yalnız seçilmiş adamlara bəxş edilmiş irrasional 



Ycno orada, s.65. 

Sitat götürülüb; В.А.Канкс. Основные философские направлсиия и концепции науки. 

Итоги XX столетия. М.. «Логос». 2000, с. 15. 

196 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə