Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə66/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   62   63   64   65   66   67   68   69   ...   164

intuisiya  ilə  bağlıdır.  Beləliklə,  Berqson  yaradıcılığın  və 

ümumiyyətlə mədəniyyətin elitar (seçilmiş) konsepsiyası fikrinə 

gəlib çıxır. 

Berqsonun fikirləri eyni zamanda praqmatizmə, personaliz- 

mə, ekzistensializmə, tarixin fəlsəfəsinə də təsir göstərmişdi. 

6.

 

Ekzistensializm 

Ekzistensializm (və yaxud «mövcudluq fəlsəfəsi») XX əsrin 

20-ci illərində meydana gəlib. Bu təlimin baniləri böyük alman 

fılosoflan  Martin  Haydegger  (1889-1976)  və  Kari  Yaspers 

(1883-1969)  olmuşlar.  Doğrudur,  onlann  heç  biri  yalnız  ekzi- 

stensial  fəlsəfə  sahəsində  çalışmamışlar.  Haydeggeri  xüsusən 

ömrünün  sonlannda  daha  çox  fəlsəfi  antropologiya  və  herme- 

nevtika məşğul etmişdi. Yaspers isə politologiya, fəlsəfə, tarix, 

hüquq, fəlsəfə tarixinə çox fikir vermişdi. 

Fransada  eksiztensializmin  görkəmli  təmsilçiləri  J.P.Sartr 

(1905-1980),  A.Kamyü  (1913-1960)  və  Q.Marsel  (1889-1973) 

olmuşlar. 

Ekzistensializmə görə mövcudluğu anlayışlarla ifadə etmək, 

ağılla  dərk  etmək  mümkün  deyil.  Ağılla  dərk  edilən  hər  şey 

obyektdir (əşyadır), subyekt kimi şüur isə obyektə qarşı durur. 

Ekzistensializm  müasir  sivilizasiyada  baş  verən  böhranı 

ağılın və insanlığın böhranı ilə eyniləşdirməyə meyl göstərir və 

bu  böhranı  «dünyanın  fəlakəti»,  «sivilizasiyanın  süqutu»  kimi 

izah  edir.  İnsan  onun  nəzarətindən  çıxmış  hadisələr  selinə,  ir- 

rasional aləmə atılıb. Ekzistensialistlərə görə insan öz iradəsinin 

əksinə olaraq ona yad olan mühitə düşüb. İztirab, əzab- əziyyət 

bütün  formalarda  həyatın  əsas  hissəsini  təşkil  edir.  Qorxu  bu 

fəlsəfənin  təməl  anlayışlarından  biridir.  Dünya  ona  görə 

qorxuludur ki, o gücsüz və ağlasığmazdır. Bununla yanaşı həyat 

hətta absurd vəziyyətində də qiymətlidir, insan üçün ona tay heç 

nə yoxdur. Lakin bu həyat həmişə ölüm ilə həmsərhəddir. 

 



indi  də  böyük  ekzistensialistlərin  bəzilərinin  əsas  fikirləri 

haqqında qısa məlumat verək. 



K.Yaspersin  fəlsəfəsini  «kommunikativ  ekzistensializm» 

adlandırırlar.  Bütün  ictimai-tarixi  reallığı  o,  kommunikasiya 

(rabitə)  prosesi  kimi  başa  düşürdü.  Hər  bir  həqiqət 

kommunikativ həqiqət kimi şərh edilir. 

Yaspers ekzistensiya haqqında demişdi: «Mən, ekzistensiya 

kimi  özüm  özümə  rabitəyəm.  Mən  sadəcə  olaraq  varlıq  kimi 

deyil, özünə münasibətdə olan, elə buna görə də özünün trans- 

sendensiyasına münasibətdə olan varlıq kimi mövcudam. Lakin 

mən yalnız başqasının daxil ola bilmədiyi varlıqda yaşamıram, 

həm  də  əlaqəyə  girə  biləcəyim  başqa  ekzistensiyalar  ilə 

münasibətdə yaşayıram». 

Yaspersə  görə  bizi  bilikdən  kənara  çıxaran  iki  sərhəd  var: 

transsendensiya  və  ekzistensiya  sərhədləri.  Biz  «sərhəd 

situasiyası»  ilə  toqquşan  vaxt  həmin  iki  sərhəddə  yanaşırıq. 

Bizim şəxsi həyatımızda həmin sərhədlər əzab çəkmək, günah, 

ölüm  və  s.  situasiyalar  ola  bilər;  elmi  təfəkkürdə  isə  sərhəd 

situasiy- alan paradoks və antinomiyalar ilə təmsil olunur. Elə 

buna görə də filosof paradokslar ilə qarşılaşmamaq üçün alim 

olmalıdır. Belə təcrübə bizə göstərir ki, bizim empirik «Mən»ə 

əsaslanan  biliyimiz  və  hər  cür  «dünyəvi  mövcudluğumuz» 

etibarsızdır.  Əzab-əziyyət,  günah  və  ölüm  bizə  öz 

ekzistensiyamızı,  bizdə  olan  «Mən»in  qərar  qəbul  etmək 

qabiliyyətini  açır.  Elə  buna  görə  də  «Mən»  elmi  idrak  üçün 

tükənməz  olur.  Ona  görə  yox  ki,  «Mən»  təsvir  edilmək  üçün 

olduqca mürəkkəbdir, ona görə ki,  «Mən»in öz-özü ilə nə isə 

etməsi  üçün  müəyyən  hədd  yoxdur.  «Transsendensiya»  elmin 

ideal kimi qəbul etdiyi vəhdətə çata bilməkdə aciz olduğu üçün 

bizə  açılır.  Elm  təmiz  elmi  metodlar  vasitəsilə  spesifik 

situasiyaları  öyrənməklə  məhdudlaşır  və,  Yaspersə  görə,  heç 

vaxt bütövün dərk edilməsinə gətirib çıxarmır. 



J.PSattr  Dekartın,  Hegelin,  Husserlin  fenomenologiyası- 

nm, Haydeggerin ekzistensializminin sintezi əsasında orijinal 



К.Яспсрс. Всс.мирная история философии. СПб. «Наука», 2000. с.115. 

198 


fəlsəfi konsepsiya yaratmışdı. Onun ideyalannın əsas xətti şüur 

və  varlıq,  subyekt  və  obyekt,  azadlıq  və  zərurət,  azadlıq  və 

özgələşmə  arasındakı  barışmaz  ziddiyyəti  müəyyən  etmək  və 

həmçinin  onların  sintezini  və  barışması  yollarını  axtarıb 

tapmaqdır. 

Sartr  özünün  əsas  fəlsəfi  əsəri  olan  «Varlıq  və  heçlik» 

kitabında yazır: «Məni dünyaya atıblar o demək deyil ki, mən 

suda  axan  taxta  kimi  düşmən  Kainatda  unudulmuş  və  passiv 

qalıram,  yox, əksinə, bu o deməkdir ki, mən qəflətən özümün 

tənha  və  köməksiz  olduğumu  görürəm,  tam  məsuliyyət 

daşıdığım dünyaya daxil oluram, həm də heç olmasa, nə qədər 

çalışsam  da,  bir  an  belə  bu  məsuliyyətdən  azad  ola  bilmirəm, 

çünki  mən  özümün  məsuliyyətdən  qaçmaq  istəyim  üçün 

cavabdehəm».'^* 

İtaliya  fılosofiı  Nikolo  Abbanyano  (1901)  Sartr  haqqında 

demişdir: «...Sartr bizim dövrün axırıncı böyük romantiki olmuş 

və  ehtiraslı  sonsuzluq  həvəsi  ona  güc  gəlmişdir.  O,  Varlıq  ilə 

Heçlik arasında heç bir vasitə tapmır, çünki bu vasitə yoxdur. 

Yalnız toqquşan, harmoniya və rahatlıq axtaran sonlu reallıqlar 

arasında  birbaşa  vasitə  mövcuddur.  İnsanın  ölçüsü  ilə 

yaranmayan  dünya  insanı  Allah  ilə  bərabərləşdirməsə  onu 

dustaq kimi Heçliyə salır». 



A,kamyii hesab edirdi ki, insanın Mütləqə doğru can atması 

həmişə  uğursuzluqla  nəticələnir.  Ağılın  ilk  addımı  həqiqət  ilə 

yanlışlığı ayırmaq olsa da, insan sonra inanır ki, o həqiqətə çata 

bilməz. Kamyü soruşur: mən nəyi bilirəm? və cavab verir: mən 

öz  ürəyimin  döyüntülərini  hiss  edirəm  və  bilirəm  ki,  o 

mövcuddur.  Məni  əhatə  edən  əşyaları  görürəm  və  bilirəm  ki, 

onlar  mövcuddur.  Mənim  biliyim  elə  bu  səviyyədə  qurtarır. 

Kamyü  deyirdi:  «...Dünya  irrasionallıq  ilə  doludur.  Mən 

dünyanın unikal mənasını başa düşmürəm, ona görə də o mənim 

üçün hədsiz dərəcədə irrasionaldır».'^® 

Kamyü  «Sizif  haqqında  mif»  (1942)  adlı  fəlsəfi  əsərində 

insanın həyati fəaliyyətinin mənasızlığını özünəməxsus şəkildə 



Ж.П.Сартр. Бытие и ничто. с.560. 

1Л8 


Н.Аббаньяно. Мудрость философии. СПб. «Алетейя». 1998. с. 1.*>9. 

А.Камю. Бутующий человек. М., 1990. с.38. 

199 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə