Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə67/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   63   64   65   66   67   68   69   70   ...   164

sübut  etməyə  çalışır.  Məlumdur  ki,  qədim  yunan  miflərinin 

birində  deyilir  ki,  allahlar  Sizifı  dəhşətli  cəzaya  məhkum 

edirlər: 

0 bütün ömrü boyu gərəksiz və ümidsiz əməklə məşğul 

olmalıdır. Kamyünün yaratdığı Sizif obrazı bütün bəşəriyyəti və 

ayrılıqda hər bir insanı simvolizə edir. Sizif absurd (mənasızlıq) 

qəhrəmanıdır. «Allahlara nifrət, ölümə kinbəsləmə və yaşamaq 

arzusu  ona  görünməmiş  əzablar  gətirdi  -  o,  öz  qüvvəsini 

məqsədsiz  olaraq  sərf  etməyə  məcburdur.  Bu  dünyadakı 

hərisliyin qiyməti budur».Lakin insan hər situasiyada, nə qədər 

dəhşətli  olsa  da,  insan  olaraq  qalmalıdır.  «Si-  zifm»  əxlaqi 

çağınşı belədir. 

7.

 

Fəlsəfi antropologiya. Personalizm 

Fəlsəfi  antropologiya  (yun.  «anthropos»-insan  və  «logos»- 

təlim, söz) ekzistensializmə yaxın olan fəlsəfi prinsipi insanın 

elmi  baxımdan  öyrənilməsi  ilə  birləşdirmək,  seçdikləri  fəlsəfi 

prinsipləri elmi faktlarla əsaslandırmaq cəhdindən ibarətdir. 

Fəlsəfi  antropologiya  emosiya,  instinkt,  ehtiras  sahələrini 

tədqiq etməyə cəhd edir, insanın daxili aləmindəki bu cəhətləri 

mütləqləşdirir, zehni (intellektual) başlanğıcm rolunu kiçildir. 

Antropoloji fəlsəfənin nümayəndələri özlərinin insan və onu 

əhatə  edən  gerçəklik  haqqında  anlayışlannı  insanın  öz 

varlığından çıxarır, dünyanı insanın mahiyyətindən törəyən bir 

şey hesab edirlər. 

Fəlsəfi  antropologiyanın  ideya  mənbələri  hər  şeydən  əvvəl 

alman  romantik  fəlsəfəsi  və  həyat  fəlsəfəsinin  sonrakı 

mərhələsidir.  İnsan  varlığının  müxtəlif  təzahürlərinin 

metodoloji cəhətdən əsaslandırılması və bilavasitə təhlili üçün 

fəlsəfi  antropologiya  —  kantçılıq  və  yeni  kantçılıq 

transsendentalizminin, 

Husserlin 

transsendental 

fenomenologiyasınm,  Haydeggerin  ekzistensializminin  bəzi 

prinsiplərindən  geniş  istifadə  edir.  Fəlsəfi  antropologiyaya 

Nitsşe və Dilteyin də təsiri böyükdür. 

A.KaMK). ByHTyıomHH nejıoBCK. M., 1990, c.90. 

200 



Fəlsəfi  antropologiya  indiki  zamanda  yalnız  fəlsəfi  bilik 

sahəsi, müəyyən fəlsəfi istiqamət deyil, həm də məntiq sahəsinə 

prinsipcə daxil olmayan xüsusi təfəkkür metodudur. Yeni fəlsəfi 

antropologiyanın  başlanğıc  nöqtəsi  konkret  (tarixi,  sosial,  ek- 

zistensial, psixoloji) situasiyada insandır. 

XX  əsr  fəlsəfəsinin  dini-idealist  cərəyanlarından  biri  də 

fəlsəfi  antropologiya  çərçivəsində  fəaliyyət  göstərən  persona- 

lizmdir  (lat.  «persona»-şəxs,  fərd).  Personalizmin  fərqləndirici 

əlaməti  şəxsiyyətin  ilkin  reallıq  və  ali  mənəvi  dəyər  hesab 

edilməsidir.  Burada  şəxsiyyət  varlığın  ilkin  mənəvi  elementi 

sayılır. Personalizmdə Ali şəxsiyyət hər şeyə qadir olan Allahdır. 

Personalizmə  görə  əsas  sosial  vəzifə  dünyanı  dəyişdirmək 

deyil,  şəxsiyyəti  dəyişdirmək,  yəni  onun  mənəvi  kamilliyə 

çatmasına kömək etməkdir. 

8.

 

XX əsr Qərb fəlsəfəsində bilik və 

dil problemləri 

(strukturalizm, poststrukturalizm, hermenevtika) 

Strukturaliztn  tədqiqat  üsulu  kimi  XX  əsrin  əvvəllərində 

humanitar  elmlərdə  meydana  gəlmişdir  (əvvəlcə  linqvistikada, 

sonralar 

isə 


psixologiyada, 

folklorşünaslıqda, 

ədəbiyyatşünaslıqda, estetikada və b.). 

Fəlsəfi  cərəyan  kimi  strukturalizm  tədqiqat  metodlarından 

birini  -  struktur  metodu  mütləqləşdirir.  Strukturalistlər  bütün 

dünyanı  strukturların  özünəməxsus  ierarxiyası  hesab  edirlər. 

Strukturlann  bəziləri  əsas,  daha  dərin,  bəziləri  isə  onlardan 

törəmədir.  Elmi  tədqiqatın  əsas  vəzifəsi  obyektin  strukturunu 

aşkar etməkdir. 

Strukturalizmin  linqvistikada  banisi  İsveçrə  alimi  dilşünas 

Ferdinand de Sossür (1857-1913) hesab edilir. O, təsdiq edirdi ki, 

«linqvistikanın yeganə və həqiqi obyekti özü özündə və özü üçün 

hesab edilən dildir».*"*^ 

142 


0.^ıe Coccıop. Kypc 

oöıueH 

JIHHFBHCTHKH

.

 

M., 1933, c.207. 



201 


Linqvistikanın  elmi  tədqiqat nümunəsi kimi  irəli sürülməsi 

və  linqvistik  strukturalizmin  universallıq  iddiası  çox  hallarda 

bütün reallığı və insan varlığını dilə müncər edir. 

Strukturalizmin fəlsəfi cərəyan kimi yaranmasına K.Marks, 

F.Sossür və Z.Freyd həlledici təsir göstərmişdi. 

Strukturalizmin ən görkəmli təmsilçiləri: Klod Levi-Stros - 

ibtidai  qəbilə  sistemlərinin  tədqiqi  sahəsində,  Rolan  Bart  - 

ədəbiyyatda,  Jak  Lakan  isə  şüursuzluğun  tədqiqində 

tanınmışlar.  Jak  Lakan  Freydin  «şüursuzluq  nəzəriyyəsi»nə 

əsaslanaraq, şüursuzluq strukturları ilə dilin strukturları arasında 

oxşarlıq  tapmağa  çalışırdı.  Onun  fikrincə  dilin  pozğunluğunu 

düzəltməklə  xəstənin  psixikasını  müalicə  etmək  mümkündür. 

Lakin  yalnız  dilin  qrammatikası  və  sintaksisindən  istifadə 

etməklə  psixi  proseslərin  adekvat  modelləşdirilməsi  mümkün 

deyil. 

XX  əsrin  70-ci  illərində  nəzəriyyədə  olduğu  kimi,  bədii 



praktikada  da  poststrukturaliznt  dövrü  başlayır.  Həmin 

nəzəriyyənin Fransada ən görkəmli nümayəndələri Mişel Fuko 

(1926-1984) və Jak Derrida (1930) hesab edilir. 

Strukturalizmin  əvvəlki  təmsilçiləri  deyirdilər  ki,  onlann 

təlimi  elmdən  daha  çox  ideologiyadır.  Buna  baxmayaraq 

strukturalizmin  əsas  müddəaları  poststrukturalist  nəzəriyyənin 

əsasında qalmaqdadır. 

Poststrukturalizmin əsas istiqamətləri aşağıdakılardır. 



Desentrasiya,  Əsas  struktur qarşıdunnalardan biri mərkəz  - 

periferiya  (kənar,  ətraf)  münasibətidir.  Sosium  (cəmiyyət) 

baxımından  üstün  yer  tutan  hakim  sosial  qruplar  «mərkəz» 

olmuşlar.  İqtisadi  sahədə  mərkəzin  aradan  götürülməsi 

nəticəsində  istehsalın  desentrasiyası  (mərkəzsizləşməsi) 

başlayır. Burada nə vaxtsa realizm  üçün xarakterik  olan insan 

şəxsiyyətinin tam olması prinsipinə yenidən baxılır. Müəllif və 

personajın  (şəxsin),  subyekt  və  obyektin  bir-birinə 

qarşıdurmasından  imtina  edilir.  Nəticədə  fəlsəfə,  estetika, 

tənqid və ədəbiyyat arasındakı sahələr aradan götürülür. 



Deterritorizasiya  (ərazisizləşmə).  Bu  anlayış  ərazinin 

parçalanması  ilə  xarakterizə  edilir.  Deterritorizasiyanın  sosial 

aspekti 

202 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə