Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə69/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   65   66   67   68   69   70   71   72   ...   164

Bu məsələdə pozitivizm də oxşar mövqedə durur. Neopozi- 

tivizm  konsepsiyalarında  isə  elmi  və  qeyri-elmi  bilikləri 

fərqləndirməyin  effektli  metodlarını  yaratmaq  problemi  ön 

plana çəkilir. 

Eyni vaxtda əks dünyagörüşü mövqeyində duran antistsien- 

tizm meydana gəlir. Stsientizm elmi bütün mədəniyyətin mütləq 

etalonu  hesab  edirdisə,  antistsientizm  bəzi  mənfi  nəticələrə 

gətirdiyi üçün elmi biliyi kəskin tənqid edirdi. 

Əgər 


stsientizm 

fəlsəfi 


biliyin 

rasional-nəzəri 

komponentlərini  mütləqləşdirirsə,  antistsientizm  fəlsəfənin  ən 

vacib əlamətinin onun dəyər xarakteri daşıması fikrindən çıxış 

edir. Fəlsəfənin  məqsədi  yalnız elmi  idrakı  təhlil etmək deyil, 

həm  də  insan  mədəniyyətində  mövcud  olan  bütün  dəyərlər 

sistemini tədqiq etməkdən ibarətdir. XX əsrin böyük filosofları 

M.Hay-  degger  və  K.Yaspers  fəlsəfəni  antistsientizm 

mövqeyindən çıxış edərək izah edirdilər. 

Antistsientizmə görə elm həmişə predmetə doğru yönəlir. Bu 

onun təbiətindən irəli gəlir və bu sahədə onun bərabəri yoxdur. 

Fəlsəfənin  təbii  tələbatı  isə  varlıq  və  insanın  ondakı  yeridir. 

Burada elm gücsüzdür. 

9.2.

 

İndustrial və postindustrial cəmiyyət 

nəzəriyyəsi 

İndustrial  cəmiyyət  nəzəriyyəsi  gerilikdən  qabaqcıl,  səna- 

yecə  inkişaf  etmiş,  kütləvi  bazar  iqtisadİ3^atı  və  demokratik 

quruluşu olan industrial cəmiyyətə keçidi sosial tərəqqinin əsası 

sayır.  Bu  keçidin  mərkəzində  ardıcıl  olaraq  yeni  texnikanın 

tətbiq edilməsi prosesi durur. 

İndustrial  cəmiyyət  termini  fransız  mütəfəkkiri,  qraf  Sen- 

Simonun (1760-1825) sayəsində ictimai elmlərə daxil oldu. Onu 

Kont,  Spenser,  Dürkheym  müdafiə  etdilər.  Bu  təlimin 

tərəfdarları yalnız bir sıra Qərbi Avropa ölkələri üçün xarakterik 

olan 


kapitalizmi 

industrializasiyanın 

(sənayeləşmənin) 

başlanğıcı hesab edirdilər. 



206 


Müasir  sənayeləşmə  İngiltərədə  XVIII  əsrdə  baş  verən 

«sənaye  inqilabı»  nəticəsində  meydana  gəldi.  Bu  termin  ilə 

yaşamaq üçün lazım olan vəsaitin əldə edilməsi üsullarında baş 

verən bir sıra mürəkkəb texnoloji dəyişikliklər ifadə edilirdi. Bu 

dəyişikliklər - yeni maşınların ixtira edilməsi (məsələn, toxuma 

dəzgahı),  istehsalatda  yeni  enerji  mənbələrindən  istifadə 

edilməsi  (xüsusən  su  və  buxardan),  həmçinin  istehsalı 

təkmilləşdirmək  üçün  elmi  metodların  tətbiq  edilməsi  ilə 

əlaqədardır. İndustrial cəmiyyətlərdə texnoloji yeniləşmə tempi 

ənənəvi cəmiyyətə nisbətən daha yüksəkdir. Belə ki, bu sahədə 

ixtira  və  kəşflər  başqa  sahələrdə  daha  çox  kəşflərə  gətirib 

çıxarır. 

İndustrial  cəmiyyətin  daha  bir  xüsusiyyəti  -  ənənəvi  idarə 

formasına nisbətən daha inkişaf etmiş və təsirli siyasi sistem ilə 

bağlı  olmasıdır.  Ənənəvi  sivilizasiyalarda  siyasi  hakimiyyətin 

kral  və  yaxud  imperatorun  simasında  müstəqil  məntəqələrdə 

yaşayan əhalinin əksəriyyətinin davranış və adətlərinə praktiki 

olaraq birbaşa təsir etmək imkanı olmur. Sənayeləşmə prosesi 

ilə əlaqədar nəqliyyat və rabitə daha sürətli olur ki, bu da «milli» 

birliklərin  böyük  inteqrasiyasına  təkan  verir.  İndustrial 

cəmiyyətlər  ilk  milli  dövlətlər  oldular.  Bu  dövlətlər  elə  siyasi 

birliklərdir ki, bir-birindən dəqiq sərhədlərlə aynlırlar. Ənənəvi 

dövlətlərdə  isə  sərhəd  anlayışı  qeyri-müəyyən,  dumanlı  olur. 

Milli  dövlətlərin  hökumətləri  öz  vətəndaşlarının  həyatlannın 

çox  sahələri  üzərində  müstəsna  hakimiyyətə  malikdir  və 

dövlətin  ərazisində  yaşayanlann  hamısı  üçün  məcburi  olan 

qanunlar qəbul edir. 

Postindustrial  cəmiyyət  konsepsiyası  industrial  cəmiyyət 

konsepsiyasının  daha  da  inkişaf  etdirilməsidir.  Cəmiyyətin 

inkişafının  əsasında  istehsalın  texniki  səviyyəsi,  əməyin 

sahələrə  və  peşələrə  görə  bölünməsi  durur.  Bu  konsepsiya 

müasir cəmiyyətin sosial və iqtisadi problemlərini elmi-texniki 

tərəqqinin  xarakteri  ilə  müəyyənləşdirir;  cəmiyyətin  sənaye 

istehsalından  asılılığını  azaltmağı,  yeni  xidmət  sahələrinin 

meydana gəlməsini, biliyin istehsalda, məişətdə və asudə vaxtda 

əhəmiyyətini ön plana çəkir. 

207 



Yeni  sosial-iqtisadi  qaydalan  təsvir  etmək  üçün  bir  sıra 

terminlər  icad  edilib:  xidmət  cəmiyyəti,  informasion  cəmiyyət, 

bilik  cəmiyyəti  və  s.  Sənayenin  inldşafmm  əvvəlki  formalarm- 

dan kənara çıxması bir çox tədqiqatçılarda əvvəlcə qəbul edilmiş 

terminlərə  «posb>  («sonra»)  önşəkilçisini  əlavə  etmək  fikrini 

yaratdı.  Lakin  amerikalı  Daniel  Bell  (1919)  və  fransız  Alen 

Turen (1925) tərəfindən təklif edilən  «postindustrial cəmiyyət» 

ən çox işlədilən termin oldu. Bu konsepsiya Daniel Bellin 1974- 

cü ildə çap olunan «Gələcək postindustrial cəmiyyət» kitabında 

yetkin  nəzəriyyə  şəklini  aldı.  Rus  alimi  V.L.İnozemtsev  yazır: 

«Postindustrial  cəmiyyət  nəzəriyyəsi  bu  gün  Qərb  sosioloji 

ənənəsi  tərəfindən  bütövlükdə  qəbul  edilən  yeganə  sosial  me- 

tanəzəriyyədir».*'*^  «...Postindustrial  cəmiyyət  nəzəriyyəsinin 

Qərb sosiologiyasında heç vaxt açıq müxalifətlə qarşılaşmaması 

sosial təlimlərin inkişaf tarixində unikal fakt kimi qəbul edilməyə 

bilməz».*“*^ 

Şimali Amerika və bir çox Avropa ölkələri getdikcə daha artıq 

dərəcədə informasion cəmiyyət olur, əldə edilmiş bilik və daha 

yeni bilik istehsalı diqqət mərkəzinə gətirilir. Bu prosesin əlaməti 

kimi  ali  təhsilin  əhəmiyyətinin  artmasını  göstərmək  olar.  Bilik 

yeniliyin  və  sosial  təşkilatlanmanın  qaynağına  çevrilir.  Biliyə 

əsaslanan  professional  qruplar  bu  cəmiyyətin  sosial-sinfi 

çərçivəsində üstünlük təşkil edir. 

D.

 



Bell  postindustrial  cəmiyyətə  belə  tərif  verir:  «Bu  ilk 

növbədə  məlumatlann  işlənib  nizama  salınması,  idarəetmə  və 

informasiya  ilə  bağlı  olan  fəaliyyətdir.  Bu  həyat  tərzidir  və 

getdikcə  «insanların  qarşılıqlı  əlaqədə  olması»na  daha  çox 

müncər edilir. Daha mühüm odur ki,  yeniləşmənin,  hər şeydən 

əvvəl  texnologiyaya  münasibətdə  biliyin  yeniləşməsinin  yeni 

prinsipi  meydana  gəlir».D.Bellin  fikrincə  postindustrial 

cəmiyyətdə  hakimiyyət  mülkiyyətə  deyil,  biliyə  əsaslanır.  Bu 

cəmiyyətdə  alimlər,  mühəndislər  və  texniki  mütəxəssislər 

(texnokratlar) aparıcı sinif olur, intellektual təşkilatlar (univer- 



Новая постиндустриальная волна на Западе. М., «Academia», 1999, с.4. Yenə 

orada, s.6. 

Д.Белл. Грядущее постиндустриальное общество. М.. «Academia», 1999, СХ 

208 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə