Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə70/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   66   67   68   69   70   71   72   73   ...   164

sitetlər,  tədqiqat  institutlan,  sənaye  laboratoriyaları)  rəhbər 

vəzifəyə  gətirilir.  İqtisadiyyat  maddi  məhsula  deyil,  əsasən 

xidmət  sahəsinə  yönəldilir.  Siyasi  qərarlar  rasional-texniki 

zəmin əsasında hazırlanır və beləliklə, «ideologiyanın sonu»n- 

dan  xəbər  verir.  İnsanlar  sosial  dəyərlərə  münasibətdə  ümumi 

rəyə  gəlirlər,  mütəxəssislər  qərar  qəbul  etmək  nəzəriyyəsi  və 

sistemli təhlil kimi rasional metodlardan istifadə edərək sosial 

planlaşdırmanı  əlaqələndirməyə  başlayırlar.  Bir  sözlə,  D.Bel- 

lin  əqidəsinə  görə,  bizi  gələcəyə  istiqamətləndirən  peşəkar 

idarəçilər, texnokratlar erası gözləyir. 

İndustrial cəmiyyəti tam qurmadan postindustrial cəmiyyətə 

keçmək cəhdi  adətən uğursuzluqla nəticələnir. Amerikalı alim 

Alvin Toffler hələ 1980-ci ildə xəbərdarlıq edirdi: «Keçid dövrü 

nəhəng  sosial  sarsıntılar,  iqtisadiyyatda  güclü  irəliləyiş, 

texnoloji  iflas  və  fəlakət,  siyasi  qeyri-sabitlik,  müharibələr  və 

müharibə təhlükəsi ilə müşahidə olunacaq». 

Postindustrial cəmiyyətdə «yeni dəyər ölçüsü» - «intellektual 

kapital»  ön  plana  çəkilir.  «Qərb  ölkələri  vətəndaşlannın  dəyər 

oriyentasiyası dəyişir - maddi rifah və fiziki təhlükəsizliyə əsas 

diqqət  öz  yerini  həyatın  keyfiyyəti  haqqında  qayğıya 

verdi».*^® 

9.3.

 

İnformasion cəmiyyət konsepsiyası 

XX əsrin 60-cı illərində demək olar ki, eyni vaxtda ABŞ və 

Yaponiyada F.Maxlup və T.Umesao tərəfindən elmi dövriyyəyə 

daxil edilən bu termin sonralar M.Porat, İ.Masuda, T.Stounyer, 

R.Rats və başqa müəlliflər tərəfindən daha da inkişaf etdirildi və 

bu  yolla  informasion  cəmiyyət  nəzəriyyəsi  meydana  gəldi. 

Onlar  yaranmaqda  olan  yeni  sosial-iqtisadi  situasiyanı 

pozitivizm baxımından müəyyənləşdirməyə cəhd göstərirdilər. 

İnformasiya  erası  sadəcə  olaraq  əvvəllər  mövcud  olmuş 

kommunikasiya vasitələrinin daha da inkişaf etdirilməsi deyil, 

onun «intellektual texnologiya»ya əsaslanaraq ictimai təş- 

Третья волна. M., ACT, 1999. c.558. 

Новая поетиндуетриальная волна на Западе, с.250. 

209 



kilatlanmanın  və  sosial  dəyişikliklərin  yeni  prinsiplərinin 

yaranmasına  səbəb  olmasıdır.  Artıq  nəzəri  bilik  yeniləşmənin 

əsas  mənbəyi  olur  və  texniki  tərəqqinin  təbiətini  tamamilə 

dəyişir, dövlətlər arasındakı münasibətləri qloballaşdırır. 

Yüksək texnologiyanın yaratdığı yeni rabitə vasitələri vaxtı 

qısaldır  və  məsafəni  yaxınlaşdırır.  İndi  rabitə  vasitələri  bütün 

dünyanı  əhatə  edir.  Bəşəriyyət  artıq  qlobal  informasion 

infrastruktur yaratmaq yolundadır. 

İnformasiyanın  nəhəng  axınına  tab  gətirmək  üçün  onun 

qaydaya  salınması,  saxlanması  və  istifadə  edilməsini  təmin 

edən  vasitələr  lazımdır.  Bəşəriyyət  tarixində  yaxınlaşan  eranı 

yalnız  informasion  cəmiyyət  deyil,  həm  də  bilik  cəmiyyəti, 

postindustrial  cəmiyyət,  infosfera  adlandırmağa  başladılar. 

Təhsil  və  elmi  fəaliyyətin  təşkili  sahəsində  əhəmiyyətli 

dəyişikliklər  gözlənilir.  Yeni  informasiya  texnologiyası  və 

robo-  totexniki  sistemlər  sənayedə  əməyin  xarakterini 

kökündən dəyişir, bu sahədə işləyənlərin sayını kəskin surətdə 

azaldır, texnologiyanın özünü və istehsalın təşkilini yeniləşdirir. 

Bütün  bunlar  əhəmiyyətli  dərəcədə  gözlənilməyən  sosial 

nəticələrə  gətirib  çıxara  bilər.  «İnformasiya  və  bilik,  pul  və 

texniki  resurslardan  fərqlənir.  İqtisadçılar  onları  «ictimai 

nemət»  adlandırırlar.  Bu  o  deməkdir  ki,  istifadə  olunduqca 

azalmır.  Onlar  məhvedilməzdir:  mənim  hər  hansı  həcmdə 

qazandığım  bilik  heç  cür  sizin  də  o  qədər  bilik  qazanmaq 

qabiliyyətinizi  azaltmır...  Nə  qədər  adamın  sonralar  ondan 

istifadə etməsi,  biliyin  yaradılması onun dəyərinə təsir etmir» 

(Tomas Stüart). 

İnformasion cəmiyyətdə dövlətin yeri necə olacaq? Bu suala 

məşhur  sosioloq  Manuel  Kastels  belə  cavab  verir:  «...Lakin 

dövlət  yox  olmayacaqdır.  İnformasion  epoxada  onun  statusu 

sadəcə olaraq  aşağı  düşəcək. Dövlət  öz layihə mozaikaları ilə 

dünyanı  bürüyən,  öz  elektoratını  yaradan  və  milli  dövlətlər, 

multnasional korporasi-yalar, beynəlxalq ag- 

210 



entliklər  ilə  danışıq  aparan  yerli  və  regional  hökumətlər 

formasında daha da çoxalır». 



10.

 

Freydizm 

XX əsrdə Qərbin ictimai fikir tarixində freydizm xüsusi yer 

tutur.  Avstriyalı  psixoloq  və  filosof  Ziqmund  Freydin  (1856- 

1939) və onun davamçılarının, ən əvvəl K.Yunqun və 

E.

 

Frommun  ideyalarının  təsiri  Qərb  cəmiyyətinin  mənəvi 



həyatının demək olar ki, bütün sahələrini əhatə edir (fəlsəfə, din, 

əxlaq, incəsənət). 

Freydin  təlimi  psixoanaliz  adlanır.  Psixoanalizin  o  dövrdə 

hökmranlıq  edən  psixika  haqqındakı  fəlsəfi  konsepsiyalardan 

prinsipcə fərqini xarakterizə edən Freyd göstərirdi ki, bu kon- 

sepsiyalann əsas nöqsanı psixikanın şüur ilə eyniləşdirilməsi idi. 

Özünün  əsas  ideyalannı  Freyd  «Mən»  və  «O»,  «Totem'və 

tabu'^^», «Yuxunun yozumu», «Adi həyatın psixopatologiyası» 

və başqa əsərlərində şərh edir. 

İnsan şüuru, elə bil ki, üç səviyyədən ibarətdir: fövqəl şüur 

(«Məndən  üstün»  -  ədəb  qaydalan,  valideyn  yasağı,  əxlaq 

senzurası);  şüur  («Mən»)  və  şüursuzluq  («O»  -  instinktlərin, 

çatışmazlıq komplekslərinin, sıxışdırılıb çıxanlan həyəcanların 

və  s.  məcmusu);  burada  ən  əhəmiyyətli  tərəf  cinsi  instikt  və 

təcavüz instinkti hesab olunur. «O» - həm şəxsi şüursuzluq (yəni 

sıxışdırılıb  çıxarılan  elə  həyəcanlar,  duyğulardır  ki,  insan 

onlarla öz həyatında daim qarşılaşır), həm də heyvani və ibtidai 

vəziyyətimizdən bizə miras qalan komplekslərdir. Bizim «Mən» 

isə, elə bil ki, ülgücün kəsən tərəfi üzərində «Məndən üstün» ilə 

«O»  arasında  müvazinət  saxlayır.  Ona  yuxarıdan  cəmiyyətin 

tələbləri (əxlaq, hər cür məhdudiyyətlər), aşağıdan isə özünün 

kompleksləri  və  instinktləri  təzyiq  göstərir.  Kompleks  və 

instinktləri əzmək və tamamilə «Məndən üstünə» 

М.Кастельс. Информационная эпоха. M., 2000, c.511. 

Totem  -  qəbilənin,  tayfanın  əcdadı  və  himayədarı  sayılan  və  pərəstiş  edilən  obyektdir 

(heyvan, bitki və s.). 

Tabu - müəyyən hərəkət və predmet üzərinə qoyulan dini-mistik yasaqdır. 

211 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə