Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə71/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   67   68   69   70   71   72   73   74   ...   164

tabe etmək olmaz, çünki bu, bir qayda olaraq, nervoz yaradır, 

hətta  psixikanın  pozulmasına  gətirib  çıxarır.  Onları  özbaşına 

buraxmaq da olmaz (bütünlüklə və bilavasitə özünün, məsələn, 

seksual fantaziyasını və ya təcavüzkar meyllərini təmin etmək), 

çünki cəmiyyət buna dözməz. Başqa sözlə, Freydə görə insan 

davranışının  həlledici  faktoru  nəticə  etibarilə  şüur  deyil, 

şüurdan kənarda olan şüursuzluq sferasıdır. O, yazırdı: «Bütün 

ruhi  hadisələr  mahiyyətcə  qeyri-şüuruduD>.'^  Son  nəticədə 

insan davranışının təşkilində instinktlər əsas rol oynayır. 

Beləliklə,  şüursuzluq  hər  şeydən  əvvəl  seksual  instinktlər- 

dən,  özünün  tam  dəyərə  malik  olmamaq  hissiyyatım 

kompensasiya  etmək  üçün  başqalarından  üstün  olmaq 

instinktindən  ibarətdir.  Şüursuzluq  cəmiyyətdə  həm  yaradıcı, 

həm də dağıdıcı meyllərin qaynağı ola bilər. 

Freydin  instinkt  haqqında  mücərrəd  nəzəriyyəsi  insan 

davranışının özünəməxsus bölünməz bioloji və psixi stereotipi 

kimi anlaşılmasına və şərh edilməsinə əsaslanır. Onun fikrincə 

insan həyatının formalaşmasında iki ümumi kosmik instinktin 

olduqca böyük rolu var: Bros (seksual instinkt, həyat instinkti, 

özünüqo-  ruma  instinkti)  və  Tanatos  (ölüm  instinkti,  təcavüz 

instinkti, de- struksiya instinkti, dağıtmaq instinkti).'^® İnsanın 

həyat fəaliyyətini bu iki daimi qüvvənin mübarizəsinin nəticəsi 

kimi  təsəvvür  edən  Freyd  hesab  edirdi  ki,  bu  instinktlər 

tərəqqinin  əsas  hərəkətverici  qüvvəsidir.  Freydə  görə  Bros  və 

Tanatosun  vəhdəti  və  mübarizəsi  fərd  varlığının  yalnız 

sonluğunu deyil, həm də müxtəlif sosial qrupların, xalqlann və 

dövlətlərin fəaliyyətini əhəmiyyətli dərəcədə müəyyənləşdirir. 

Tabu  (yasaq)  adətləri  ilə  insanı  daim  izləyən,  ondan  əl 

çəkməyən  nevroz  arasındakı  qarşılıqlı  münasibəti  araşdıran 

Freyd yazırdı: «Yekunlaşdıraq ki, hansı nöqtələrdə tabu adətləri 

ilə zəhlətökmə nevrozlan arasındakı oxşarlıq daha parlaq ifadə 

olunur:  1)  yasaqların  əsaslandınlmamasında;  2)  daxili 

məcburiyyətlə onların təsdiq edilməsində; 3) onların irəliləmə 

qabiliyyətində  və  qadağa  olunandan  yoluxma  qorxusunda;  4) 

onların 

З.Фрейд. Лекции по введению в психоанализ. Т.2, М.-Пг., 1923. с.84. 

Вах: З.ФреГи. «Я» и «Оно». Труды разных лет. Кн..1. Тбшшси, 1991, с.374-380. 

212 



 

mərasim  hadisələrinin  səbəbi  olmasında  və  qadağadan  doğan 

dini tələblərdə».'“  Freyd öz fikrini belə ümumiləşdirir:  «Çətin 

anlaşılsa da, biz bilirik ki, qadağa olunan işi görən, tabunu pozan 

hər kəs özü tabu 

O

I



UD

>.'^^ Pozmayanda isə nevroz başlayır. 

Freyd  nevrozun  mahiyyətini  açmağa  cəhd  göstərir: 

«...Seksual  həvəsin  sosial  marağa  üstün  gəlməsi  nevrozun 

xarakter  momentidİD>.'“  «Nevrozun  assosial  təbiəti  genetik 

olaraq  onun  ilk  niyyətindən  -  arzuya  çatdırmayan  reallıqdan 

fantaziyanın  daha  xoş  dünyasına  meyldən  doğur.  Nevrotikin 

qaçdığı  real  dünyada  insan  cəmiyyəti  və  onun  yaratdığı 

təşkilatlar  hökmranlıq  edir;  reallıqdan  qaçmaq  eyni  zamanda 

insan birliyindən çıxmaqdiD).'*’ 

Freydin  davamçılanndan  biri  olan  Kari  Yunq  (1875-1961) 

əsasən «şəxsi» şüursuzluq ilə iş aparan Freyddən fərqli olaraq, 

özünün  dediyinə  görə,  şüursuzluğun  fərddən  kənar,  qəbilə  və 

yaxud kollektiv qatma rast gəldi. O, özünün psixiatrik praktikası 

gedişində  poetik  əsərlərdə,  dəlilərin  sayıqlamasında,  şaman 

ayinlərində, dərin yuxuda və s. tamamilə eyni mətnləri və ya gö- 

zəgörünmələri üzə çıxarmışdı.  Bu vəziyyət  onda belə bir fikir 

yaratdı  ki,  şəxsi  şüursuzluq  səviyyəsindən  aşağıda  insan 

şüurunun formalaşdığı uzaq keçmişdə yaranmış psixikanın daha 

qədim, daha arxaik qatlan yerləşir. 

K.Yunq deyirdi: «Bir çox sənət adamları, filosoflar və hətta 

alimlər  özlərinin  ən  yaxşı  ideyaları  üçün  qəflətən  şüursuzluq- 

dan meydana gələn ilhama borcludurlar. Belə materialın zəngin 

qaynağına çatmaq qabiliyyəti və onu effektli şəkildə fəlsəfəyə, 

ədəbiyyata,  musiqiyə  və  ya  başqa  tapıntıya  keçirmək  dahi 

adlandırılanlann xüsusiyyətlərindən biridin).“® 



Neofreydizm  müasir  fəlsəfə  və  psixologiyada  müstəqil 

cərəyan  kimi  daha  çox  ABŞ-da  yayılıb.  Bu  cərəyanın 

təmsilçiləri 

Freydin 


psixoanaliz  təlimini 

Amerikanın 

sosial-siyasi nəzəriy- 

156 


З.Фрейд. Тотем и Табу. M., «Олимп». 1997. с.49. 

Yenə orada, s.53. 

Yenə orada, s.95. 

Yenə orada, s.96. 

160 


Хрестоматия по философии, c.301. 

213 


yələri  ilə  birləşdirməyə  cəhd  edirlər.  Karen  Homi,  Harri  Salli- 

ven,  Erix  Fromm  və  b.  neofreydizmin  məşhur  təmsilçiləridir. 

Burada isə onlardan daha çox tanınan Fromm haqqında məlumat 

veriləcək. 

E.

 

Frommun 



(1900-1980) 

əsərlərində 

Freydin 

psixoanalizinin  «inqilabi»  şərhi,  insan  təbiətinin  islaholunmaz 

əlaməti kimi təcavüz nəzəriyyəsi, başlanğıc qüvvə kimi instinkti 

həddən artıq tərifləmək və onu hər cür təzyiqdən azad etmək öz 

əksini tapır. 

Fromm  göstərirdi  ki,  insan  üçün  büd,  səcdəgah  (idol)  ya- 

bançılaşmış  şəkildə  onun  özünün  həyati  qüvvəsini  təsvir  edir. 

Lakin sənayeləşmiş cəmiyyətdə  yaşayan bizim müasirlərimizdə 

büdpərəstliyin  forma  və  dərəcələri  dəyişmişdir.  İnsan,  özünün 

həyatını idarə edən kortəbii iqtisadi qüvvələrin obyekti olubdur. 

O, öz əli ilə yaratdığı şeylərə baş əyir və özünü də əşyaya çevirir. 

Fromm  hesab  edirdi  ki,  insanın  tələbatını  sosial  struktur 

formalaşdırmır,  özünün  antropoloji  əsası  onun  mövcudluq 

üsulunu  müəyyənləşdirir.  Fromm  yazmışdı:  «Sosial  xarakterli 

anlayış ictimai prosesləri başa düşmək üçün əsasdır. Xarakter - 

analitik  sosiologiyanın  dinamik  mənasında  -  müəyyən 

cəmiyyətdə  insan  tələbatının  müəyyən  həyat  tərzinə 

uyğunlaşması  prosesində  meydana  gələn  insan  enerjisinin 

spesifik  formasıdır.  Xarakter  -  fərdin  fikrini,  hissiyyatını  və 

hərəkətini müəyyənləşdirİD>.“’‘ 

«Azadlıqdan qaçma» kitabında Fromm praktiki olaraq bütün 

ölkələrin tarixində baş vermiş paradoksal bir hadisəni tədqiq edir: 

xalq könüllü olaraq aldığı azadlıqdan imtina edir və əvvəlkindən 

daha pis vəziyyətə düşür. Almaniyanın Veymar respublikasından 

faşizmə  keçməsi  Frommun  belə  fikrə  gəlməsinə  böyük  təkan 

vermişdi. 



Ə

.OpoMM. BercTBO OTCBoöoaw. 

M., 1990, c.23l.

 

214 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə