Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə73/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   69   70   71   72   73   74   75   76   ...   164

əhəmiyyətini  araşdırır.  Santayana  hesab  edirdi  ki,  poeziyada, 

dində  və  incəsənətdə  özünü  ifadə  etməklə  insan  mədəniyyət 

yaradıcısı kimi ali məqsədini həyata keçirir. 

Özünün  skeptik  metodunu  ardıcıl  olaraq  həyata  keçirən 

Santayana  hesab  edirdi  ki,  şüurun  məlumatlarını  mövcud 

reallığın  obrazı  kimi  bizə  qəbul  etdirə  biləcək  heç  bir  məntiqi 

dəlil yoxdur. Dini inamın idrakda rolunu qəbul edən Santayana 

ağılı məhdudlaşdırmır və biliyi aradan götürmür. Əksinə, bütün 

biliyi o inam üzərində qurur: «Mən Kant kimi inama yer vermək 

üçün  biliyi  aradan  götürmürəm...  Əksinə,  biliyin  meydana 

gəlməsi üçün mən inamı saxlayıram; çünki fəaliyyət göstərmək 

zərurəti qarşısında qalan hər bir canlı varlığa inam verilib və bu 

inam  hər  bir  canlının  öz  ətrafı  ilə  qarşılıqlı  əlaqədə  olması  ilə 

təsdiqlənir.»'^^ 

Santayana təsdiq  edirdi  ki,  mahiyyət maddi deyil,  əşyalarda 

mövcud deyil və şüurda məhz onun özünün bilavasitə məlumatı 

kimi aşkar edilir. 

12.3.

 

Emil Meyersonun «yeni realizmi» 

Fransız  filosofii  EMeyerson  (1859-1933)  elm,  ilk  növbədə 

tə-biətşünaslıq və riyaziyyat tarixinin fəlsəfə fənninə çevrilməsi 

işində həlledici rol oynayan filosoflardan biridir. Onun fikrincə 

fəlsəfənin məqsədi gerçək dünyanı, «şey özündə»ni dərk etməkdə 

konkret  elmlərə  yardım  göstərməkdir.  Yeni  kantçılıqdan  fərqli 

olaraq o, hesab edirdi ki, «şey özündə» nəinki mövcuddur, «şey 

özündə» həm də dərk ediləndir. Üstəlik, fəlsəfə içində fırlandığı 

və  oradan  çıxa  bilmədiyi  biliklə  deyil,  real  obyektlərin  dərk 

edilməsi  ilə  məşğuldur.  Müəyyən  mənada  belə  çıxır  ki,  fəlsəfə 

reallığı  dərk  etməyə  konkret  elmlərdən  daha  yaxındır,  belə  ki, 

konkret  elmlər  idrak  prosesini  həyata  keçirərkən  biliyin 

intellektual  formalarını  və  onun  obyektiv  məzmununu  ayırmaq 

qabiliyyətində deyil və ya bunu mümkün olan iş hesab etmir. O, 

yazırdı: «Hətta empirik biliklə məhdudlaşmaq istədiyimiz anda 

Sitat götürülüb: А.Ф.Зотов. Ю.К.Мельвиль. Западная фшюсофпя XX века, с. 105. 

218 



da,  bizə  qanunlan  mücərrədləşdirmək  lazımdır,  buna  görə  də 

hadisələrin  təzahürü  şəraitində  ierarxiya  düzəltmək  zəruridir 

(çünki,  tamamilə  eyni  olan  şəraitlər  heç  vaxt  yenidən  bərpa 

edilmir);  bir  sözlə,  biz  fikirləşməliyik.  Beləliklə,  aradan 

götürülməli  olan  faktor  həmişə  elmdə  mövcuddur  və  bunun 

nəticəsində  də  elm  bizim  qarşımızda  reallığın  təbiətini  açmağa 

qadir deyil.»’“ 

E.Meyerson belə nəticəyə gəlir ki, fəlsəfənin vəzifəsi xüsusi 

elmlərin metod və nəticələrini təhlil etməkdən istifadə edərək real 

dünyanı tədqiq etməkdir. 



13.

 

Xose Orteqa-i-Qassetin fəlsəfəsi 

Böyük ispan filosofu Orteqanın (1883-1955) ideyaları həyat 

fəlsəfəsi,  fenomenologiya  və  ekzistensializmin  qovşağında 

yaranır və spesifik ispan şəraitindən, siyasi görüşlərindən və hətta 

mütəfəkkirin  şəxsi  metodlarından  kənara  çıxır  və  universal 

xarakter  daşıyır.  Bu  ideyalar  müasir  Qərb  filosoflarının  çoxuna 

böyük təsir göstərmiş və göstərməkdə davam edir. 

Orteqa  fəlsəfəsinin  mərkəzində  tarixi  inkişaf  prosesinə  qərq 

olmuş insan dayanır. Onun təklif etdiyi «həyati ağıl» nəzəriyyəsi 

(rasiovitalizm)  Avropa  mədəniyyətinin  mürəkkəb  şəraitində 

yaşayan müasir insana yol göstərmək istəyidir. Bu nəzəriyyənin 

yaradılmasına  Husserlin  fenomenologiyasının  böyük  təsiri 

olmuşdur. O, yazırdı:  «Mistisizmdən fərqli olaraq fəlsəfə - elan 

edilmiş sirr olmağa çalışır.»“’^ 

Orteqanın  əsas  formulu  belə  səslənir:  «Mən»-«Mən»əm  və 

mənim  vəziyyətimdir».  Birinci  «Mən»  «insan  həyatının  radikal 

reallığıdır» və burada bütün başqa reallıqlar «kök salıbdın). İkinci 

«Mən»  -  klassik  fəlsəfədəki  şüur,  subyektdir.  O,  deyirdi: 

«Təfəkkür  fenomeninin...  iki  tərəfi  var:  bir  tərəfdən  o  fərdin 

həyati zərurəti kimi meydana gəlir və subyektin fayda qanunu ilə 

idarə olunur, başqa tərəfdən təfəkkür şeylərə dəqiq uyğun- 

Yeno orada, s.l40. 

167 


X.Ортега-и-Гассет. Что такое философия? M.. «Наука», 1991, с. 107. 

219 


laşmaqda  yerləşir  və  onu  həqiqətin  obyektiv  qanunu  idarə 

edir.»'^® 

Orteqa 

bəşəriyyətin 



keçdiyi 

inkişaf 


mərhələlərini 

ümumiləşdirərək  yazırdı:  «Nəticə:  bütün  insan  tarixi  boyunca 

getdikcə daha mürəkkəb və məzmunlu formalarda dövri olaraq üç 

müxtəlif an təkrar olunub: 1. İnsan maddi dünyada başlı-başına 

atıldığını  hiss  edir.  Bu  -  özünü  özg^hşdirmədir.  2.  Böyük  səy 

göstərməklə  insan  öz  daxili  aləminə  çəkilir,  şərait  üzərində 

hökmranlıq etmək məqsədi ilə onun haqqında ideya yaradır. Bu - 

özünü  dərinləşdirməkdir,.,  3.  İnsan  artıq  hazır  plana  uyğun 

olaraq yenidən dünyaya daxil olur. Bu - hərəkət, fəallıq, praksis 

deməkdİD).'*^’ 

Orteqanın  fikrincə  tarixi  süni  yolla  yaratmaq  olmaz,  faktlan 

birləşdirən  ümumi  cəhətləri  tapmaq  lazımdır.  O,  demişdi: 

«Mənim  tarixçilərdən  yeganə  xahişim  odur  ki,  öz  elədiklərinə, 

praktiki  olaraq  həyata  keçirdiklərinə  ciddi  yanaşsınlar,  özlərinə 

heç  bir  hesabat  vermədən  tarixi  kor-koranə  əl  ilə  quraşdırmaq 

əvəzinə  istənilən  məkanda  və  istənilən  zamanda  özünü  eyni 

şəkildə göstərən bizim həyatda hansısa ümumi, vahid strukturun 

mövcudluğu  haqqında  dəqiq  ideyadan  çıxış  edərək  onu  şüurlu 

olaraq quraşdırsınlar.»*™ 

Fəlsəfəni «elan edilmiş sirr» adlandıran Orteqa insan ruhunu 

mistisizm baxımından izah edirdi. O, deyirdi: «Ruh əsl mənada o 

vaxt mövcud olur ki, dünyasız qalır, ondan azad olur, başqa sözlə 

tək qalır. Allaha yaxın olmaq üçün təklikdən başqa vasitə yoxdur, 

çünki  yalnız  tənha  vəziyyətdə  ruh  özünün  əsl  varlığını  tapır. 

Allah və Onun qarşısında tənha ruh....»*’* 

Orteqanın  fikrincə  Şərq  ona  görə  geri  qalıbdır  ki,  orada 

təfəkkür  tərzi  həddən  artıq  fərdidir,  ağıldan  daha  çox  ənənəyə 

əsaslanır.  O,  yazırdı:  «Şərq  adamının  təfəkkürü  az  və  ya  çox 

dərəcədə  doğru  və  dərin  olmasından  asılı  olmayaraq  heç  vaxt 

subyektdən ayrılmayıb, avropalının şüurundakı fiziki qanuna 

Yenə orada, s. 18. 

Х.Ортега-и-Гассет. Избранные труды. M., «Весь Мир», 1997, с.489. Yenə 

orada, s.241. 

Х.Ортега-и-Гассет. Что такое философия?, с. 145. 

220 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə