Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə74/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   70   71   72   73   74   75   76   77   ...   164

oxşar  aydın,  obyektiv  mövcudluq  qazanmayıbdır.  Həddən  artıq 

belə bir fikir var ki, guya Şərqdə həyat Qərbdəkinə nisbətən daha 

mükəmməldir;  lakin  Şərq  mədəniyyəti  bizimkindən  açıqca  geri 

qalır  -  burada  bizim  «mədəniyyət»  termininə  verdiyimiz  məna 

daha  az  dərəcədə  həyata  keçirilibdir.  Avropanın  şöhrəti  və  ola 

bilsin  ki,  faciəsi,  əksinə, həyatın belə transsen- dent  ölçülərinin 

bütün  nəticələrinin  tamamilə  axıra  çatdırılma-  sındadır.  Şərqdə 

müdriklik  və  əxlaq  heç  vaxt  özünün  ənənəvi  xarakterini 

itirməmişdin). 

14.

 

Müasir qlobal problemlərə sosial-fəlsəfi baxış 

Qlobal elə problemlərə deyilir ki, onlar ümumdünya xarakteri 

daşıyır. 

F.

 



Nitsşe, A.Şopenhauer, O.Şpenqler (1880-1936) və başqa 

fı-  losoflann  ideyalanndan  istifadə  edən  bir  çox  Qərb  alimləri 

sübut  etməyə  çalışırlar  ki,  böhran  hadisələri  insan  varlığının 

mahiyyətindən  doğur,  bütün  bəşəriyyətin  inkişafınm  daxili 

ziddiyyətlərini əks etdirir. Müasir qlobal problemləri onlar həm 

də sivilizasiyanın məhdud imkanlannm olduğunu sübut edən fakt 

hesab edirlər. Qərb qlobalistikası sıx şəkildə fəlsəfi, sosial- siyasi 

və iqtisadi konsepsiyalar ilə bağlıdır. 

Qlobal  problemlər  ümumbəşəri  xarakter  daşıdığı  üçün  həm 

indi  yaşayan insanlann,  həm  də  gələcək nəsillərin  taleyinə təsir 

göstərir. Ənənəvi olaraq aşağıdakı problemlər qlobal hesab edilir: 

dünya nüvə müharibəsinin  qarşısının  alınması; ölkələrin  inkişaf 

səviyyələri  arasındakı  kəskin  fərqin  aradan  qaldırılması, 

savadsızlığın,  aclığın  və dilənçiliyin  ləğv edilməsi; bəşəriyyətin 

iqtisadi  inkişafının  zəruri  təbii  ehtiyatlar,  o  cümlədən  ərzaq, 

xammal və eneıji qaynaqları ilə təmin edilməsi; ekoloji böhranın 

aradan  götürülməsi;  əhalinin  sürətlə  artmasının  yaratdığı 

problemlər və b. 

Alimlərin  bəziləri  qloballaşma  dedikdə  beynəlxalq  aləmdə 

baş verən bir sıra mühüm sosial-siyasi və iqtisadi prosesləri 



X.Ортега-и-Гассет. Что такое философия?, с.25-26. 

221 


nəzərdə  tuturlar:  iqtisadiyyatın  beynəlmiləlləşməsi,  dünyada 

vahid  rabitə  sisteminin  formalaşması,  milli  dövlətin 

funksiyasının  dəyişməsi  və  zəifləməsi,  transmilli  birləşmələrin 

rolunun  artması  və  s.  Digər  tərəfdən,  etnik  diasporanın,  dini 

hərəkatla-  nn,  mafioz  qrupların  fəaliyyətinin  güclənməsi  də  bu 

prosesə  təsir  edir.  Beləliklə,  qloballaşma  -  eyni  vaxtda  həm 

dövlətləra- rası, həm də transmilli formalarda inkişaf edən ikili 

prosesdir. Elə buna görə onun daşıyıcıları da çoxdur: dövlətlər və 

onların  koalisiyaları,  beynəlxalq  təşkilatlar,  qeyri-hökumət 

təşkilatlan. 

Müasir  dövrdə  belə  bir  fikir  geniş  yayılıbdır  ki,  qlobal 

münaqişələr fərqli sivilizasiyalara məxsus olan apancı dövlətlər 

arasında baş verir (S.Hanqtinqton və b.). 

222 



XVI.

 

XX əsrdə Şərqdə fəlsəfi və sosial-siyasi fikir 

1.

 

Şərq xalqlarının sosial-fəlsəfi irsi və müasirlik 

İndiki dövrdə Qərb tədqiqatçılan bir qayda olaraq «Şərq fikir 

tərzi»nin  fəlsəfi  təfəkkürə  biganəliyi  haqqında  olan  avropasen- 

trist  görüşləri  qəti  şəkildə  inkar  edirlər.  Lakin  bununla  yanaşı 

onların  bir  çoxu  hələ  də  fəlsəfəni  sırf  «Qərb  fikir  tərzi»  hesab 

edən  təsəvvürlərdən  azad  olmamışlar.  Şərq  alimlərinin 

əksəriyyəti  isə  keçmişin  milli  sistemlərini  Qərb  fəlsəfəsinə 

münasibət baxımından izah edirlər. Məsələn, «ənənəçiləD> milli 

mədəniyyətdə  fəlsəfənin  olmasını  təsdiq  edərək,  onu 

ümumiyyətlə dünyagörüşünün yeganə həqiqi forması mövqeyinə 

qaldınr və bu zəmində də Qərb fikrinin hər cür dəyərini inkar edir, 

üstəlik  onda  müasir  mənəvi  böhranın,  sosial  ziddiyyətlərin 

qaynağını  görürlər. 

«Qərbçilər»  isə,  əksinə,  Avropa 

mədəniyyətinin klassik nümunələri qarşısında baş əyir, öz fəlsəfi 

irslərindəki  zəngin  ənənələrə  etinasızlıq  göstərirlər.  Nəhayət, 

mötədil islahatçılar Şərq və Qərb mədəniyyətlərinin sintezi. Şərq 

və Qərb fikrinin inteqrasiyasını zəruri sayırlar. 

Beləliklə, indiki dövrdə Şərq ölkələrinin əksəriyyətində siyasi 

həyatın  demokratikləşdirilməsi  problemləri  daha  çox  iki 

bir-birinə  zidd  olan  başlanğıcların  mübarizəsi  və  yaxud  sintezi 

baxımından şərh edilir; ənənəvi (tradision) və müasir yanaşma. 

Asiya və Afrikanın müxtəlif ölkələrində xalqçılığa əsaslanan 

siyasi  nəzəriyyələr  əsasən  bir-birinə  oxşayır.  Bu  ölkələrdə 

sosial-siyasi  demokratiya  ideallanm  nəinki  ideologiya  və  siyasi 

nəzəriyyənin,  hətta  kütləvi  şüurun  tərkib  hissəsinə  çevirmək 

cəhdləri çox qüvvətlidir. Bu ölkələrdə siyasi qüvvələr kütlələrin 

ənənəvi  şüuruna  müraciət  edərək  bu  ideallann  birbaşa  siyasi 

mübarizəyə daxil edilməsinə kömək etmişlər. İnkişafın «üçüncü 

yol» konsepsiyası belə yaranmışdı. 

Bir  çox  müsəlman  ölkələrində  «islam  sosializmi» 

konsepsiyasının  tərəfdarlarına  indi  də  rast  gəlmək  olar.  Bu 

konsepsiya  XX  əsrin  60-70-ci  illərində  daha  çox  yayılmışdı. 

Hətta 30-cu 



223 


illərdə  məşhur  Hind-Pakistan  şairi  və  mütəfəkkiri  Məhəmməd 

İqbal bu fikrin ən qızğın tərəfdarlanndan olmuşdur. 

Rus mənşəli amerikan sosioloqu P.Sorokin hələ 1957-ci ildə 

haqlı  olaraq  göstərirdi  ki,  hələ  təxminən  XIV  əsrə  qədər  Qərb 

primitiv  mədəniyyətə  malik  idi.  Liderlik  Asiya  və  Şimali 

Afrikanın  böyük  sivilizasiyalannın  əlində  idi.  Misir,  Babilistan, 

İran,  Şumer,  Hett,  Hind,  Çin,  Aralıq  dənizi  hövzəsi 

(Yunan-Roma,  Krit-Makedoniya,  Ərəb)  və  başqa  sivilizasiyalar 

min  illər  boyu  inkişaf  etmiş,  sonralar  vaxtaşın  gah  tənəzzülə 

uğramış,  gah  da  çiçəklənmə  dövrü  keçirmişlər.  Hələlik  Qərb 

liderlik edir. P.Sorokin yazır: «...Lakin indiki dövrdə bu öndərlik 

demək olar ki, sona yetibdir. Bəşəriyyətin tarixi artıq daha geniş 

məkanda  -  Afnka,  Asiya,  Avropa  və  Amerikanın  kosmopolitik 

teatnnda cərəyan edir. Böyük tarixi dramanın növbəti pərdələrinin 

baş qəhrəmanlan olmağa Avropadan başqa həm də Amerikanın, 

Rusiyanın,  dirçəlməkdə  olan  Hindistanın,  Çinin,  Yaponiyanın, 

İndoneziyanın  və  islam  dünyasının  böyük  mədəniyyətləri 

hazırlaşırlar. Bu böyük dövr artıq hərəkətə gəlib və günü-gündən 

sürətlənİD>.’’^ 



2.

 

Yaxın və Orta Şərq ölkələrində sosial-fəlsəfi fikir 

Zamanın,  elmi-texniki  tərəqqinin  tələbləri  XIX-XX  əsr 

müsəlman  alimlərinin  -  azərbaycanlı  Cəmaləddin  Əfqani,  ərəb 

Məhəmməd  Abdo,  pakistanlı  Məhəmməd  İqbal və  başqalanmn 

görüşlərinə  ciddi  təsir  göstərmişdi.  Onlar  günün  tələblərinə  və 

ideyalanna uyğunlaşmaq  üçün islamı  yad  fikirlərdən təmizləyib 

saflaşdırmağa  çalışırdılar.  Həmin  mütəfəkkirlər  inanırdılar  ki, 

islamın  fundamental  müddəaları  müsəlmanlar  üçün  bütün 

dövrlərdə  aktual,  dəyişməz  olmuşdur.  İslahatçılann  təklifləri 

ümumiyyətlə  bir  məxrəcə  gətirilirdi:  bütün  vasitələrdən  istifadə 

etmək  lazımdır  ki.  Qərbin  elmi-texniki  nailiyyətləri  müsəlman 

dünyasının  malı  olsun.  Lakin  bir  şərtlə:  islamın  mənəvi-əxlaqi 

prinsipləri saxlanmalı, müasir konstitusiyaçılıq, parlamentçilik və 

sosial ədalət ideyalan ilə zənginləşdirilməlidir. 

П.Сорокин. Социальная и культурная динамика. СПб, РХГИ, 2000, с. 10. 

224 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə