Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə75/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   71   72   73   74   75   76   77   78   ...   164

Nəinki müsəlman ilahiyyatçıları, hətta müasir dünyəvi təhsil 

almış  alimlərin  də  çoxu  islamın  ictimai  həyatda  apancı  rol 

oynadığını  göstərirlər.  Onların  fikrinə  görə  islamın  keçici 

olmayan  dəyərləri  indi  də  insan  həyatının  bütün  sahələrində,  o 

cümlədən  iqtisadiyyatda  öz  əhəmiyyətini  saxlayır.  Quranın, 

peyğəmbərin  hədisləri,  şəriətin  ideyalan  müasir  inkişaf 

mərhələsinin tələblərinə qətiyyən zidd deyil, əksinə, bu ideyalar 

müsəlman  dünyasının  iqtisadi  və  mədəni  tərəqqisinin,  hələ 

tarixdə  misli  görünməmiş  yüksək  islam  sivilizasiyasının 

yaradılmasının  əsası  olmalıdır.  Onlar  göstərirlər  ki,  islam 

cəmiyyətində  bütün  sosial  sarsıntılann  aradan  götürülməsi  və 

şəxsiyyət  ilə  dövlət  arasında  ahəngdar  münasibətin  yaradılması 

üçün hər cür əsl insani şərait mövcuddur. 

Milli  ənənələr  islami  dəyərlər  ilə  o  qədər  sıx  əlaqədədir  ki, 

onlan  çox  hallarda  bir-birindən  ayırmaq  mümkün  deyil,  islami 

dəyərlər  milli-mədəni  irsin  və  ənənənin  aynlmaz  hissəsi  hesab 

edilir. 

2.1.

 

Ərəb ölkələrində sosial-siyasi və fəlsəfi fikir 

XIX  əsrin  axın  -  XX  əsrin  əvvəllərində  bir  çox  ərəb 

ölkələrində,  xüsusən  Misirdə  islahatçılıq  hərəkatı  geniş 

yayılmışdı.  Ərəb  islahatçıları  öz  qarşılarına,  əlbəttə,  dini 

ehkamlar  sistemi  kimi  islamı  düzəltmək  və  yaxud  islah  etmək 

məqsədi  qoymurdular.  Məhəmməd  Abdo,  Abd-ər-Rəhman, 

əl-Kəvakibi, Rəşid Rida, Abdullah Nedim və başqaları  «mömin 

sələflərimiz»in  yoluna  dönməyə,  islamı  sonradan  edilmiş 

əlavələrdən təmizləməyə çağınrdılar. 

Məhəmməd Abdo (1849-1905) deyirdi ki, müsəlmanlar yalnız 

Allahın iradəsinə tabe olmalıdır, kiminsə dini hakimiyyətə sahib 

olmasını, Allah ilə insanlar arasında vasitəçi olmasını rədd edirdi. 

Məhəmməd  Rəşid  Rida  (1865-1935)  xilafətin  yenidən 

dirçəldilməsi zərurətini sübut etməyə çalışırdı. 



Əli Əbdül Rəzaq (1888-1966) isə xilafətin ümumiyyətlə islam 

dininə heç bir aidiyyəti olmadığı fikrində idi. «İslam və 



225 


hakimiyyətin  əsaslan»  kitabında  deyirdi  ki,  Quranda  dövlət  və 

yaxud idarə forması kimi xilafət haqqında heç nə deyilmir. 

Bir  sıra  ərəb  ölkələrinin  siyasətində  islam  çox  vaxt  milli 

özəlliyin rəmzi kimi çıxış edir. Bununla yanaşı ərəb ölkələrinin 

bir  çoxunda  həm  də  milliyyətçiliyi  islama  zidd  olan  nəzəriyyə 

kimi  inkar  edən  müsəlman  maksimalistləri  fəaliyyət  göstərirlər. 

Onlar milliyyətçiliyi mahiyyət etibarilə milli eqoizmin təzahürü 

sayır,  elə  buna  görə  də  onu  korrupsiyaya,  mənəvi  pozğunluğa 

gətirən  bir  sosial  bəla  hesab  edirlər.  Maksimalistlərin  dediyinə 

görə  islam  bütün  insanlann  bərabərliyini,  millətçilik  isə  onlann 

müxtəlifliyini irəli sürür. 

Beləliklə,  ərəb  ölkələrində  mənəvi  irs  haqqında  danışarkən, 

üç mövqeyi ayırmaq olar: ənənəçilər, islam daxilində islahatçılar, 

qərbçilər. 

Ənənəçilərin  fikrincə  orta  əsrlərin  böyük  ərəb  filosoflan  əl- 

Kindi, əl-Ərəbi, İbn Rüşd və başqalanmn yaradıcılığı fəlsəfənin 

zirvəsi  olmuş  və  Qərb  fəlsəfəsinin  inkişafına  həlledici  təsir 

göstərmişdir.  Ərəb  ölkələrində  fəlsəfə,  onların  dediyinə  görə 

Qərbin yardımı olmadan meydana gəlib. Məsələn, Misir filosofu 

Mustafa  Əbd  ər-Razik  (1885-1947)  hesab  edirdi  ki,  hələ 

Aristotelin əsərləri ərəb dilinə tərcümə ediləndən əvvəl müsəlman 

hüququnun  (fıqxin)  meydana  gəlməsi  «müsəlmanlarda  fəlsəfi 

təfəkkürün yaranmasını göstərin). 

XX  əsr  Qərb  fəlsəfi  fikrinin  ərəb  ölkələrində  xeyli  tərəfdan 

olmuşdur.  Lakin  onlar  həmin  fikir  cərəyanlannı  öz  mənəvi 

dəyərlərinə uyğunlaşdırmağa çalışırdılar. Məsələn, İkinci Dünya 

müharibəsindən sonra ərəb ölkələrində geniş  yayılmış ekzisten- 

sializmin  təmsilçilərindən  biri  olan  misir  filosofu  Əbd  ər- 

Rəhman  Bədəvi  (1917-2002)  «millətçilik  məcrəsində  inkişaf 

edən  fəlsəfi  fikrin  Şərq  ölkələrindəki  başqa  həmkarları  kimi 

müasir  Qərbin  subyektivist  konsepsiyalarını  öz  xalqının  dini 

ənənələri ilə birləşdinnəyə cəhd göstərirdi». 

Bax: Философское наследие народов Востока и сопремениость. М.. «Наука», 1988. с.43. 

Современная философская и социологическая мысль стран Востока. М. «Наука». 1965. 

с.100. 

226 



2.2.

 

tran. İmam Ruhulla Xomeyninin 



sosial-siyasi görüşləri 

Xomeyni  (1898-1989)  göstərirdi  ki,  «islami  siyasi  ideal» 

proqramında  əsas  yeri  sosial  bərabərlik  və  siyasi  demokratiya 

tələbi  tutur.  Onun  fikrincə  ölkənin  ali  rəhbəri  ruhani  olmalıir. 

Xomeyni  inandırmağa  çalışırdı  ki,  islam  insanın  həm 

mənəviyyatca təkmilləşdirilməsi, həm də cəmiyyətin sosial-siyasi 

quruluşunun  müsbət  istiqamətdə  dəyişdirilməsi  üçün  əsas 

vasitədir. 

Xomeyni  islam  dövləti  haqqında  fikirlərini  bir  sıra 

əsərlərində, xüsusən «Vilayəti-fəqih» kitabında daha ətraflı şərh 

etmişdir. O, islamı yalnız din kimi deyil, həm də hərəkət proqramı 

kimi  qəbul  edirdi:  «İslam  haqq  və  ədalət  uğrunda  mübarizə 

aparan şəxslərin, azadlıq və müstəqillik istəyənlərin dini olmaqla 

bərabər  mübarizlərin  və  istismara  qarşı  duran  bir  xalqın 

məktəbidİD).*’^^ Xomeyni çıxış yolunu islam dövləti qurmaqda 

görürdü,  çünki  belə  dövlət  Allahın  iradəsini  ifadə  edir.  Belə 

şəraitdə sosial-siyasi və iqtisadi problemlər maddi-texniki deyil, 

mənəvi,  ilk  növbədə  islam  dəyərləri  sayəsində  həll  edilir.  O 

deyirdi:  «Onlar  Merkuri  planetinə,  kəhkəşanlara  getsələr  belə 

yenə əxlaqiyyat, səadət və ruhi yüksəklik baxımından acizdirlər 

və ictimai problemlərini həll edə bilmirlər. Ona görə ki, ictimai 

problemləri  həll  etmək  üçün  etiqadi  və  əxlaqi  yollar  lazımdır, 

maddi  qüdrət,  sərvət  toplamaq  onları  həll  edə  bilməz.  Sərvət, 

qüdrət  imana  möhtacdır  ki,  kamil  olub  insanın  qulluğunda 

olsun».*’’ 

2.3.

 

Türkiyə. Ziya Gökalpın sosial-fəlsəfi görüşləri 



Klassik Şərq fəlsəfəsi ilə yanaşı XIX əsrin axırları - XX əsrin 

əvvəllərində  Türkiyədə  Avropa  fəlsəfəsi  və  sosiologiyası  ilə 

tanışlıq  getdikcə  artırdı.  XVIII  əsr  fransız  maarifçilərinin 

görüşlərinə,  O.Kont  və  E.Dyürkheymin  sosiologiyasına  meyl 

daha güclü idi. Universitetlərdə xüsusi fəlsəfə &irsu öyrənilməyə 

başlanırdı. 



İmam Xomeyni. Vİlayəti-fəqih (islam hökuməti sistemi). Tehran, 1996, s.23. Yenə orada, 

s.34-35. 

227 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə