Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə77/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   73   74   75   76   77   78   79   80   ...   164

sında  mən  onu  gələcəyə  dərin  ümidlərlə  bağlı  gördüm.  Türkün 

ölməyəcəyinə  onun  qədər  inanmış  bir  adama  hələ  ki,  təsadüf 

etmədim».’’^ 

XX əsrin əvvəllərindən başlanan bu proses - Avropa fəlsəfəsi 

və sosiologiyası ilə tanışlıq və ona olan maraq bu gün də davam 

edir. 


Artıq  müasir  Türkiyənin  bəzi  universitetlərində  fəlsəfə 

fakültələri  fəaliyyət  göstərir,  bir  çox  humanitar  fakültələrdə  isə 

fəlsəfə  fənləri  tədris  edilir.  Fəlsəfənin  bütün  sahələrinə,  onun 

tarixinə  aid  əsərlər  yazılır.  Həm  Şərqin,  həm  də  Qərbin  klassik 

fılosofla-  nnın,  müasir  müəlliflərin  əsərləri  türk  dilinə  tərcümə 

edilib yayılır. Xüsusi dərgilərdə fəlsəfənin aktual məsələlərinə aid 

məqalələr çap olunur. Türk fəlsəfə cəmiyyəti səmərəli çalışır. 

3.

 

XX əsrdə Çin fəlsəfəsi 

Çinin  bütün  həyat  tərzinin  formalaşmasında  konfusiçiliyin 

böyük  rolu  olmuşdur.  Çin  fəlsəfəsinin  müxtəlifliyi  yalnız  Kon- 

fıısi  fəlsəfəsi  ilə  məhdudlaşmır.  Bununla  yanaşı  ictimai  fikir 

sahəsində başqa cərəyanlar da, o cümlədən xalq arasında kifayət 

qədər populyar olan buddizm və daosizm də fəaliyyət göstərir. 

XX  əsrin  birinci  yansında  ənənəvi  və  Qərb  fəlsəfəsi 

dəyərlərinin Çin üçün əhəmiyyəti haqqında mübahisələr geniş yer 

tuturdu.  Bu  mübahisələr  müxtəlif  şəkildə  indiyə  qədər  davam 

edir.  Çində  fəlsəfi  irsə  münasibəti  üç  hissəyə  bölmək  olar: 

ənənəvi,  tənqidi  və  Çin  ilə  Qərb  mədəniyyətinin,  o  cümlədən 

fəlsəfəsinin sintezi fikri. 

XX  əsrin  əvvəllərində  artıq  Çində  sosializmə  maraq 

başlamışdı.  Sosialistlərin  lideri  Sun  Yatsen  (1866-1925)  və  b. 

sosializmi marksizm anlamında deyil, ümumiyyətlə bərabərlik və 

ədalət idealı kimi başa düşürdülər. 

1949-cu  ildə  Çin  Xalq  Respublikası  yaradılandan  sonra 

Kommunist  partiyası  hakim  partiya  olur  və  Мао  Tszedunwt 

(1893- 1976) rəhbərliyi altında marksist fəlsəfə təbliğ olunmağa 

başlayır. Мао Tszedun dialektika, inqilab, sinfi mübarizə, ziddiy- 

''*• Yenə orada, s.5. 

231 



yətlər  və  s.  haqqında  əsərlər  yazır.  Tədricən  marksizmin  Çin 

variantı  hazırlanır,  marksizmin  bir  çox  əsas  müddəalan  təhrif 

edilir. 

XX  əsr  70-ci  illərin  axın  -  80-ci  illərin  əvvəllərində  Çində 

islahatlar  başlanan  vaxt  iqtisadi  dəyişikliklərin  siyasi 

dəyişikliklər ilə əlaqələndirilməsi zərurətini qəbul edənlərin sayı 

çoxalır.  Tədricən  bazar  iqtisadiyyatına  keçid  və  siyasi  sistemin 

nisbətən demokratikləşməsi  ölkəni irəli aparmaq  üçün ən vacib 

vasitə hesab edilirdi. 1980-ci ilin avqustunda D^/ı Syaopinin (öl. 

1996)  partiya  və  dövlət  rəhbərliyi  sisteminin  yenidənqurma 

proqramı ilə çıxışından sonra ölkədə geniş müzakirələr başlandı. 

Vaxtaşırı  bu  müzakirələr  buıjua  liberalizminə  qarşı  mübarizə 

bəhanəsi ilə dayandınlırdı. 

Den Syaopinin əsas müddəalan aşağıdakılar idi: «...Sosializm 

quruculuğunda  öz  xüsusi  yolumuzu  tutmaq,  Çinin  milli 

özəlliklərindən  çıxış  etmək,  Çinin  iqtisadi  və  mədəni  geriliyini 

aradan  qaldırmaq  çox  uzun  vaxt  tələb  edir;  bütün  ictimai 

münasibətlərin islahatı sahəsində mərkəzi məsələ iqtisadiyyatın, 

məhsuldar qüvvələrin inkişafıdır; əsas dayaq elm və texnikadır; 

ziyalılar  modernləşmə  prosesinin  əhəmiyyətli,  bərabərhüquqlu 

iştirakçısıdır;  sosializmdə  bazar  iqtisadiyyatmın  olması  normal, 

qanunauyğun  hadisədir;  iqtisadiyyatın  idarə  edilməsində 

kapitalist cəmiyyəti üçün xarakterik olan forma və metodlardan 

istifadə etmək kapitalizm yolu ilə getmək deyil; xüsusi mülkiyyət 

sosializm cəmiyyəti quruculuğunun aynimaz elementidir; xarici 

dünyaya açıq olmaq siyasəti olmadan islahatlan həyata keçirmək 

mümkün  deyil;  xarici  kapital,  texnika,  texnologiya  və  idarə 

metodlannı  təbliğ  etmək  vasitəsi  kimi  xüsusi  iqtisadi  zona  və 

rayonlann  yaradılması  ilə  hamının  varlanmasını  təmin 

etmək».*’^ 

İndiki dövr Çində ziyahlann bir qismi arasında neokonserva- 

tiv  neorealizm  adlanan  ideya  geniş  yayılıb.  Onlar  Kommunist 

partiyası  tərəfindən  qurulan  rejimin  nüfuzunu  müdafiə  edirlər. 

Yeni  realistlər  (və  yaxud  yeni  mühafizəkarlar)  radikal,  inqilabi 

dəyişikliklərə  qarşı  qəti  çıxış  edirlər.  Onlar  tədrici  islahat 

tərəfdarıdırlar; onların fikrincə demokratiya yaxşı şeydir, lakin bu 



В.Буров. Собственным путём. Bax: Журн. «Свободная мысль-XXI”, № 1,2003, с.50. 

232 


uzaq gələcəkdə mümkündür. İndi siyasətlə deyil, konkret işlərlə 

məşğul  olmaq  lazımdır.  Demokratik  hərəkatı  yeni  realistlər 

gələcəyi olmayan ziyanlı bir şey hesab edirlər. 

4.

 

XX əsrdə Hind fəlsəfəsi 

Görkəmli  hind-müsəlman  şairi  və  mütəfəkkiri  Məhəmməd 

İqbal (1877-1938) yüksək dünyəvi təhsil almış, həm Şərqin, həm 

də  Qərbin  ədəbiyyatı,  incəsənəti,  fəlsəfəsi  ilə  yaxından  tanış 

olmuşdu.  Bununla  yanaşı  qeyd  etmək  lazımdır  ki,  o,  bədii  və 

fəlsəfi  yaradıcılığında  daha  çox  islama  əsaslanırdı.  İqbal  hesab 

edirdi  ki,  həyatı  kökündən  dəyişdirmək  yalnız  islam  prinsipləri 

əsasında mümkündür. 

İqbal  Hindistan  Hökumət  kollecində  oxumuş  və  burada 

fəlsəfə  magistri  dərəcəsini  almışdır.  Sonra  o,  İngiltərənin  Kem- 

bric  universitetində  təhsilini  davam  etdirmiş,  Almaniyanın 

Münxen  universitetində  «İranda  metafizikanın  inkişafı» 

mövzusunda  doktorluq  dissertasiyası  müdafiə  etmişdir. 

Hindistana  qayıdandan  sonra  o.  Hökumət  kollecində  professor 

kimi fəaliyyət göstərmişdir. 

İqbal fəlsəfə və dinin bərabərhüquqlu olmalannı elan edir və 

göstərirdi ki, əgər fəlsəfənin vəzifəsi azad axtarışdırsa, di- ninki - 

inamdır. 

İqbal  fəlsəfəsinin  mərkəzində  insan  dayanır.  Onun  fikrinə 

görə Allah özünü insanda təzahür etdirir. Əgər Allah mütləq Mən 

kimi  çıxış  edirsə,  insan  sonu  olan  mənlikdir.  İnsan  mənliyinin 

Allah mənliyinə yaxınlığı sayəsində Allahın dərk edilməsi insan 

mənliyindən keçir. 

İqbalın  dünyagörüşü  sisteminin  əsası  məhəbbət  fikri  olduğu 

üçün  məhz  məhəbbət  həqiqəti  axtarmağın  başlanğıc  nöqtəsini 

təşkil  edir.  Onun  yaradıcılığında  sufizm  əhəmiyyətli  yer  tutur. 

İqbal  XIII  əsrin  böyük  sufi-şairi  və  mütəfəkkiri  Cəlaləddin 

Rumini özünün mənəvi müəllimi hesab edirdi. 

Hələ  Birinci  Dünya  müharibəsi  ərəfəsində  radikal  mövqedə 

dayanan bir sıra hind ziyalılanndan İqbalın fərqi onda idi ki, onun 

şüurunda siyasi azadlıq əxlaqi azadlıq anlayışı ilə, müasir 

y

 



233 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə