Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə78/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   74   75   76   77   78   79   80   81   ...   164

insan və ideal cəmiyyət təsəvvürləri ilə qınimaz surətdə bağlı idi. 

Bu konsepsiyanı  o, özünün  «Əsrar-i xuda»  («Allahın  sirri») və 

«Romuz-i  bihude»  («Sonsuz  rəmzlər»)  poemalannda  şərh 

etmişdir.  Sonrakı  əsərlərində  də  İqbal  dəfələrlə  bu  məsələyə 

qayıtmışdır, lakin bu barədə əsas fikrini «İslamın dini fikirlərini 

yenidən  qurmaq»  adlı  mühazirələrində  və  «Cavidnamə» 

(«Əbədilik kitabı») poemasında ətraflı izah etmişdir. 

İqbalın  ideal  cəmiyyəti  fəlsəfi  planda  məkan  və  zaman 

daxilində  hüdudsuzdur.  Lakin  siyasətçi  kimi  o,  çalışırdı  ki, 

cəmiyyəti  konkret  məkan-zaman  formalan  ilə  dövlətdə 

reallaşdırsın,  «müsəlman  millətçiliyi»  ideyasını  öz  ərazisi  olan 

dövlət  yaratmaq  uğrunda  hind  müsəlmanlannın  apardığı 

mübarizənin bayrağına çevirsin. Onun fikrincə dövlət birliyinin 

əsasında islamın dini prinsipləri dursa da, bu dövlət ruhanilərin 

siyasi hakimiyyətə sahib olmaları mənada teokratik olmamalıdır. 

İqbalın  belə  görüşlərinin  əsasında  «töuhid»,  yəni  vəhdət, 

təklik  prinsipi  durur.  Onun  sözlərinə  görə,  töuhidin  mənası 

«məhsuldar ideya kimi bərabərlik, həmrəylik və azadlıqdır. İslam 

baxımından  dövlət  bu  ideal  prinsipləri  məkan-zaman 

formalarına, müəyyən insani struktura çevirmək cəhdidir. Yalnız 

bu  mənada  islamda  dövlət  teokratiyadır,  o  mənada  yox  ki,  0 

Allahın yerdəki nümayəndələri tərəfindən idarə edilİD).'’"* 

İslamı  təkcə  dini  təlim  deyil,  həm  də  sosialist  tipli  sosial 

struktur  hesab  edən  İqbal,  təbiidir  ki,  özünün  sosial  idealını 

Qurana  istinad  edərək  əsaslandırmağa  çalışırdı.  Burada  o,  iki 

cəhətə  diqqət  yetirirdi:  birincisi,  islamda  kollektiv  başlanğıcın 

olması,  ikincisi.  Quranda  sosial  ədaləti  təmin  edən  sosial 

nizamlama sisteminin olması. 



Mahatma  Qandinin  (1869-1948)  fəlsəfi  görüşlərinin 

başlanğıc  prinsipi  Allahın  ilk  reallıq  kimi  qəbul  edilməsidir. 

Qandinin  anlamında  Allah  şəxsiyyətsiz  mütləq  (absolyut), 

dünyanın  mücərrəd  mahiyyətidir,  bütün  mövcudatın  səbəbi  və 

mənbəyidir. Allah gücdür, O həqiqətdir, əbədidir. Qandi dəfələrlə 

demişdir ki, insan zəkası Allahın mahiyyətini dərk edə bilməz. 



Sitat götürülüb: Л.Р.Полонская. А.Х.Вафа. Восток: идеи и идеология. М.. 1982. с.171. 

234 


Qandinin əxlaq təlimi, özünün dediyinə görə, insanın mənəvi 

kamilliyə çatması yollarını və vasitələrini göstərir. Məhəbbət və 

mərhəmət, Qandiyə görə, bütün insan münasibətlərinin əsasında 

durmalıdır, nifrət isə həyatdan tamamilə kənar edilməlidir. 

Qandi  azadlığa  dinc  vasitələr  ilə  çatmaq  tərəfdan  olmaqla 

qeyri-zorakı üsullan mütləqləşdirirdi. O, yazırdı: «qeyri- zorakılıq 

bəşəriyyətin  xidmətində  olan  çox  böyük  qüvvədir.  O,  insan 

dühasının  yaratdığı  ən  güclü  dağıdıcı  silahdan  daha 

güclüdün).Qandi  üçün  qeyri-zorakılıq  təkcə  üsul  deyil,  həm  də 

ideal  idi.  Qandinin  bütün  müddəaları  bu  və  ya  digər  dərəcədə 

qeyri-zorakılıq  konsepsiyası  ilə  əlaqədə  olmuşdur.  O,  «həyat, 

şəxsiyyət  və  mülkiyyət  üzərində  zorakılıq  olmayan»  bir  dünya 

qurmağı arzu edirdi. 

Qandi  Qərb  sivilizasiyasını  kəskin  şəkildə  tənqid  edirdi.  Bu 

tənqid milli azadlıq ideyalan ilə müşayiət edilir. O, imperializmi 

«Qərb dünyasının ən ağır günahı» hesab edirdi. Qandi göstərirdi 

ki,  sivilizasiya şəxsiyyətin  əxlaqi inkişafına nə dərəcədə kömək 

etməsi və ya mane olması ilə qiymətləndirilməlidir. 

Qandi  dövlətə  ümumiyyətlə  mənfi  münasibət  bəsləyirdi. 

Onun  fikrincə  dövlət  bir  sinfin  başqa  sinif  üzərində 

hökmranlığıdır. 

Qandi  xalqları  sülhə  və  əməkdaşlığa  çağınrdı.  Müharibəni 

ittiham  etmək  onun  qeyri-zorakılıq  konsepsiyasının  məntiqi 

nəticəsi  idi.  O,  deyirdi:  «Mən  inanıram  ki,  hər  hansı  müharibə, 

əlbəttə şər işidir», lakin hansı tərəfin işi ədalətlidirsə, o tərəfi mən 

mənəvi cəhətdən müdafiə edirəm. 



Rabindranat Taqor (1861-1941) böyük yazıçı və şair olsa da 

fəlsəfə ilə ciddi maraqlanmışdı. 

Taqorun  fəlsəfəsi  -  Ali  Reallığa  olan  poetik  münasibətə 

əsaslanır.  Onun  fikrincə  Ali  Varlıq  -  mənəvi  reallıqdır.  Ali 

Başlanğıc insana belə müraciət edir: «Mən səni sevirəm və səndən 

də  məni  sevməyi  xahiş  edirəm,  bizim  bir-birimizə  ehtiyacımız 

var».  Bu  məsələdə  Taqor  upanişad  təlimindən  bəhrələnir.  Bu 

təlimə görə şəxsiyyətsiz Mütləq Ali varlıqdır. Ta- 



Sitat götürülüb: А.Д.Литман. Современная индийская философия. M., 1985, с. 198. Sitat 

götürülüb; О.В.Мартышин. Политические взгляды М.К.Ганди. М., 1970, с.126. 

235 


qor  upanişad  təlimini  qəbul  etsə  də,  belə  hesab  edirdi  ki,  şəx- 

siyyətsiz  Mütləq  İnsan  qarşısında  özünü  İlahi  Şəxsiyyət  kimi 

göstərir.  Məhdudlaşmayanın  (Ali  Başlanğıcın)  məhdudlaşması 

Şəxsiyyət  deməkdir.  Allah  (Ali  Başlanğıc)  yaradan  vaxt 

Şəxsiyyət kimi mövcud olur. 

Taqora görə insan idrakının üç mənbəyi var: duyğular, ağıl və 

hiss üzvləri. Duyğularla insan dünyanı dərk edir, ağıl vasitəsilə 

insan məntiqə əsaslanan elm və fəlsəfəni  yaradır,  yalnız hisslər 

vasitəsilə  Ali  Varlıq  açılır,  reallaşır.  Taqor  göstərirdi  ki.  Ali 

Varlığın  reallaşması  insanı  əsl  rifaha  gətirir.  Məhəbbət  isə  ali 

rifahdır.  Allah  (Ali  Şəxsiyyət)  insanı  sevmək  səadətinə  çatmaq 

üçün  yaradır.  Bu  isə  o  vaxt  mümkün  olur  ki,  sevən  ilə  sevilən 

aynlıqda mövcud olurlar. Bu yolla Sonsuz Varlıq aynlır ki, özünü 

reallaşdırmaq üçün ikilik yaratsın. Taqora görə insan haqqında əsl 

həqiqət onun ikili təbiətidir. İnsan Yerin oğlu və Göyün varisidir. 

Kökü palçıqda olan, çiçəyi isə parlaq günəş işığına tərəf yönələn, 

bataqlıqda bitən lotos kimi, insanın da iki qütbü var: onun sonlu 

qütbü zərurət dünyasında, sonsuz qütbü isə İlahi qüvvəyə doğru 

can  atmasında  yerləşir.  Son  mərhələdə  biz  ikilikdən  vəhdətə 

doğru hərəkət  edirik. Taqor məktublannın birində  yazırdı:  «Biz 

gərək  bütün  dar  sərhədləri  aradan  qaldıraq  və  irəliyə  baxaraq 

Buddanın, İsanın və Məhəmmədin birləşdiyi günü gözləyək».'” 

R.Taqor 1913-cü ildə ədəbiyyat sahəsində Nobel mükafatına 

layiq görülmüşdü. 



Sarvapalli  Radxakrişnan^^^  (1888-1975)  alim-fılosof  və 

dövlət  xadimi  olmuşdur.  Əsas  əsərləri:  «Hind  fəlsəfəsi»  (1923, 

1927),  «Hindlinin  gözü  ilə  həyat»  (1927),  «İdealistin  gözü  ilə 

həyat»  (1932),  «Şərq  dinləri  və  Qərb  fikri»  (1939), 

«Brahma-sutra» (1959). 

1927-ci  ildə  Oksfordda  oxuduğu  mühazirələrdə  Radxakriş- 

nan deyirdi ki, hinduizm dini ehkamdan daha çox həyat tərzidir 

və onun əsasını mənəvi təcrübə təşkil edir. Meditativ praktika 



Bax: Великие мыслители Востока. М., «Крон-Пресс», 1998, с.334. 

'’®Вах: А.Д.Литман. Современная индийская философия, с.267-282; Великие 

мыслители Востока, с.357-363. 

236 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə