Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə80/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   76   77   78   79   80   81   82   83   ...   164

bizim  şahid  olduğumuz  texniki  innovasiyalann  tərəqqisinin 

əksəriyyəti maddi dəyərlərdən asılılığı azaltmağa yönəlib ki, bu 

da onların  getdikcə daha çox diversifikasiyasım  və informasiya 

xidmətinin  artmasını  təmin  etmək  yolu  ilə  olur.  Məhz  belə 

xarakter  innovasiyaya  malikdir;  onun  real  rolu  yaradıcı  biliyin 

meydana  gətirdiyi  dəyərin  əhəmiyyətinin  artması  yolunda  əldə 

edilən nailiyyətləri möhkəmləndirməkdir».^®’ 

Новая постиндустриальная волна на Западе, с.360. 

240 



III

 

BOLM

Ə Nəzəri 

fəlsəfə 

I.

 

Varlıq fəlsəfəsi: ontologiya 

1.

 

Fəlsəfədə varlıq problemi 

Geniş mənada varlıq - bütün real mövcud olanlara deyilir, o 

həm  maddi,  həm  də  mənəvi  ola  bilər.  Maddi  və  ideal  varlıqlar 

arasında  fərqi  göstərmək  zəruridir.  Maddi  varlığı  çox  vaxt 

mövcud  olmaq,  ideal  varlığı  isə  mahiyyət  adlandınrlar.  Müasir 

ontologiyaya  görə  varlıq  bütün  müxtəlifliyi  ilə  mövcudat  ilə 

eynidir.  B.Rassel  demişdi  ki,  «dünya  sadəcə  olaraq  var, 

vəssalam».  Deməli,  biz  dünyanın  nə  üçün  mövcud  olduğunu 

soruşmamalıyıq.  Bu  fikir  filosoflar  tərəfindən  birmənalı 

qarşılanmır. 

Varlıq  fəlsəfəsi  təfəkkürün  əsas  kateqoriyalanndan  biridir. 

Ontologiyanın predmeti - məhz antik dövrdən başlayaraq fəlsəfi 

təlimlərin nüvəsini təşkil edən varlıq olmuşdur. Ontologiya (yun. 

«ontos»-mövcud  olan,  «logos»-təlim)  varlıq  haqqında  təlim 

deməkdir. Birinci dəfə «ontologiya» termini alman filosofu 

R.Hoklenius  (1613)  tərəfindən  işlədilmişdir.  Alman  maarifçisi 



Xristian  Volf  (1679-1754)  isə  onu  öz  fəlsəfi  sisteminə  daxil 

edərək daha da təkmilləşdirmişdir. 

Fəlsəfə tarixində bir sıra filosoflar sübut etməyə  çalışmışlar 

ki,  sonsuz  kainat  keçici  deyil,  həmişə  olmuş  və  olacaqdır;  baş- 

qalan isə təsdiq edirlər ki, dünyanın həm zaman, həm də məkan 

daxilində başlanğıcı olduğu kimi sonu da var. Ayn-ayn əşyalar, 

canlı  orqanizmlər,  insanlar,  onlann  həyat  fəaliyyəti  sonludur, 

keçicidir. Başqa sözlə, varlıq problemi fəlsəfədə belə bir fikir ilə 

birləşdirilir ki, dünya ya keçicidir, ya da keçici deyil. 

Varlıq və yoxluq da işıq və zülmət, həqiqət və yalan, xeyir və 

şər  kimi  bir-birini  inkar  edərək  və  eyni  zamanda  şərtləndirərək 

qarşılıqlı  əlaqədə  meydana  gəlir.  Bu  anlayışların  hər  biri  0 

birisinə qarşı qoyulanda məna qazanır. Deməli, varlığın anti- 

241 



tezası - yoxluqdur. F.M.Dostoyevskinin fikrincə «varlıq yalnız 0 

zaman olur ki, onu qeyri-varlıq hədələyin). 

Varlıq anlayışı fəlsəfənin əbədi məsələsidir və bütün fəlsəfi 

sistemlərdə var. 

Varlığın  fəlsəfi  kateqoriyası  ilk  dəfə  qədim  yunan 

fəlsəfəsində  irəli  sürülmüşdür.  İlk  materialistlər  deyirdilər  ki, 

varlıq maddi, dağılmayan və yetkin Kosmos ilə eynidir. «Varlıq» 

sözünü isə fəlsəfi kateqoriya kimi antik dövrün filosofu Parme- 



nid (b.e.ə. V-IV əsrlər) irəli sürmüşdür. Onun fikrincə varlıq hiss 

üzvləri  vasitəsilə  qavranıla  bilən  əşyalar  dünyasından  kənarda, 

başqa sözlə, fikirdə mövcud olan şeydir. Varlığı həqiqi mövcud 

olan bir şey kimi müəyyənləşdirən filosof hesab edirdi ki, varlıq 

öz-özünə  meydana  gəlməyən,  məhv  edilməyən,  tək,  hərəkətsiz, 

zamanca  tükənməyən  mövcudatdır.  Varlığın  heç  nəyə  ehtiyacı 

yoxdur, hissi keyfiyyətlərdən məhrumdur, ona görə də onu yalnız 

fikir, ağıl ilə dərk etmək mümkündür. Platon isə təbii varlığı əsl 

varlıq dünyasına - təmiz ideyalara qarşı qoyurdu. Aristotelə görə 

materiyadan tam azad, ali mahiyyət olan təmiz ağıl, varlığı ehtiva 

edən  daimi  mühərrik  -  Allahdır.  Şərq  peripatetiklərinin 

(əl-Fərabi,  İbn  Sina,  Bəhmənyar  və  b.)  ontologiyası  Aristotelin 

zəruri  və  mümkün  varlıqlar  haqqında  fikirlərinə  əsasən  uyğun 

gəlir. 


Əl-Fərabi varlıq haqqında yazırdı: «Biz deyirik ki, varlıq iki 

növ olur. Onlardan birinə elə şeylər aiddir ki, onların mövcudluğu 

öz mahiyyətindən doğmur. Belə növ şeylər «mümkün varlıqlar» 

adlanır. Başqa növə isə elə şeylər aiddir ki, onların mövcudluğu 

öz  mahiyyətindən  doğur.  Belə  növ  şeylər  «zəruri  varlıqlar» 

adlanır».’  Əl-Fərabinin  fikrincə  zəruri  varlıq  «mükəmməldir;  o 

zəruri olaraq ən mükəmməl mövcudluqdur, səbəbdən - materiya, 

forma,  fəaliyyət  və  məqsəddən  azaddın).^  O,  fikrini 

yekunlaşdıraraq  deyirdi:  «Buradan  da  nəticə  çıxır  ki,  zəruri 

varlığın nə cinsi, nə görkəm fərqi, nə tərifi, nə də sübutu yoxdur. 

Əksinə,  onun  özü  hər  şeyin  sübutu  kimi  çıxış  edir.  O  keçici 

olmayan və əbədi varlıq kimi öz-özünə mövcud- 

 

• Ал-Фараби. Естественно-научные трактаты. Алма-Ата, 



1987. с.231. ■ Yeno orada, s.233. 

242 


dur...».^ «Onun əks tərəfi yoxdur, o təmiz xeyirxahlıqdır. O təmiz 

ağıl, təmiz ağlabatan, təmiz dərk edən varlıqdır ki, hər şey onda 

vəhdət təşkil edİD)."* * «Beləliklə, biz təsdiq edirik ki, şeylər ya 

zəruridir, ya da mümkündür. Üçüncü bölgü yoxdur. Bütün elmlər 

də  bu  fikirlərdən  birinə  əsaslanır,  onların  hamısı  bu  iki  sahəyə 

aiddİD>.* 

İbn  Sinanm  da  varlıq  haqqında  fikirləri  əsasən  əl-Fərabinin 

görüşlərinə uyğun gəlir. 

Sufizm  (təsəvvüO  fəlsəfəsinə  görə  maddi  dünya  müstəqil 

varlıq ola bilməz, çünki o yaradılıb, bu səbəbdən də o yalnız onu 

yaradan  Allah  sayəsində  mövcud  ola  bilər.  Məsələn,  böyük 

mütəfəkkir, sufi-şair Cəlaləddin Rumi (1207-1273) hesab edirdi 

ki,  yalnız  bir  Mütləq  Varlıq  var.  O  tək  və  şəriksizdir,  əbədi  və 

məkansızdır.  Bütün  Kainatı  -  canlı  və  cansız  təbiəti,  tək-tək 

əşyaları,  cəmiyyəti,  o  cümlədən  insanı  şərti  olaraq  varlıq 

adlandırsaq da, onlar fani və keçicidir, əvvəli və axın var. Deməli, 

yalnız bir Varlıq və yoxluq var. Bizə nəhəng və sonsuz görünən 

Kainat da Allahla müqayisədə heç nədir. «Dünya sənin nəzərində 

böyük  və  nəhayətsiz  görünsə  də,  bil  ki,  qüdrəti-İlahiqyə 

qarşısında bir zərrə də deyil».^ 

İntibah dövrü Avropasında maddi varlıq fikri ön plana çəkilir. 

XVII-XVIII  yüzilliklərdəki materialist fəlsəfədə də varlıq təbiət 

ilə məhdudlaşır, mənəvi dünya isə varlıq hesab edilmir. 

Yeni  dövr  fəlsəfəsində,  xüsusən  XVIII  əsrdən  başlayaraq 

Yumun skeptisizm və Kantın transsendentalizminin təsiri altında 

varlıq anlayışı fəlsəfi bilikdən kənarlaşdınlır. Fixtenin və Hegelin 

sistemlərində mənəvi-ideal varlığa üstünlük verilir. 

İdeyalar  dünyasını  əşyalar  dünyası  ilə  eyniləşdirən  Hegel 

varlığın  -  həm  idrakın,  həm  də  gerçəkliyin  başlanğıcı  olan  ən 

mücərrəd (abstrakt) kateqoriya olduğunu göstərirdi. 

Hegelin  sistemində  mütləq  ideyanın  inkişafı  təmiz  varlıq 

kateqoriyasından, heçlikdən və yaranmadan başlayır. Varlıq - 



’ Ал-Фараби. Естественно-научные трактаты. Алма-Ата, 1987. с.233. 

*

 

Yenə orada, s.234. 

* Yenə orada, s.415. 

‘ Mevlana. Mesnevi, I (524). 

243 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə