Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə83/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   79   80   81   82   83   84   85   86   ...   164

Əl-Qəzali,  başqa  sufilər  kimi  hesab  edirdi  ki,  yalnız  vahid 

Mütləq Varlıq var, o da Allahdır; bütün mövcud olanların hamısı 

Allah tərəfindən yaradıldığı üçün müvəqqəti və keçicidir, əvvəli 

olduğu kimi sonu da var. Əbədi olan - yalnız Allahdır. O məkan 

və zaman xaricindədir. 

İntibah  dövründə  və  yeni  tarixdə  sonu  olan  və  sonsuzluq 

kateqoriyaları  çox  hallarda  elmi  təfəkkürün  silahı  kimi  istifadə 

edilirdi.  Kainatın  sonsuzluğu  ideyası  onda  sonlu  və  sonsuzluq 

problemlərinin  təhlilini  müəyyənləşdirən  mərkəzi  ideya  idi. 

Bununla  yanaşı  sonsuzluq  ideyasına  qarşı  aqnostik  və  skeptik 

münasibətlər də meydana gəlirdi. Kant müəyyən mənada fəlsəfi 

fikrin bu istiqamətdə hərəkətini yekunlaşdırmışdı. 

Kantdan  sonra  sonlu  və  sonsuzluq  problemi  yenidən  fəlsəfi 

problemlər  arasında  əhəmiyyətli  yer  tutdu.  Hegel  sonlu  və 

sonsuzluq haqqında fəlsəfi təlimi daha da inkişaf etdirərək, ideal 

varlığı xarakterizə edən «həqiqi sonsuzluğu» və təbiətdə mövcud 

olan «yaramaz sonsuzluğu» bir-birinə qarşı qoyurdu. 

Marksist fəlsəfə materialist baxımından Hegel dialektikasm- 

dan istifadə edərək sonlu olan və sonsuzluq kateqoriyalanna tərif 

verir. Dialektik materializmə görə varlığın bütün formalan sonlu 

və  sonsuzluğun  vəhdətindən  ibarətdir.  Hər  bir  varlıq  müxtəlif 

münasibətlərdə bəzən sonu olan, bəzən isə sonsuz kimi çıxış edir, 

yaranır  və  yox  olur.  Elə  bir  varlıq  yoxdur  ki,  yalnız  sonlu  və 

yaxud  yalnız  sonsuz  olsun.  Beləliklə,  sonlu  və  sonsuzluq 

kateqoriyaları  elə  anlayışlardır  ki,  reallığın  ən  əsas  moment- 

lərini əks etdirir. Marksist fəlsəfə ətraf dünyanın ayn-ayn konkret 

təzahürlərinin və proseslərinin sonlu olması  fikrini materiya və 

hərəkətin  sonsuzluğu  və  tükənməzliyi  ideyası  ilə  birləşdirir. 

Gerçəkliyin  ayn-ayn  obyektlərinin  mütləqliyi  və  sonlu  olması 

onlann yalnız bir tərəfidir; onların başqa tərəfi - sonsuz imkana 

malik  olmalan,  onlan  tükənməz  edən  sonsuz  proseslərdə 

iştirakıdır. Hər bir obyekt sonsuz olduğu qədər də sonludur. 

Marksist fəlsəfə sonlu olmaq və sonsuzluq kateqoriyalarının 

elmi  idrakda  yerini  özünəməxsus  qaydada  müəyyənləşdirir. 

Sonsuzluq ideyası  elmi  idrak üçün o zaman zəruri olur ki,  elm 

ayrı-ayrı faktları qeyd etmək nəticəsində əmələ gələn sonu 



250 


olanın  empirik  təsviri  ilə  məhdudlaşmır  və  tədqiq  edilən  sonlu 

obyektlərin  təbiətini  müəyyən  edən  ümumi  qanunları  meydana 

çıxarmaq  yolu  ilə  gerçəkliyin  nəzəri  izahına  keçir.  İdrak 

prosesində  obyektin  qeyri-məhdudluğu  o  zaman  üzə  çıxır  ki, 

onun sərhəddini müəyyənləşdirmək mümkün olur. 

Pozitivist  ədəbiyyatda  hər  şey  sonlu  və  sonsuzun  riyazi 

tərifinin  təhlilinə  bağlanır.  XX  əsr  Qərb  filosoflarının  çoxunda 

sonsuzluğun  reallığını  ümumiyyətlə  inkar  etməyə  meyl  var. 

Onların  dediyinə  görə  sonsuz  odur  ki,  onun  axın  fikrə  gəlmir, 

sərhəddini  görmək  olmur.  Bu  mənada  məkan  və  zaman 

sonsuzdur, çünki onlar üçün bizim müəyyənləşdirdiyimiz və ləğv 

etdiyimiz  sərhəd  yalnız  bizim  biliyimizin,  hissi  idrakımızın  və 

düşüncəmizin  sərhəddidir.  Deməli,  sonu  olan  və  sonsuzluq 

kateqoriyaları təfəkkür vasitəsilə müəyyənləşir. 



4.

 

Dünyanın vəhdəti. Maddi və ideal 

Dünyanın vəhdəti probleminin həllindən asılı olaraq bütün fi- 

losoflan iki qrupa bölmək olar: monistlər və plüralistlər. 

Monist filosoflar hiss üzvləri vasitəsilə qavranılan cisimlər və 

onlann  təzahürlərinin  bütün  müxtəlifliyini  bir  əsasdan,  bir 

prinsipdən çıxış edərək izah etməyə çalışır, dünyanı müxtəlifliyin 

vəhdəti  kimi  qəbul  edirlər.  Plüralistlər  isə,  əksinə,  şeylərin 

müşahidə  edilən  çoxluğunu  izah  etmək  üçün  dünyada  bir  neçə 

ilkin başlanğıc, bir neçə əsas olduğunu təsdiq edirlər. Monizm və 

plüralizm - materialist və idealist monizm və plüralizmə bölünür. 

Plüralizmin  xüsusi,  lakin  geniş  yayılmış  variantı  kimi  fəlsəfə 

tarixində dualizmə çox təsadüf edilir. 

F.

 

Engels göstərirdi ki, fəlsəfənin əsas məsələsinin həllində 



ardıcıl  materialist  xətt  zəruri  olaraq  belə  bir  fikir  yaradır  ki, 

dünyanın  vəhdəti  birinci  növbədə  onun  maddiliyindədir. 

Dünyanın vəhdətini başqa üsullarla izah etmək idealizmə gətirir. 

İdealist  filosofların  da  əksəriyyəti  dünyanın  vəhdəti 

prinsipinin  tərəfdarıdır.  Onlar  bir  mənəvi,  ideal  başlanğıcın 

olduğunu  göstərirlər.  Monoteist  dinlər  isə  dünyanın  vəhdətini 

Allahın birliyində görürlər. 

251 



Bəs  ideal  mənəvi  dünya  nə  deməkdir?  Materialistlərə  görə 

ideya  maddinin  insan  beyninə  köçürülməsi  nəticəsində  yaranır, 

yəni maddi səbəb olmadan ideya yarana bilməz. 

Fəlsəfə  tarixində  bu  barədə  müxtəlif  fikirlər  var.  Məsələn, 

Platona  görə  ən  ümumi  olan  (yəni  ideya)  tək  olan  maddinin 

mövcudluğu üçün əsas şərtdir. Kanta görə ideya biliyin aprior'^ 

formasıdır. Hegel üçün mütləq ideya özü inkişaf edən obyektiv 

həqiqətdir  (yəni  obyekt  və  subyekt  üst-üstə  düşür)  və  bütün 

proseslərin yekunudur. Bir çox Şərq mədəniyyətlərində, məsələn, 

upanişaddan  (hinduizmdən)  başlayaraq  -  əşyavi  varlığın 

maddiliyi illüziyadır (xülyadır), görkəmdir və onun da arxasında 

ideal mütləq (absolyut) durur və s. kimi fikirlər geniş yayılmışdır. 

Müsəlman sufilərinin fikrincə yalnız bir Varlıq var: Allah. Bütün 

dünya,  o  cümlədən  insan  -  yaradıldığı  üçün  fanidir  (keçici  və 

müvəqqətidir).  Deməli,  Varlıq  (Allah)  və  heçlik  (bütün 

yaradılanlar) mövcuddur. Bu mənada dünya vəhdətdədir. 

Kari Popper reallığı təşkil edən üç dünya haqqında danışır: I 

Dünya  cisimlər  və  fiziki  obyektlərin,  yəni  təbii  faktlann 

dünyasıdır.  II  Dünya  subyektin  təcrübəsi,  yəni  şüurun,  fikrin, 

hissiyyatın  və  s.  dərk  edilən  və  yaxud  dərk  edilməyən 

vəziyyətidir.  III  Dünya  insan  ağlının  məhsuludur,  yəni  mif  və 

rəvayətlər, elmi nəzəriyyələr, incəsənət əsərləri, sosial təsisatlar 

dünyasıdır. Onun fikrincə, III Dünya obyektləri insanları yalnız 

həmin dünyanın obyektlərini yaratmağa deyil, həm də I Dünya, 

təbii  reallığa  təsir  edərək  onu  dəyişdirir  və  II  Dünyanın 

tələblərinə uyğunlaşdırır. Deməli, bu üç dünya vəhdətdədir. 

Apriori (lat. əzəli, ilk) əvvəldən şüurda olan, təcrübədən əvvəl əldə edilmiş bilik deməkdir. 

252 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə