Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə87/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   83   84   85   86   87   88   89   90   ...   164

mükəmməl  və  az  mükəmməl  kimi  ierarxik  şəkildə  bir-biri  ilə 

əlaqədə olurlar. 

Təbii  dil  elmi  anlayışlann  ilk  ifadə  vasitəsi  olmuşdur,  lakin 

mürəkkəbləşən  bilik  süni  işarə  sistemlərinin  də  məsələn,  riyazi 

dilin meydana gəlməsinə səbəb oldu. 

Nə üçün insanlar əsasən yazı,  yəni təsəvvürlər və anlayışlar 

üçün  deyil,  məhz  səslər  üçün  işarə  sistemi  yaratdılar?  Yazı, 

partnyorlar  (tərəf-müqabillər)  arasında  ünsiyyət  vasitəsi  kimi 

nəzərdə  tutulub,  çox  vaxt  bir-birindən  çox  uzaqda  olduğundan 

onlar  ola  bilsin  ki,  şəxsən  heç  görüşmürlər.  Ona  görə  də  bu 

prosesin  meydana  gəlməsini  nəzərdən  keçirərkən  təbii  olaraq 

ehtimal  etmək  olar  ki,  burada  müəyyən  mənada  bioloji  tələbat 

əsas  deyil.  Burada  birgə  yaşayışın  sosial  təşkili  ilə  şərtlənən 

tələbat həlledici rol oynaya bilər. Yalnız yazı, bilavasitə danışıq 

əlaqələrinin  məhdud  məkan  və  zaman  sərhədlərindən  kənara 

çıxmasına imkan verir. 

Nəticə  etibarilə  yazı  müəyyən  fikir  kimi  özü  də  insanların 

idrak  fəaliyyətinin  predmeti  olmuşdur.  Bu,  əlbəttə,  insan 

idrakının  inkişafının  daha  sonrakı  mərhələsində  baş  vermişdi. 

Fikrin  yazı  vasitəsilə  ifadə  edilməsinin  çoxdan  başlamış 

təkmilləşmə prosesi indi də davam edir. 

Bununla  yanaşı  qeyd  etmək  lazımdır  ki,  insan  dilinin 

başlanğıc və əsas forması şifahi nitqdir. Onun vasitəsilə istənilən 

məzmunlu fikri ifadə etmək olar. 

Platon  göstərirdi  ki,  yazı  çoxlu  problemlər  yaradır  və  şifahi 

sözə bir sıra şübhəli xidmət göstərir. İlk növbədə Platon yazını - 

sofıst  saxtakarlığı,  həqiqi  biliyin  mnemotexnika^^  ilə  əvəz 

olunması  hesab  edirdi.  Onun  fikrincə  yazı,  təbii  yaddaşın 

itirilməsinə  və  yaxud  pozulmasına  gətirib  çıxarır;  daha  sonra. 

Platona  görə  yazıda  sadə  kütlə  başlanğıcı  üstünlük  təşkil  edir, 

belə  ki,  onun  məlumatı  hər  bir  konkret  ünvan  üçün 

uyğunlaşmayıb. Aristokratik şifahi söz isə həmişə konkret insana 

və  yaxud  auditoriyaya  yönəlir.  Bu  mənada  yazı  öz 

məsuliyyətsizliyi  ilə fərqlənir, çünki  onun müəllifi artıq onu nə 

istiqamətləndirə, nə də nəzarət edə bilir. Platon deyirdi ki,  yazı 

həmçi- 


«Mnemonika» hafizəni möhkəmlətmək vasitəsi deməkdir. 

262 


nin, şifahi nitqdən tamamilə azad olmaq qabiliyyətində deyil və 

özünün  süni  yolla  yaradılan  xüsusi  qanunları  ilə  inkişaf  edərək 

ona təsir etməkdən məhrumdur. 

Heç bir elmi nəzəriyyə dilsiz yarana bilməz, maddi örtük olan 

dildən  kənarda  nəzəriyyənin  mövcudluğu,  başa  düşülməsi  və 

tətbiq  edilməsi  ağlasığan  şey  deyil.  Elmin  istifadə  etdiyi  dillər 

müxtəlif  ola  bilər:  bu  hər  şeydən  əvvəl  bizim  danışdığımız, 

ünsiyyət 

saxladığımız, 

bir-birimizi 

başa 

düşdüyümüz, 



nəzəriyyənin  anlaşılan  şəkildə  ifadə  edildiyi  təbii  dildir;  bu  dil 

süni yaradılan dil də ola bilər. Məsələn, obrazlar dili (incəsənət), 

simvol  və  işarə  dili  (riyaziyyat,  fizika,  başqa  təbiətşünaslıq  və 

texniki elmlər). Belə süni dillərdən bəziləri bizim çoxumuz üçün 

aydındır  (incəsənətin  obrazlı  dili),  başqalannı  (riyazi  və  s.)  isə 

yalnız  mütəxəssislər  başa  düşürlər.  Lakin  dildən  kənarda 

ümumiyyətlə heç bir elmi nəzəriyyə ola bilməz. 

İşarələr,  simvollar,  hərflər  (başqa  sözlə  əlifba)  anlayışların 

sözlüyünü  (lüğətini)  yaratmaq  üçün  istifadə  edilir  ki,  bu  da 

nəzəriyyə dilinin tərkib hissəsidir. Nəhayət, dilin bir komponenti 

də fikir söyləməkdir. 

Fəal  fikir  prosesində  insan  aktivliyinin  ən  əsas  və  ayrılmaz 

faktoru  kimi  məhz  dil  çıxış  edir.  Belə  ki,  dil  hər  şeydən  əvvəl 

ünsiyyət  vasitəsi,  hiss  və  həyəcanın  ifadə  vasitəsi,  fikrin 

başqasına  çatdınlması,  əldə  edilən  biliyin  saxlanma  vasitəsi, 

nəhayət,  fikri  əsaslandırmaq,  yəni  başqasını  nəyəsə  inandırmaq 

vasitəsidir.  Göründüyü  kimi,  dil  çoxfunksiyalıdır.  Məhz  dil  bir 

vasitə kimi məqsədə, yəni həqiqi biliyə can atan fikrin inkişafını 

müəyyən  edir.  Bununla  yanaşı  göstərmək  lazımdır  ki,  «dil 

haqqında danışarkən biz onu mütləq vasitə kimi qəbul edirik və 

bununla yanaşı dilin tədqiqinə müraciət edəndə biz onu öyrənmə 

predmetinə  çeviririk».”  Lakin  dili  yalnız  vasitə  kimi 

məhdudlaşdırmaq  olmaz.  «Dil  yalnız  vasitə  deyil,  həm  də 

başqalarından  fərqli  olan  məqsəddir,  bizim  əqli  inkişafımızın 

müəyyən  nəticəsidir.  Məhz  dilə  görə,  onu  bilmək  səviyyəsinə 

görə biz çox vaxt bilik səviyyəsinə qiymət veririk, dildə kon- 



Н.Ф.Овчишшков. Знание - боевом нерв философском мысли. - Вах: Жури. «Вопросы 

философии». № 2, 2001, с. 125. 

263 


kret  insanı,  təfəkkür  mədəniyyətinin  ölçüsünü  görürük. 

Məsələnin qoyuluşundan asılı olaraq dil bizim üçün həm vasitə, 

həm öyrənmə predmeti, həm də fəali)7ət məqsədi ola bilƏD).^** 

XX əsrdə Böyük Britaniyada, ABŞ-da, Kanadada, həm də bir 

sıra  Avropa  ölkələrində  «linqvistik  dönüş»  adlanan  hadisə  baş 

verdi,  dil  fenomeninə  nəzəri  marağın  yeni  dalğası  qalxdı. 

B.Rassel yazmışdır: «Mən hesab edirəm ki, dilin fəlsəfəyə təsiri 

dərin  və  demək  olar  ki,  dərkedilməz  olmuşdun>.^*  Bu  sahədə 

analitik  fəlsəfə  xüsusən  fərqlənir.  L.Vitgenşteyn  göstərirdi  ki, 

təbii  dillər  məntiqi  formalan  gizlətdiyi,  kölgədə  saxladığı  üçün 

«yalançı  problemlərin»  mənbəyi  olur.  Analitik  fəlsəfədə  riyazi 

məntiq dili nümunəvi dil sayılır. Vena dəməyi dili, xüsusən elm 

dilini  təhlil  etmək  ənənəsini  davam  etdirir.  Məntiqi  pozitivizm 

çərçivəsində «vahid elm» ideyası və ideal dil yaratmaq vəzifəsi 

irəli sürülür. 

XX  əsrin  30-cu  illərində  R.Kamap  elm  dilinin  məntiqi  sin- 

taksisi problemini irəli sürür. Elm dilinin yenidən qumiması təbii 

dilə yaxınlaşmaq vəzifəsi kimi başa düşülür. 

Bir çox filosoflar hesab edirlər ki, həm nəzəri, həm də praktiki 

fəlsəfə dilin təhlili ilə qırılmaz bağlıdır; başqalan isə deyirlər ki, 

fəlsəfə  bütövlükdə  dil  fəlsəfəsidir.  Məsələn,  alman  filosofu 

K.-O.Apel  (1922)  yazır:  «Kəskin  formada  demək  olar:  «ilk 

fəlsəfə»  artıq  «təbiət»in  və  yaxud  «şeylərin  mahiyyə-  ti»nin 

(ontologiyanın)  tədqiq  edilməsi  olmadığı  kimi,  o  həmçinin 

«təsəvvürlər»,  «şüur  anlayışları»  və  yaxud  «ağıl»  üzərində 

refleksiya  da  (idrak  nəzəriyyəsi  də)  deyil.  O  daha  çox  «dil 

ifadələrinin»  «əhəmiyyəti»  və  «mənası»  üzərində  refleksiyadır 

(dilin təhlilidir). Buna əlavə etmək olar ki, yalnız «nəzəri fəlsəfə» 

mənasında «ilk fəlsəfə» deyil, həm də «praktiki fəlsəfə», məsələn 

«metaetika»  kimi  etika  da  metodiki  olaraq  dilin  tətbiq 

edilməsinin fəlsəfi təhlili vasitəsilə ifadə edilməlidir, deməli dilin 

fəlsəfəsi olmalıdır. 



Yenə orada, s.I26. 

Б.Расссл. Логический атомизм. Аналитическая философия; становление и развитие. М., 

1998, C.25.



 

264 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə