Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə88/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   84   85   86   87   88   89   90   91   ...   164

Bu  qətiyyən  0  demək  deyil  ki,  dil  anlayışına  tərif  verərək 

fəlsəfə xüsusi elmlərin nəticələrini diqqətdən kənarda qoymalıdır 

və yaxud qoya biləD),^** 

4.3.

 

Mənlik şüuru 

Ümumiyyətlə, şüurun ayrılmaz hissəsi olan mənlik şüuruna - 

insanın özü-özünü əks etdirməsi, özünü ətraf dünyadan ayırmaq 

qabiliyyəti,  özünün  dünyaya  münasibətini,  bir  şəxsiyyət  kimi 

bütövlükdə  özünü,  özünün  hərəkətlərini,  düşüncələrini, 

maraqlannı,  ideallarını  və  s.  başa  düşmək  və  qiymətləndirmək 

daxildir. 

Hegelə  görə  mənlik  şüuru  öz-özlüyündə  kifayət  deyil,  onun 

başqa adamın mənlik şüuru olduğunun qəbul edilməsinə ehtiyacı 

var. Lakin bundan sonra o öz doğruluğunu, öz varlığına inamını 

itirir. «Mənlik şüuru özü-özündə və özü üçün ona görə və onun 

sayəsində  ola  bilir  ki,  o  özündə  və  özü  üçündür,  kiminsə 

başqasmmdır (mənlik şüurudur),  yəni o nə isə qəbul olunan bir 

şeydir».^^ 

Başqa  adamın  mənlik  şüuru  ilə  dialoq  prosesində  bizim 

mənlik şüuru özündən kənara çıxır, özünü başqa birisinin mənlik 

şüuru  ilə  eyniləşdirir.  Yalnız  bu  yolla  özünü  başa  düşmək  və 

qarşılıqlı  anlaşma  mümkün  olur.  Biz  başqasının  bizə 

münasibətinə  cavab  veririk,  özümüzün  daxilində  başqasına  da 

belə münasibət yaradırıq. 



4.4.

 

Ağıl və düşüncə 

Ağıl və düşüncə - təfəkkür fəaliyyətinin iki səviyyəsini ifadə 

edən fəlsəfi kateqoriyalardır. 

Ağıl - insan ruhunun elə qabiliyyəti, elə fəaliyyətidir ki, yalnız 

səbəbi  müəyyənləşdirməyə  deyil,  həm  də  dəyərlərin  dərk 

edilməsinə,  predmet  və  hadisələrin  universal  əlaqəsinə  və  bu 

əlaqələr daxilində məqsədəuyğun fəaliyyətə doğru yö- 

■‘’Bax: Журн. «Вопросы философии», № 1, 1997, c.78. 

Гегель. Сочинения. T.IV. M., 1934, c.99. 

265 



nəlir.  Ağılın  yardımı  ilə  dünyanı  başa  düşmək  cəhdinə  rasio- 

nalizm deyilir. 

Orta əsr ərəb filosofu İbn Rüşd deyirdi ki, yalnız bir fəal ağıl 

mövcuddur - İlahi ağıl, o da fərdin intellektini fəallaşdırır. Bütün 

insanlar  üçün  bir  ümumi,  əbədi  ağıllı  Ruh  mövcuddur,  fərdi 

ruhlar isə ölür. 

Kanta görə, düşüncə həmişə sonlu, məhdud xarakter daşıyır, 

ağıl  isə  elə  təfəkkürdür  ki,  sonsuz,  şərtsiz  və  mütləq  olanı 

tapmağa  çalışır.  Təfəkkür  -  təcrübə  sahəsində  vəhdəti 

formalaşdırmaq  qabiliyyətidir.  Bu  qabiliyyətdə  Kant  iki 

səviyyəni  ayırır:  qaydalar  (yəni  kateqoriyalar)  vasitəsilə  vəhdət 

yaradan  düşüncə  və  prinsiplər  vasitəsilə  düşüncə  qaydalannın 

vəhdətini  yaradan  ağıl.  Bu  o  deməkdir  ki,  ağıl  hissi  idrakın, 

təcrübənin  materiallarını  deyil,  düşüncənin  özünü  təşkil  edir. 

Kant yazırdı: «Bizim hər cür biliyimiz hisslərdən başlayır, sonra 

düşüncəyə  keçir  və  ağılda  qurtarır;  bizdə  müşahidə  materialını 

işləyib  hazırlamaq  və  onu  təfəkkürün  ali  vəhdətinə  çatdırmaq 

üçün ağıldan yüksək heç nə yoxdun>.^* 

Kanta  görə  ağıl mühakimə və əqli nəticəyə əsaslanır. Onun 

fikrinə görə «...ağıl xüsusini ümumidən çıxarmaq və bu xüsusini 

prinsiplərə  görə  və  nə  isə  zəruri  bir  şey  kimi  təqdim  etmək 

qabiliyyətidir.  Beləliklə,  ağıla  əsas  müddəalara  görə  hökm 

vermək  və  (praktiki  cəhətdən)  onların  əsasında  hərəkət  etmək 

qabiliyyəti  kimi  tərif  vermək  olar»;  «...düşüncə  qaydalar 

(vermək) qabiliyyətidir...».” Kant hesab edirdi ki, ağıldan yüksək 

heç  nə  yoxdur.  Ağıl  prinsiplər  yaratmaq  vasitəsidir.  Məhz 

prinsiplər, yəni əsas məntiqi başlanğıclar yaxşı nəticə verən hər 

bir  düşüncənin  ilkin  şərtidir.  Prinsip,  axtaran  fikrin  istiqamət 

verən momentidir. 

Hegel  ağıl və düşüncənin dialektikasını bir qədər başqa cür 

izah edirdi. O, göstərirdi: «...Bizim rasional adlandırdığımız şey 

əslində  düşüncə  sahəsinə  aiddir,  irrasional  adlandırdığımız  şey 

isə daha çox ağıllı olmağın başlanğıcı və nişanəsidin>.” 

И.Кант. Сочинения. В 6-ти rr., Т.З. M.. 1964, с.340. 

Yenə orada. Т.6, M.. 1966, s.438. 

Гегель. Энциклопедия философских наук. Т.1, М., 1974, с.415. 

266 



Hegel  real  aləmi  daxili  impuls  kimi  ziddiyyətlərin  təsiri 

altında  inkişaf  edən  mütləq  ağılın  təcəssümü  hesab  edirdi.  O, 

deyirdi ki, ağıl tarixdə şəxsiyyətüstü qüvvə kimi, şüur kimi çıxış 

edir,  varlığı  istiqamətləndirir  və  onu  özünün  xüsusi  şüuruna 

çevirir. 

A.Şopenhauerə görə ağıl xüsusi, başlanğıcdan insana xas olan 

mənəvi  qüvvə  deyil.  Bu  insanda  daha  əhəmiyyətli  təməlin,  ilk 

növbədə  təbii  xüsusiyyətlərin  sönməsinin  ağır  nəticəsidir. 

F.Nitsşe isə ağılın qabiliyyətinə qarşı daha kəskin çıxış edir. O, 

ağılı tor toxuyan «xəstə hörümçək» hesab edirdi. Həmin tor insan 

həyatını dolaşdırır, onu qurudur və cansız bir hala gətirir. 

Freydizmə  görə  isə  ağıl  başqa  psixi  hadisələrin  mənfi  təsiri 

altındadır.  Freydin  davamçısı  E.Fromm  yazmışdır:  «Freyd 

göstərmişdir ki, insanın ən qiymətli və insani keyfiyyəti olan ağıl 

özü  də  ehtiraslann  pozğun  təsirinə  məruz  qalır  və  yalnız  bu 

ehtirasları  başa  düşmək  ağılı  azad  edə  bilər,  onun  normal  işini 

təmin edər».^‘ 

K.Yaspersin  əsərlərində  «ağıl»  anlayışı  almanlara  xas  olan 

qaydada  qəbul  edilir.  Yəni  «ağıl»  dəqiq  olaraq  «düşüncə»dən 

fərqlənir.  Yaspersə  görə  düşüncə  ayırır,  fərqləndirir,  ağıl  isə, 

əksinə, birləşdirir, bizə yalnız xüsusi biliklə kifayətlənməyi yasaq 

edir; elm xüsusi biliklə məhdudlaşır. 

Ağıl  və  düşüncə  kateqoriyalarının  dialektikasının  əsasını 

nəzəri idrakdakı ziddiyyətlər təşkil edir. Məlumdur ki, nəzəriyyə 

həmişə prinsipcə sistemli xarakter daşımalıdır, lakin hər dəfə yeni 

ideyalann təzyiqi altında bu sistemin dağılması qaçılmazdır. Bu 

ziddiyyətlərdə  sabitlik  və  sistemlik  momenti  -  ağıl  kateqoriyası 

ilə, dəyişgənlik və tarixilik momenti isə - düşüncə kateqoriyası ilə 

təmsil  olunur.  Beləliklə,  nəzəri  idrakda  düşüncə  və  ağıl 

momentləri arasındakı ziddiyyət nəzəri (elmi) idrakın, bununla da 

ümumiyyətlə idrakın hərəkətverici qüvvəsi kimi çıxış edir. Lakin 

bu  o  demək  deyil  ki,  ağıl  və  düşüncə  bütün  hallarda  yalnız 

ziddiyyətdə  olurlar;  onlar  eyni  zamanda  bir-birini  qarşılıqlı 

şərtləndirirlər. Ağıl mövcud bilik 



Э.Фромм. Психоанализ и религия. В ки.: Сумерки богов. М., 1990, с. 147. 

267 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə