Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə94/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   90   91   92   93   94   95   96   97   ...   164

köməkliyi ilə müəyyən etmək olar (müşahidə, eksperiment və h.). 

Mühakimənin  analitik  həqiqiliyini  isə  yalnız  terminlərin 

mənasını  təhlil  etmək  yolu  ilə  müəyyən  etmək  olar.  Lakin 

həqiqətin  həm  empirik,  həm  də  analitik  kriterisi  son  nəticədə 

maddi kriteriyə - praktikaya dayanır. 

Praktika  fəlsəfi  kateqoriya kimi  insanlann hər şeydən  əvvəl 

öz  maddi  və  həmçinin  mənəvi  tələbatlarını  ödəməyə  doğru 

yönəltdikləri  maddi-dəyişdirici  fəaliyyəti  deməkdir.  Fəaliyyət 

anlayışı  praktika  anlayışından,  praktika  isə  əmək  anlayışından 

genişdir. 

Marksizmdə  praktika  anlayışı  deyiləndə  -  maddi-əmək 

(istehsal)  və  ictimai-tarixi  fəaliyyət  nəzərdə  tutulur.  K.Marks, 

«Feyerbax  haqqında  tezislər»də  özündən  əvvəlki  materializmi 

tənqid edərək göstərirdi ki, o inqilabi, praktiki-tənqidi fəaliyyətin 

əhəmiyyətini  başa  düşməmişdir.  İnsan  gerçəkliyi  yalnız  onu 

dəyişməkdə dərk edə bilər. 

Praktika  insanın  şüurlu,  məqsədyönlü,  yəni  subyektiv 

fəaliyyətindən  ayrılmazdır.  Başqa  sözlə,  insan  praktikası 

düşünülmüş  yaradıcılıq  və  məqsədli  fəaliyyət  olmadan  həyata 

keçirilə bilməz. 

Ümumiyyətlə,  insan  fəaliyyətinin  tədqiqi  ilə  məşğul  olan 

fəlsəfi  bilik  sahəsinə  praksiologiya  (yun.  «praktikos»  -  fəallıq) 

deyilir.  Sosial  fəlsəfə  fəaliyyəti  şəxsiyyətin  sosiallaşması  üsulu 

kimi  nəzərdən  keçirir.  Sosiologiyada  fbaliyyət  (sosial  hərəkət) 

sosial  orqanizmin  başqalarına  yönəlmiş  subyektiv  motivasiyası 

ilə xarakterizə edilən və şəxsiyyət ilə cəmiyyət arasında əlaqəni 

təmin edən hüceyrəsi kimi tədqiq edilir. Ontologiyada fəaliyyət 

insanın elə varlıq formasıdır ki, burada onun mövcudluq qüvvəsi 

daha  yaxşı  üzə  çıxır.  İdrak  nəzəriyyəsində  maddi  olan 

hissi-əşyavi fəaliyyət nəzərdən keçirilir. 

Fəlsəfədə  fəaliyyətə  -  insana  xas  olan  və  xarici  aləmin 

məqsədəuyğun  olaraq  dəyişdirilməsinə  yönəldilən  aktivliyin 

xüsusi  forması  kimi  tərif  verilir.  İnsan  fəaliyyəti  düşünülmüş, 

məqsədyönlü hərəkətdir. 

Materialistlərə görə maddi-dəyişdirici fəaliyyət insana özünü 

başa düşən subyekt kimi təbiətdən aynimaq imkanı verdi. 

284 



Məhz insan, tədricən özündə gerçəkliyin hissi-konkret, subyektiv 

obrazını  toplamaq  və  empirik  cəhətdən  ümumiləşdirmək 

qabiliyyətini  əldə  etmək və inkişaf etdirmək imkanından başqa, 

həm  də  öz  məzmununa  görə  anlayış,  mühakimə  və  əqli  nəticə, 

yəni fikri abstraksiya formasında tam bilik almaq imkanı qazanır. 

K.Marks yazırdı: «İnsan təfəkkürünün predmet həqiqiliyinə malik 

olması  məsələsi  heç  də  nəzəriyyə  məsələsi  deyil,  praktiki 

məsələdir.  Öz  təfəkkürünün  həqiqiliyini,  yəni  gerçəkliyini  və 

qüdrətini,  dünyəviliyini  -  insan  praktikada  sübut  etməlidir. 

Praktikadan  təcrid  olunmuş  təfəkkürün  gerçəkliyi  və  ya  gerçək 

olmaması haqqında mübahisə sırf sxolastik məsələdir».'*’ 

XX  əsr  Avropa  filosoflarının  çoxu  marksizmin  praktika 

haqqında  olan  fikirləri  ilə  razı  deyil.  Məsələn,  fransız  filosofu 

T.V.Adorno  (1903-1969)  nəzəriyyə  və  praktikanın  əlaqəsi 

haqqında demişdir: «Heç də təsadüfi deyil ki, marksist fəlsəfədə 

formalaşdırılan  və  sonralar  Lenin  tərəfindən  nəzəri  cəhətdən 

inkişaf  etdirilən  nəzəriyyə  ilə  praktikanın  birliyi  haqqında  fikir, 

ümumiyyətlə,  nəticədə  hər  hansı  nəzəri  mənadan  məhrum 

«diamat»m  kor  doqmasına  (ehkamına)  çevrildi.  Burada 

praktisizm  görkəmində  həm  sonsuz  irrasionalizm,  həm  də 

repressiyaya və insanı əzməyə söykənən praktika üzə çıxır».^® 

Praktikanın  həqiqətin  meyan  (kriterisi)  olması  fikrində 

müəyyən  həqiqət  var.  Lakin  hər  bir  elmi  nəzəriyyə  hökmən 

praktikada  yoxlanıla  bilməz.  Elmi  nəzəri)^ə  o  halda  sübut 

olunmuş hesab edilir ki, onun doğruluğu məntiqi vasitələrlə təsdiq 

edilir,  yəni  bir mühakimənin doğruluğu  əvvəllər  sübut olunmuş 

və yoxlanılmış mühakimənin köməkliyi ilə əsaslandı- nlır. Ancaq 

ən sadə həqiqətlər öz təsdiqini tez tapa bilər. Fəlsəfi həqiqətlər isə 

yalnız bütün bəşəriyyətin tarixi inkişaf praktikasında təsdiq edilir. 

Bir  çox  filosof  və  məntiqçilərin  dediyi  kimi  həqiqətin 

universal kriterisi mümkün deyil. Elmi nəzəriyyədə əsas məsələ 

həqiqətə yaxınlaşma ideyasıdır. Bəzi fikirlər faktlara uyğun- 

K.Маркс и Ф.Энгельс. Сочинения. Т.42. М.. 1974. с.261. 

5® Т.В.Адорно. Проблемы философии морали. М.. «Республика». 2000, с.8-9. 

285 



dursa  həqiqidir,  bəzi  fikirlər  başqalanna  nisbətən  faktlara  daha 

çox uyğundursa, onlara nisbətən həqiqətə yaxın hesab edilir. 

Biliyin  əsaslandırılması  problemi  idrak  nəzəriyyəsinin 

təməlidir. Burada hər şeydən əvvəl əsl başlanğıcın,  yəni biliyin 

təməlinin  nə  olduğunu  aşkarlamaq  tələb  olunur.  Elmi  idrakın 

sonrakı  inkişafının  necə  keçməsindən  asılı  olmayaraq  elmin 

təməli sarsılmaz olmalıdır. Əgər təməl düzgün qurulubsa - bina 

uçmaz.  Fəlsəfə  tarixində  həm  hissi  təcrübə,  həm  rasional 

intuisiya, həm də ağıl belə başlanğıc təməli olmaq iddiası ilə çıxış 

etmişlər. 

Eksperimental  sınaq  avtomatik  proses  deyil.  Bir  tədqiqat 

mərhələsində həlledici görünən eksperiment sonradan inandırıcı 

olmur və yaxud əksinə. Nəzəriyyəyə açıq-aydın uyğun gəlməyən 

eksperimentlər həmişə onlardan imtina etməyə gətirib çıxarmır. 

Tam  müvəffəqiyyətlə  hər  cür  sınaqdan  keçmiş  nəzəriyyələr  bir 

çox  hallarda  əvvəllər  o  qədər  də  əhəmiyyətli  hesab  edilməyən 

uyğunsuzluğa  görə  rədd  edilir.  Son  sözü  həmişə  alimlərin 

razılaşdınimış  ümumi  fikri  müəyyən  edir.  Hətta  bu  halda  da 

həqiqətin kriterisini obyektiv müəyyənləşdirmək çox çətin olur. 

Zaman  keçdikcə  kriterilər  də  dəyişif  və  əvvəllər  razılaşdırılmış 

qərara  yenidən  baxılır.  Nəzəriyyənin  yoxlanılma  prosesi,  onun 

yaradılma prosesi kimi heç vaxt başa çatmır və yaradıcılıq tələb 

edir. 

1.7.

 

İdrak və yaradıcılıq 

İdealizm  inandırmağa  çalışır  ki,  subyekt  xarici  təsiri  passiv 

deyil, aktiv (fəal) qəbul edir, hissi təcrübənin məlumatını idrakın 

öz  normalanna  uyğun  olaraq  yenidən  işləyir.  Deməli,  idealizm 

insan  şüurunun  fəallığını  tamamilə  müstəqil,  maddi  dünyanın 

fovqündə duran qüvvə hesab edir. Buradan da belə nəticə çıxır ki, 

dünya haqqında bilik ağılın öz konstruksiyasıdır. 

Materializm,  xüsusən  marksist  fəlsəfə  isə  tamamilə  başqa 

mövqedə dayanır. İnsan praktiki, dəyişdirici fəaliyyət prosesində 

xarici  aləmi  əks  etdirir.  Şüur  gerçəkliyi  əks  etdirmədən,  onun 

zəruri xassələrinə və əlaqələrinə, onun dəyişməsi və in 



286 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə