Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə95/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   91   92   93   94   95   96   97   98   ...   164

kişafı  qanununa  əsaslanmadan  yeni  heç  bir  şey  yarada  bilməz, 

çünki  insan öz şüurunun  yaradıcı fəaliyyəti nəticəsində  yeni  nə 

yaradırsa,  mövcud  olan  obyektiv  qanunlara  tabe  olmalıdır. 

Marksistlərin fikrinə görə materialist dialektika, onun qanun və 

kateqoriyalarının  sistemi  yalnız  nəzəri  planda  (idrakda)  deyil, 

həm  də  insanın  gerçəkliyə  praktiki  münasibətində  özünü 

göstərməlidir. 

İdrak  prosesində  insan  fərdin  malik  olduğu  bütün 

informasiyadan  istifadə  edir,  məsələnin  şərtlərinə  açıq  şəkildə 

daxil olmayan məzmunu açır, onu məlum olan biliklə müqayisə 

edir,  öyrənir,  problem  vəziyyəti  yenidən  dəyişir  və  məsələnin 

həllinə  başlayır.  Təfəkkür  vasitəsilə  insan  yalnız  yeni  bilik 

yaratmır,  həm  də  onun  sonrakı  inkişafı  üçün  yeni  metodlar 

hazırlayır. Bu yolla həyata keçirilən vəzifələrin dairəsi genişlənir. 

Bu o deməkdir ki, insan təfəkkürü yaradıcı xarakter daşıyır. 

Yaradıcılıq  subyekt  ilə  obyektin  elə  qarşılıqlı  təsiridir  ki, 

burada  subyekt  fəaldır,  xarici  aləmi  dəyişdirir,  obyekt  isə 

subyektin öz fəaliyyətini yönəltdiyi şeydir. Obyektin xüsusiyyəti 

həmin  fəaliyyətin  xarakterini  müəyyənləşdirir.  Bununla  yanaşı 

yaradıcılıq həm də subyektin özünün dəyişməsi, onun mənəvi və 

fiziki qabiliyyətinin inkişafı deməkdir. 

İdrakın  fəaliyyət  vəzifələri  ilə  əlaqəsi  onun  axtarmaq  və 

tədqiq etmək xarakterini müəyyənləşdirir. İdrak həm də problem 

xarakteri daşıyır. Öz fəaliyyətində subyekt varlığın əvvəllər ona 

məlum  olmayan  yeni  tərəfləri  ilə,  yeni-yeni  problemlər  ilə 

qarşılaşır.  Problem  elmi  nəzəriyyənin  yalnız  yaranmasının 

başlanğıcı deyil, o eyni zamanda nəzəriyyənin inkişafı prosesinə 

daxil edilir. 

Yeni  biliklərin  meydana  gəlməsi  ilə  əlaqədar  elm  daimi 

hərəkət vəziyyətindədir. Bu mənada elmi - yeni biliyin meydana 

gəlməsi sahəsi hesab etmək lazımdır. Çünki idrak subyektin aktiv 

fəaliyyəti olduğu üçün ondan böyük zehni və emosional gərginlik 

tələb  edir.  Bütün  əmək  sahələri  kimi  elmi  idrak  fəaliyyəti  də 

yaradıcı, pozitiv əməkdir. 

Bir  cəhəti  də  xüsusi  qeyd  etmək  lazımdır  ki,  elm  konkret 

şəxsiyyətlər, yaradıcı adamlar tərəfindən yaradılır. Yaradıcılıq 



287 


sahəsi  kimi  elmdə  şəxsiyyətin  rolu  olduqca  böyükdür.  Böyük 

elmi məktəblər böyük alimlərin ətrafında yaranır. 

Bununla  yanaşı  qeyd  etmək  lazımdır  ki,  öz-özlüyündə 

qabiliyyət, istedad, tərbiyə, təhsil insanı yaradıcı etmir. Tarixdə 

elə  hallar  məlumdur  ki,  bəzi  böyük  yaradıcılar  sözün  ümumi 

mənasında o qədər də mədəni, tərbiyəli adamlar olmamışlar. Belə 

bir paradoksu müşahidə etmək olar: insan geniş biliyə malik ola 

bilər,  kəşflər  edər,  elmi  irəli  aparar,  ancaq  eyni  zamanda 

ümumiyyətlə məhdud, təkəbbürlü, saxta və  yaxud sadəlövh  ola 

bilər. 


2.

 

Elmi idrak və onun metodları 

2.1.

 

Elmi idrakda ideya, problem, hipoteza, 

konsepsiya, nəzəriyyə anlayışları 

İdeya  (yun.  «idea»  -  görünən  şey,  obraz)  «məna», 

«əhəmiyyət»,  «mahiyyət»  anlayışlannı  ifadə  edən  fəlsəfi 

termindir.  İdeya  real  (istər maddi, istərsə də mənəvi) hadisələri 

başa  düşmək  formasıdır.  İdeyada  fikrin  məzmunu  ilə  faktların 

daha dolğun uyğunluğu baş verir. Reallığın öyrənilməsi və insan 

qarşısında  praktiki  vəzifələrin  qoyuluşu  ideyanın  xüsusiyyətini 

müəyyənləşdirir. 

Bəzi  fəlsəfi  sistemlərdə  ideya  çox  geniş  rriənada  insanm 

bütün mənəvi dünyasını idarə edən ruhun ən fəal fenomeni kimi 

şərh edilir. 



Problem  (yun.  «problem»  -  maneə,  çətinlik,  vəzifə)  idrakın 

inkişafı prosesində meydana çıxan və həll edilməsi mühüm əməli 

və  ya  nəzəri  maraq  kəsb  edən  məsələ  və  ya  məsələlər 

kompleksinə  deyilir.  Başqa  sözlə,  elmi  problem  obyekt,  onun 

əsaslandırılması  haqqındakı  bilik  ilə  yeni  empirik  məlumatlar 

arasında  baş  verən  və  keçmiş  nöqteyi-nəzər  ilə  izah  edilə 

bilməyən ziddiyyətdir. 

Problemlər  fundamental  (nəzəri)  və  tətbiqi  (texnoloji) 

hissələrə  bölünür.  Belə  bölgü,  əlbəttə  nisbidir.  Çünki  müasir 

elmdə  idraki  və  tətbiqi  aspektlər  getdikcə  daha  çox  bir-birinə 

nüfuz edir. 

288 



K.Popperə  görə  «...elm  problemlərdən  başlayır  və  sonra  isə 

onlarla  rəqabətdə  olan  və  tənqidi  dəyərləndirilən  nəzəriyyələrə 

doğru  inkişaf  edin>.^‘  Belə  fikir  hermenevtika  təmsilçisi 

X.Hadamerin  kəskin  etirazına  səbəb  oldu.  O,  sübut  etməyə 

çalışırdı  ki,  problemlər  alternativ  fikirlərlə,  dəlillərlə  həll  edilə 

bilməyən  ən  ümumi  məsələlərə  aiddir.  Ona  görə  də  Hadamer 

problemi  «sual  və  cavab  məntiqi  vasitəsilə»  anlamağı  tənqid 

edirdi.^^ 

Bizim  nəzəriyyələr  tarixən  bizim  problemlərdən  əvvəl  gəlir. 

Lakin elm müşahidələrdən deyil, yalnız problemlərdən başlayır. 

Nəzəriyyələr  bizi  çətinliklərə  və  ziddiyyətlərə  gətirib  çıxaranda 

adətən  problemlər  meydana  gəlir.  Ziddiyyətlər  isə  bəzi  aynca 

nəzəriyyədə, yaxud iki müxtəlif nəzəriyyənin və yaxud nəzəriyyə 

ilə  müşahidənin  toqquşduğu  vaxt  yaranır.  Məhz  problem  bizi 

öyrənməyə, biliyimizi inkişaf etdirməyə, eksperiment keçirməyə 

və  müşahidə  etməyə  məcbur  edir.  Elm  bir  problemdən  başqa 

problemə,  dərin  olmayan  problemdən  daha  dərin  problemə 

keçməklə tərəqqi edir. 



Hipoteza (yun. «hypothesis» - əsas, ehtimal, güman) elə elmi 

ehtimaldır  ki,  həqiqiliyi  hələ  sübut  tələb  olunur.  Hipote-  zanın 

zəruriliyi  onunla  şərtlənir  ki,  qanunlar  bilavasitə  ayn-  ayrı 

faktlarda  üzə  çıxarılmır,  çünki  mahiyyət  heç  vaxt  əşyanın 

səthində olmur. 

Hipoteza  -  müəyyən  fakt  və  hadisələri  doğuran  səbəblər 

haqqında 

əsaslandırılmış, 

elmi 

cəhətdən 



nizamlanmış 

məlumatlara zidd olmayan fərziyyəyə deyilir. Hipoteza öyrənilən 

hadisənin səbəbini tam dəqiqliklə üzə çıxarmaq çətin olduqda və 

yaxud qətiyyən mümkün olmadığı hallarda irəli sürülür. 

Hipoteza  məntiq  qanunlarına  uyğun  olaraq  obyekt  və  onun 

vəhdətini  fikirdə  yenidən  yaratmaqdır.  Deməli,  hipoteza  elmi 

problemin məntiqi yolla həll edilməsidir. Hipoteza nəzəriyyə ilə 

müqayisədə obyekt haqqında ehtimal olunan bilikdir. 

Hipotezanın  əsas  xüsusiyyəti  onun  güman  xarakteri 

daşımasıdır. Biz bilmirik ki, hipoteza həqiqət və ya yanlış olacaq. 



5' К.Поппер. Логика и рост научного знания. М., «Прогресс», 1983, с.485. Х.Г.Гадамер. 

Истина и метод. М., «Прогресс». 1988, с.443. 

289 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə