Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə98/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   94   95   96   97   98   99   100   101   ...   164

Problemin həllinə kompleks şəkildə yanaşma idrakın empirik 

və nəzəri tərəflərinin qarşılıqlı münasibəti tələb edir ki, əv- vəla, 

bu münasibət formal məntiqi baxımdan təhlil edilsin; ikincisi, bu 

münasibət  biliyin  inkişafında  bir  mərhələ  kimi  tədqiq  edilsin. 

İkinci  halda  empirik  və  nəzəri  tərəflər  idrak  prosesinin 

mərhələləri kimi təsvir edilir. 

Məntiqi olaraq empirik və nəzəri tərəflər aşağıdakı əlamətlərə 

görə  fərqlənirlər:  1)  bilikdə  olan  cümlələrin  xarakterinə  görə. 

Bilavasitə müşahidəyə aid olan cümlələr empirik tərəf kimi izah 

edilir,  qanunu  ifadə  edənlər  isə  nəzəri  tərəf  hesab  olunur;  2) 

empirik  və  nəzəri  tərəfləri  tədqiqat  obyektlərinə  görə.  Nəzəri 

obyekt  deyəndə  idealizə  etməyin  və  mücərrədləşdirməyin 

nəticəsi  nəzərdə  tutulur  (yəni  idealizə  olunmuş  və 

mücərrədləşdirilmiş  obyektlər).  Məsələn,  həndəsədə  nöqtə, 

düzxətt,  fizikada  mütləq  bərk  cisim  və  s.  nəzəri  obyekt  hesab 

olunur.  Empirik  obyektlərin  isə  bilavasitə  mövcud  olan 

nümunələri var. 

Başqa  sözlə,  müşahidə  və  eksperiment,  təcrübədən  alman 

faktlann  təsviri,  empirik  qanunauyğunluqların  qısa  xülasəsi 

empirik  səviyyəyə  aiddir.  Yuxanda  deyildiyi  kimi,  bu  mərhələ 

bütün elmi biliyin başlanğıc nöqtəsi, təməli olmuş və olmaqdadır. 

Lakin təcrübənin öz xarakteri əsaslı surətdə dəyişib, empirik və 

nəzəri  tədqiqat  üsullannm  bir-birinə  qarşılıqlı  nüfuz  etməsi 

güclənib.  Ən  elementar  müşahidələrdə  belə  cihazlar  tərəfindən 

qeyd olunan göstəricilər kifayət qədər yüksək dərəcəli mücərrəd 

anlayışlarda  istifadə  edilir.  Məntiqi  üsullar  (analiz  və  sintez, 

mücərrədləşdirmə və ümumiləşdirmə, induk- siya və deduksiya) 

empirik  və  nəzəri  səviyyələr  üçün  ümumi  olan  xüsusi  idrak 

metodlarıdır. Artıq empirik səviyyədə subyekt nəzəri anlayış və 

müşahidələr əldə edir. 

Hissi  təcrübə  öz-özünə  yaranmır  və  müəyyən  bir  empirik 

prosesin sonudur. «...Hissi təcrübə, həm də nəyinsə nəticəsi olan 

başlanğıcdır»,idrakın yeni mərhələsinin əvvəlidir. 

^ M.rypjiHa. 

296 



2.3. Elmi metod anlayışı 

Ən geniş mənada hər hansı məsələnin nəzəri, idraki, praktiki 

cəhətdən  həll  edilməsi  yoluna,  üsullarına,  qaydalarına  metod 

(yun.  «methodos»  -  məqsədə  çatmağın  üsulu)  deyilir.  Elmi 

idrakın  metodları  həqiqi  biliyin  əldə  edilməsi  yolları,  üsulları, 

qaydalandır.  Metodu  biliyin  formalaşması  üsulu  hesab  edən 

Hegel göstərirdi ki, metod fəlsəfi biliyin «məzmununun... daxili 

öz-özünə hərəkət forması haqqında şüurdun>.^* 

Hər bir metod müəyyən nəzəriyyə əsasında yaranır və həmin 

nəzəriyyə onun ilkin zəruri şərti kimi çıxış edir. 



Metodologiya elmi idrakın metodları, onların nəzəri cəhətdən 

əsaslandırılması  haqqında  təlimdir.  Dialektika  tərəfdarlarının 

fikrincə 

bu 


nəzəriyyə 

elmi 


axtanşlann 

istiqamətini 

müəyyənləşdirən  ümumi  metodologiya,  həm  də  ümumi  metod 

kimi çıxış edir. 

Qnoseologiyanın  indiki  inkişaf  mərhələsi  üçün  metodoloji 

plüralizm daha çox xarakterikdir. 

Metodları bir qayda olaraq iki qrupa bölürlər: 1) konkret elmi 

və ya xüsusi metodlar; 2) ümumi elmi metodlar. İndiki halda bizi 

məhz ikinci qrup metodlar maraqlandınr. 

Göstərmək lazımdır ki, metodlann empirik və nəzəri cəhətdən 

aynlması şərti xarakter daşıyır. Müşahidə, müqayisə, eksperiment 

daha çox empirik səviyyədə, idealizasiya və formaliza- siya isə 

nəzəri səviyyədə tətbiq edilsə də, bu o demək deyil ki, onlar 0 biri 

mərhələdə  tətbiq  edilə  bilməzlər.  Məsələn,  müqayisə  metodu 

nəzəri tədqiqatlarda geniş istifadə olunur, idealiza- siyanın məlum 

momenti isə empirik obyektlərin tədqiqi üçün zəruridir. Müşahidə 

isə obyekt haqqında məlum biliyə, müəyyən mücərrəd anlayışlara 

əsaslanır. Müşahidə vasitəsilə əldə edilən məlumatlar olduğu kimi 

,  təmiz  halda  istifadə  edilə  bilməz.  Onlar  ağılın  süzgəcindən 

keçirilir,  sözlərlə,  sxemlərlə,  cədvəllərlə  və  s.  təsvir  edilir  və 

müəyyən qaydada qeyd edilir. 

Marksistlər  dialektik  metodu  elmi  idrakın  ümumi  metodu 

hesab edirlər. Bu əlbəttə belə deyil. Bununla əlaqədar aşağıdakı 

Гегель. Наука логики. Сочинения. T.V, M.. 1937. с.32-33. 

297 



fikirlə  razılaşmaq  olar:  «Dialektik  metodun  öz  sərhəddi  və 

fəaliyyət  dairəsi  var  ki,  bunlardan  kənarda  onsuz  keçinmək 

tamamilə mümkündür. Onun hər şeyi izah etmək, bütün suallara 

yeganə  doğru  cavab  vermək  iddiası  yoxdur.  Lakin  özünün 

səlahiyyəti çərçivəsində, xüsusən inkişaf edən bütöv sistemlərin 

təhlilində  dialektik  metod  səmərəli  işləyə  bilər.  Əsas  məsələ, 

konkret  şəraiti  nəzərə  alaraq  onu  elmi  idrakın  başqa  üsul  və 

vasitələri ilə birlikdə bacarıqla tətbiq etməkdİD).*^*^ 

Bundan  başqa  mücərrədləşdirmə  və  ümumiləşdirmə,  analiz 

və  sintez,  induksiya  və  deduksiya  və  başqa  metodları  çox  vaxt 

aralıq qrupuna aid edirlər, çünki onlar idrakın həm empirik, həm 

də nəzəri mərhələlərində tətbiq edilir. 

Elmi  metod  problemi  təbiətşünaslığın  meydana  gəlməsi 

dövründə geniş müzakirə edilirdi. O dövrdə aydın oldu ki, elmi 

metodun  iki  başlanğıcı  var  -  eksperimental  (təcrübi)  və  nəzəri 

başlanğıc.  Elmin  tarixi  inkişaf  prosesində  metod  haqqında  olan 

təsəvvürlər  də  zənginləşir  və  mürəkkəbləşir.  Aydındır  ki,  elmi 

idrakın istənilən sahəsində tərəqqi başlıca olaraq elmi metodlarda 

baş verən dəyişikliklərlə şərtlənir. 

Metodlar  elmin  mahiyyətini  yaradır,  onun  birliyini  və 

qüvvəsini  təmin  edir.  Onlar  həqiqətin  açılmasına  və 

əsaslandırılmasına yönəldilmiş işlərin təşkilini ifadə edir. 

İndiki 

dövrdə 


elmi 

metod 


probleminin 

işlənib 


hazırlanmasında  iki  əsas  istiqamət  nəzərdə  tutulur.  Birinci 

istiqamət intellektin fəaliyyətini təhlil etməklə əlaqədədir və elmi 

təfəkkürün  psixologiyasını  tədqiq  etmək,  həmçinin  süni 

intellektin araşdırılması ilə stimullaşdırılır. Elmi tədqiqat ən vacib 

yaradıcılıq  proseslərindən  biridir.  Yaradıcılıq  prosesləri 

öyrənilərkən ən əsas diqqət təfəkkür prosesinə, onun fəallığına, 

ruh  yüksəkliyinə  və  səmərəliliyinə  yönəldilir.  İnsanın  bütün 

hərəkətlərini istiqamətləndirən və tənzimləyən ağıl daha qüvvətli 

emosional təəssürata daxil olur, ona görə də elmi metodun ma- 

hi}^ətini açmaq üçün həmin ağılı ətraflı bilmək lazımdır. 

Elmi  idrakın  təhlilindəki  ikinci  istiqamət  onun  yüksək 

ixtisaslaşmasının əsaslarının açılması ilə əlaqədədir. İntellektual 



Философия. Учебное пособие. Ростов-на-Дону, 1998, с.503. 

298 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə