Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə99/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   95   96   97   98   99   100   101   102   ...   164

fəaliyyət  yalnız elmi tədqiqat üçün deyil, eyni zamanda insanın 

başqa  fəaliyyət  növləri  üçün  də  xarakterikdir.  Elmi  idrakın 

müxtəlif üsullarını - həm maddi (cihazlar+ölçü texnikası), həm də 

sırf  intellektual  (riyaziyyat+nəzəri  sistemlər)  üsullannı  - 

hazırlamaq,  təkmilləşdirmək  və  tətbiq  etmək  elmi  fəaliyyətin 

spesifikasını şərtləndirir. 

Elmi  nəzəriyyələr  tədqiqatın  ən  əsas  mənəvi  və  intellektual 

silahıdır.  Elmi  metoda  yeni  bilik  əldə  edərkən  fəaliyyətdə  olan 

nəzəriyyə  kimi  tərif  vermək  olar.  Nəzəriyyənin  elmi  metodun 

strukturuna  daxil  edilməsi  ona  gətirib  çıxarır  ki,  gerçəkliyin 

müxtəlif fraqmentlərinin öyrənilməsi işində metod daha səmərəli 

olur. 


2.4.

 

Sinergetika 

XX  əsrin  axırlarında  sinergetika  adlanan  elm  sahəsi  geniş 

inkişaf  etdi.  Bu  elm,  müasir  dövrümüzdə  ümumi  metodologiya 

rolunu  oynamaq  iddiasındadır.  Dünyaya  yeni  baxışın  əsaslanm 

formalaşdırmağa  çalışan  sinergetika  təbii  və  sosial  sistemlərin 

ümumi qanunauyğunluqlarını axtarır, onların inkişaf ssenarisini, 

müxtəlif  tipli  strukturların  meydana  gəlməsi  mexanizmini, 

insanın və təbiətin təkamülünü, həmçinin mürəkkəb sosial və so- 

sioekoloji sistemləri təhlil edir. 

Sinergetika  -  mürəkkəb  sistem,  xaosda  müəyyən  qaydanın 

necə  yaranması  və  həm  də  bu  qaydanın  gec-tez  dağılması 

haqqında  elmdir.  Maraqlıdır  ki,  qayda-nizamın  yaranması  və 

dağılmasında  kiçik  təsirlərin  (fluktuasiyanın)  (lat.  «fluctatio»  - 

dalğalanma) rolu böyükdür. Belə təsirlər sayəsində bəzi hallarda 

sistem  nizama  salınır,  başqa  hallarda  bu  nizam  özünü 

tükəndirərək  dağılır  və  belə  halda  sistem  qeyri-sabit  vəziyyətə 

düşür. Deməli, həm sabitlik, həm də qeyri-sabitlik rejimləri daim 

dəyişir.  Sinergetikanın  meydana  gəlməsinə  qədər  elm  xaos  və 

qayda-nizamı  ayrı-ayrılıqda  nəzərdən  keçirirdi.  Həm  də  əsas 

diqqət məhz qayda-nizama yönəldilirdi, çünki onu nisbətən sadə 

riyazi  tənliklərlə  təsvir  etmək  mümkündür.  Sinergetika  xaosda 

qayda-nizamın yaranması, saxlanması və parça 



299 


lanması  yollarını  üzə  çıxarır.  Beləliklə,  sinergetika  öz-özünü 

təşkil edən mürəkkəb sistemlər haqqında nəzəriyyədir. 

Mütəxəssislərin  fikrincə  sinergetika  -  qeyri-klassik  dövrdən 

sonra gələn dövrdə ən vacib paradiqmadır.*^^ 

Sinergetikanın  yaradıcısı  German  Haken  (1927)  bu  elm 

sahəsinin  predmetini  aşağıdakı  kimi  müəyyənləşdirir:  «Mən 

«sinergetika» sözünü təklif edərkən aşağıdakı izahatı əlavə etdim: 

«qarşılıqlı  təsir  haqqında  təlim»;  «ayrı-ayrı  hissələrdən  ibarət 

olan sistemlərdə fəaliyyət göstərən ümumi qanunauyğunluqların 

tədqiqi».“ 

G.

 

Haken sinergetikanın əsas müddəalarını belə qruplaşdırır: 



«Mən  sinergetikanın  mahiyyətini  açan  aşağıdakı  mühüm 

müddəa- lan seçərdim. 

1.

 

Sistemin tədqiqi bir-birinə qarşılıqlı təsir göstərən bir neçə 



və ya daha çox eyni və yaxud müxtəlif hissələrdən ibarətdir. 

2.

 



Bu sistemlər xətti deyil. 

3.

 



Fiziki,  kimyəvi  və  bioloji  sistemləri  nəzərdən  keçirəndə 

istilik müvazinətindən uzaq olan açıq sistemlərdən söhbət gedir. 

4.

 

Bu sistemlər daxili və xarici tərpənmələrə məruz qalırlar. 



5.

 

Sistemlər qeyri-stabil ola bilər. 



6.

 

Keyfiyyət dəyişiklikləri baş verir. 

7.

 

Bu  sistemlərdə  yeni  emercent  (meydana  gələn  -  Y.R.) 



keyfiyyətlər üzə çıxır. 

8.

 



Məkant  zamany  məkan-zaman  və  yaxud  funksional 

strukturlar meydana gəlir. 

9.

 



Strukturlar  nizamlanmış  və  yaxud  xaotik  vəziyyətdə  ola 

bilərlər. 

10.

 

Çox 



hallarda riyaziləşmə mümkündüD>.“ 

Son vaxtlar «sinergetika» sözü bir çox hallarda «mürəkkəbin 

tədqiqi»  ifadəsi  ilə  əvəz  edilir.  «Nizam  xaosdan  yaraniD>  fikri 

sinergetika metodologiyasının təməlidir. 

* **

 

Paradiqma (yun. «paradciqma» - misal, nümuno) todqiqat mosololərini həll etmək üçün 



nümunə kimi götürülmüş nəzəriyyə və yaxud problemin qoyuluş modelidir. 

** Bax: Журн. «Вопросы философии», № 3, 2000, c.54. 

Yenə orada, s.55. 

300 


2.5. Əsas elmi və məntiqi metodlar 

Elmi və məntiqi metodlar bir-biri ilə aynimaz əlaqədə olduğu 

üçün onlan bir yerdə təhlil etməyi məqsədəuyğun sayınq. 

Müşahidə  tədqiq  olunan  obyektlərə  aid  hadisələrin 

məqsədyönlü,  əvvəlcədən  düşünülmüş  şəkildə  qəbul  edilməsi, 

qavranılmasıdır.  Müşahidədə  aparıcı  rolu  hiss  üzvləri  oynayır, 

onlar  bilavasitə  və  bilvasitə  (birbaşa  və  ya  dolayı)  olurlar. 

Müşahidənin zəruri tərəfi təsvir etməkdir. Müşahidə təzahürlərin 

mənasını öyrənmək üçün keçirilir. 

Müşahidəçinin vəziyyətindən asılı olaraq iki cür müşahidənin 

olduğunu göstərirlər: 1) hadisələrin kənardan qeydə alınması ilə 

məşğul  olan  sadə  (və  yaxud  adi)  müşahidə;  2)  birgə  həyata 

keçirilən  və  sanki  hadisəni  «içəridən»  təhlil  edən  müşahidə. 

Elmin  inkişafı  ilə  əlaqədar  müşahidə  daha  mürəkkəb  olur  və 

birbaşa  tətbiq  edilmir,  eksperiment  ilə  birləşir.  Təcrübənin 

səviyyəsi  və  müşahidəçinin  ixtisas  dərəcəsi  müşahidənin 

nəticəsinə daha çox təsir göstərir. 

Elmi tədqiqatın nəzəriyyəyə müraciət etmədən birbaşa təmiz 

müşahidələrdən başlaya biləcəyinə inanmaq cəfəngiyatdır. 

Müşahidə həmişə seçici xarakter daşıyır. Tədqiqat obyektini, 

müəyyən  məsələni  seçmək  üçün  hər  hansı  marağın,  baxışın, 

problemin olması lazımdır. Ən maraqlı müşahidə və eksperiment 

bizim  nəzəriyyələrimizin,  xüsusən  yeni  nəzəriyyələrimizin 

yoxlanması üçün əvvəlcədən təyin edilir. 

Eksperiment  (lat.  «experimentum»  -  sınaq,  təcrübə)  elə 

tədqiqat  metoduna  deyilir  ki,  o  obyektin  xassə  və  əlaqələri 

haqqında  informasiya  əldə  etmək  məqsədilə  yaradılmış  xüsusi 

şəraitdə  onun  uyğun  şəkildə  dəyişdirilməsini  və  ya  yenidən 

yaradılmasını  tələb  edir.  Eksperiment  həmişə  müşahidə  ilə 

əlaqədə  olur.  Lakin  eksperiment  aparılan  prosesdə  insan 

hadisələri  yalnız  passiv  şəkildə  müşahidə  etmir,  əksinə,  fəal 

surətdə  onlara  müdaxilə  edir.  Təbii  vəziyyətdə  bunu  etmək  ya 

olduqca çətindir, ya da heç mümkün deyil. 

Eksperiment  -  şəraitdən  asılı  olan  hadisələri  öyrənmək 

məqsədilə həmin şəraiti planlı qaydada təcrid etmək, quraşdır- 

301 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə