informasiya-kompüter inqilabı ictimai həyatın bütün
sahələrini - maddi istehsal və əmək, siyasət və təhsil sahəsini
əhatə edir. Beləliklə, cəmiyyət həyatının yeni sferası -
«texnosfera» meydana gəlir. Onu yaratmaqla insan təbiəti
sıxışdırır, nəticədə Yerin biosferasına antropogen təsir fəlakət
gətirir, təbii ehtiyatların yenidən bərpa olunması prosesi kəsilir.
Son vaxtlar «hipermodemizm» və yaxud «texnos» termini
meydana gəlib. Hiper (fovqəl, həddən artıq) modemizmə -
postmodernizm də deyilir. Texnikanın fəaliyyət vasitəsindən
substansiyaya (əsas başlanğıca) çevrilməsi ilə yeni, elə bil ki,
mədəniyyətin yerinə keçən bir dünya - Texnos yaranır. Bu
nəzəriyyənin tərəfdarları göstərirlər ki, Texnos başqa sahələr
(məsələn, texnosfera) ilə yanaşı sadə sfera deyil, məhz hər
sahəyə nüfiız edən bir şeydir. Tarix terminlərində cəmiyyət
vektor boyu hərəkət kimi ifadə edilir: ənənəvi - industrial-pos-
tindustrial (texnotron) cəmiyyətlər. Bu cəmi)^ət axırda ölür və
«Sistemə» çevrilir. Mədəniyyət terminlərində cəmiyyət -
realizmdən modemizmə və post (hiper) modemizmə keçiddir;
axırda mədəniyyət ölür və texnologiyaya çevrilir. Bu nəzəriyyə
təsdiq edir ki, təkamül bütövlükdə min illərlə vəhşilik və
barbarlıqdan, sonra isə əsrlərlə mədəniyyət və sivilizasiyadan
keçir; indi isə biz informasiya və texnika dövrünə daxil olumq.
Hipermodemizmin tərəfdarları sübut etməyə çalışırlar ki,
əgər təbiət - naturalizm, mədəniyyət - modemizmdirsə, Texnos -
hipermodemizmdir. Təbiət artıq keçmiş, baş vermiş Var-
lıqdırsa, mədəniyyət indiki dövrdə baş verən proses - Yaran-
madırsa, Texnos - gələcəkdir, layihədir, yaradıcılıqdır.
2.3.
Elmi-texniki tərəqqi
Elmi Texniki İnqilab (ETİ) - sadəcə olaraq elmdə inqilab və
texnikada inqilab deyil. Bu tərkib hissələri qarşılıqlı əlaqədə
olan iki tərəfli vahid inqilabdır. Burada elmi nailiyyətlər tezliklə
texnikada maddiləşir, ən yeni texnika isə elmin sonrakı inkişafı
üçün ilkin şərtlər yaradır.
435
Müxtəlif nəzəri sistemlərdə elmi-texniki tərəqqi (ETT)
müxtəlif cür adlandınlır. Marksist terminologiyasında onu
«elmi-texniki» inqilab, A.Tofflerin sivilizasiya tipologiyasında
«sosiotexniki» inqilab, daha çox «informasiya-kompüten> və
ya «informasiya-ekoloji» inqilab adlandırılır. Bu inqilabın
özəyini elektron-kompüter və biotexnoloji texnologiyanın
yaradılması
və
genişləndirilməsi
təşkil
edir.
İnformasiya-kompüter inqilabı dərin sosial dəyişikliklər üçün
zəmin hazırlayır.
Müasir elmi-texniki inqilab avtomatika, elektronika,
hesablama
texnikası,
mikroelektronika,
cihazqayırma,
aerokosmik
sənaye,
kütləvi
kompüterləşmə,
nüvə
energetikasının və s. coşğun inkişafı ilə əlaqədədir. ETİ,
beləliklə, istehsalın fizika, riyaziyyat, kimya, biologiya və s.
kimi elmlərin nailiyyətləri ilə sıx əlaqəsi ilə şərtlənir.
Əgər keçmişdə əl əməyindən maşınlı istehsala keçid insan
əzələsi qüvvəsinin maşınla əvəz olunması, fiziki əməyin
yüngülləşməsi ilə nəticələnən yeni eranın başlanmasına
gətirdisə, indi yeni tipli maşınların köməkliyi ilə mürəkkəb və
əziyyətli hesablama və bir sıra başqa zehni funksiyaları həyata
keçirmək, əqli əməyi yüngülləşdirmək və onun məhsuldarlığını
artırmaq olar. Elektron-hesablayıcı qurğular istehsalı
avtomatlaşdırmaq və idarə etmək imkanı yaradır. Fəlsəfənin
vəzifəsi ən yeni texnika ilə insanın zehni fəaliyyəti arasındakı
qarşılıqlı münasibəti, o cümlədən «süni intellekt» problemini
dərk etməkdir.
Elm bilavasitə məhsuldar qüvvə rolunu həqiqətən yerinə
yetirmək üçün istehsalın inkişafım qabaqlamalıdır. ETİ indi
həm elmi, həm texnika və texnologiyam, həmçinin də əməyin
və istehsalın idarə edilməsi sistemini əhatə edir.
ETİ yalnız elm və texnikaya deyil, ictimai həyatın bütün
tərəflərinə toxunan sosial prosesdir. ETİ işçinin şəxsiyyətinin
inkişafı, onun peşə, zehni, əxlaqi və estetik keyfiyyətlərinin
artması üçün şərait yaradır. Çünki müasir cəmiyyət ETİ-nin
nailiyyətlərini humanist məqsədlərlə birləşdirmək işində
maraqlıdır.
436
Qərb nəzəriyyəçiləri təsdiq edirlər ki, ETİ ilə əlaqədə olan
texnoloji dəyişikliklər cəmiyyətin elə yeniləşməsinə gətirir ki,
sosial inqilabın zəruriliyi və imkanı heçə enir, çünki həyata
keçirilən elmi-texniki inqilab hər hansı sosial inqilabdan daha
çox radikal nəticələrə gətirib çıxarır.
Elm və texnikanın qüvvətli inkişafı və onlann ictimai həyatın
bütün tərəflərinə, o cümlədən siyasi qrupların hazırlanması və
qəbulu sahəsinə təsirinin qüvvətlənməsi, texnokratizm
nəzəriyyəsinə görə sosial konfliktlərin və çaxnaşmaların aradan
qaldırılması üçün ən yaxşı yoldur.
Texnokratlar postindustrial, informasion və başqa
inqilablardan danışarkən güman edirlər ki, elmi-texniki tərəqqi
sosial
nailiyyətlərə
və
dəyişikliklərə
gətirir.
«AntitexnokratlaD> isə hesab edirlər ki, həmin elmi-texniki
tərəqqi məhdudlaşdırılmasa və nəzarət edilməsə, zəruri olaraq
sosial fəlakətə gətirib çıxanr.
Müasir elmi-texniki tərəqqi (ETT) ağlagəlməz dərəcədə qısa
müddətdə baş vermişdir. İndiki dövrdə dünya hələ görünməmiş
texnoloji çevriliş astanasında dayanıbdır. Bu prosesin sosial
nəticələrini hərtərəfli təsəvvür etmək çox çətindir. ETT- nin
yeni mərhələsi hər şeydən əvvəl, yuxanda deyildiyi kimi,
mikroelektronikanın, informatikanın və biotexnikanm sürətlə
inkişafı sayəsində baş verən yeni keyfiyyət dəyişiklikləri ilə,
istehsalın mexanikləşməsi və avtomatlaşması sahəsində yeni
nailiyyətlər ilə əlaqədardır.
Texnoloji yeniliklər cəmiyyətin sosial strukturuna böyük
təsir göstərir. Mahiyyətcə elə yeni sivilizasion mühit yaranır ki,
burada prinsip etibarilə tamamilə başqa əmək, idarəetmə,
istirahət sferası meydana gəlir.
Avropanın
müasir
ictimai
fikrində
«texnokratik
determinizmə» əsaslanan konsepsiyalar geniş yayılıbdır. Bu
cərəyanın tərəfdarları ETT-ni ictimai inkişafın aparıcı amilinə
çevirirlər. «Texnokratik determinizm» iki əsas müddəaya
söykənir: 1) cəmiyyətin texniki bazası insanın həyat
fəaliyyətinin bütün formaları arasında əlaqəni təmin edən
təməldir və bunun nə-
437
Dostları ilə paylaş: |