Beləliklə, Avropa İttifaqı çərçivəsində antiinhisar siyasətinin
konseptual bazası bütünlüklə neoklassizmə əsaslanmaqla
blokdaxili sosio-mədəni və digər aspektlərdə ortalığa çıxan
determinliyi birtərəfli qaydada prosesdən sərf- nəzər edir. Və,
əslində, Avropa İttifaqı inhisarlarla deyil, mənafe tarazlığına mənfi
təsir göstərən proseslərlə mübarizə aparır. Yuxarıda gəldiyimiz
qənaətin gerçəkliyi sözügedən inteqrasiya bloku daxilində tətbiq
edilən antiinhisar siyasətinin rəsmi konsepsiyasının məzmunu ilə
tam şəkildə sübuta yetirilir.
Hal-hazırda, Avropa İttifaqının antiinhisar siyasətinin əsas
çıxış nöqtəsi təsərrüfat subyektinin hegemon mövqeyindən doğan
nəticələrə söykənir. Əgər, bu halda tələbə uyğun olaraq mal çeşidi
vaxtlı-vaxtmda
yeniləşirsə,
bazara
daxil
olan
malların
rəqabətətablılığı,
keyfiyyət səviyyəsi yüksəlirsə, qiymətdən
elastiklik mövcuddursa, onda antiinhisar tədbirlərinə əl atılmır.
Başqa sözlə, inhisarçı strukturlar əks-inhisarlaşma prosesinə
mə’ruz qalmırlar.
Problemin qoyuluşu, eləcə də ona konseptual baxışın daxili
təbiəti açıq-aydın şəkildə göstərir ki, Avropa İttifaqı antiinhisar
siyasətinə, ümumiyyətlə, rəqabət mühitinin formalaşmasına
yanaşmada neoklassizm çərçivəsindən çıxmaq fikrində deyildir.
Gəldiyimiz qənaətin doğruluğu sözügedən inteqrasiya blokunun
antiinhisar praktikasının spesifik xüsusiyyətləri ilə əyani şəkildə
sübuta yetirilir.
Araşdırmalarımız
göstərir
ki,
Avropa
İttifaqında
inhisaryaradan proseslərlə mübarizə əsasən və başlıca olaraq bazar
subyektlərinin birləşməsi (qovuşması) yönlüdür və eyni zamanda,
bu aspektdə antiinhisar tədbirlərinə əl atmanın özü də müəyyən
çərçivə ilə məhdudlaşır. Bu halda ilkin olaraq birləşmənin miqyası
müəyyənləşdirilir. Əgər bu birləşmə Blok miqyaslıdırsa, onda
Avropa İttifaqının №4064/89 saylı Təlimatı tətbiq edilir. Birləşmə 3
kriteriya əsasında qiymətləndirilir: Dünya üzrə dövriyyə; Avropa
İttifaqı çərçivəsində dövriyyə və onun coğrafi bölgüsü.
Əgər birləşən (qovuşan) firmaların məcmu dünya dövriyyəsi
5 mlrd. ƏKYH; Blok çərçivəsində isə 250 mln.
255
ƏKyH-dan çoxdursa, onda birləşmə (qovuşma) Avropa İttifaqı
miqyaslı hesab edilir. Eyni zamanda, göstərmək lazımdır ki, hər
hansı bir üzv-ölkənin daxilində və ona məxsus olan fırmalann
birləşməsi sırf milli məzmun daşımaqla istisna təşkil edir və bu
prosesə sözügedən Təlimat tətbiq edilmir. Yə’ni, bu halda da
həmin birləşmə (qovuşma) milli qanunvericiliyin təsir dairəsinə
düşür.
Avropa İttifaqının qanunvericiliyində birləşmə (qovuşma)
prosesləfilSənhdə
nəzarətini IH ofqän həyata
keçirir: Komissiya və Avropa rnəhkəməsi. Eyni zamanda, üzv-
ölkələrin'büpfosesəqarışması imkanlan da mövcuddur. Belə ki,
bunun üçün iki istisna nəzərdə tutulur:
1)
Əgər üzv-ölkə Komissiyaya sübut edə bilsə ki, birləşmə
(qovuşma) onun daxili bazarının hər hansı bir seqmentində
rəqabətin normal gedişinə maneə yarada bilər;
2)
Rəqabətə aidiyyəti olmayan məsələlərdə Komissiya ilə
paralel surətdə hərəkət edə bilər. Məsələn, ictimai təhlükəsizlik
(müdafiə kompleksi sferasında); İnformasiya üzərində mülkiyyətin
ifrat təmərküzləşməsi və s.
Firmaların
birləşməsinin
(qovuşmasının)
qiymətləndirilməsində Komissiya iki kriteriyadan çıxış edir.
1 )Birləşmənin (qovuşma) bazannın strukturuna təsiri;
2)
Birləşmənin (qovuşma) blokdaxili rəqabətə təsiri.
Əgər birləşmə Avropa İttifaqı iqtisadi məkanında rəqabətin
normal gedişinə əhəmiyyətli dərəcədə təsir göstərərsə, onda həmin
müqavilə qadağan edilir. Bununla yanaşı, firmanın hegemon
mövqedə olmasını qiymətləndirmək üçün Komissiya həmin
subyektin fəaliyyət göstərdiyi mal bazannı müəyyənləşdirir və
onun coğrafi xarakteristikasını nəzərə almaqla hegemon mövqenin
mövcud olub-olmamasını dəqiqləşdirir. Birləşmə (qovuşma) üçün
qoyulan limit bazar payının 25%- dən çox olmasıdır.
Antiinhisar prosedurasının pozulmasında əsasən aşağıdakı
tədbirlərdən istifadə olunur:
1)
Qadağa;
2)
Cərimə;
256
3)
Zəmanət
(birləşən
firmaların
Komissiyaya
verdikləri zəmanət). Buna əsasən aşağıdakılar aid edilir: Qiymətli
kağızların bir hissəsini rəqib firmalara satmaq; Müstəsna hüquq
verməklə satışın təşkili üzrə münasibətləri yenidən qurmaq.
Qeyd etmək lazımdır ki, əksər keçid iqtisadiyyatlı ölkələr
antiinhisar qanunvericiliyinin formalaşdıniması və antiinhisar
siyasətinin tətbiqində prinsip etiban ilə Avropa sisteminə
maksimum uyğunlaşma istiqaməti götürmüşlər.
Rusiya I^ederasiyasmda^^
qanunvericiliyi çoxlu
sayda qanun, sərəncam və normativ aktlara əsaslanır ki, bunların
içərisində də 9 qanun və normativ akt, o cümlədən 22 mart 1991-ci
il
tarixli
«Əmtəə
bazarlarında
inhisarçı
fəaliyyətin
məhdudlaşdıniması və rəqabət haqqında», 30 noyabr 1995-ci il
tarixli «Maliyyə-sənaye qruplan haqqında», 17 avqust 1995-ci il
tarixli «Təbii inhisarlar haqqında», 14 aprel 1998-ci il tarixli
«Xarici ticarətdə Rusiya Federasiyasının iqtisadi maraqlarının
mühafizəsi üzrə tədbirlər haqqında» və s. qanunlar əlahiddə
əhəmiyyət kəsb edir. Rusiyada antiinhisar siyasətini həyata
keçirmək, bazar strukturlannı dəstəkləmək, əmtəə bazarlannda
inhisarçı təmayülləri aradan qaldırmaq məqsədi ilə ilkin olaraq
Antiinhisar siyasəti üzrə Dövlət Komitəsi və ərazi orqanları
yaradılmışdır. Lakin, bu struktur öz fəaliyyətində gözlənilən effekti
əldə edə bilmədi və 1999-cu ildə həmin orqanın bazasında
Sahibkarlığa kömək və antiinhisar siyasəti üzrə Nazirlik təsis
edildi. Eyni zamanda, bu vaxta qədər müstəqil fəaliyyyət göstərən
bir sıra profil strukturları-nəqliyyatda təbii inhisarlan
tənzimləmək üzrə Rusiya Federal xidməti; Rabitə sferasında təbii
inhisarlan tənzimləmək üzrə Rusiya Federal xidməti; Kiçik
sahibkarlığın dəstəklənməsi və inkişafı üzrə Dövlət Komitəsi yeni
yaradılan Nazirliyin tərkibinə daxil edildilər.
Rusiya Federasiyasının antiinhisar qanunvericiliyinə görə
müəssisə o halda inhisarçı hesab olunur ki, əvəzedicisi (substitut)
olmayan, yaxud komplementär (tamamlayıcı) əmtəə bazannda
hegemon mövqe tutsun. Əgər hər hansı bir əmtəə
257
Dostları ilə paylaş: |