'J
II.
iqtisadi təmərküzləşmənin güclənməsi üzərində nəzarət;
III.
Hakimiyyət orqanlarının rəqabətə neqativ təsir göstərə
biləcək hərəkətlərinin qadağan olunması;
IV.
Haqsız rəqabətin qadağan olunması;
V.
Antiinhisar nəzarətinin vasitəsi kimi reestrdən istifadə
edilməsi.
Məhdudlaşdırıcı tədbirlər bir qayda olaraq, antiinhisar
orqanı tərəfindən antiinhisar qanunvericiliyini pozan təsərrüfat
subyektlərinin fəaliyyətinə tətbiq edilir. Bu tədbirlər kompleksi
Özündə inhisarçı fəaliyyətin və haqsız rəqabətin, rəqabətin
inkişafına mənfi təsir göstərən hakimiyyət orqanlarının
hərəkətlərinin qadağan olunmasını ehtiva edir.
İnhisarçı fəaliyyətə qoyulan qadağa iki istiqaməti özündə
əks etdirir:
1)
Rəqabəti məhdudlaşdırmaq iqtidarında olan sazişlərin
qadağan edilməsi;
2)
Bazar subyektinin hegemon mövqedən sui-istifadə
etməsinin qadağan olunması.
Qeyd etmək lazımdır ki, müasir şəraitdə elə ən çox rast
gəlinən hal məhz bazar subyektinin hegemon mövqedən sui-
istifadə etməklə rəqabəti məhdudlaşdırmaq cəhdidir. Eyni
zamanda, rəqabətin məhdudlaşdırılması istiqamətində tez-tez rast
gəlinən inhisarçı hərəkətlər sırasına kontragentə sərfəli olmayan
müqavilə şərtlərinin qəbul etdirilməsi, qiymətin əmələ gəlməsi
qaydalarına riayət edilməməsi, müəssisələrin razılaşdırılmış
hərəkətləri də daxildir. Empirik tədqiqatlar göstərir ki, bütövlükdə
MDB məkanında fəaliyyət göstərən iqtisadi subyektlərin (bazarda
hegemon mövqedə olan) 40%- dən çoxu əmtəə və xidmətlərin
satışında əsaslandırılmamış yüksək qiymət tətbiq edirlər.
^Ümymiyyətlə, antiinhisar qanunvericiliyi birmənalı olaraq
aşağıda göstərilənlərin hamısını qadağan edir:
^''H^nhisär mövqeyindən yüksək yaxud aşağı səviyyəli
qiymətqoymanı;
276
2)
Əmtəəni (xidməti) dövriyyədən çıxarmaqla süni surətdə
qıtlıq yaradılmasını və bu əsasda da qiymətlərin artırılmasını;
3)
Sərfəli olmayan müqavilə şərtlərinin kontragentə qəbul
etdirilməsini;
4)
Müqaviləyə ayrı-seçkilik xarakterli şərtlərin daxil
edilməsini;
5)
Digər müəssisələrin bazara daxil olması və bazarı tərk
etməsinin əngəllənməsi yaxud onu reallaşdıran sazişlərin
bağlanmasını;
6)
Ayn-ayrı alıcılarla (sifarişçilərlə) müqavilə bağlamaq
istəyən kontragentə (baxmayaraq ki, lazım olan məhsulun
istehsalı yaxud göndərişi mümkündür) əks-təsir göstərilməsini;
7)
Müəyyən qrup satıcı yaxud alıcılarla heç bir əsaslı səbəb
olmadan müqavilə bağlamaqdan imtina etmək;
8)
Qiymət razılaşmaları;
9)
Alıcı kontingenti, satıcılar, məhsul çeşidi yaxud ərazi
əlamətləri üzrə bazann bölünməsi haqqında sazişlər.
Araşdırmalarımız göstərir ki, bütün bu sadalanan
istiqamətlər içərisində daha stabil olanı inhisarçı qiymətlərə
qoyulan qadağadır. Daha doğrusu, MDB ölkələrində müvafiq
hakimiyyət orqanları antiinhisar siyasətinin tətbiqində əsasən
yuxarıda göstərdiyimiz qadağadan istifadə edirlər. Bununla belə,
qeyd edilən sferada mövcud olan problemlərin tam şəkildə
həllindən, hətta həlli imkanlarından danışmaq hələ çox tezdir.
Problemin qəlizliyi ondadır ki, keçid iqtisadiyyatının- spesifik
çətinlikləri və onların doğurduğu «sürüşkən» situasiya şəraitində
inhisarçı qiymətlərin müəyyən edilməsi metodikası müasirliyə
adekvat şəkildə hələ do müəyyənləşdirilməyibdir. Hal-hazırda,
MDB ölkələri 21 aprel 1994-cü il tarixində Rusiya hökumətinin
qəbul etdiyi «İnhisarçı qiymətlərin müəyyənləşdirilməsi üzrə
müvəqqəti metodiki tövsiyyələr»ə istinad edirlər. Eyni zamanda^ p
da məlumdur ki, inhisarçı qiymətlərin müəyyənləşdirilməsində iki
əsas konseptual --yönünıə'söykənmək mttmkündür: "
277
I.
Mənfəətin məhdudlaşdıniması konsepsiyası; Bu cür
yanaşma daha çox təbii inhisar subyektlərinə qarşı tətbiq edilə
bilər. Lakin, sözügedən konsepsiyanın tətbiqinin, keçid dövrünün
özəllikləri fonunda, daha çox mənfi effektlə yekunlaşacağı real
görünür. Ona görə ki, müəssisələrin istehsal məsrəflərini
müəyyənləşdirərkən, .mütləq istehsal gücündən tam istifadəyə
istinad edilməlidir. Əks-təqdirdə müəssisənin normal fəaliyyət
göstərməsi qeyri-mümkün olacaqdır. Amma, bu tezisin əksər
təsərrüfat subyektləri üçün keçərli olduğunu da iddia etmək
yalnışlıq olardı. Belə ki, istehsal güclərindən tam istifadə edilməsi
problemi sırf milli iqtisadi subyektlərin problemidir. Əcnəbi
mənşəli iqtisadi subyektlərdə nəinki belə hal yoxdur, hətta mövcud
gücün maksimal istisman açıq şəkildə müşahidə edilir (məsələn,
«Azərsell», «Baksell» və s.). Ucuz idxalatm yaratdığı əlverişsiz
rəqabət şəraitində milli istehsalın «bahalılıq» problemini həll
etmək mümkünsüzdür. Bir istisna ilə ki, innovasiya sahibkarlığı
inkişaf etdirilsin. Əsasən və başlıca olaraq ekstensiv inkişafla gedən
iqtisadi prosesdə aynca götürülmüş bir subyekt çərçivəsində
məhsul vahidinin real maya dəyərinin, mənfəətin və rentabelliyin
antiinhisar orqanı tərəfindən düzgün qiymətləndirilməsi praktiki
olaraq qeyri-mümkündür. Məhz buna görə də, sırf zahiri
müqayisəyə üstünlük verilir.
II.
İqtisadi subyektlərin satış bazarlannm müqayisəsi
konsepsiyası; Bu konsepsiya xarici müdaxilənin getdikcə
intensivləşdiyi bir şəraitdə daha real məzmun daşıyır. Bu halda
antiinhisar orqanı təsərrüfat subyektlərinin (mənşəyindən asılı
olmayaraq) satış bazarlannm müqayisəsinə istinad etməklə
inhisarçı mövqedən tətbiq edilən yuxan yaxud aşağı (dempinq)
səviyyəli qiymətləri müəyyən etmək iqtidanndadır.
Tədqiqat materiallan göstərir ki, postsosialist ölkələrində
inhisarizmin antirəqabət davranışı inkişaf etmiş bazar iqtisadiyyatı
ölkələri ilə müqayisədə fərqli məzmuna malikdir. Belə ki,
sözügedən postsosialist ölkələrində inhisarçı meyllər rəqiblərlə
deyil, istehlakçı yaxud malgöndərən subyektlərlə münasibətdə
təzahür edir. MDB ölkələri içərisində yalnız Rusiya
Federasiyasında inhisarçı müəssi
278
Dostları ilə paylaş: |