Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor


Regionların sosial-iqtisadi inkişaf strategiyası: -



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə14/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   10   11   12   13   14   15   16   17   ...   119

1.3.
 
Regionların sosial-iqtisadi inkişaf strategiyası: - 
elmi-təcrübi və konseptual yanaşma 
Azərbaycanın çox əlverişli coğrafi məkanda yerləşməsi, onun zəngin 
təbii  şərait  və  ehtiyatlara  malik  olmasına  imkan  yaratmışdır.  Ölkədə 
təsərrüfatın inkişaf tarixi, müxtəlif təbii resurs potensialı, istehsal və sosial 
infrastruktur  bazasının  inkişafı  və  yerləşməsi,  əlverişli  nəqliyyat-coğrafi 
mövqey  xüsusiyyətləri  və  onların  effektli  həyata  keçirilməsi,  regional 
iqtisadi məkana və ölkənin inkişaf strategiyasına uyğun istehsalın səmərəli 
ərazi  təşkili  mühüm  əhəmiyyət  daşıyır.  Gələcək  üçün  nəzərdə  tutulan 
təsərrüfatın  sahəvi  və  ərazi  strukturlannm  təkmilləşdirilməsi, 
genişləndirilməsi və yenidən qurulması çox böyük strateji mahiyyət kəsb 
edir. 
Lakin,  apanlan  tədqiqatlar  göstərir  ki,  ölkənin  iqtisadi  və  sosial 
inkişafım şərtləndirən coğrafi şərait, faktorlar və zəminlərlə yanaşı, onların 
arasında  resurs  potensialının  yerləşməsindəki  qeyri-bərabərlik,  regionlar 
üzrə  təsərrüfatın  inkişaf  səviyyəsində  kəskin  fərq  yaratmışdır.  Xüsusilə 
sənayenin, infrastruktur sahələrin çöx hissəsi Bakı şəhərində cəmləşməsi, 
burada  onların  rayonlara  nisbətən  sürətlə  inkişaf  etməsi  ilə  yanaşı 
regionlarda 
sosial-iqtisadi 
vəziyyətin  ağırlaşmasına  və  əhalinin 
regionlardan paytaxta axınına səbəb olmuşdur. 
Bu faktorlar öz növbəsində regionların təsərrüfatının inkişafına mənfi 
təsir  göstərmiş  və  regionların  inkişafı  arasında  fərqin  artmasına,  bir  çox 
yerlərdə  isə  sosial,  iqtisadi  və  ekoloji  vəziyyətin  ağırlaşmasına  şərait 
yaratmışdır.  Həmçinin  təsərrüfatın  ərazi  təşkilinin  effektliyinin 
jdiksəldilməsi  məhsuldar  qüvvələrin  yerləşdirilməsi  və  inkişafı  ilə 
əlaqədar,  bu  proseslərin  xarakterindən  və  xüsusiyyətlərindən  mühüm 
regional  ekoloji  problemlər  irəli  çıxır.  Yaranmış  vəziyyət  regionların 
sosial-iqtisadi  inkişafını,  onlar  arasındakı  fərqin  optimallaşdırılmasını 
(yaxşılaşdırılması)  təmin  etmək,  hökumət  səviyyəsində  mühüm  vəzifə 
kimi qarşıya qoyuldu. 
41 


^ iqtisadi ^ Siyasi ^ 
Regional inkişaf strategiyasının iqtisadi—sosial-ekoloji 
funksional strukturu. 
Azərbaycan  Respublikası  müstəqillik  əldə  etdikdən  sonra  ölkənin 
iqtisadi  inkişafında  böyük  dəyişikliklər  baş  vermişdir.  Ölkədə 
iqtisadiyyatın yenidən qurulmasına, istehsalın təkmilləşdirilməsinə və onun 
dünya  təsərrüfat  sisteminə  inteqrasiyasına,  ayn-ayn  regionlarda  təbii  və 
iqtisadi potensialdan səmərəli  istifadə  etməklə,  yerlərdə  sə  naye  və  kənd 
təsərrüfatı  sahələrinin  inkişafmı  təmin  etmək  və  bu  sahədə  sahibkarlığa 
şərait yaratmaq, yeni iş yerlərinin açılması ilə əlaqədar insanlann ölkənin 
paytaxtına və digər ölkələrə miqrasiyasının qarşısını almaq, əhalinin həyat 
səviyyəsini  yaxşılaşdırmaq  ətraf  mühitin  mühafizəsi  və  ölkənin  iqtisadi 
cəhətdən  hərtərəfli  inkişaf  etdirilməsi  dövlətin  qarşısında  duran  başlıca 
vəzifələrdən 
olmuşdur. 
Ölkənin 
regional 
inkişaf 
strategiyası 
iqtisadi-coğrafi 
rayonlar 
çərçivəsində 
araşdınimah, 
perspektiv 
sosial-iqtisadi  planlaşdırmalar  təbii-  resurs  faktorunun  iqtisadi-ekoloji 
coğrafi  funksional  strukturunun  uzunmüddətli  dayanaqlı  inkişafına 
əsaslanmalıdır. 
42 


Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 11 fevral tarixli 
fərmanı  ilə  təstiq  edilmiş  “Azərbaycan  Respublikasının  regionlarının 
2004-2008-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro- qramı”nı və ikinci 
dəfə  2009-cu  il  14  aprel  tarixli  fərmanı  ilə  təsdiq  edilmiş  “Azərbaycan 
Respublikası  regionlarının  2009-2013-cü  illərdə  sosial-iqtisadi  inkişafı 
Dövlət Proqramı”nı göstərmək olar. Qəbul edilmiş Dövlət proqramlarının 
strateji  məqsədi,  ayrı-ayrı  regionlarda  iqtisadiyyatın  inkişafını 
sürətləndirən mövcud potensiallardan daha səmərəli istifadə etməklə bağlı, 
dövlət  siyasətinin  və  dəstəyinin  əsas  istiqamətini  müəyyən  etməkdən 
ibarətdir. 
Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Respublikası  müstəqillik  əldə 
etdikdən  sonra,  ölkənin  iqtisadi  inkişafını  əks  etdirən  onlarla  proqram 
sənədləri  qəbul  edilmişdir.  Lakin,  2004-cü  ildə  'qəbul  edilmiş  və  yerinə 
yetirilən  Dövlət  Proqramı,  ölkənin  regional  vəhdətdə  ümumi  inkişaf 
konsepsiyasını  şərtləndirən  sənəd  olmaqla  elmi  fundamental  mahiyyət 
daşıyır.  Bu  coğrafiya  elmlərinin  xüsusilə  iqtisadi  və  sosial  coğrafiya 
elminin  inkişafını  və  onun  apardığı  elmi  -tədqiqatların  metodoloji 
əsaslarını təcəssüm etdirir. Azərbaycanın re- gionlannm iqtisadi-coğrafi və 
ekoloji  funksional  strukturunun  dayanaqlı  inkişafı  konsepsiyasının 
hazırlanmasında;  regionlarda  müşahidə  edilən  çatışmamazlığın  aradan 
qaldırılmasında;  təbii  potensialdan  hərtərəfli  istifadə  kimi  problemlərin 
həllində  iqtisadi-coğrafi  tədqiqatlann  rolunun  böyüklüyü  çox  aydın 
görünür. 
Regional  inkişafın  elmi  və  təcrübi  üstünlükləri  sistemində  nəzərdə 
tutulan işlərin əlverişli şəraitdə həyata keçirilməsi və sonrakı dövrləri hədəf 
kimi elmi cəhətdən əsaslandırılmış xüsusi konsep- siyalann gələcək üçün 
hazırlanması  dövlət  əhəmiyyətli  vəzifə  kimi  qarşıda  durur.  Regionlarda 
yaranmış  uyğunsuzluqlarm  yeni  konseptual  əsaslarla  aradan  qaldırılması 
yönümündə  sosial-iqtisadi  inkişafı  tarazlaşdıran,  əmək  ehtiyatlarından, 
təbii  və  iqtisadi  potensialdan  səmərəli  istifadə  nəticəsində  dayanaqlı 
inkişafa nail olmağa və müvafiq dövlət proqramlarında nəzərdə tutulmuş 
işlərin tam həyata keçirilməsinin elmi-təcrübi əhəmiyyətinin artınimasma 
şərait yaradacaqdır. 
43 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə