Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə3/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   2   3   4   5   6   7   8   9   ...   119

I
 
FƏSİL 
REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFI: 
İQTİSADİ-EKOLOJİ VƏ COĞRAFİ YANAŞMANIN 
NƏZƏRİ - METODOLOJİ ƏSASLARI 
1.1.
 
iqtisadi-ekoloji elmi mənbələrdə konsepsiya meylləri 
C
 
' əmiyyətin “məkan-zaman” kontekstində dayanaqlı inkişafı 
evolyusion proseslərin əsasını təşkil edir. Elmi-texniki tərəq- 
qinin inkişafı ilə əlaqədar olaraq cəmiyyətlə təbiətin qarşılıqlı təsiri 
mürəkkəbləşərək mühüm problemlər yaratmışdır. Lakin son 30 ildə 
cəmiyyətlə təbiətin qarşılıqlı münasibətlərində keyfiyyətcə yeni də- 
yişikliklər meydana çıxmışdır. İlk növbədə məlum olmuşdur ki, 
mövcud təbiətdən istifadə prinsipləri və təbiətin mühafizəsi təcrübəsi 
özünü bir 0 qədər doğrultmur. Daha doğrusu uzun illərdən bəri cə- 
miyyətin təbiətə təsiri nəticəsində ətraf mühitdə kəskin dəyişikliklər 
baş verir. Bu da bəşəriyyətin qarşısında yeni ekoloji problemləri 
qoyur. Ətraf mühitin çirklənməsi dünyanın bəzi regionlannda xam- 
malın, enerji ehtiyatlannın, içməli suyun və ərzağın çatışmamazhğı, 
müxtəlif elmi dairələrdə, bir çox dövlətlərin hökumət orqanlannda, 
milli və beynəlxalq ictimai-siyasi təşkilatlarda müxtəlif müzakirələrə 
və mübahisələrə səbəb olmuşdur. Ekologiyanın nəzəri-mənəvi mə- 
sələləri müasir dövrün ideoloji mübarizə axanna və beynəlxalq 
münasibətlərin aktual problemlərinə çevrilmişdir. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  çoxu  indiyə  qədər  “ekologiya” 
termininə,  bioloji  mənşəli  olduğuna  görə  ehtiyatla  yanaşırdılar.  Çünki 
biologiyada  ekologiya  -  biologiyanın  orqanizmlərlə  mühitin  qarşılıqlı 
münasibətlərindən bəhs edən şöbəsidir. Bu termini ilk dəfə alman bioloqu 
E.Hekkel  1866-cı  ildə  özünün  “Orqanizmlərin  ümumi  morfologiyası” 
kitabında  işlətmişdir.  O,  ekologiyanı  fiziologiyanın  bir  hissəsi  kimi  başa 
düşür,  təbiətin  iqtisadiyyatı  haqqında  elm  kimi  izah  edirdi  *.  Həmçinin 
tədqiqatçılarm “ekologiya” termininə ehtiyatla yanaşmasının bir səbəbi də 
onun heç də həmişə özünü doğrultmayan 
* В.Деткин. Беседы об экология. M.1979, стр. 17-18. 



elmi-kütləvi  ədəbiyyatlarda  çox  tez-tez  tətbiq  edilməsi  olmuşdur. 
Hal-hazırda  söhbət  müasir  həyatın  ətraf  mühitlə  sıx  qarşılıqlı  əlaqəsinin 
müxtəlif  forma  və  təzahürlərinin  tamamlanması  ilə  bağlı  eko- 
logiyalaşdırmanın prinsipləri haqqında gedir [109]. 
İstehsalın inkişafının ekoloji aspektləri təkcə ətraf mühitin mühafizəsi 
kimi adlanan sahəyə dəymir. Bu həm də kifayət qədər tutumlu anlayışdır, 
cəmiyyətlə  ətraf  təbii  mühitin  qarşılıqlı  təsirinin  xaralcteri  və 
xüsusiyyətlərindən  asılı  olan  iqtisadi  prosesləri,  təsərrüfat  fəaliyyətinin 
təşkilində  bu  qarşılıqlı  təsirin  aydınlaşdınimasının  nəzərə  alınmasının 
zəruriliyini  göstərir.  İstehsalın  ərazi  təşkilinin  ekoloji  aspektlərinin təhlil 
edilməsində birinci növbədə regionlann iqtisadi və sosial inkişafının digər 
tərəfləri ilə təbiətdən istifadə proseslərinin əlaqələndirilməsini əsaslandınr. 
İqtisadi və sosial 
coğrafiya 
Fiziki 
coğrafiya 
Təbiətdən istifadənin 
iqtisadiyyatı 
f
 Təbii resursların > 
ve onların ərazi uzlaşma- 
sının iqtisadi cəhətdən 
qiymətləndirilməsi, təs- 
sərrüfatın ərazi təşkilinin 
iqtisadi-ekoloji cəhətdən 
əsaslandırılması 
V ___  
I
  Ətraf  təbii  mühitin  mühafizəsi-  >  nin 
iqtisadi məsələləri; təssərrüfat fəaliyyətinin 
mənfi 
təsirindən 
yaranan 
zərərin 
qiymətləndirilməsi; 
yeni 
texnikanın 
ekologiyalaşdırılmasının 
iqtisadi 
əsa- 
slandınlması;  iqtisadi-ekoloji  sistemlərin 
idarə edilməsi məsələləri; iqtisadi-eko- kjqji 
proseslərin modelləşdirilməsi 
J
 
Regional 
ekoloji planlaşdırma 
və proqnozlaşdınııa 

2
'_ 
Rayon 'S 
planlaşdırılması y 
'
 
 
Sahələr və resurslar çərçivəsində 
ekoloji planlaşdırma və 
proqnozlaşdırma
 
'
 
 
Sahəvi 
iqtisadiyyat 
Regional iqtisadi ekoloji tədqiqatda elmlərin qarşılıqlı əlaqəsi 


Müasir dövrdə ətraf təbii mühitlə əlaqədar bu və ya digər səviyyədə ən 
müxtəlif  problemlər  üzrə  geniş  tədqiqat  işləri  aparılır.  Onların  həll 
edilməsinə ayrı-ayrı elmlər müxtəlif tərəfdən yanaşır. Bu elmlərdən fiziki, 
iqtisadi və sosial coğrafiya, iqtisadiyyat, o cümlədən təbiətdən istifadənin 
iqtisadiyyatı, fəlsəfə, hüquq və sairi göstərmək olar. 
Lakin  bunlarla  yanaşı  məqsədimiz  müasir  təbiətdən  istifadə 
probleminin  həllinin  əsaslandırılmasının  ümumi  iqtisadi-ekoloji 
konsepsiyalarının  hazırlanmasında  iqtisadi  və  sosial  coğrafi  tədqiqatların 
əhəmiyyətli  rol  oynadığını  göstərməkdir.  Vaxtilə  görkəmli  iqtisadi 
coğrafiyaşünas  alim  N.N.Baranski  öz  dövründə  cəmiyyət  və  ətraf  təbii 
mühit arasında qarşılıqlı təsirin optimallaşdırılması məsələlərinin həllində 
iqtisadi-coğrafıyaçıların fəal iştirakının zəruriliyinə xüsusi qiymət verirdi.: 
“Təbii  mühitin  məkan  fərqlərinin,  təsərrüfatın  istehsal  istiqamətlərinin 
ərazi  fərqlərinə  təsirinin  tədqiqi  iqtisadi  coğrafiyanın  əsas  məsələsidir” 
[100]. 
Bununla  əlaqədar  iqtisadi-coğrafi  tədqiqatların  effektivliyi,  mühüm 
dərəcədə  o  işlərdən  asılı  olacaq  ki,  bir  o  qədər  onlar  təbii  mühitin 
elementlərini  səciyyələndirən  məlumatlara,  fiziki  coğrafi  tədqiqatların 
nəticələrinə  istinad  edəcəkdir.  Müasir  dövrdə  istehsalın  inkişafı  və 
yerləşməsi sahəsində ekoloji yanaşmanın geniş tətbiqində landşaft - ekoloji 
tədqiqatları  və  işləri  əlaqələndirən  o  “körpüdə”  məhz  iqtisadi  və  sosial 
coğrafiya dura bilər. Göründüyü kimi hazırda iqtisadi və sosial coğrafiyada 
yeni  istiqamət  -  iqtisadi-  ekoloji  coğrafiya  kimi  yeni  bir  elm  sahəsi 
formalaşır.  Bu  elm  sahəsi  istehsalın  ərazi  təşkilində  mövcud  təbii 
potensialın səmərəli istifadəsini, təkrar istehsalı və ətraf mühitin mühafizəsi 
prosesində sosial-iqtisadi inkişafın istiqamətlərini özündə əks etdirir. 
Coğrafiya elmləri içərisində yaranan “iqtisadi-ekoloji coğra- fıya”yeni 
elmi  istiqamətdir,  həm  nəzəri,  həm  də  praktiki  əhəmiyyəti  vardır.  O, 
cəmiyyət və təhii mühitin qarşılıqlı təsirinin əsas formasıdır, istehsal, əhali 
və ətraf mühit arasında çoxtərəfli əlaqələri müəyyən edir. İqtisadi-ekoloji 
coğrafiya  hər  şeydən  əvvəl  iqtisadi  və  sosial  coğrafiya  elmidir.  O,  təbii 
mühitin mühafizəsi 
10 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə