Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə4/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   2   3   4   5   6   7   8   9   ...   119

sahəsində  işlərin  planlaşdınimasını  və  plandan  əwəl  təbii  potensialdan 
səmərəli  istifadənin  əsaslandırılmasının  çox  müxtəlif  məsələlərinin 
qiymətləndirilməsini,  cəmiyyət  və  təbii  mühitin  qarşılıqlı  təsirinin 
nəticələrini  və  prosesləri  iqtisadi-coği’afı  metodlarla  iqtisadi-ekoloji 
nöqteyi-nəzərincə öyrənir. 
İqtisadi-ekoloji coğrafiya elminin əsas məqsədi-müasir dövrdə ölkənin 
təsərrüfat kompleksinin fəaliyyəti şəraitində istehsalın yenidən qurulması 
və onun dayanıqlı inkişafını təmin etmək naminə təbii potensialdan daha 
səmərəli  istifadəsi  yollarını  və  ətraf  mühitin  mühafizəsi  üçün  ekoloji 
problemlərin  həllinə  dair  nəzəri  və  konkret  yolları  aramaqdır.  Onun  ən 
mühüm  vəzifəsi  gələcək  nəslin  maraqlarını  nəzərə  almaqla  cəmiyyət  və 
təbiət  arasında  qarşılıqlı  təsirin  optimallaşdırılması  metodlarını 
hazırlamaqdan ibarətdir. 
İqtisadi-ekoloji  coğrafiya  digər  sosial-iqtisadi  elmlərlə,  o  cümlədən 
iqtisadi və sosial coğrafiya ilə sahəvi iqtisadİ30'^atla, təbiətdən istifadənin 
iqtisadiyyatı  ilə,  həmçinin  bir  sıra  təbiət  və  texniki  elmlərlə,  xüsusilə 
hamısından əvvəl fiziki coğrafiya və biologiya ilə, ekoloji texnologiya ilə 
sıx əlaqədardır. Bununla yanaşı, onu heç vaxt ətraf təbii mühitin, yaxud da, 
təbii  resursların  idarə  edilməsinə  dair  hansısa  superelmin  tərkib  hissəsi 
saymaq  olmaz.  Belə  ki,  bəzi  alimlər  hələ  keçən  əsrin  80-ci  illərində 
cəmiyyət  və  təbiətin  qarşılıqlı  təsiri  haqqında  olduqca  geniş  sahədə 
tədqiqat predmetlərinin daxil edildiyi resursologiya elminin yaradılmasını 
təklif  edirdi.  İqtisadi  resursşünashqla  əlaqədar  onun  çərçivəsində  digər 
elmlərdən,  o  cümlədən,  fiziki  və  iqtisadi  coğrafiyanın  artıq  formalaşmış 
metodlan  ilə  onlann  ayn-ayn  istiqamətlərinin  qiymətləndirilməsi  təklif 
edilirdi  [157].  Bizim  fikrimizcə,  belə  oxşar  konsepsiyalar,  çətin  ki, 
əsaslandmlmış  olsun.  Qarşılıqlı  əlaqəli  elmləri  onların  süni  birlikləri  ilə 
dəyişdirmək 
olmaz. 
Tədqiqat 
obyektinin 
ümumiliyi, 
elmin 
formalaşmasında  dominantlıq  edə  bilməz.  Lakin  elmi-tədqiqatların 
kompleksliliyi başqa işdir, burada müxtəlif elmlərin və elmi istiqamətlərin 
nailiyyətlərindən,  onların  sıx  qarşılıqlı  əlaqələrindən,  metodların 
mübadiləsindən  istifadə  edilməsi  nəzərə  almır.  Bu  da  ətraf  təbii  mühitin 
istifadəsi, mühafi 
11 


zəsi  və  dəyişdirilməsi  problemləri  ilə,  məsələn,  ekoloji  problemlərlə 
əlaqədar  yaranmış  elmlər  kompleksinin  obyektiv  formalaşmasına  imkan 
yaradardı. 
“İqtisadi-ekoloji  coğrafiya”,  “İqtisadi  və  sosial  coğrafiya”  ilə  sıx 
əlaqəlidir  və  ölkənin  sosial-iqtisadi  inkişaf  məsələlərinin  həlli  prosesində 
təbii  potensialın  ərazi  üzrə  yerləşməsinə  dair  ilkin  mə-  lumatlan 
formalaşdınr.  Təbii  potensialın  səmələri  istifadəsi  və  ətraf  mühitin 
mühafizəsinə dair yeni vəzifələrin meydana gəlməsi müasir sosial-iqtisadi 
inkişafın tələbatı ilə sıx əlaqədardır. 
İqtisadi-ekoloji 
coğrafiyanın 
elmi-metodoloji 
əsaslarmm 
formalaşmasına  bazar  iqtisadiyyatı  şəraitində  inkişafı  edən  Azərbaycan 
Respublikasının  bütövlükdə  və  ayn-ayn  regionların  sosial-iqtisadi 
inkişafına təsir  edən  təbii potensialdan  istifadə,  istehsalın  ərazi  təşkili  və 
ekoloji problemlərin həlli ilə əlaqədar qəbul edilmiş Dövlət proqramlannm 
və digər sənədlərin böyük təsiri vardır [1, 2, 3, 4]. 
Ekoloji  vəziyyətin  yaxşılaşdırılmasına  dair  hökumət  səviyyəsində 
görülən tədbirlərlə yanaşı, həmçinin müxtəlif istiqamətlərdə elmi-tədqiqat 
işləri  aparılır.  Xüsusilə  bu  problemlərin  iqtisadi-ekoloji  mahiyyətinin 
spesifik  cəhətlərinin  aşkar  olunması  üçün  əlverişli  şərait  yaranmışdır. 
Dünya ölkələrinin bazar iqtisadiyyatı sisteminə keçdiyi bir dövrdə ekoloji 
problemlərin  öyrənilməsi  iqtisadi  və  sosial  coğrafiya  (iqtisadi-ekoloji 
coğrafiya)  elminin  də  ən  mühüm  tədqiqatlarından  biri  olmuşdur.  Son 
dövrlərdə  qlobal  iqtisadi-ekoloji  coğrafi  problemlərə  aid  mühüm 
elmi-praktiki  işlər  yerinə  yetirilmişdir.  Bu  ilk  növbədə  təbii  resurslardan 
kompleks istifadə olunması, ekoloji təhlükəsizlik sisteminin yaradılmasının 
həyata keçirilməsinə əsaslanır. 
Qeyd  etmək  lazımdır  ki,  Azərbaycanda  iqtisadi-ekoloji  coğrafi 
sistemdə  nəzəri-metodoloji  problemlərin  tədqiqi  kifayət  qədər  yerinə 
yetirilməmişdir.  Buna  görə  də  kitabda  iqtisadi-ekoloji  coğrafi sistemlərin 
iqtisadi-coğrafi təhlilinin metodologiyasında kompleks yanaşmanın, sistem 
təhlil  metodunun  əhəmiyyəti  tez-tez  qeyd  olunur.  Kompleks  coğrafi 
yanaşma,  bir  tərəfdən  ölkənin  təbii  mühitində  elementlərin  qarşılıqlı 
əlaqələrinin xüsusiyyətləri ilə, digər 
12 


tərəfdən  isə  təsəiTÜfat  sahələrinin  təbii  mühitə  təsirinin  kompleks 
xarakterilə əlaqədardır. 
Daha  geniş  mənada  desək  iqtisadi-ekoloji  coğrafiya  sistemində 
nəzəri-metodoloji  problemlərin  tədqiqi  ölkədə  iqtisadi-ekoloji  inkişafın 
konsepsiyasının  əsaslarının  işlənməsinə  şərait  yaratmışdır.  Bununla 
əlaqədar işdə, tərəfimizdən bütün hallarda iqtisadi və sosial coğrafiyanın, 
təbiətdən  istifadənin  iqtisadiyyatı,  regional  iqtisadiyyat  və  ərazi 
planlaşdmlmasınm qovşağında olan bir sıra nəzəri və praktiki problemlərin 
şərhinə  təşəbbüs  göstərilmişdir.  Həmçinin  regionlarda  sosial-iqtisadi  və 
ekoloji  problemlərin  sıx  qarşılıqlı  əlaqələrinin  və  dolaşıqlıqlarmın, 
məhsuldar  qüvvələrin,  iqtisadi-ekoloji  proqnozlaşdırmanm,  böyük 
şəhərlərin  inkişafının  ekoloji  aspektlərinin  və  elmi-texniki  tərəqqi 
şəraitində  iqtisadi-ekoloji  effektivliyin  müəyyən  edilməsi  problemlərinin 
göstərilməsinə cəhd edilmişdir. 
Yuxarıda  sadalanan  problemlərin  düzgün  nəzəri-metodoloji  əsasının 
yeganə  həlli,  bu  proseslərin  inkişafının  obyektiv  qanunauyğunluqlarını 
açan  cəmiyyət  və  təbii  mühitin  qarşılıqlı  təsirini,  klassiklərin  işləyib 
hazırladıqlan nəzəri konsepsiyalardır. Cəmiyyət və təbii mühitin qarşılıqlı 
təsiri konsepsiyasının mahiyyəti onda ifadə edilir ki, təbii mühitin istifadə 
edilməsinin  müəyyən  xarakteri  və  miqyası  cəmiyyətin  inkişafının  hər 
mərhələsinə  uyğun  gəlir.  Hər  bir  ictimai-iqtisadi  formasiya  insan  və 
mühitin arasında qarşılıqlı təsirin formalanna şərait yaradır, buna görə də 
ancaq  düzgün  iqtisadi  siyasəti  aparan  cəmiyyət  təbiətdən  istifadə 
proseslərinin səmərəli idarə edilməsi üçün geniş imkanlara malik olur. 
Nə qədər ki, iqtisadi inkişaf səviyyəsi müxtəlif olan ölkələrdə ətraf təbii 
mühitin keyfiyyətinin həll edilməsi problemlərinə yanaşma onlara xas olan 
əsasən  əhəmiyyətsiz  konsepsiyaları əks  etdirir  və  aydın  surətdə inhisarçı 
xarakter  daşıyır,  təbii  ki,  onda  müasir  dövrdə  sosial-iqtisadi  problemlər 
ideoloji  mübahisə  cəbhəsinin  ən  mühüm  sahələrindən  biri  olacaqdır. 
Əlbəttə  bu  öz-özünə  baş  verən  hadisə  deyildir,  onlar  müəyyən 
sosial-iqtisadi situasiyanın təzahürüdür [34]. 
13 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə